Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6826/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: ünvan 1) cavabdeh – Azərbaycan Respublikasının Cavabdehnə (yerləşdiyi yer: Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 201-ci məhəllə) qarşı «əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1989-cu il təvəllüdlüdür, ali təhsillidir (bədən tərbiyəsi və idman ali peşə istiqaməti üzrə), 2013-cü ildən 18 avqust 2022-ci il tarixədək Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmət etmiş, sonuncu vəzifəsi Azərbaycan Respublikası Cavabdeh Bakı X3 hissəsinin zabiti – daxili xidmət baş leytenantı olmuşdur. Xidmət dövründə onun barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. 1-ci məharət dərəcəsi almışdır, Azərbaycan Respublikası Cavabdeh yaradılmasının 12-ci illiyi və peşə bayramı münasibəti ilə Cavabdeh işçilərinin Həmkarlar İttifaqının 16 dekabr 2017ci il tarixli əmri ilə “fəxri fərman”la təltif edilmişdir. 18 avqust 2022-ci il tarixdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Cavabdeh 1236/ş nömrəli əmri ilə o, fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əmrdə «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 10.0.1, 31.1.8, 31.5, 33.1.12-ci maddələrinə istinad olunmuşdur. İddiaçı 1236/ş nömrəli 18 avqust 2022-ci il tarixli əmrin ona aid hissədə (əmr iki əməkdaşın xaric edilməsi barədədir) ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ona ödənilməsi tələbini irəli sürərək iddia qaldırmışdır. İddiaçı hesab edir ki (iddia ərizəsinə və iddiaçı tərəfin izahatlarına əsasən), cavabdehin 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmri müvafiq hissədə qanunsuzdur və onun hüquqlarını pozmuşdur. 18 iyul 2022-ci il tarixdə sutkalıq növbədə (naryadda) olduğu müddətdə iddiaçının hərəkətlərində pozuntu olmamışdır, yalnız mobil telefonla danışıq və yazışmalar aparmışdır ki, bu da xidməti fəaliyyətinə zidd olmamış, həmin gün Bakı Regional Mərkəzinin inzibati binasında hər hansı təhlükə yaradan və işin ahəngini pozan hadisə baş verməmişdir. İddiaçının fövqəladə hallar orqanlarından xaric edilməsi qanuna ziddir. 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmr iddiaçıya aid hissədə ləğv olunmalıdır. İddia tələbi əsaslıdır. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Cavabdeh iddiaya etiraz edir. Cavabdeh tərəf hesab edir ki (iddiaya qarşı yazılı etiraza və nümayəndənin izahatına əsasən), 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmr iddiaçıya aid hissədə qanunidir və iddia tələbi əsassızdır. İddiaçı Nazirliyin Bakı X3 hissəsində sutkalıq xidməti zamanı Azərbaycan Respublikası Silahlı X1 və Mərkəz üzrə növbətçinin təlimatının tələblərini kobud surətdə pozduğundan fövqəladə hallar orqanlarından xaric edilmişdir. Nazirliyin rəhbərliyi pozuntuya yol vermiş əməkdaşlar barəsində inztizam tənbehi tətbiq etməkdə diskresion səlahiyyətlərə malikdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, 2013 – 2022-ci illər ərzində xidməti dövründə intizam məsuliyyətinə cəlb olunmamışdır. 1-ci məharət dərəcəsi almışdır. Cavabdeh yaradılmasının 12-ci illiyi və peşə bayramı münasibəti ilə Nazirlik işçilərinin Həmkarlar İttifaqının 16 dekabr 2017-ci il tarixli əmri ilə “fəxri fərman”la təltif olunmuşdur. 18 iyul 2022-ci il tarixdə növbətçilik zamanı ona məxsus mobil telefon vasitəsilə yaxınları ilə şəxsi yazışmalarını oxumuş, kənar danışıq və yazışması olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə etdi ki, iddiaçının xidmətdə olduğu 18 iyul 2018-ci il tarixdə FHN Bakı Regional Mərkəzində hər hansı neqativ hadisə baş verməmişdir, Mərkəzin Növbətçi hissəsində iş rejimi sutkalıqdır və bu müddət ərzində əməkdaşların fasiləsiz xidmət göstərməsi mümkün deyil, nahar fasiləsi isə konkret müəyyən olunmamışdır. Növbətçilərdən hər birinin müəyyən həddə, növbəli şəkildə istirahət etmək, nahar fasiləsinə çıxmaq hüququ da var. 18 iyul 2022-ci il tarixdə Bakı Regional Mərkəzində hər hansı təhlükə yaradan, təşkilatın işini pozan hadisə baş verməmişdir. İddiaçı həmin gün Növbətçi hissədə xidmətdə iki nəfər digər əməkdaşla birlikdə olmuşdur, onlardan biri xidmətdən iddiaçı ilə eyni əsala – “vəzifəsinin icrasında kobud pozuntulara yol verməsi” əsası ilə xaric olunduğundan hazırkı mübahisənin predmeti olan 18 avqust 2022-ci il tarixli əmrin özünə aid hissədə ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Sutkalıq naryadda üç əməkdaş olmuşdur. Digər əməkdaş X5 isə, ona ünvanlanmış şifahi təklifi qəbul edərək, Nazirliyə öz arzusu ilə işdən azad olunması barədə ərizə təqdim etmiş və həmin əsasla onun xidmət keçməsinə xitam verilmişdir. Bu halın özü də onu göstərir ki, 18 avqust 2022-ci il tarixli əmr qərəzlidir. Nəzərə alınmalıdır ki, Növbətçi hissədə sutkalıq naryadda adətən rəhbərliyin şifahi göstərişlərinin çatdırılması və məlumatlandırılması buna digər əlverişli vasitələr olmadığından, məhz mobil telefonla danışıqlarla təmin edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmrinin qanuni olduğunu bildirdi və iddia tələbini əsassız sayaraq onun təmin olunmamasını məhkəmədən xahiş etdi. O, həmçinin qeyd etdi ki, 18 iyul 2022-ci il tarixdə Nazirliyin Bakı Regional Mərkəzində hər hansı hadisə baş verməsə də, iddiaçının səhlənkarlığı və diqqətsizliyi xidmətin tələbləri ilə bir araya sığmır. Onun 2013-cü ildən xidmət etdiyi dövrdə mükafatlandırılması, eləcə də intizam məsuliyyətinə cəlb olunmasına gəldikdə isə, bunlarla bağlı hər hansı məlumat yoxdur. İddiaçı Həsənov X6 Növbətçi hissəsində sutkalıq növbətçilik edərkən öz hərəkətləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin, habelə Mərkəz üzrə növbətçinin təlimatının tələblərini pozmuşdur. Sutkalıq naryad dövründə nahar fasiləsi günorta saat 1-də nəzərdə tutulur. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Cavabdehin mübahisələndirilən əmri, habelə onun iddiaçıya elan olunması 18 avqust 2022-ci il tarixə, iddia ərizəsinin verilməsi isə 22 sentyabr 2022-ci il tarixə, yəni əmrin elan (təqdim) olunmasından 30 gündən çox vaxt keçidiyi tarixə təsadüf etsə də, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə 18 avqust 2022-ci il tarixli əmrə münasibətdə mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti buraxılmamış hesab olunur. Bu qənaət ondan irəli gəlir ki, iş materiallarında olan “Atlas Ekspres” poçt xidmətinin müvafiq çatdırma sənədindən görünür ki, iddia ərizəsi 16 sentyabr 2022-ci il tarixdə imzalanmışdır və adıçəkilən poçt xidmətinə təqdim edilmişdir. Qeyd olunmalıdılr ki, İPM-in 22.2-ci maddəsinə görə müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM) ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. MPM-in 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə onunla dövlət qulluqçusu (dövlət qulluğunun xüsusi növünda xidmət edən) arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı olduğundan, eləcə də iddia tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2 və 8.1.3-cü maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmri iddiaçıya aid hissədə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. Həmin Qanunun 2.2-ci maddəsinıə görə fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunları, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 10-cu maddəsinə görə fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: qanunvericiliyin tələblərinə riayət etməyə (10.0.1), fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə (10.0.2), fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə (10.0.3), vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmağa və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməyə (10.0.4), vəzifə borcunun yerinə yetirilməsi zamanı vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamağa və qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməyə (10.0.5), öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə xarakterli məlumatları qanunvericiliyə uyğun olaraq təqdim etməyə (10.0.6), qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə köçməklə xidmət etməyə və ya başqa vəzifələri icra etməyə (10.0.7), qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə (10.0.8), dövlət sirrini və qanunla mühafizə edilən digər sirri saxlamağa (10.0.9), etik davranış və intizam qaydalarına əməl etməyə (10.0.10), qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə (10.0.11). Həmin Qanunun 28.1-ci maddəsinə görə xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə fövqəladə hallar orqanları əməkdaşına aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər: (28.1.5) fəxri fərmanla təltif edilmə. Həmin Qanunun 31.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: (31.1.1) məzəmmət (irad); (31.1.2) töhmət; (31.1.3) şiddətli töhmət; (31.1.4) tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; (31.1.5) aşağı vəzifəyə keçirmə; (31.1.6) xüsusi rütbənin bir pillə aşağı salınması; (31.1.7) vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); (31.1.8) fövqəladə hallar orqanlarından xaric etmə; (31.1.9) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. Həmin Qanunun 31.3-cü maddəsinə görə xidməti intizamı pozduğuna görə fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsi (daxili xidmət sıravisi, tibb xidməti sıravisi, daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər. Həmin Qanunun 31.4-cü maddəsinə görə bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Qanunun 31.5-ci maddəsinə görə bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Həmin Qanunun 32.10-cu maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşı intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi»nin 210-cu maddəsində nəzərdə tutulmuşdur ki, sutkalıq naryad daxili qayda-qanunun saxlanması, hərbi hissənin (bölmənin) silahlarının, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, binalarının və əmlakının mühafizə edilməsi, həmçinin daxili xidmət üzrə digər vəzifələrin yerinə yetirilməsi üçün təyin edilir. Azərbaycan Respublikası Cavabdeh Bakı Regional Mərkəsinin rəisinin rəisinin 29 dekabr 2021-ci il tarixli əmri ilə təsdiq edilmiş “Mərkəz üzrə növbətçinin Təlimatı”nın müddəalarına əsasən Mərkəz üzrə növbətçi borcludur: - Sutka ərzində mütəmadi olaraq əsas diqqəti mühafizə olunan obyektlərin vəziyyətinə yönəltmək, hasarların, işıqlandırma sisteminin, müşahidə, rabitə, siqnalizasiya və yanğınsöndürmə vasitələrinin sağlığına diqqət yetirmək. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 22.1-ci maddəsinə görə inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 74-cü maddəsinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə ilk növbədə cavabdeh tərəfin etirazında göstərilən mübahisə predmeti olan 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmrin diskresion səlahiyyətlər çərçivəsində qəbul olunması mövqeyi ilə bağlı vurğulayır ki, qanunvericilikdə istər hərbi qulluqçuların, istərsə də dövlət qulluqçularının (o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət edənlərin) xidməti fəaliyyəti üzrə intizam məsuliyyətinə cəlb olunması məsələlərini tənzimləyən normalar intizam tənbehlərinin tətbiqində aidiyyəti vəzifəli şəxslərin mümkün qanunauyğun qərarlardan birini seçim imkanını nəzərdə tutsa da, bu seçim törədilmiş pozuntunun xarakteri, onun nəticəsi və digər xüsusatlar məcmusunda qiymətləndirmə aparılmaqla adekvat olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, fövqəladə hallar orqanlarında xidmətkeçmənin qayda və şərtlərini müəyyən edən «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Qanunun müddəaları “xidmətdən xaric edilmə” növündə tənbeh tədbirinin tətbiqini birmənalı olaraq, vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntularla və həmin Qanunda nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərlə şərtləndirir. Hazırkı işin faktiki hallarına görə isə, iddiaçının inzibati icraatda verdiyi izahatında özünün etirafı da nəzərə alınmaqla FHN Bakı X3 hissəsində 18 iyul 2022-ci il tarixdə sutkalıq növbə (naryad) zamanı hərəkətləri xidməti vəzifələrinin icrasına diqqətsiz yanaşma, bu vəzifələri tələb olunan səviyyədə yerinə yetirməmə qismində qəbul oluna bilər, lakin məhkəmənin qənaətinə görə onun yol verdiyi pozuntu “kobud” xarakterli sayıla bilməz. Cavabdeh inzibati orqan iddiaçının hərəkətlərini xidmətlə bir araya sığmayan qismində də dəyərləndirməmişdir. Qanunvericiliyin tələblərinə zidd olmasına gəldikdə isə, həmin hərəkətlər cavabdehin əsaslandırmasında istinad olunan Azərbaycan Respublikası Silahlı X1 (Qanunla təsdiq olunmuşdur) tələblərinin pozulması sayılmır, “Mərkəz üzrə növbətçinin Təlimatı” isə, qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlar sırasına aid deyil. Beləliklə, iddiaçının hərəkətləri «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Qanunun 31.5-ci maddəsində nəzərdə tutulan, yəni qanunla fövqəladə hallar orqanlarından xaric etmə növündə intizam tənbehinin tətbiqinə əsas verən hərəkətlərə aid oluna bilməz. Qeyd olunmalıdır ki, Cavabdeh Bakı X3 hissəsində sutkalıq növbətçilik (naryad) zamanı növbətçiyə mobil telefondan istifadəni (xəbər bildirişlərini oxumağı) birbaşa qadağan edən müddəa hər hansı hüquqi aktda müəyyən edilməmişdir. FHN Bakı Regional Mərkəsi tərəfindən təsdiq edilmiş “Mərkəz üzrə növbətçinin Təlimatı”nda növbətçinin borcu kimi müəyyən edilən “sutka ərzində mütəmadi olaraq əsas diqqəti mühafizə olunan obyektlərin vəziyyətinə yönəltmək, hasarların, işıqlandırma sisteminin, müşahidə, rabitə, siqnalizasiya və yanğınsöndürmə vasitələrinin sağlığına diqqət yetirmək” müddəası isə, mütəmadi xarakterli həmin hərəkətlərin heç də birmənalı telefon rabitəsindən istifadə edilmədən, habelə əməkdaşlar arasında növbəlilik gözlənilməklə qısa fasilələr verilmədən həyata keçirilməsini nəzərdə tutmur. Məhkəmə diqqətə çəkir ki, müvafiq tarixdə (18 iyul 2022-ci il tarixdə) İddiaçı hərəkətləri nəticəsində Cavabdeh, eləcə də Nazirliyin Bakı Regional Mərkəzinin fəaliyyətində hər hansı təhlükə yaradan, onların, habelə əlaqəli qurumların işini pozan, başqa əməkdaşın fəaliyyətinə və şəxsiyyətinə ciddi şəkildə toxunan hadisə baş verməmişdir. Bir hal da vurğunmalıdır ki, məhkəmə icraatında iddiaçının 9 ildən artıq müddət fövqəladə hallar orqanlarında qüsursuz xidmət etdiyi, “daxili xidmət vaş leytenantı” rütbəsi aldığı və Nazirlik işçilərinin Həmkarlar İttifaqı tərəfindən peşə fəaliyyəti ilə əlaqədar mükafatlandırıldığı (bir dəfə) müəyyən edilir. Sadalananlar özü də onun ötən 9 illik dövrdə, o cümlədən son illərdə xidməti vəzifələrini keyfiyyətlə yerinə yetirməsinə və səmərəli fəaliyyət göstərməsinə dalələt edir. Xüsusi rütbəyə və mükafatlandırmaya layiq görülmüş əməkdaş kimi hazırkı iddiaçının yuxarıda qeyd olunan tərzdə ifadə olunan və biruzə verilən bir hərəkətinə görə xidmətdən xaric olunması inzibati orqanın (cavabdehin) apardığı inzibati icraat üzrə güddüyü qanuni məqsədə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsində təsbit olunmuş “mütənasiblik” prinsipi ilə uzlaşmır. Bundan başqa məhkəmə bildirir ki, «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. Lakin hazırkı iddiaçıya intizam tənbehinin tətbiqində onun xidməti və şəxsi keyfiyyətlərinin nəzərə alındığı məhkəmə icraatında cavabdeh tərəfindən təqdim olunmuş sübut və dəlillərlə, habelə mübahisələndirilən 18 avqust 2022-ci il tarixli əmrin məzmunu ilə görünmür. Eləcə də, cavabdeh inzibati orqanın iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda qurumun öz mövqeyi açıqlansa da, 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmr əlverişsiz inzibati akt kimi tərtib edilərkən İddiaçı aid hissədə əmrin məzmunu kifayət qədər əsaslandırılmamışdır. Belə ki, əmrdə iddiaçının hərəkətləri “xidmətdən kənar fəaliyyətlə məşğul olmaq” qismində dəyərləndirilməklə və müvafiq qanunverciliyin aidiyyəti normaları (maddələrin nömrəsi) sadalanmaqla kifayətlənilmişdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Qeyd olunan Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın – 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmrin qəbulu ilə həmin hallar uzlaşmır. İddiaçı iddiasını əsaslandırarkən onunla eyni vaxtda Növbətçi hissədə sutkalıq naryadda başqa əməkdaşın eyni hərəkətlərə yol verdiyini, lakin ona münasibətdə intizam tədbirinin tətbiq olunmadığını da bildirir. Lakin məhkəmə icraatında həmin əməkdaşın fövqəladə hallar orqanlarına xidmətinə “öz arzusu ilə” xitam verildiyi müəyyən olunsa da, onunla bağlı xüsusatlar mübahisənin predmeti olmadığından və hazırkı mübahisənin həllində həlledici rol oynamadığından, məhkəmə bu dəlilə qiymət veriməsini məqsədəmüvafiq saymamışdır. Yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin 18 avqust 2022ci il tarixli 1236/ş nömrəli əmri iddiaçıya aid hissədə qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 17, 24, 58-ci maddələrinə zidddir və onun hüquqlarının həyata keçirilməsinə maneələr yaradır, yəni hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İddiaçı fövqəladə hallar orqanlarından xaric olunması və bu əsasla onun xidmət keçməsinə xitam verilməsi barədə 18 avqyst 2022-ci il tarixli 1236/ş nömrəli əmrin ləğv olunduğu halda hüquqi nəticələrinin aradan qaldırlması onun tutduğu FHN Bakı X3 hissəsinin baş zabiti vəzifəsinə bərpa olunması və müvafiq dövr üzrə məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini ehtiva edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Cavabdeh 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmri İddiaçı aid hissədə ləğv edilməli, İddiaçı tutduğu (FHN Bakı X3 hissəsinin zabiti) vəzifəsinə bərpa olunmalı və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 70.1, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh 18 avqust 2022-ci il tarixli 1236/ş nömrəli əmri İddiaçı aid hissədə ləğv edilir, İddiaçı tutduğu (FHN Bakı X3 hissəsinin zabiti) vəzifəsinə bərpa olunur və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi cavabdehin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 3ə (ünvan: ünvan 5 Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6826/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6826/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver