Məhkəmə qərarları › İş №2-1(112)-681/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-681/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-681/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq hesab səhvinə yol verildiyi üçün 24134 manat məbləğində pul vəsaitinin və silinmə növbəliliyi pozulduğu üçün 15000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 39134 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin ümumi dövlət sosial sığorta haqqı üzrə borclarından silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC 10.12.2002-ci ildən fəaliyyət göstərir və bu dövr ərzində məcburi dövlət sosial sığorta haqqları üzrə kifayət qədər ödənişlər etsə də, bu ödənişlərin bir qismi nəzərə alınmamış və hesablanmamışdır. Belə ki, 2009-cu ildə 26000 manat ödənildiyi halda, ödəniş məbləğinin 23000 manatı nəzərə alınmışdır və ümumi fərq 3000 manat təşkil edir. 2010-cu ildə 49567,25 manat ödənildiyi halda, ödəniş məbləğinin 42567,25 manatı nəzərə alınmışdır və ümumi fərq 7000 manat təşkil edir. 2011-ci ildə 30000 manat ödənildiyi halda, ödəniş məbləğinin 21766,68 manatı nəzərə alınmışdır və ümumi fərq 8234 manat təşkil edir. 2013-cü ildə 34000 manat ödənildiyi halda, ödəniş məbləğinin 31000 manatı nəzərə alınmışdır və ümumi fərq 3000 manat təşkil edir. 2014-cü ildə 38000 manat ödənildiyi halda, ödəniş məbləğinin 36800 manatı nəzərə alınmışdır və ümumi fərq 1200 manat təşkil edir. 2016-cı ildə 12000 manat ödənildiyi haıda, ödəniş məbləğinin 10300 manatı nəzərə alınmışdır və ümumi fərq 1700 manat təşkil edir. Beləliklə, ümumi fərq 24134 manat təşkil edir. Digər tərəfdən 17.08.2010-cu ildə 64 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 10000 manat və 12.10.2010-cu ildə 59 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 5000 manat təyinatı göstərilmədiyindən 2006-cı ildən əvvəlki borclara silinmişdir. Cavabdehə müraciət edərək, hesab səhvinə yol verildiyi üçün 24134 manat məbləğində pul vəsaitinin və silinmə növbəliyi pozulduğu üçün 15000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 39134 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin ümumi dövlət sosial sığorta haqqı üzrə borclarından silinməsi xahiş olunmuşdur. Lakin cavabdeh heç bir cavab verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazın tələb edilməsi barədə sərəncam cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri, inzibati iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə 2009-2016cı illər ərzində məcburi dövlət sosial sığorta haqları üzrə etdiyi ödənişlərə dair ödəniş tapşırıqlarını, cavabdehə və Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə ünvanlanmış müraciət məktubunu təqdim etmişdir. Bundan başqa məhkəmənin sorğusu əsasında məhkəməyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15.03.2022-ci il tarixli məktubu ilə iddiaçının 2008-01.10.2018-ci illərdə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin ödənilməsi haqqında məlumat təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı onun 2009,2010,2011,2013,2014,2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə etdiyi ödənişlərin tam nəzərə alınmaması, eyni zamanda 17.08.2010-cu ildə ödənilmiş 10000 manat və 12.10.2010-cu ildə ödənilmiş 5000 manat məbləğlərinin təyinatı göstərilmədiyindən 2006-cı ildən əvvəlki borclara silinməsi əsası ilə ümumilikdə 39134 manat məbləğində pul vəsaitinin iddiaçının ümumi dövlət sosial sığorta haqqı üzrə borclarından siinməli olmasını hesab edir və bu barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən hazırki iddia tələbi məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.4-cü maddəsinə əsasən 2.3-cü bənd aşağıdakı redaksiyada verilmişdir: “2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;” “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır, 13.3-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir, 13.4-cü maddəsinə əsasən məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir; sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir;qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir; Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Qeyd edilən qanunun 28 dekabr 2018-ci il tarixinə qədər qüvvədə olan 21-ci maddəsinə əsasən Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər:sığortaedənlərin (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozmalarına görə, o cümlədən uçota durmadıqda həmin dövr ərzində hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə, — sosial sığorta haqqının 5 faizi məbləğində, hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, iyirmi iki manat miqdarında; sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə — hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, qırx dörd manat miqdarında cərimə; sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə; sığortaedənlərin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına artıq sosial sığorta ödəməsi verilməsinə görə — artıq verilmiş məbləğ bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə;sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının başqa məqsədlər üçün istifadə edilməsinə görə — sərf olunmuş vəsaitlərin 50 faizi məbləğində cərimə;mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqı ödənilməsinə görə — faktiki ödənilən əmək haqqı ilə minimum əmək haqqı arasındakı fərqin 50 faizi məbləğində cərimə; mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi (kontraktı) olmadan işləyənlər olduqda və ya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi halda hesabatdan gizlədildikdə) hər işçiyə görə sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında cərimə;məcburi dövlət sosial sığorta haqları əmək haqqı ödənişləri ilə eyni vaxtda həyata keçirilmədiyi halda, habelə məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə, eləcə də hesablaşma və digar hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvericiliyə uyğun olaraq dayandırıldığı müddətdə köçürmə əməliyyatı apardığına görə — kredit təşkilatlarına ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin 10 faizi miqdarında bank və ya digər kredit təşkilatlarına cərimə;bu Qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda—aparılmış məxaric əməliyyatlarının 10 faizi miqdarında;məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat olmadan sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) hesablaşma hesabı və ya digər hesablar açdığına görə—hər açılmış hesab üçün bank və ya digər kredit təşkilatlarına dörd yüz qırx manat məbləğində;sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə—gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya.Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir.Maliyyə sanksiyaları üzrə borclar bu Qanunun 14-cü maddəsinə uyğun olaraq tutulur. Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir. İşin faktiki hallarına əsasən 2008-ci ildə iddiaçıya 45855,84 manat, o cümlədən 43020,40 manat məcburi dövlət sosial sığorta haqqı (bundan sonra MDSSH), 2835,44 manat penya (maliyyə sanksiyası, bundan sonra m/s) hesablanmış, cəmi 33000, o cümlədən 33000 manat MDSSH ödənilmiş, 2009-cu ildə 46557,78 manat, o cümlədən 42947,19 manat MDSSH, 3610,59 manat penya (m/s) hesablanmış, 26000 manat, o cümlədən 23000 manat MDSSH, 3000,0 manat penya (m/s) ödənilmişdir, 2020-ci ildə 61671 manat, o cümlədən 54835,08 manat MDSSH, 6836,29 manat penya (m/s) hesablanmış, 49567,25 manat, o cümlədən 42567,25 manat MDSSH, 7000 manat penya (m/s) ödənilmişdir, 2011-ci il üzrə 62343,73 manat, o cümlədən 48952,73 manat MDSSH, 13391 manat penya (m/s) hesablanmış, 30070,0 manat, o cümlədən 21766,68 manat MDSSH, 8303,32 manat penya (m/s) ödənilmişdir, 2012-ci il üzrə cəmi 62424,87 manat, o cümlədən 57495,16 manat MDSSH, 4929,71 manat penya (m/s) hesablanmış, cəmi 55000 manat, o cümlədən 55000 MDSSH ödənilmişdir, 2013-cü ildə cəmi 32942,45 manat, o cümlədən 27535,37 manat MDSSH, 5407,08 manat penya (m/s) hesablanmış, cəmi 34000 manat, o cümlədən 31000 manat MDSSH, 3000 manat penya (m/s) ödənilmişdir, 2014-cü il üzrə cəmi 34839,68 manat, o cümlədən 33475,37 manat MDSSH, 1364,31 manat penya (m/s) hesablanmış, cəmi 38000 manat, o cümlədən 36800 manat MDSSH, 1200 manat penya (m/s) ödənilmişdir, 2015-ci ildə cəmi 38685,68 manat, o cümlədən 37342,12 manat MDSSH, 1343,56 manat penya (m/s) hesablanmış, cəmi 36100 manat, o cümlədən 36100 manat MDSSH ödənilmişdir, 2016-cı il üzrə cəmi 19427,09 manat, o cümlədən 17110,77 manat MDSSH, 2316,32 manat penya (m/s) hesablanmış, cəmi 12000 manat, o cümlədən 10300 manat MDSSH,1700 manat penya (m/s) ödənilmişdir, 2017-ci il üzrə cəmi 33374,23 manat, o cümlədən 30987,71 manat MDSSH, 2386,52 manat hesablanmış, cəmi 34602,48 manat, o cümlədən 34602,48 manat MDSSH ödənilmişdir. Göründüyü kimi iddiaçının ödədiyi və iddia ərizəsində göstərdiyi məbləğlər (2009-cu ildə 26000 manat, 2010-cu ildə 49567,25 manat, 2011-ci ildə 30000 manat, 2013-cü ildə 34000 manat, 2014-cü ildə 38000 manat, 2016-cı ildə 12000 manat) tamamilə nəzərə alınmış, heç bir hesab səhvinə yol verilməmişdir.İddiaçının MDSSH kimi ödədiyi və nəzərə alınmadığı hesab etdiyi məbləğlər iddiaçının MDSSH vaxtında ödəməməsi ilə bağlı hesablanmış (tətbiq edilmiş) penya (m/s) ödənişi kimi aid edilmişdir. Məhkəmə onu da qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmiş, 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinmiş, 3.0.1-ci maddəsinə əsasən sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinmiş, 3.0.2-ci maddəsinə əsasən sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinmiş, 3.0.3-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi 15.03.2022-ci il tarixli məktubuna əsasən iddiaçıya münasibətdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli Qanunun müddəaları tətbiq edilmiş, iddiaçının 01.01.2006-cı il tarixinə yaranmış və 01.04.2018-ci il tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə 1971 manat 70 qəpik borcu 08.06.2018-ci il tarixində, 01.01.2015-ci il tarixinədək yaranmış və 01.04.2018-ci il tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tədbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə 15871 manat 10 qəpik borcu və 01.01.2015-ci il tarixindən 01.04.2018-ci il tarixindədək yaranmış və ödənilməmiş maliyyə sanksiyası üzrə 3913 manat 74 qəpik borcu 16.05.2018-ci il tarixdə silinmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Hazırda iddiaçının iddia tələbində göstərilənlərlə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı hesab səhvinə yol verildiyi üçün 24134 manat mıbləğində pul vəsaitinin və silinmə növbəliyi pozulduğu üçün 15000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 39134 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin ümumi dövlət sosial sığorta haqqı üzrə borclarından silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı hesab səhvinə yol verildiyi üçün 24134 manat mıbləğində pul vəsaitinin və silinmə növbəliyi pozulduğu üçün 15000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 39134 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin ümumi dövlət sosial sığorta haqqı üzrə borclarından silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar