Məhkəmə qərarları › İş №2-1(112)-6824/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6824/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6824/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə, İsayeva Gülay Rəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.1989-cu il tarixli 521 nömrəli akta görə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış Bakı şəhəri, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində 0.08 ha torpaq sahəsinin 300 kv.m hissəsində yerləşən sahəsinə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsinin surəti iş üzrə cavabdehə göndərilmiş, iş üzrə iddianın mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun direktorunun xx.xx.1990-cı il tarixli 135 nömrəli əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarında və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X5 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına fərdi ev tikmək üçün 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış və əlavə olunmuş adlı siyahıda X1 adı vardır. X3 xx.xx.2018-ci il tarixdə İddiaçı baş etibarnamə verərək, onun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi və digər hüquqları etibar etmişdir. Hazırki işin faktiki və mübahisə edilməyən hallarından məlum olur ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun direktorunun xx.xx.1990-cı il tarixli 135 nömrəli əmri ilə qeyd edilən torpaq sahəsi üzərində hüquqlar X2 məxsus olduğundan, İddiaçı isə X3 tərəfindən yalnız ona məxsus hüquqların həyata keçirilməsi etibar edildiyindən, onun hazırki iddia tələbinə dair məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2akim Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar