Məhkəmə qərarları › İş №2-1(112)-6837/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6837/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6837/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X10, üçüncü şəxsin nümayndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Maraqlı şəxs məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanın “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A №190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanın “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A №190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının 09 mart 1995-ci il tarixli 755 saylı Sərəncamına əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 kv.m ibarət torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla bağlı Milli Arxiv İdarəsinin 31 yanvar 2018-ci il tarixli 269 saylı Arxiv çıxarışı verilmişdir. İddiaçının qanuni sahibliyində olan torpaq sahəsi daşınmaz əmlakın reyestrini aparan cavabdeh tərəfindən səhvən Maraqlı şəxs məxsus hüquq müəyyənedici sənədlərə daxil edilmişdir. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli, 2478 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisində yerləşən 200 kv.m olan torpaq sahəsi fərdi evin tikintisi üçün X8 ayrılmış, həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Reyestrdən çıxarışda daşınmaz əmlakın ünvanı Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisi kimi qeyd olunmuşdur. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X11 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini Maraqlı şəxs bağışlamış və bağışlanma müqaviləsi əsasında Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrindən RX 21155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli çıxarış, eləcədə torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Hüquqların dövlət qeydiyyatı zamanı həmin çıxarışda daşınmaz əmlakın ünvanı səhvən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisi deyil, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahə kimi göstərilmişdir. Göründüyü kimi, Maraqlı şəxs verilmiş çıxarışda torpaq sahəsinin ünvanı düzgün göstərilməmiş, həmin ünvan iddiaçının qanuni istifadəsinə ayrılmış torpaq sahəsinin ünvanı ilə üst-üstə düşmüşdür. Bu səbəbdən iddiaçı Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvan üzrə RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Həmin iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizası üzrə məhkəmə ekspertiza mərkəzinin 12 iyun 2018-ci il tarixli, 11291 saylı ekspert rəyinə əsasən, - 1-ci sual üzrə Bakı Şəhəri Səbail Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 755 saylı sərəncamı ilə X3 fərdi evin tikintisi üçün ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi yerində müəyyən edilmiş və naturada həmin torpaq sahəsinin 200 kv.metr olduğu müəyyən edilmişdir; 2-ci sual üzrə müəyyən edilmişdir ki, Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 2478 saylı sərəncamı ilə X8 fərdi evin tikintisi üçün ayrılmış Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 200 kv.m torpaq sahəsinin sxemi qeyd edilən əraziyə deyil mübahisələndirilən əraziyə işlənmişdir. Hal-hazırda da həmin torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi Maraqlı şəxs plan ölçü sənədinə əsasən yerində müəyyən edilmişdir; 3-cü sual üzrə müəyyən edilmişdir ki, X8 ayrılmış torpaq sahənin sxemi mübahisələndirilən əraziyə (T.Məmmədov küçəsi 1 ünvanına) işləndiyindən X3 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. 4-cü sual üzrə müəyyən edilmişdir ki, ilkin olaraq xx.xx.2017-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, köhnə bağlar ərazisi, xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış ünvan 4 ünvanlar deyil. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(009)-1192/2018 saylı qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi təmin edilmiş, Maraqlı şəxs adına verilmiş RX seriyalı, ******* nömrəli (əmlakın reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)44/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5506/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)44/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən Ali Məhkəmənin qərarı ilə izah edilmişdir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Eyni zamanda Maraqlı şəxs 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin ayrılması barədə Səbail Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamın və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002-ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(81)-3534/2019 nömrəli qərarı ilə iddia təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2-l(103)-606/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 24(102)474/2022 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)4167/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin bu qərarında qeyd edilmişdir ki, 33. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisində yerləşən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 28.07,1994-cü il tarixli, 2478 saylı sərəncamla əvvəlcə iddiaçının qardaşı X8 ayrılmışdır. Həmin torpaq Rzayev Salmanın adına xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarış verilmişdir. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan həm həmin torpaq sahəsinin ayrılması barədə sərəncamda, həm həmin torpaq sahəsinə dair Rzayev Salmanın adına ilk dəfə verilmiş çıxarışda, həm də qeyd edilən torpaq sahəsinin iddiaçıya bağışlanmasına dair notarial qaydada bağlanmış bağışlama müqaviləsində torpaq sahəsinin ünvanının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisi kimi qeyd olunduğu müəyyən edilmişdir. Lakin cəmi 13 gündən sonra bağışlama qaydasında iddiaçıya keçən həmin torpaq sahəsi onun adına qeydiyyata alınarkən və ona verilmiş çıxarışda daşınmaz əmlakın (həmin torpaq sahəsinin) ünvanı kimi ünvan 7 olunmuşdur. 35. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq təqdim olunmuş və iş üzrə materiallara əlavə edilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofik Məmmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsi "Köhnə Bağlar" ərazisinə aid deyildir. Eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazidə ünvan dəyişiklikliyinin olmadığı da iş üzrə materiallarla təsdiq olunur. 36. Beləliklə, iddiaçıya məxsus torpaq sahəsinin onun ayrılması barədə ilkin hüquqmüəyyənedici sənəddə qeyd edilən ünvanı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin fərqli ünvanlar olduğu nəzərə alındıqda, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz. Ali Məhkəmənin Mülki Kollegiyasının 2-1(102)-5506/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında göstərilən izahları rəhbər tutaraq iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, "Köhnə Bağlar" ərazisi ünvanında yerləşən, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş Maraqlı şəxs üzərində hüquqların dövlət qeydiyyatı zamanı, ünvan ilə bağlı buraxılan səhvin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, X6 ********** nömrəli xx.xx.2017-ci il tarixli müraciətində qeyd olunan torpaq sahəsinin ünvanı daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı zamanı təqdim olunmuş 2478 nömrəli 28 iyul 1994-cü il tarixli sərəncamı və yerli İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş yerləşmə sxemində uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə bağlar” ərazisi kimi qeyd olunmuşdur. Belə ki, Maraqlı şəxs ********** nömrəli xx.xx.2017-ci il tarixli təkrar müraciətinə əsasən yerləşmə ərazisinə uyğun olaraq torpaq sahəsinə "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 8 ünvan rekviziti təyin edilmişdir. İddiaçı cavabdeh Maraqlı şəxs verilmiş qeydiyyat tarixi xx.xx.2015, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsinə dair iddia tələbi ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1192/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı ünvan üzrə, sahəsi 0,02 ha torpaq sahəsinə dair Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı (əmlakın reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Səbail rayon Məhkəməsinin 2(009)-1192/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5506/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsiniə əsasən:

- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli, ********** mömrəli ərizə ilə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin əsassız olduğunu bildirərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır.

İş materiallarında olan:

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı Əbdül oğluna ünvanladığı xx.xx.2018-ci il tarixli, 269 nömrəli arxiv çıxarışından görünür ki, “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Səbail rayon İcra Hakimiyyəti Başçısının 9 mart 1995ci il tarixli, 755 nömrəli sərəncamına əsasən, Badamdar qəsəbəsində 600 (altı yüz) kv.m fərdi ev tikmək üçün, X5 torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti Başçısının 09 mart 1995-ci il tarixli, 755 nömrəli sərəncamına əsasən, 1. Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X4 600 kv.m torpaq sahəsi ayrılsın.2. Tikinti işləri ciddi olaraq təsdiq edilmiştipləşdirilmiş layihə əsasında aparılsın. 3. Tikinti işlərinin başa çatdırılması müddəti sərəncam qəbul olunduğu 2 iki il hesab edilsin.4. Qeyd olunan müddətdə tikinti işlərə başlanmazsa və ya layihədəki ölçülərə əməl olunmazsa, verilmiş torpaq sahəsi icra hakimiyyə\ti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilsin. Torpaq sahəsi alan vətəndaş mənzil növbəsindən çıxarılmış hesab edilsin. Vətəndaşdan torpq vvergisinin alınması RİHB-nın Badamdar qəsəbəsindəki nümayəndəliyinə tapşırılsın.7. Sərəncamın surəti nəzarət üçün RİHB-nın Badamdar qəsəbəsindəki nümqayəndəliyinə və rayonun Pİ-nə göndərilsin. Səbail rayon İcra Hakimiyyəti başçısının 755 nömrəli, 09 mart 1995-ci il tarixli sərəncamı ilə vətəndaş X4 ayrılmış Badamdar qəsəbəsi (Ə.Nəzərov ilə T.Məmmədov küçəsi), döngə 1, 230,0 kv.m torpaq sahəsinin yerləşmə Cizgisi 43 nömrəli 17 fevral 2002ci ildə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi nümayəndəsi H.H.Qasımzadə və Səbail RİH təsərrüfat şöbəsinin müdiri Muxatrovun imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının Bakı şəhəri 12 saylı Hüquq məsləhətxanasının vəkili X9 ünvanladığı xx.xx.2018-ci il tarixli, 563 nömrəli məktubundan görünür ki, X4 torpaq sahəsi ayrılması barədə Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli , 755 saylı sərəncamının təsdiq edilmiş arxiv çıxarışı 1 vərəqdən ibarət təqdim olunur,sərəncama çizgi əlavə edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2017-ci il tarixli, 2704 nömrəli arxiv çıxarışından görünür ki, “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Səbail rayon İcra Hakimiyyəti Başçısının 28 iyul 1994-cü il tarixli, 2478 nömrəli sərəncamına əsasən, Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində yerləşən bağ sahəsi X6 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi nəzərdə tutulmuşdur. Sərəncama əlavə olaraq torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Seriya RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisinda olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına dövlət qeydiyyatına alınmışdır. 24 oktyabr 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, hədiyyə verən X11 Bakı şəhəri, Səbail rayonu, Badambar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə ona məxsus hissədə hədiyyə alanın -Maraqlı şəxs mülkiyyətinə verir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Seriya RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı sahədə yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Maraqlı şəxs adına dövlət qeydiyyatına alınmışdır. Çıxarışa əlavə olaraq, AN 190745 nömrəli, 27.10.207-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1192/2018 saylı, 28 iyun 2018-ci il tarixli Qətnaməsinə (iddiaçı X2 cavabdeh Maraqlı şəxs qarşı “daşınmaz əmlakın dövlət reyestri çıxarışı ləğv edilməsi” tələbinə dair) əsasən, iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı ünvan üzrə, sahəsi 0,02 ha torpaq sahəsinə dair Maraqlı şəxs adına verilmiş RX № ******* seriyalı (əmlakın reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(009)-1192/2018 saylı qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(009)-1192/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2-1(102)- 5506/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən, cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14/2022 nömrəli iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarına (Maraqlı şəxs cavabdeh Səbail Rayon İcra Hakimiyətinə və üçüncü şəxslər Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi Nümayəndəliyinə və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamın və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 17 fevral 2002- ci il tarixli, 43 saylı yerləşmə cizgisinin ləğv olunması barədə) əsasən, iddianın rədd edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-606/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarına əsasən, iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1167/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 174/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1167/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Maraqlı şəxs şikayətinə dair” Qərardadına əsasən, bu qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Maraqlı şəxs şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilməsi, Maraqlı şəxs mübahisəli torpaq sahəsinə dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqları mövcud olduğu halda, qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq sahəsinin mütənasib qaydada səlahiyyətli dövlət orqanları tərəfindən əvəzləşdirilməsinin tələb edilməsinin mümkünlüyünün izah edilməsi qərara alınmışdır. İddiaçının xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın reyestrində düzəlişlərin edilməsi barədə” ərizəsindən görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan ilə bağlı texniki səhvin aradan qaldırılması xahiş edilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-9-732/2023 233020709-432 nömrəli “Sənədlərin surətinin verilməsi barədə” məktubuna əsasən, Maraqlı şəxs adına qeydiyyata alınmış (RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli Çıxarış) daşınmaz əmlakına dair arxiv qovluğunda saxlanılan arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 31 avqust 2023-cü il tarixli, 3-48-2F/2-06074/2023 nömrəli sorğuya cavab məktubuna əsasən Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 755 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 5-19/2-2/10-1296/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 755 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və.s) rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.

İİİ. Məhkəmənin mövqeyi

5. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir:

Azərbaycan Respublikası Konstitusiyasının

- 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

- 140. (Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası)Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

7. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

-9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. - 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. - 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. - 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. - 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. - 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

8. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na əsasən

-1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. -2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: - daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); - texniki səhvlər aradan qaldırıldıqda; - ünvanın statusu dəyişdikdə; - məhkəmənin qərarı olduqda; - nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; - 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: - 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; - 3.21. Üzərində tikili və (və ya) qurğu olmayan torpaq sahəsinə ünvan təyin edilərkən onun yaxınlığındakı daşınmaz əmlak obyektlərinin ünvanlandırılması nəzərə alınır.

9. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən:

-3.1.7.dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; - 3.1.20.Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; - 3.1.21.hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək; - 3.1.27. ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. 10.Göründüyü kimi qanunvericiliklə daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestri aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

11. İnzibati iş üzrə üçüncü şəxs Maraqlı şəxs adına verilmiş RX № ******* seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvanın səhv qeyd edilməsi məhkəmə araşdırılması nəticəsində aşkar edilməmişdir.

12. Belə ki, iş materiallarından görünür ki, Maraqlı şəxs hazırda mülkiyyətində olan torpaq sahəsi ilk dəfə onun qardaşı X7 adına xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reystrində hüquqi qeydiyyata alınmış, torpaq sahəsinin ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi kimi göstərilmişdir. Həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə Maraqlı şəxs adına qeydiyyata alınarkən həmin torpağın ünvanı ünvan 15 edilmişdir. 13.Yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən, üzərində tikili olmayan torpaq sahəsinə ünvan təyin edilərkən onun yaxınlığındakı daşınmaz əmlak obyektlərinə verilən ünvanlandırılması nəzərə alınır. Üçüncü şəxs Maraqlı şəxs mülkiyyətində olan torpaq sahəsinin yerləşməsi yeri ilkin torpaq ayrılma sənədi olan icra hakimiyyəti orqanının tərtib etdiyi yerləşmə çizgisi əsasında cavabdeh orqan tərəfindən verilmiş “ Torpaq sahəsinin plan və ölçüsü” sənədində müəyyən edilmiş, daha sonra torpağın ünvanı, onun üçün yaxınlıqda yerləşən obyektlərin ünvanına uyğun ünvan müəyyən edilmişdir.

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 2478 saylı sərəncamına əsasən X8 ayrılmış 200 kv.m torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamına əsasən X3 ayrılmış 600 kv.m torpaq sahəsinin eyni torpaq sahəsi olması öz təsdiqini tapmamışdlr. Bu hal qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019cu il tarixli, 2-1(81)-3534/2019 qərarında xüsusi ilə qeyd edilmişdir. 15.Beləliklə, məhkəmə araşdırması zamanı, daşınmaz əmlakın dövlət reyestrində olan məlumatın qeyri-dəqiq və ya səhv olması sübuta yetirilmədiyi üçün Maraqlı şəxs adına RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanının “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A №190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılması üçün əsas müəyyən edilmədiyindən, məhkəmə iddiaçını öz iddiasında haqlı hesab etmir.

16. Odur ki, qeyd edilən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da hər hansı bir düzəlişin aparılması qanunvericiliyə zidd hesab edilməlidir.

17.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun

- 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

18.Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir.

19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Maraqlı şəxs məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “Maraqlı şəxs adına verilmiş RX №1155255 seriyalı, reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəliş edilərək torpaq sahəsinin ünvanın “Köhnə Bağlar” ərazisi kimi qeyd edilməsi və A №190745 seriyalı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündə yanlışlıqların aradan qaldırılması haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. 21.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar