Məhkəmə qərarları › İş №2-1(112)-683/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-683/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-683/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, onun “Müharibə veteranı" adı və vəsiqəsinin bərpa olunması, Qarabağ Müharibəsi veteranları üçün müəyyən olunmuş müavinətin və imtiyazların bərpa olunması, 2005-ci il tarixindən bu günədək ödənilməmiş müavinətin ona ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun “Müharibə veteranı” adı və vəsiqəsinin bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 27 aprel N985-ci ildən N3 may N987-ci ilədək olan müddətdə həqiqi hərbi xidmətdə olmuşdur, N993-cü ilin noyabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün könüllü olaraq Nizami rayon Hərbi Komissarlığına müraciət etmiş və 702 saylı briqadanın 2-ci Nizami batalyonunun 2-ci taqımının tərkibində Füzuli rayonunda gedən döyüşlərdə iştirak etmişdir. N994cü ilin yanvar ayında Harami düzündən aşağı Seyid-Əhmədli kəndinə qədər hücumda iştirak etmiş və may ayının axırlarına qədər Nizami batalyonunun tərkibində döyüşlərdə olmuşdur. N994-cü ilin yanvar ayının 5-də Horadiz əməliyyatında iştirak etmiş və ondan sonrakı dövrlərdə may ayının 27dək olan bütün döyüşlərdə iştirak etmişdir. N994-cü ilin mayın N2-si atəşkəs olunmuşdur. Döyüş olmadığından, o, may ayının 27-si silahı təhvil verib gəlmişdir. Həmin vaxt mövcud olan gərgin hərbi və siyasi vəziyyət səbəbindən hərbi hissəni tərk edərkən bu barədə rəsmi sənəd ala bilməmişdir. Onun bəzi əsgər yoldaşları bir müddət sonra hərbi hissəyə geri dönərək həmin sənədi alsalar da, onun imkanının olmaması səbəbindən geri dönərək bunu rəsmiləşdirmək imkanından məhrum olmuşdur. Bu səbəbdən də o, döyüş yerini icazəsiz tərk edən hərbi qulluqçu hesab olunmuşdur. Həmin dövrdə döyüş yerini icazəsiz tərk edən hərbi qulluqçular barəsində cinayət işi başlanılmışdır. Lakin Ulu Öndər Heydər Əliyevin N7.05.N997-ci il tarixli Amnistiya haqqında qərarının N.5 və N.6-cı bəndləri ilə Qarabağ müharibəsi dövründə döyüş yerini icazəsiz tərk edən hərbi quluqçular əfv olunmuş və həmin şəxslər barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, o, Qarabağ müharibasində döyüşmüş şəxs kimi Qarabağ müharibəsi veteranı statusu almışdır. 03 noyabr 2000-ci il tarixində ona Bakı şəhəri Xətai RHK tərəfindən veteran vəsiqəsi verilmişdir. 03 mart 20N7-ci il tarixində N nömrəli hərbi hissənin komandiri general-mayor Mayis Bərxudarov, 03 mart 20N7-ci ildə N nömrəli hərbi hissənin komandiri polkovnik Eldəniz İmaməliyev, 20 mart 20N7-ci il tarixində N nömrəli hərbi hissə komandiri polkovnik Eldəniz İmaməliyev tərəfindən gənc nəslin vətənpərvər tərbiyə edilməsində fəal iştirak etmiş keçmiş döyüşçü kimi Qarabağ müharibəsi veteranlarının da iştirak etdiyi tədbirdə təltif olunmuşdur. 06 mart 20N9-cu il tarixində «Müharibə veteranı» medalı, 06 mart 20N9-cu ildə isə «Milli ordu-N00» medalı ilə təltif olunmuşdur. O, veteran statusu alandan sonra, yəni 2000-ci ildən Qarabağ müharibəsi veteranları üçün müəyyən olunan müavinət alırdı. 2005-ci ildə Xətai Rayon Hərbi Komissarlığından ona məktub gəlmiş və ona hər hansı səbəb bildirmədən onun veteran vəsiqəsini, hərbi biletini tələb etmişlər. Onun hərbi bileti müvafiq orqana təqdim edildikdən bir müddət keçdikdən sonra, həmin qurumdan vəsiqəsini geri tələb etdikdə, onu arxivə göndərdiklərini bildirdilər. Arxivə dəfələrlə sorğu göndərməsinə baxmayaraq, sənədin tapılmadığı bildirilmişdir. Elə bu səbəbdən də, o, “Müharibə veteranı” vəsiqəsini yenidən almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsi Hərbi Komissarlığın nəznində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya"sı tərəfindən verilmişdir və qeyd olunan komissiyanın sənədləri Müdafiə Nazirliyinə daxil olmamışdır. Bu səbəbdən ona “Müharibə veteranı" adı və vəsiqəsinin təkrar verilməsi üçün əvvəllər verilmiş “Müharibə veteranı" vəsiqəsi və döyüşdə iştirakını təsdiq edən sənədləri (həmçinin hərbi xidməti haqqında arxiv arayışının və hərbi biletinin notarial qaydada təsdiq olunmuş surəti və s.) ərizəsi ilə birlikdə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya” göndərməsi tələb olunmuşdur. O, hərbi hissəni tərk edərkən, müvafiq qeydi hərbi biletinə qeyd edilmədiyindən Müdafiə Nazirliyindən ona bildirilmişdir ki, “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Onun barəsində hər hansı cinayət işi və ya təqsirləndirici materialın olmasına dair Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanladığı sorğuya cavab olaraq bildirilmişdir ki, N0.05.2000-ci il tarixində müraciətinə əsasən barəsində cinayət işi başlanılması rədd edilmişdir, lakin həmin tarixə aid sənədlər məhv edildiyindən həmin qərarın surətini təqdim etmək mümkün omamışdır. “Müharibə veteranı” adı və vəsiqəsi ona təkrar verilmədiyindən, Qarabağ müharibəsi veteranları üçün qanunla müəyyən olunmuş müavinəti 2005ci ildən etibarən ala bilmir. Cavabdeh inzibati orqanın “Müharibə veteranı" adının və vəsiqəsini təkrar verilməsi barədə imtinası və onun Qarabağ müharibəsi veteranı olaraq aldığı müavinətin kəsilməsi əsassızdır. Əvvəla, onun hərbi biletinin itməsi məhz cavabdeh inzibatı orqanın təqsirinə görə baş vermişdir. Onun hərbi bileti itməyəcəyi təqdirdə hələ də Müharibə veteranı statusuna malik idi və bu statusun ona verdiyi imtiyazlardan faydalanırdı. İkincisi, bundan əvvəl “Müharibə veteranı” statusuna malik olmuş və bunu kifayət qədər sübutlarla əsaslandırmışdır, əgər o, müharibədə həqiqətən iştirak etməsəydi, müvafiq statusa malik olmazdı, həmçinin müxtəlif dövrlərdə ordenlər və fəxri fərmanlarla təltif olunmazdı. Üçüncüsü, Azərbaycan Respublikası Hərbi Prourorluğunun 04.0N.20N9-cu il tarixli məktubunda kifayət qədər aydın bildirilmişdir ki, N7.05.N997-ci il tarixli Amnistiya haqqında qərarın N.5 və N.6-cı bənləri ona şamil olunmuşdur. Sözügedən qurum həqiqətən də onun barəsində hər hansı cinayət işi və yaxud təqsirləndirici materialın olmadığını bildirsə də, amnistiya qərarına əsasən əfv olunmasını təsdiq edən qərarın əslini təqdim edə bilmir. Dördüncüsü, əgər o, həqiqətən də, müharibə veteranı statusundan məhrum olunmalı olsaydı, ona 2000-ci il tarixindən 2005-ci il tarixinə qədər olan müddətdə ödənilən müavinət geri tələb olunmalı idi. Belə bir tələb N5 ildən çox bir müdətdə olmadığı üçün, bir daha sübut olur ki, müvafiq icra hakimiyyəti orqanı özü də onun əsassız olaraq müavinətdən məhrum olduğunu qəbul edir. Göründüyü kimi, onun müharibə veteranı olmasını özündə əks etdirən hüquq müəyyənedici sənəd cavabdeh inzibati orqanın özündədir. Bu səbəbdən də, o, əsassız olaraq müharibə veteranı adından və statusdan irəli gələn imtiyazlardan, o cümlədən müharibə veteranları üçün müəyyən olunmuş müavinətdən məhrum olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddiaçı Komissiyanın məktubunu mübahisələndirmişdir. İddiaçıya 20N7, 20N8-ci illərdə imtina olunmuşdur. 28.0N.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, amnistiya tətbiq olunması barədə N6.08.2000-ci il tarixli qərar əlavə olunmadığından “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. İddiaçı hərbi biletində göstərilmişdir ki, barəsində amnistiya tətbiq olunduğundan xidmət müddəti Azərbaycan Respublikasınıı Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. İddiaçı qeyd etmişdir ki, “Hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında’’ Azərbaycan Respublikası Milli Məclisinin N7.N0.N997-ci il tarixli, 383-İ QR Qərarının N.5, N.6-cı bəndləri ona şamil olunmuşdur. Həmin qərarın N-ci bəndində göstərilmişdir ki, hərbi cinayətlərə görə məhkum olunmuş aşağıdakı şəxslər (N.5, N.6-cı bəndlər) təyin olunmuş cəza müddətindən asılı olmayaraq azadlıqdan məhrumetmə cəzasından azad edilsinlər. Azərbaycan Respublikası Milli Məclisinin N7.N0.N997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraata xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. “Müharibə veteranı" adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-c il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilir ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçı X5 ünvanlanmış N3.04.20N3-cü il tarixli N/M-N759 nömrəli məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə Müharibə veteranı adı və vəsiqəsi Hərbi Komissarlığın nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafıq vəsiqələrin verilməsi üzrə komissiya”sı tərəfindən verilmişdir. Qeyd olunan Komissiyanın sənədləri Müdafiə Nazirliyinə daxil olmamışdır. Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin təkrar verilməsi üçün əvvəllər verilmiş “Müharibə veteranı” vəsiqəsi və döyüşlərdə iştirakınızı təsdiq edən sənədlər (həmçinin hərbi xidmətiniz haqqında arxiv arayışının və hərbi biletinizin notarial qaydada təsdiq olunmuş surəti və s.) ərizəsinizlə birlikdə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafıq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçı X5 ünvanlanmış 06.N2.20N8-ci il tarixli N/M-NN496 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin N0.03.20N7-ci il və təkrar 05.N2.20N8cı il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Barənizdə Amnistiya tətbiq olunması barədə N6.08.2000-ci il tarixli qərar əlavə olunmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçı X5 ünvanlanmış 28.0N.2020-ci il tarixli N/M-N279 nömrəli məktubda qeyd olunur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N0.03.20N7-ci il və təkrar 05.N2.20N8cı il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Barənizdə Amnistiya tətbiq olunması barədə N6.08.2000-ci il tarixli qərar əlavə olunmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildiririk kı, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin 26.08.20N5-ci il tarixli, 9/2-564N saylı arxiv arayışından görünür ki, Nizami RHK-dan hərbi təlim keçmək üçün gəlmiş N965-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N8 noyabr N993-cü il tarixli 322 №-li əmrilə (Əsas: §-4, səh-302, sıra-3N8) şəxsi heyət siyahısına salınmaqla bütün növ təminatlara təmin olunaraq, atıcı vəzifəsinə təyin olunmuş və SQ BQR-nin 27.06.95-ci il tarixli derektivinə əsasən, komandirin 30 sentyabr N995-ci il tarixli N №-li əmrində (Əsas: §-9, səh-N95, sıra-522) hərbi hissəni özbaşına tərk etmiş və yaş həddinə görə şəxsi heyət siyahısından, bütün təminatlardan çıxarılanların siyahısında adı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçı Xəqani Məmmədova ünvanladığı 04.0N.20N9-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçı barəsində hal hazırda Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici material yoxdur. Lakin Respublika Hərbi XN Şöbəsi tərəfindən verilən arayışa əsasən N9.05.2000-ci il tarixdə iddiaçının müraciətinə əsasən onun barəsində N7.05.N997-ci il tarixli Amnistiya haqqında qərarın N.5 və N.6 bəndinə əsasən barəsində cinayət işi başlanması rədd edilmişdir. Həmin tarixə aid arxiv sənədləri məhv edildiyindən həmin qərarın surətini təqdim etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 06.NN.2020-ci il tarixli HP N2/6N4 saylı məktubda qeyd olunur: xx.xx.N965-ci il tarixdə anadan olmuş X6 barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanladığınız 24 avqust 2020-ci il tarixli 2-N(NN2)-335N/2020 saylı sorğunuza tərəfimizdən baxılmışdır. Respublika Hərbi Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin arxivində saxlanılan 2000-ci ilə dair müraciətlərin qeydiyyatı kitabında X3 27.04.2000-ci il tarixdə ərizəsinin daxil olduğu və həmin müraciət əsasında onun barəsində araşdırma aparılaraq materialın toplanması və ünvan N ünvanında yaşayan X3 barəsində N7.N0.N997-ci il tarixli Amnistiya qərarının N.5-ci və N.6-cı bəndlərinin tətbiq edilməsi ilə bağlı barəsində N9.05.2000-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qeydlərin olması müəyyən edilmişdir. Lakin qeyd olunan materialın saxlama müddəti bitdiyindən və 09.03.20N6-cı il tarixli «Saxlanılmalı olmayan sənədlərin, işlərin məhv edilməsi üçün ayrılması barədə» akta əsasən həmin material məhv edildiyindən sözügedən şəxs barəsində əlavə məlumat vermək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 03.N0.2020-ci il tarixli Tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 26.08.20N5-ci il tarixli arxiv arayışına əsasən iddiaçı N №-li hərbi hissə komandirinin N8 noyabr N993-cü il tarixli 322 №-li əmrilə şəxsi heyət siyahısına salınmaqla bütün növ təminatlara təmin olunaraq, atıcı vəzifəsinə təyin olunmuşdur, lakin SQ BQR-nin 27.06.95-ci il tarixli derektivinə əsasən, komandirin 30 sentyabr N995-ci il tarixli N №-li əmrində hərbi hissəni özbaşına tərk edən və yaş həddinə görə şəxsi heyət siyahısından, bütün təminatlardan çıxarılanların siyahısında adı göstərilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 06.NN.2020-ci il tarixli məktuba əsasən iddiaçının müraciətinə əsasən onun barəsində «Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N997-ci il tarixli 383-İ QR nömrəli Qərarının N.5-ci və N.6-cı bəndlərinin tətbiq edilməsi ilə bağlı barəsində N9.05.2000-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. «Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N997-ci il tarixli 383-İ QR nömrəli Qərarının: N-ci bəndinə əsasən hərbi cinayətlərə görə məhkum olunmuş aşağıdakı şəxslər təyin olunmuş cəza müddətindən asılı olmayaraq azadlıqdan məhrumetmə cəzasından azad edilsinlər: N.5. Öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan uşağı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürmə, qəyyumluq və himayəçiliyi qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər; N.6. Həqiqi hərbi xidmətin (o cümlədən keçmiş SSRİ Silahlı Qüvvələrində) qanunla müəyyən olunmuş müddətini faktiki olaraq çəkmiş şəxslər; 6-cı bəndinə əsasən Qərarın N-ci maddəsində göstərilən şəxslərin bu Qərarın qüvvəyə mindiyi günədək törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin; 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Göründüyü kimi, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materialları ilə müəyyən edildi ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş, bununla əlaqədar olaraq bütün təminat siyahısından çıxarılmış, daha sonra isə müraciətinə əsasən onun barəsində «Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N997-ci il tarixli 383-İ QR nömrəli Qərarının N.5-ci və N.6-cı bəndləri tətbiq edilmiş və cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən iddiaçıya müharibə veteranı adının verilməsi ilə əlaqədar olan qanunvericilik normaları iddiaçıya şamil olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.N, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar