Məhkəmə qərarları › İş №2-1(112)-683/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-683/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-683/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamının, tikintiyə icazənin ləğv edilməsi və s.” (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər "xxxx" MTK, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh 196 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamın İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK cavabdehlər İddiaçı və qeyrilərinə qarşı MTK-ya ayrılmış torpaq sahəsindəki Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində və digər küçələrdə yerləşən məzillərdən cavabdehlər İddiaçı və qeydlərinin gələcəkdə yaşayış sahələrinə 20% əlavə edilərək "xxxx" MTK-nin vəsaiti hesabına cavabdehləri təmirli mənzil sahəsi ilə təmin etmək şərti ilə çıxarılması, yeni mənzillə təmin edilənədək "xxxx" MTK-nin vəsaiti hesabına (300-500 manat) aylıq kirayə haqqı olaraq müavinətlərin verilməsi və həmin mənzillərin sökülməsi "xxxx" MTK-nə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda isə həmin iddia ərizəsi üzrə məhkəmə işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır "GLORİA PALACE” MTK-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilə tanış olduqdan sonra MTK-nin iddia tələbinin hüquqi əsası kimi Bakı şəhəri Cavabdeh 196 nömrəli 21 oktyabr 2016-cı il tarixli sərəncamına istinad edilməsini gördük. Belə ki, Bakı şəhəri Cavabdeh 196 nömrəli 21 oktyabr 2016-cı il tarixli sərəncam birbaşa iddiaçı İ.lbrahimovanın xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə aid olsa da, iddiaçının həmin sərəncamın mövcud olmasından ümumiyyətlə məlumatı olmamışdır. Halbuki, qeyd olunan sərəncam iddiaçının qanunla qorunan maraqlarının və konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Bununla bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarı qəbul edilmişdir. Həmin qərarın 1.1ci bəndinə əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən digər rayonlarla yanaşı Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndində qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması digər rayonlarla yanaşı Cavabdehnə həvalə edilmişdir. Nazirlər Kabinetinin qeyd olunan qərarın icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Cavabdeh tərəfindən “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncam qəbul edilmişdir. Adıçəkilən Sərəncamın 1-ci bəndinə əsasən Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsib bəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1,21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" MTK-ya torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair ayrıc aktı tərtib edilmişdir. Adıçəkilən Sərəncamın 2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MTK-ya tapşırılmışdır. Göstərilənlər aydın olur ki, Bakı şəhəri Cavabdeh hazırda mübahisə predmeti olan sərəncamı qəbul edərkən AR Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarının tələblərinə düzgün əməl etməmiş, ümumiyyətlə sökülməsi nəzərdə tutulmuş binaların əhatə dairəsindən kənara çıxmışdır. Nazirlər Kabinetinin 86 nömrəli qərarının məzmunundan görünür ki, bu qərarın əhatə dairəsinə yalnız şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binaları və yararsız vəziyyətdə olan digər binalar, obyektlər aid edilmişdir. Başqa sözlə desək, sözügedən qərarla sökülməsi nəzərdə tutulan yaşayış binaları ya XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilməli, ya da ki yaşayış üçün yararsız vəziyyətdə olmalıdır. Lakin Bakı şəhəri Cavabdeh “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncam qəbul edərkən iddiaçnın qanuni əsaslarla xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evinin ərazisini də "Gloria Palace” MTK-ya ayrılmış sahənin layihəsinə daxil etmişdir. Halbuki, iddiaçıya məxsus olan fərdi yaşayış evi nə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, nə də ki yararsız vəziyyətdə olmuşdur. Belə ki, məsələ ilə bağlı bildirilir ki, İddiaçı xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evi mövcud olmuşdur. Daha sonra, iddiaçının müraciətinə əsasən Bakı şəhəri İcra Hakmiyyətinin 30 avqust 2001-ci il tarixli 573 nömrəli sərəncamı ilə ona məxsus olan köhnə evin sökülərək yenidən layihələndirilməsinə və tikintisinə icazə verilmiş və yeni 2 mərtəbəli evin tikintisinə 0,045 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı həmin fərdi yaşayış evinə dair inşaat pasportu və torpağa dair ayrıc aktı tərtib edilmişdir. Yeni evin layihələndirilməsi və tikintisi ilə bağlı aidiyyəti dövlət qurumlardan razılıqlar alınmışdır. İddiaçıya məxsus olan yeni fərdi yaşayış evin tikintisi müasir tələblərə uyğun aparılmış və 2007-ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyinin tələblərinə uyğun olaraq istismara qəbul edilmişdir. Eyni zamanda, qeyd edilir ki, iddiaçı 0,045 ha torpaq sahəsi üzərində ümumi sahəsi 536,40 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyəti hüququnu xx.xx.2019-cu il tarixində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlkaın Dövlət Reyestr Xidmətindən qeydiyyatdan keçirərək bununla bağlı mülkiyyət huququna dair müvafiq çıxarış əldə etmişdir. Göründüyü kimi, iddiaçıya məxsus olan fərdi yaşayış evi İXX və ya XX əsrlərdə deyil, XXİ əsrdə tikilmiş və yararsız vəziyyətdə olmamış, bu səbəbdən də AR Nazirlər Kabinetinin 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarı ilə sökülməsi nəzərdə tutulan binaların əhatə dairəsinə daxil edilməmişdir. Lakin təəssüflər olsun ki, Bakı şəhəri Cavabdeh 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamı qəbul edərkən Nazirlər Kabinetinin 86 nömrəli qərarın tələblərini düzgün icra etməmiş və iddiaçıya məxsus olan və müasir tələblərə uyğun XXİ əsrdə inşa edilmiş fərdi yaşayış evini və onun yerləşdiyi torpaq sahəsini də əsassız və qanunsuz olaraq "xxxx" MTK-ya yaşayış binaların tikintisi üçün sonuncunun layihəsinə daxil etmişdir. Digər tərəfdən, Bakı şəhəri Cavabdeh 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamın əsassız və qanunsuz olmasını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən ünvan 2 ünvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli akt təsdiq edir. Belə ki, hazırda mübahisə predmeti olan Bakı şəhəri Cavabdeh sərəncamı 21 oktyabr 2016-ci il tarixdə qəbul edilsə də, həmin sərəncamla sökülməsi nəzərdə tutulan fərdi yaşayış evlərinin guya yayarsız olması faktı, sərəncamın qəbul edilmə tarixindən sonra yalnız 19 iyun 2017-ci il tarixdə müvafiq akt tərtib edilməklə müəyyən edilmişdir. Halbuki, Nazirlər Kabinetinin 86 nömrəli qərarının icrasını düzgün təmin etmək məqsədi ilə Nəsimi Rayon İcra Hakmiyyəti ilkin olaraq yaşayış üçün yararsız və istismar müddəti keçmiş fərdi yaşayış evlərini müəyyən etdikdən sonra həmin evlərin sökülməsinə dair müvafiq sərəncam qəbul etməli idi. Başqa sözlə desək, ilkin olaraq Nəsimi rayonu ərazisi üzrə əvvəlki əsrlərdə tikilmiş və yaşayış üçün yararsız olan evlərə baxış keçirərək onların əhatə dairəsi müəyyən edilməli idi və daha sonra müvafiq sərəncam qəbul edilməli idi. Yəni, evlərin yayarsız olmasına dair akt hazırda mübahisə predmeti olan sərəncamın tarixindən əvvəlki tarixdə tərtib edilməli idi. Bundan başqa, sözügedən aktın məzmununa nəzər yetirdikdə belə həmin aktın formal əsaslarla tərtib edilməsi aydın şəkildə görünür. Belə ki, aktda digər evlərlə yanaşı iddiaçıya məxsus olan fərdi yaşayış evi də əks edilmişdir. Aktda göstərilmişdir ki, güya vizual baxş keçirilmiş və müəyyən edilmişdir ki, ərazidə yerləşən tikillilər XX əsrin əvvəllərində inşa edilmişdir. Eyni zamanda, evlərin yayarsız vəziyyətdə olması və tikinti qaydalara və normalara ümumiyyətlə cavab vermədiyi qeyd edilmişdir. Bununla bağlı bildirilmişdir ki, ümumiyyətlə iddiaçıya məxsus olan fərdi yaşayış evinə heç bir dövlət qurumu tərəfindən baxış keçirilməmişdir. Çünki, əgər reallıqda baxış keçirilsə idi, ən azından iddiaçının qanuni əsaslarla mülkiyyətində olan fərdi yaşayış evinin XX-ci əsrdə deyil, XXİ-ci əsrdə tikildiyini və bütün mövcud olan tikinti qayda və normalara cavab verdiyini görərdilər. Həmçinin qeyd edilmişdir ki, iddiaçı uzun müddət öz ailəsi ilə həmin evdə yaşamış, hazırda da həmin evdə qeydiyyatdadır və artıq 2 noyabr 2015-ci il tarixdən isə yoldaşı X1 adına “ŞƏMS” Körpələr Evi-Uşaq Bağçanı təsis edərək həmin fərdi yaşayış evində həmçinin baxça kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin baxçanın rəhbərliyini iddiaçı özü həyata keçirir. Yəni, iddiaçı yaşadığı fərdi yaşayış evində həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bununla əlaqədar olaraq yeni müştərilərin cəlb edilməsi üçün baxçanın yerləşdiyi fərdi yaşayış evində hər il müəyyən yaxşılaşdırmalar edir və təmir işləri görür. Məlum məsələdir ki, hər bir valideyn öz övladlarını yaxşı təmirli və şəraiti olan baxçaya buraxır ki, məhz bu tələblərə uyğun olmaq üçün iddiaçı mütəmadi olaraq baxçaya təmir və digər yaxşılaşdırmalarla bağlı zəruri xərclər çəkir. Belə olan təqdirdə isə qeyd olunan fərdi yaşayış evinin yararsız və istismar müddəti keçmiş olması gülüncdür və heç bir məntiqə uyğun gəlmir. Beləliklə, qeyd olunanlar bir daha Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən ünvan 2 ünvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktının formal əsaslarla tərtib edilməsinə dəlalət edir və həmin aktın həqiqiliyi ümumiyyətlə şübhə altındadır. Bundan başqa, qeyd olunmalıdır ki, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən digər fərdi yaşayış evlərin demək olar ki hamısının yerləşdiyi torpaq sahələri evlərin mülkiyyətçilərinin deyil, dövlətin mülkiyyətindədir. Lakin onlardan fərqli olaraq iddiaçıya məxsus olan fərdi yaşayış evinin yerləşdiyi 4,5 sot torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunan faktı isə daşınmaz əmlakın dövlət reyestr xidmətindən əldə edilmiş çıxarış təsdiq edir. Ən təəcüblüsü də odur ki, bir tərəfdən hazırkı mübahisə üzrə 3-cü şəxs olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixində iddiaçıya məxsus olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnu tanıyaraq həmin hüququn dövlət qeydiyyatını keçirirək iddiaçıya buna dair müvafiq çıxarış verir, digər tərəfdən isə cavabdeh orqan xx.xx.2016-cı il tarixində iddiaçıya məxsus olan fərdi yaşayış evini və onun yerləşdiyi torpaq sahəsini sonuncunun xəbəri və məlumatı olmadan "xxxx" MTKya ayırır. Eyni zamanda, iddiaçıya məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ona Cavabdeh tabe olduğu Bakı şəhəri İcra Hakimiyyətinin 30 avqust 2001-ci il tarixli sərəncamı ilə ayrılmışdır. Belə olan halda, cavabdeh orqanın tabe olduğu Bakı şəhər İcra Həmiyyətinin sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi daha sonra Nazirlər Kabinetinin qərarının icrasının təmin edilməsi adı ilə cavabdeh orqan tərəfindən əsassız və qanunsuz olaraq "xxxx" MTK-ya ayrılması iddiaçının mülkiyyət hüququnun kobud pozulmasına səbəb olur və qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun deyil.

3. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın iddiaçıya məxsus fərdi yaşayş evinə münasibdə ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

4. Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında Cavabdeh Başçısının 196 nömrəli, 21 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən, Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq "xxxx" Mənzil Tikinti Kooperativinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx-1482 saylı Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq Nəsimi rayonu. Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1,21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli xx/xx-6456 nömrəli məktubu ilə sözügedən ərazi üçün şəhərsalma əsaslandırılmasının yeni variantı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmışdır. Bununla əlaqədar xx.xx.2016-cı il tarixli, xx/xx-1482 saylı Şəhərsalma əsaslandırılması barədə məktub öz qüvvəsini itirmiş hesab edilmişdir.

6. xx.xx.2020-ci il tarixli Obyektin tikintisinə icazə№01 əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, N.Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsində 1,21 ha ərazidə yaşayış binasının tikintisinə Cavabdeh tərəfindən icazə verilmişdir.

7. Zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MTK tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri Cavabdeh tərəfindən “Yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi haqqında" 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncam qəbul edilmişdir. Adıçəkilən Sərəncamın 1-ci bəndinə əsasən Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsib bəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1,21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında “Gloria Palace" MTK-ya torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair ayrıc aktı tərtib edilmişdir. Adıçəkilən Sərəncamın 2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri- yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi “Gloria Palace" MTK-ya tapşırılmışdır. Lakin “Gloria Palace" MTK Sərəncamın 2-ci bəndinin icrasını tam olaraq təmin etmədən, yəni MTK-ya ayrılmış ərazidə yaşayan sakinlərinin tam köçürülməsini təmin etmədən tikinti işlərinin aparılmasını davam etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, ərazidə tikinti işlərinin aparılması körpələr evinə gələn uşaqların sağlamlığına mənfi təsir göstərə bilər buna görə də körpələr evinə verilən lisenziya ləğv edilməli və fəaliyyəti dayanmalıdır. Lakin hesab edirik ki, belə bir tələblə məhkəməyə müraciət etmək əvəzinə iddiaçı 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamın tələblərini tam yerinə yetirməlidir və MTK-ya ayrılmış ərazidə yaşayan sakinlərinin tam köçürülməsini təmin etmədən tikinti işlərinin aparılmasını dayandırmalıdır ki, bu gələcəkdə ağır nəticələrin yaranmasına səbəb olmasın. Belə ki, yuxarıda qeyd olunan məsələ ilə bağlı, MTK-nin apardığı tikinti işləri zamanı təhlükəsizlik və tikinti qaydalarının pozulmasına dair iddiaçının yoldaşı Şahin Qasımzadənin müraciəti əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən MTK-ya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda da qeyd olunan pozuntu halları öz təsdiqini tapmışdır. Məktubda göstərilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 196 nömrəli sərəncamın tələblərinə uyğun olaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən, “Gloria Palace" MTK-nın vəsaiti hesabına həyata keçirilməli olduğuna baxmayaraq, ərazidə olan yaşayış binalarının sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tələblərinə əməl olunmadan tikinti işlərinə başlanmışdır ki, bu da yolverilməzdir Göründüyü kimi, tikintidə təhlükəsizliyə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi də MTK tərəfindən Sərəncamın icrasını başa çatdırmadan tikinti işlərinin aparılmasını tikinti və təhlükəzislik qaydalarına əməl edilməməsi kimi qiymətləndirmişdir. Həmçinin İddiaçı Bakı İnzibati Məhkəməsində 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli sərəncamın onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evi hissəsində ləğv edilməsi barədə iddia qaldırmışdır və yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək həmin Sərəncamın iddiaçıya aid hissədə icrasının dayandırılması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə və tikinti işlərinin isə MTK tərəfindən iddiaçı ilə arasında olan tikili ilə bağlı 3,6 metr məsafə gözlənilmədən tikilməkdə olan tikilinin dayandırılması vəzifəsinin isə 3-cü şəxs “Gloria Palace" MTK-ya qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra Bakı şəhəri Cavabdeh yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında xx.xx.2016-cı il tarixli 196 nömrəli sərəncamının icrası İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi 0,045620 ha torpaq sahəsinə aid hissədə dayandırılması barədə Bakı İnzibati Məhkəməsi tərəfindən MXMT(112)- 16/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardad qəbul edilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, lisenziyanın ləğvi tələbi ümumiyyətlə MTK-nın səlahiyyətində olan bir məsələ deyil. Belə ki, "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 9.5-ci bəndinə əsasən “Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil fəaliyyəti üçün verilmiş lisenziyanın tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək Təhsil Nazirliyinin hüquqlarına aid məsələdir. Lisenziyalar və icazələr haqqında qanunun 26-cı maddəsində lisenziyanın və icazənin ləğvi ilə bağlı müddəa öz əksini tapmışdır Belə ki, lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin qanunun 27.1-ci maddəsinə görə lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafig sahəni tənzimləyən Azərbaycan Respublikasının ganunları ilə müəyyən olunmuş qaydada həyata keçirili Həmin ganunun 27.2-ci maddəsinə görə lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlığ sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların marağlarının müdafiəsi haggında" və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. "Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi haqqında Əsasnamənin 3.0.52-ci yanmbəndində qeyd olunur ki, lisenziya və icazələr haqqında qanunvericiliyə dövlət orqanları tərəfindən riayət edilməsinə nəzarət etmək, lisenziyaların və icazələrin tətbiqinə dair izahatlar vermək İqtisadiyyat Nazirliyinin vəzifələrinə aiddir Həmçinin əasnamənin 3.0.53-cü yanmbəndində qeyd olunur ki, müəyyən edilmiş hallarda və qaydada lisenziya, icazə və digər hüquqmüəyyənedici sənədlər vermək, onları yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və lədv etmək Nazirliyin vəzifəsidir. Yuxanda qeyd olunan normalardan belə nəticəyə gəlmək olar ki, lisenziyaların tələb və şərtlərinə nəzarət nəzarət etmək İqtisadiyyat Nazirliyinin, təhsil fəaliyyəti üçün verilmiş lisenziyanın tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək isə Təhsil Nazirliyinin səlahiyyətinə aid olan məsələdir. Bu isə o deməkdir ki, MTK-nın lisenziyanın ləğvi ilə bağlı bu formada məhkəməyə müraciət etməsi qanunvericiliyin tələblərinə ziddir və bu hal iddianın mümkünlük şərtlərinin yoxlanması üçün əsasdır. Təhsil fəaliyyəti üçün verilmiş lisenziyanın tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək iddiaçının səlahiyyətinə aid məsələ olmadığını nəzərə alaraq, iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsi xahiş olunur.

8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra - fərdi yaşayış evi) qəzalı vəziyyətdədirmi? Əgər qəzalı vəziyyətdədirsə, səbəbləri nədir?

2. Fərdi yaşayış evi ev hansı materiallardan inşa edilmişdir?

3. Fərdi yaşayış evinin istismar müddəti keçmişdirmi?

4. Fərdi yaşayış evinin yerləşməsi nəzərə alınmaqla sökülmədən (eləcə də altındakı 0,04562 ha torpaq sahəsi çıxılmaqla) Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə "xxxx" MTK-ya ayrılmış torpaq sahəsində (ayrıc aktına əsasən) yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkündürmü?

5. Fərdi yaşayış evi şəhərin ümumi görünüşünə xələl gətirirmi (mövcud şəhərsalma tələblərinə cavab verirmi)? Ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin (1-3-cü suallara münasibətdə), Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin (4-cü suala münasibətdə), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (5-ci suala münasibətdə) mütəxəssisləri cəlb edilməklə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin. İş ekspert rəyi verilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdur.

9. Məhkəmə tikinti-texniki ekspertizası çərçivəsində mütəxəssisin ayrılması və müvafiq rəyin verilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən təqdim edilən mütəxəssis rəyində qeyd edilir ki, baxış zamanı məlum olmuşdur ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi zirzəmili, 2 mərtəbəli, mansardlı olub 2004-cü ildə inşa edilmişdir. Fərdi yaşayış evi planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 13,5 x 12,9 metrdir. Ev karkas tipli olub əsas yükdaşıyan konstruksiyaları monolit dəmir-betondandır. Damı çardaq tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Baxış zamanı fərdi yaşayış evinin əsas yükdaşıyan konstruksiyalarında çat və deformasiyalar müşahidə edilmədi. Fərdi yaşayış evi hal-hazırda qeyri-yaşayış obyekti kimi istismar edilir. 1-ci, 2-ci və 3-cü suallar üzrə bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi karkas ( əsas yükdaşıyan konstruksiyaları monolit dəmir-beton sütun, rigel, örtük tavası və s. ) tipli inşa edilmişdir. Fərdi yaşayış evinin 2004-cü ildə ( evin xx.xx.2019 - cu il tarixli, 04/331 nömrəli texniki pasportuna əsasən) edildiyini nəzərə alsaq ev yeni inşa edilmiş tikililərə aiddir. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi texniki cəhətdən işlək vəziyyətdədir. 4-cü və 5-ci suallar üzrə bildirilmişdir ki, bu suallar inşaat konstruktorunun səlahiyyətlərinə aid olmadığı üçün tərəfimdən cavablandırılmayıb.

10. Məhkəmə tikinti-texniki ekspertizası çərçivəsində mütəxəssisin ayrılması və müvafiq rəyin verilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, sözügedən ünvanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının icrası çərçivəsində "xxxx" MTK tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçirilməkdədir. Təqdim olunmuş məhkəmə qərarının 4-cü və 5-ci bəndlərinin cavablandırılması ilə əlaqədar olaraq bildiririk ki, sözügedən fərdi yaşayış evinin sökülmədən "xxxx" MTK-ya ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün deyil və həmin ev məhəllənin yenidən planlaşdırılması baxımından mövcud şəhərsalma tələblərinə cavab vermir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun həyata keçiriliEyni zamanda qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 20.3cü maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədləri məcburi hüquqi qüvvəyə malikdir.

12. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki: - Qərardadın birinci - dördüncü sualları üzrə: Tədqiqat ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə aparılır. Tədqiqatın aparılması tədqiq olunan ünvana baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 30 avqust 2001-ci il tarixli 573 nömrəli sərəncamı ilə İddiaçı xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinin köhnə evin sökülərək yenidən layihələndirilməsinə və tikintisinə icazə verilmiş və yeni 2 mərtəbəli evin tikintisinə 0,045 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı həmin fərdi yaşayış evinə dair inşaat pasportu və torpağa dair ayrıc aktı tərtib edilmişdir. Yeni fərdi yaşayış evin tikintisi 2007-ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyinin tələblərinə uyğun olaraq istismara qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, tədqiq olunan ünvanda 0,045620 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 536,4 m2 olan yaşayış evi İddiaçı mülkiyətindədir. Baxış aparılmış ölçü işləri nəticəsində tədqiq olunan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri həmin idarə tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. İş materiallarından olan Bakı şəhəri, Cavabdeh Başçısının 196 saylı 21,10.2016-ci ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə "xxxx" MTK-ya çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün 1,21 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əlavə olunmuş 1/4 saylı ayrıc aktına əsasən, "xxxx" MTK-ya yaşayış binalarının tikintisinə ayrılmış 1.21 ha torpaq sahəsi Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşməklə eni 75,25m(75,37m), uzunluğu 158,94m (160,74m) təşkil edir (Müvafiq sxem əlavə olunmuşdur) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli XO-xx.xx.2021-07551 saylı məktubundan görünür ki, ünvan 6 ünvan-74 yerləşən, X2 məxsus fərdi yaşayış evi barədə Məhkəmənin icraatında olan 2-1(112)-4636/2021 nömrəli iş üzrə xx.xx.2021 -ci il tarixli müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmış və sözügedən ünvanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının icrası çərçivəsində "xxxx" MTK tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçirilməkdədir. Təqdim olunmuş məhkəmə qərarının 4-cü və 5-ci bəndlərinin cavablandırılması ilə əlaqədar olaraq bildirilmişdir ki (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən), sözügedən fərdi yaşayış evinin sökülmədən “Gloria Palace MTK-ya ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün deyil və həmin ev məhəllənin yenidən planlaşdırılması baxımından mövcud şəhərsalma tələblərinə cavab vermir. Eyni zamanda Azərbaycan Respublikasının Fövləqadə Hallar Nazirliyinin X3 “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis rəyindən (mütəxəssis X5) görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi zirzəmili, 2 mərtəbəli, mansardlı olub 2004-cü ildə inşa edilmişdir. Fərdi yaşayış evi planda düzbucaqlı şəkilli olub qabarit ölçüləri 13,5 x 12,9 metrdir. Ev karkas tipli olub əsas yükdaşıyan konstruksiyaları monolit dəmir-betondandır. Damı çardaq tipli olan dalğavarı metal vərəqələrlə örtülmüşdür. Baxış zamanı fərdi yaşayış evinin əsas yükdaşıyan konstruksiyalarında çat və deformasiyalar müşahidə edilmədi. Fərdi yaşayış evi halhazırda qeyri-yaşayış obyekti kimi istismar edilir. Aparılmış araşdırma nəticəsində aşağıdakılar müəyyən olundu: - 1-ci, 2-ci və 3-cü suallar üzrə : ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi karkas ( əsas yükdaşıyan konstruksiyaları monolit dəmir- beton sütun, rigel, örtük tavası və s. ) tipli inşa edilmişdir. Fərdi yaşayış evinin 2004-cü ildə (evin xx.xx.2019 - cu il tarixli, 04/331 nömrəli texniki pasportuna əsasən ) edildiyini nəzərə alsaq ev yeni inşa edilmiş tikililərə aiddir. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi texniki cəhətdən işlək vəziyyətdədir. Ekspertizaya təqdim olunmuş, "xxxx" MMC tərəfindən Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə "xxxx" MTK-a tərəfindən inşa olunmalı çoxmərtəbəli yaşayış binalarının eskiz layihəsi hazırlanmış və həmin layihəsi 25 noyabr 2019-ci il tarixdə Bakı şəhəri Cavabdeh ilə razılaşdırılmışdır. Eskiz layihəsinə əsasən "xxxx" MTK-a tərəfindən ayrıc aktı ilə ayrılmış sahədə inşa olunmalı çoxmərtəbəli yaşayış binalarının zirzəmisi qaraj kimi və Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsinə paralel binalar nəzərdə tutulmuşdur. Layihə üzrə binaların həyətyanı sahəsinə əsas giriş Abbas Səhhət, Xan Şuşiski küçələrindən nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi karkas ( əsas yükdaşıyan konstruksiyaları monolit dəmir-beton sütun, rigel, örtük tavası və s. ) tipli inşa edilmişdir. Fərdi yaşayış evinin 2004-cü ildə ( evin xx.xx.2019 - cu il tarixli, 04/331 nömrəli texniki pasportuna əsasən ) edildiyini nəzərə alsaq ev yeni inşa edilmiş tikililərə aiddir. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi texniki cəhətdən işlək vəziyyətdədir. "xxxx" MTK-a tərəfindən inşa olunmalı çoxmərtəbəli yaşayış binalarının eskiz layihəsinə əsasən, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin sökülmədən “Gloria Palace MTK-ya ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün deyildir. Lakin müvafiq qurumlardan razılaşdırilmaqla həmin layihədə dəyişiklik aparılmaqla yaşayış binalarının tikintisinin layihələndirilməsi mümkündür. ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi müasir tikinti materiallarından istifadə olunmaqla tikintisi 2007- ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyinin tələblərinə uyğun olaraq istismara qəbul edilyini və fərdi yaşayış evi texniki cəhətdən işlək vəziyyətdə olduğunu nəzərə alaraq, həmin fərdi yaşayış evi şəhərin ümumi görünüşünə xələl gətirmir və mövcud şəhərsalma tələblərinə cavab verir. Qərardadın birinci-üçüncü sualları üzrə tədqiqatın nəticəsi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi karkas ( əsas yükdaşıyan konstruksiyaları monolit dəmir-beton sütun, rigel, örtük tavası və s. ) tipli inşa edilmişdir. Fərdi yaşayış evinin 2004-cü ildə (evin xx.xx.2019 - cu il tarixli, 04/331 nömrəli texniki pasportuna əsasən ) edildiyini nəzərə alsaq ev yeni inşa edilmiş tikililərə aiddir. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi texniki cəhətdən işlək vəziyyətdədir. Qərardadın dördüncü sualı üzrə tədqiqatın nəticəsi: “Gloria Palace’’ MTK-a tərəfindən inşa olunmalı çoxmərtəbəli yaşayış binalarının eskiz layihəsinə əsasən, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin sökülmədən “Gloria Palace MTK-ya ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün deyildir. Lakin müvafiq qurumlardan razılaşdırilmaqla həmin layihədə dəyişiklik aparılmaqla yaşayış binalarının tikintisinin layihələndirilməsi mümkündür. Qərardadın beşinci sualı üzrə tədqiqatın nəticəsi: ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi müasir tikinti materiallarından istifadə olunmaqla tikintisi 2007- ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyinin tələblərinə uyğun olaraq istismara qəbul edilyini və fərdi yaşayış evi texniki cəhətdən işlək vəziyyətdə olduğunu nəzərə alaraq, həmin fərdi yaşayış evi şəhərin ümumi görünüşünə xələl gətirmir və mövcud şəhərsalma tələblərinə cavab verir.

13. İddiaçının ərizəsi əsasında iddia tələbi Bakı şəhəri Cavabdeh 196 nömrəli 21 oktyabr 2016-cı il tarixli sərəncamın, Obyektin tikintisinə dair 1 nömrəli xx.xx.2020-ci il tarixli icazənin və bu inzibati aktların icrası ilə bağlı təsdiq edilmiş layihənin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evi hissəsində ləğv edilməsi kimi dəyişdirilmişdir.

14. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş dəyişdirilmiş tələbə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizədə yalnız “Obyektin tikintisinə dair 1 nömrəli xx.xx.2020-ci il tarixli icazənin və bu inzibati aktların icrası ilə bağlı təsdiq edilmiş layihənin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evi hissəsində ləğv edilməsi” tələbini göstərməklə kifayətlənmiş, həmin tələbləri ümumiyyətlə əsaslandırmamışdır. Daha əvvəl təqdim edilmiş etirazda qeyd edilənlərdən əlavə, bildirilir ki, İddiaçı iddia tələbləri aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş üzrə iddia tələbləri cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı irəli sürülmüşdür. Mübahisə edilən Sərəncam və icazə cavabdeh tərəfindən qəbul edilsə də, mübahisə edilən layihəni cavabdeh tərəfindən deyil Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir. Ona görə də, "layihənin İddiaçı mülkiyyətindəki fərdi yaşayış evi hissəsində ləğv edilməsi”nə dair iddia tələbi Cavabdehnə qarşı yönəldilə bilməz. Belə ki, AR İnzibati-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, “Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid plduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər”. İddiaçının mübahisə etdiyi xx.xx.2020-ci il tarixli İcazə tikinti obyektinə dair müvafiq qurumlardan rəylər alındıqdan sonra Bakı şəhəri Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, N.Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsində yerləşən və "xxxx" MTK-nin istifadəsinə verilən 1,21 ha torpaq sahəsində yaşayış binaların tikintisinə verilmişdir. Həmin İcazənin verilməsinə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə rəy - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli xx/xx-6456 №-li, xx.xx.2020-Ci il tarixli xx/xx-3338 Rəylər, tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi - AR FHN-nin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin xx.xx.2020-ci il tarixli 29643 №-li Rəyi və tikinti obyektinə dair alınmış rəylər olmuşdur. Göründüyü kimi, İcazənin verilməsinə bütün zəruri sənədlər təqdim edilmişdir. Odur ki, icazənin ləğv edilməsinə heç bir qanuni əsası yoxdur. Hesab edilir ki, İddiaçı öz əmlak hüququndan sui-istifadə etməklə digər mülkiyyətçilərinin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına şərait yaradır Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsaslanmışdır. Qərarda qeyd olunmuşdur ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın”. Bundan əlavə, bildirilmişdir ki, qeyd edilən layihədə dəyişiklik aparılması qeyrimümkündür. Belə ki, İddiaçı mülkiyyətindəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində 8 mərtəbəli B-blokunun tikintisi nəzərdə tutulmuşdur. Təqdim etdiyimiz layihədən və şəkillərdən də layihədə dəyişikliklərin aparılmasının qeyri-mümkünlüyü müəyyən olunur. Layihəyə əsasən tikilməli olan binaların yanğın-söndürmə, kommunikasiya sistemləri, yanğın signalizasiya xəttləri (Avtomatlaşdırılmış sprinkler sistemi) bir-biri ilə bağlıdır. Xüsusən də, həmin B-bloku tikilmədiyi halda, digər D və H bloklara çıxışları olmayacaq. Ona görə də, layihənin iddiaçıya məxsus evinin hissəsində ləğv edilməsi tələbi də tamamilə əsassızdır.

16. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdehnə ünvanlanmış məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binaları üçün "R.R.PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış memarlıq- planlaşdırma bölməsinə münasibət bildirilməsi barədə xx.xx.2019-cu il tarixli 1/2223 nömrəli müraciətinizə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildirilmişdir ki, sözügedən ərazi üçün təqdim olunmuş şəhərsalma əsaslandırılması layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli xx/xx-6456 nömrəli məktubu ilə razılaşdırılmşdır. Bununla əlaqədar olaraq, təqdim edilmiş memarlıq-planlaşdırma bölməsinə dair irad və təkliflərin olmadığı bildirilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdehnə ünvanlanmış məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşınski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binaları üçün "Bakı Dövlət Layihə İnstitutu" tərəfindən hazırlanmış şəhərsalma əsaslandırılmasının yeni variantına münasibət bildirilməsi barədə xx.xx.2019-cu İİ tarixli 1/2097 nömrəli müraciətinizə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildiririk ki, sözügedən ərazi üçün təqdim olunmuş şəhərsalma əsaslandırılmasının yeni variantı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılır. Bununla əlaqədar olaraq, Komitənin xx.xx.2016-ci ıl tarixli, xx/xx-1482 nömrəli məktubu öz qüvvəsini itirmiş hesab edilmişdir

17. Zəruri cəlbetmə qaydasında üçüncü şəxsin vəsatəti əsasında dindirilmiş X6 izahat verərək bildirmişdir ki, o, "xxxx" MTK-da kəmiyyət və keyfiyyət üzrə mühəndisdir. Həmin tikilinin qalması görünüş olaraq interyeri pozur. Tikilməsi nəzərdə tutulan “K” bloku avtodayanacaqdan ibarətdir. Hazırkı fərdi yaşayış evi sökülmür deyə “K” və “B” blokları tikilə bilmir. Tikilməsi nəzərdə tutulan su təchizatı və kanalizasiya su çəni 4 bloku təmin etməli, 39 mənzilə xidmət etməlidir. İddiaçı mülkiyyətindəki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində 8 mərtəbəli B-blokunun tikintisi nəzərdə tutulmuşdur. Layihəyə əsasən tikilməli olan binaların yanğın-söndürmə, kommunikasiya sistemləri, yanğın signalizasiya xəttləri (Avtomatlaşdırılmış sprinkler sistemi) bir-biri ilə bağlıdır. Xüsusən də, həmin B-bloku tikilmədiyi halda, digər D və H bloklara çıxışları olmayacaq.

18. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək dəyişdirilmiş iddianın məzmununa uyğun izahat verdi.

19. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən zəruri cəlbetmə qaydasında üçüncü şəxsin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

20. İddianın növü sərəncamın və tikintiyə icazə sənədinin ləğv edilməsi hissəsində mübahisələndirməyə dair iddiadır.

21. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

24. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

25. Mübahisələndirilən (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. İddia məhkəmədə xx.xx.2021-cu il tarixdə qaldırılmışdır.

26. Tikintiyə icazə sənədinin mübahisələndirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, münasibətdə məhkəmə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə əsasən, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.

27. İddia sərəncamın və tikintiyə icazə sənədinin ləğv edilməsi hissəsində mümkündür.

28. İddia tələbi inzibati aktların icrası ilə bağlı təsdiq edilmiş layihənin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında olan fərdi yaşayış evi hissəsində ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

III. Məhkəmənin mövqeyi

29. Məhkəmənin hazırkı iş üzrə mövqeyi X7 Məhkəməsinin Azərbaycana qarşı olan aşağıdakı işləri üzrə qərarlarındakı qənaətə əsaslanır: - Axverdiyev (Haqverdiyev) Azərbaycana qarşı (Ərizə №76254/11; xx.xx.2015-ci il tarixli qərar); - Xalikova Azərbaycana qarşı (Ərizə№ 42883/11; xx.xx.2015-ci il tarixli Qərar); - Əliyeva və başqaları Azərbaycana qarşı (Ərizə№66249/16; xx.xx.2021)

30. Mübahisələndirilən sərəncama münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

31. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarı qəbul edilmişdir. Həmin qərarın 1.1-ci bəndinə əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən digər rayonlarla yanaşı Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndində qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması digər rayonlarla yanaşı Cavabdehnə həvalə edilmişdir.

32. Nazirlər Kabinetinin qeyd olunan qərarın icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Cavabdeh tərəfindən “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncam qəbul edilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsib bəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1,21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" MTK-ya torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair ayrıc aktı tərtib edilmişdir. Adıçəkilən Sərəncamın 2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MTK-ya tapşırılmışdır.

33. Nazirlər Kabinetinin qeyd edilən qərarının məzmunundan görünür ki, həmin qərarın əhatə dairəsinə yalnız şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binaları və yararsız vəziyyətdə olan digər binalar, obyektlər aid edilmişdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarından:

3. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilsin.

4. Bakı şəhərinin digər icra hakimiyyətləri ilə yanaşı Cavabdeh bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını;

35. Bakı şəhəri İcra Hakimiyyətinin 30 avqust 2001-ci il tarixli 573 nömrəli sərəncamı ilə İddiaçı xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evinin köhnə evin sökülərək yenidən layihələndirilməsinə və tikintisinə icazə verilmiş və yeni 2 mərtəbəli evin tikintisinə 0,045 ha torpaq sahəsi ayrılmışdır.

36. Bununla bağlı həmin fərdi yaşayış evinə dair inşaat pasportu və torpağa dair ayrıc aktı tərtib edilmişdir. Yeni fərdi yaşayış evin tikintisi 2007-ci il tarixində tam başa çatdırılaraq qanunvericiliyinin tələblərinə uyğun olaraq istismara qəbul edilmişdir.

37. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, qeyd olunan ünvanda 0,045620 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 536,4 m2 olan yaşayış evi İddiaçı xüsusi mülkiyətindədir.

38. “X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

39. Məhkəmə hazırki iş üzrə araşdırmanı X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

40. Mübahisələndirilən sərəncamın iddiaçının mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir (ikinci qayda).

41. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

42. Ekspert rəyinə əsasən müəyyən olunur ki: - fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri həmin idarə tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş texniki pasportun göstəricilərinə uyğundur; -ev yeni inşa edilmiş tikililərə aiddir. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi texniki cəhətdən işlək vəziyyətdədir; -“Gloria Palace’’ MTK-a tərəfindən inşa olunmalı çoxmərtəbəli yaşayış binalarının eskiz layihəsinə əsasən, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin sökülmədən “Gloria Palace MTK-ya ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün deyildir. Lakin müvafiq qurumlardan razılaşdırilmaqla həmin layihədə dəyişiklik aparılmaqla yaşayış binalarının tikintisinin layihələndirilməsi mümkündür; -həmin fərdi yaşayış evi şəhərin ümumi görünüşünə xələl gətirmir və mövcud şəhərsalma tələblərinə cavab verir.

43. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, məhkəmədə tədqiq olunmuşdur və məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir.

44. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olduğu ekspertin məhkəmə iclasında dindirilməsinə dair zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MTK-nin nümayəndəsinin məhkəmə iclasında dindirilməsinə dair vəsatəti təmin edilməmişdir.

45. Hazırda mübahisələndirilən Bakı şəhəri Cavabdeh “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamı ilə iddiaçıya məxsus (xüsusi mülkiyyətində olan) torpaq və üzərindəki (xüsusi mülkiyyətində olan) tikilinin də daxil olduğu ərazi mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" MTK-ya torpaq sahəsi ayrılmışdır.

46. Məhkəmə hesab edir ki, iddiaçının evi qəzalı vəziyyətdə olmadığından (əksinə iş materiallarına əsasən müəyyən edilir ki, istismara yararlı, işlək vəziyyətdə olan yeni tikilidir) Nazirlər Kabinetinin müvafiq qərarın tələbləri ona şamil oluna bilməz. Odur ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,045620 ha torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin icarə əsasında digər şəxsin istifadəsinə verilməsinin qanuniliyinin əsaslandırılması mümkün deyildir.

47. Digər tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən ünvan 11 ünvanlarında yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktın məzmunu elə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi, eləcə də iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib edilmişdir. Odur ki, məhkəmə cavabdehin istinad etdiyi həmin aktın sərəncamdan sonra tərtib edilməsinə, eləcə də mötəbərliliyinə dair iddiaçının dəlillərinə münasibət bildirməyə prosessual qənaət prinsipindən çıxış edərək ehtiyac duymur.

48. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sözügedən fərdi yaşayış evinin sökülmədən “Gloria Palace MTK-ya ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi mümkün olmaması və həmin ev məhəllənin yenidən planlaşdırılması baxımından mövcud şəhərsalma tələblərinə cavab verməməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hal bir tərəfdən mötəbərliyi hər hansı şəkildə təkzib edilməyən ekspert rəyi ilə təkzib olunur, digər tərəfdən vaxtilə mübahisələndirilən sərəncamın qəbul edilməsi üçün əsas hesab olunan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "xxxx" Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx-1482 saylı Şəhərsalma əsaslandırılması barədə məktub elə Komitə tərəfindən sözügedən ərazi üçün təqdim olunmuş şəhərsalma əsaslandırılmasının yeni variantı razılaşdırılmaqla əlaqədar olaraq, öz qüvvəsini itirmiş hesab edilmişdir. Qeyd edilən hal həmin layihədə dəyişiklik aparılmasının mümkünsüzlüyünə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəlilini təkzib edir.

49. Tikintiyə icazə sənədinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

50. Şəhərsalma və Tikinti Məcəlləsindən: 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-ci il tarixli 86 nömrəli Qərarına 19 fevral 2018-ci il tarixli 56 nömrəli Qərarla dəyişiklik edilmiş redaksiyasına əsasən, müvafiq yerli icra hakimiyyəti orqanına, o cümlədən Cavabdehnə: 1.4. tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsinin həyata keçirilməsi tapşırılmışdır.

51. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli № 226 Fərmanının 4.7-1.2.1-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1 və 76.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyətinin səlahiyyətlətləri Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir.

52. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt..

53. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

54. Məhkəmə hesab edir ki, obyektin tikintisinə icazə məhz mübahisələndirilən sərəncamın icrasının nəticəsi olduğundan və faktiki olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalmanın əsaslandırılması məktubuna əsaslandığından məhkəmə həmin sənədin də iddiaçıya münasibətdə nəticələrinin (eyni cavabdehə aid olduğu üçün) etibarsız hesab edilərək ləğv olunmalı olduğunu hesab edir.

55. Odur ki, məhkəmə tərəfindən müdaxilənin qanuniliyi müəyyən edilmədiyindən müdaxilənin qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məsələsinə qiymət vermək zərurəti yoxdur.

56. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

57. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında cavabdeh Bakı şəhəri Cavabdeh 21 oktyabr 2016-cı il tarixli 196 nömrəli Sərəncamı və Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli 01 nömrəli Obyektin tikintisinə icazə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 74 (54) ünvanında yerləşən fərdi yaşayış evi hissəsində etibarsız hesab edilərək ləğv edilməsi hissəsində təmin edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar