Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6812/2022 13.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili “fərdi qaydada fəaliyyət göstərən” vəkil X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnın 52 yaşının tamam olduğu 12 fevral 2016-cı il tarixdən təyin olunması vəzifəsinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1964-cü ildə doğulmuşdur. Diplomunun, hərbi biletinin və əmək kitabçasının surətlərindən görünür ki, 09 sentyabr 1981-ci il tarixdən 16 aprel 1982-ci il tarixədək (07 ay 07 gün) Əli Bayramlı istixanalar və istilik sistemləri Birliyində çilingər vəzifəsində işləmiş, 25 may 1982-ci il tarixdən 25 iyun 1984-cü il tarixinədək (02 il 01 ay) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 27 avqust 1984-cü il tarixdən 27 avqust 1985-ci il tarixinədək (01 il) 29 saylı Tikinti İdarəsində fəhlə vəzifəsində işləmiş, 01 sentyabr 1985-ci il tarixdən 28 avqust 1990-cı il tarixinədək (04 il 11 ay 28 gün) Azərbaycan Neft-Kimya İnstitutunda əyani təhsil almış, 12 sentyabr 1990-cı il tarixdən 01 may 1991-ci il tarixinədək (07 ay 19 gün) “Xəzərdənizneftqaz” İB-nin “Şelf-2” üzən qazma qurğusunda elektrik montyoru vəzifəsində (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod: 1100000a-19838), 01 may 1991-ci il tarixdən 01 iyul 1993-cü il tarixinədək (02 il 02 ay) “Şelf-2” və “Şelf-5” üzən qazma qurğularında mexanik (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000b-24485) vəzifəsində, 01 iyul 1993-cü il tarixdən 26 oktyabr 1993-cü il tarixinədək (02 ay 26 gün) həmin qurğuda elektrik montyoru (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-19838) vəzifəsində, 26 oktyabr 1993-cü il tarixdən 01 mart 1994-cü il tarixinədək həmin qurğuda mexanik (04 ay 05 gün) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000b-24485) vəzifəsində, 1 mart 1994-cü il tarixdən 18 oktyabr 1998-ci il tarixinədək (04 il 07 ay 17 gün) həmin qurğuda avadanlıqların təmiri üzrə çilingər (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod: 1100000a-18497) vəzifəsində, 07 sentyabr 1998-ci il tarixdən 27 mart 2000-ci il tarixindək (01 il 06 ay 20 gün) “X11”nda takelajçı vəzifəsində işləmiş, 27 mart 2000-ci il tarixdən 07 iyul 2005-ci il tarixinədək (05 il 03 ay 10 gün) həmin qurğuda elektrik montyoru (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-198238) vəzifəsində işləmiş, 07 iyul 2005-ci il tarixdən hazırki vaxtadək “Dədə Qorqud” qurğusunda baş elektrik (elektrik montyoru) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-198238) işləyir. 52 yaşının tamam olduğu tarxdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə cavabdeh orqana etdiyi müraciətinə sonuncu tərəfindən imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçı güzəştli iş stajını təsdiq edən sənəd kimi ARDNŞ-nin X10 Trestinin xx.xx.2021-ci il tarixli arayışına istinad edir. Arayışda iddiaçının çalışdığı peşələrin NK-nin 320 saylı Qərarı ilə təsdiqlənmiş 1 saylı Siyahıda 1100000a-19838 (buruqlara xidmət üzrə elektrik montyorları) və 1100000b-23485 (quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər) kodları altında nəzədə tutulduğu göstərilmişdir. Həmin arayışda iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə (10 ay 5 gün) və xx.xx.1997-xx.xx.1998-ci illərdə (01 il 08 ay 03 gün) Trestdə avtomatika üzrə çilingər vəzifəsində çalışdığı qeyd edilmişdir. Bu peşələrin arayışda istinad edilən kodlardakı peşələrlə üst-üstə düşməsi müəyyən edilmir. Bundan başqa əmək kitabçasında iddiaçının xx.xx.1998-xx.xx.2000-ci illərdə (01 il 06 ay 20 gün) takelajçı peşəsində çalışdığı qeyd edilmişdir. Lakin “X7 Ltd” MMC-nin verdiyi arayışda həmin peşənin uyğun gəldiyi kod konkret göstərilməmişdir. Ona görə də qeyri-mötəbərdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etməklə, iddia ərizəsinə uyğun izahat verərək, iddiada qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək, yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. - İddiaçı məxsus QR 043893 №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər (2 il 01 ay 2 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - xx.xx.1990-cı il tarixdə verilmiş UV-İ seriyalı 110522 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1985-ci ildə Azərbaycan Neft və Kimya institutuna daxil olmuş və 1990-cı ildə (xx.xx.1985-xx.xx.1990- 04 il 11 ay 27 gün) elektrik stansiyaları ixtisası üzrə həmin institutu bitirmişdir. İddiaçıya məxsus 19 mart 1982-ci il tarixli ИТ-İ seriyalı, ******* №-li əmək kitabçasından çıxarışdan və xx.xx.1990-cı ildə verilmiş İT seriyalı ******* №li əmək kitabçasının notarial təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci ildə Əli Bayramlı şəhər İstixanalar və İstilik sistemləri Birliyi İnternat məktəbində istixana çilingəri vəzifəsinə təyin olunmuş, xx.xx.1982-ci ildə mövsümün bitməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə 2 №li trestin 29 saylı tikinti idarəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1990-cı ildə “Xəzərdənizneftqazsənaye” İB-nin X5 Qazma İdarəsində “Şelf-2” yarımdalma üzən qazma qurğusuna (YDÜQQ) 4-cü bölmənin qazma qurğularına texniki qulluq üzrə elektrik montyoru olaraq gənc mütəxəssis kimi işə qəbul olunmuş, xx.xx.1991-ci ildə eyni qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə eyni qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçirilmiş, xx.xx.1993-cü ildə “Şelf” YDÜQQ qurğuya 5-cidərəcəli xidmət üzrə Nəzarət ölçü chazları (NÖÇ) avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1994-cü ildən “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlığının mexanik vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə “Şelf-5” YDÜQQ qurğuya 5ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə “X11”nda takelajçı vəzifəsinə qəbul olunmuş, 27 mart 2000-ci il tarixdə həmin qurğuda elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə “Dədə Qorqud” Qurğusunda baş elektrik vəzifəsinə keçirilmişdir. “X8” LTD şirkəti tərəfindən verilmiş 15 aprel 2019-cu il tarixli DDG-002-2019 №li güzəştli arayışda göstərilmişdir ki, İddiaçı yarım batan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat peşələrində bilavasitə iştirak edən böyük elektrik -1 vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən 1 saylı siyahı Xbölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 20 (iyirmi) il 07 (yeddi) ay 09 (doqquz) gün təşkil edir: xx.xx.1998-xx.xx.2000 (01 il 06 ay 19 gün); xx.xx.2000-xx.xx.2005 (05 il 03 ay 09 gün); xx.xx.2005-xx.xx.2019 (13 il 09 ay 08 gün). Neftin qazılması və hasilatı fəhlələr-1100000a-19861 SOCAR “X10i tresti” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilə kimi “Xəzərdənizneftqazsənaye” İB-nin X5 Qazma İdarəsində işləmişdir. “Xəzərdənizneftqaz” İB-nin 10 mart 1993-cü il tarixli 78 №li əmrinə əsasən xx.xx.1993-cü il tarixindən “Xəzərdənizneftqaz” İB-nin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ-nin adı dəyişdirilərək X5 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “Azneft” İB-nin strukturunun təkmiləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №li əmri ilə X5 Qazma İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı” DKQİ-nin tərkibinə verilib. SOCAR-ın xx.xx.2007-ci il tarixli 51 saylı və xx.xx.2007-ci il tarixli 60 saylı əmrləri ilə “X10i” tresti yaradılmışdır və “Bayıl Limanı” DKQİ trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X9 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X10i” trestinin strukturunun təkminləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X9 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. Qazma İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma işləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “X10i” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı işlədiyi vəzifələr aşağıdakı kimi olmuşdur: xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək X5 Qazma İdarəsində “Şelf-2” YDÜQQ qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə qəbul olunmuş; xx.xx.1991ci ildən xx.xx.1992-ci ilədək eyni qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək eyni qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1994-cü ildək “Şelf” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş; xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlığının mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “Şelf-5” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. Bu müddətdə ümumi iş stajı 08 il 01 ay 06 gün, güzəştli iş stajı 08 il 01 ay 06 gün təşkil etmişdir. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş elektrik montyoru 1100000a- 19838, mexaniklər və böyük mexaniklər 1100000b-23485 kodu ilə 08 il, 01 ay 06 gün güzəştli iş stajı təşkil edir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, SOCAR “X10i tresti” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək X5 Qazma İdarəsində “Şelf-2” YDÜQQ qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə qəbul olunmuş; xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək eyni qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək eyni qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək “Şelf” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş; xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “Şelf- 5” YDÜQQ qurğuya elektrik avadanlığının mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “Şelf-5” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. Bu müddətdə ümumi iş stajı 08 il 01 ay 06 gün, güzəştli iş stajı 08 il 01 ay 06 gün təşkil etmişdir. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş elektrik montyoru 2130100a-19861, mexaniklər və böyük mexaniklər 1100000b-23485 kodu ilə, 1100000a-18497 kodu ilə buruqlara xidmət üzrə çilingərlər peşəsi 08 il, 01 ay 06 gün güzəştli iş stajı təşkil edir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********8 №li cavab məktubunda göstərilmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 avqust 2021-ci il tarixində daxil olmuş müraciətinə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12,6 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-lı siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) mədənlərdə tərkibində kükürdlü hydrogen olan (1,5 %-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunmuş SOCAR-ın X2 dair xx.xx.2021-ci il tarixli arayışında xx.xx.1993xx.xx.1994-cü il və xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən trestdə avtomatika üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi yuxarıda qeyd olunan dövrlərdə əmək fəaliyyəti ilə məşğul olduğu zaman işlədiyi avtomatika üzrə çilingər vəzifəsi mədənlərdə tərkibində kükürdlü hydrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onunb güzəştli iş stajı 12 il 06 aydan az (5 il 6 ay 28 gün (xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1994xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa əmək kitabçasında xx.xx.1998-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində takelajçı işlədiyi qeyd edildiyi halda, “X8” LTD-nin ona dair xx.xx.2019-cu il tarixli DDG-002-2019 nömrəli arayışında həmin dövr ərzində üzən qazma qurğusunda elektrik vəzifəsində əmək fəaliyyətilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi təqdim olunmuş sənədlərdə uyğunsuzluq vardır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmamasının, həmçinin iddiaya etirazın əsası kimi sonuncunun kifayət qədər güzəştli iş stajına malik olmaması qeyd olunmuşdur. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının təhsil və hərbi xidmət dövrləri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır və işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsi (X bölmə kod ********); kod 1100000b – rəhbərlər və mütəxəssislər quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər (kod: 1100000b—23485); buruqlara xidmət üzrə çilingərlər (kod 1100000a—18497); Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi (Xİİ bölmə kod 21300000 ) kod: 2130100a- a) fəhlələr- bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları (kod 2130100a—19861). Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus atestat, əmək kitabçası və hərbi biletdə qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 10 ildən artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2016-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 13 oktyabr 2021-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 16 avqust 2021-ci il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya xx.xx.2018-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6812/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6812/2022
13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver