Məhkəmə qərarları › İş №2-1(112)-6837/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6837/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6837/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 6 saylı Bakı Cavabdehnə qarşı “Şəki rayon Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş 17 saylı və xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 82 saylı doğum haqqında akt qeydləri kitabında uşaq haqqında məlumat qrafalarında uşaqların soyadına dəyişiklik edilərək “Rəsulbəyli” qeyd edilməsi, doğum haqqında akt qeydləri kitabında dəyişikliklərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 6 saylı Bakı Cavabdehnə qarşı “Şəki rayon Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş 17 saylı və xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 82 saylı doğum haqqında akt qeydləri kitabında uşaq haqqında məlumat qrafalarında uşaqların soyadına dəyişiklik edilərək “Rəsulbəyli” qeyd edilməsi, doğum haqqında akt qeydləri kitabında dəyişikliklərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddianın əsaslandırılması:

2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı xx.xx.2023-cü il tarixdə övladı X3 yeni nəsil şəxsiyyət vəsiqəsi alınması ilə bağlı 6 saylı Bakı Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Qızının sənədlərində uyğunsuzluq olduğu üçün iddiaçı qeydiyyat şöbəsinə yönləndirilmişdir. Qeydiyyat şöbəsində sənədləri araşdırılarkən məlum oldu ki, sənədlər arasında uyğunsuzluq vardır. Belə ki iddiaçının qızı Qönçə Rəsulbəyliyə məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində soyadı “Rəsulbəyli” yazılmasına baxmayaraq, Şəki rayon qeydiyyat şöbəsinin arxivində “Rəsullu” yazılmışdır. Belə olan halda qeydiyyat şöbəsi tərəfindən “Rəsulbəyli kimi soyadın verilməsinin mümkünsüz olduğu bildirildi və doğum haqqında akt qeydində qızının soyadının “Rəsulllu”-dan “Rəsulbəyli”-yə dəyişiklik edilməsinə dair imtina məktubu təqdim olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, sənədlər nəzərdən keçirilərkən Şəki rayon Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş 17 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Rəsullu” yazıldığı halda, həmin idarə tərəfindən ona xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 895077 nömrəli doğum haqqında şəhadətnamədə və AZE 12158424 nömrəli şəxsiyyət vəsiqəsində isə soyadının “Rəsulbəyli” göstərildiyi məlum olmuşdur. Eyni zamanda bildirilmişdir ki, təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan və dəyişiklik edilməsi üçün kifayət qədər sənədlər təqdim edə bilmədiyindən qeydiyyat şöbəsində müvafiq dəyişikliyin edilməsi mümkün olmamışdır. Müraciət zamanı həmçinin digər övladı X1 da eyni problemin olduğu məlum olmuşdur. Belə ki Şəki rayon Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 82 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Rəsullu” yazıldığı halda, həmin idarə tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ 758710 nömrəli doğum haqqında şəhadətnamədə və AZE12158749 nömrəli şəxsiyyət vəsiqəsində isə soyadının “Rəsulbəyli” göstərildiyi müəyyən edilmişdir. İddiaçının övladlarının soyadları “Rəsulbəyli”dir və onlar doğulduğu andan bu soyaddan istifadə etmişdir və bütün sənədlərində indiyə kimi “Rəsulbəyli” soyadı yazılmışdır. Hazırda qızı Qönçə Rəsulbəyli 11-ci sinif şagirdir və buraxılış imtahanlarına hazırlaşır. Şəki rayon Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş 17 saylı və xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 82 saylı haqqında akt qeydləri kitabında uşaq haqqında məlumat qrafasında soyadların “Rəsulbəyli” göstərilməsində səhvlik olmuşdur. Belə ki övladlarının şəxsiyyətini təsdiq edən sənəd də daxil olmaqla indiyədək olan bütün sənədlərində soyadları “Rəsulbəyli” kimi rəsmiləşdirilmişdir. Bundan sonra onlara aid olmayan “Rəsullu” soyadının rəsmi sənədlərdə istifadə olunması uşaqlarının Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunlarında təsbit edilmiş hüquqlarını pozur. 6 saylı Bakı Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi düzgün nəticəyə gəlməmiş, işin hallarını hərtərəfli aydınlaşdırmamış, təqdim etdiyim sübutlara düzgün qiymət verməmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):

3. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı1 övladları X5 və X2 adına tərtib edilmiş doğum haqqında akt qeydlərinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə şöbəyə müraciət etmişdir. Araşdırılma zamanı məlum olmuşdur ki, Şəki rayon Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 17 saylı və xx.xx.2011-ci il tarixli 82 saylı doğum haqqında akt qeydlərinin uşaq haqqında məlumat qrafasında soyadlarının “Rəsullu” yazılmasına baxmayaraq, doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqələrində soyadları “Rəsulbəyli” qeyd olunmuşdur. Doğum haqqında akt qeydlərinə dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığından vətəndaşın ərizəsi təmin olunmamışdır. Belə ki Azərbaycan Respublikasının vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Milli Məclisin 495 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Həmin qərararda “-bəyli” sonluğu nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Tərəflərin iştirakı və izahatları:

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmişlər, cavabdeh iş yükünün çoxluğunun və müraciətlərin sayının artmasını nəzərə alaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, lakin iddiaçılar tərəfindən bu barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə iddiaçıların və cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina məktubunu almışlar, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar.

Faktiki hallar və sübutlar: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşıdır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşıdır. AZ-İ seriyalı 111306 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1 və X7 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Rəsulov, arvada Rəsulova soyadı verilmişdir. AZ-İ seriyalı 895077 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2007-ci ildə Şəki rayonunda doğulmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. AZ-İ seriyalı 758710 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2011-ci ildə Şəki rayonunda doğulmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. 6 saylı Bakı Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/7-R-62-474/23 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-a, əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Araşdırılma zamanı məlum olmuşdur ki, Şəki rayon Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 17 saylı və xx.xx.2011 -ci il tarixli 82 saylı doğum haqqında akt qeydlərinin uşaq haqqında məlumat qrafasında soyadlarının “Rəsullu” yazılmasına baxmayaraq, təqdim etdiyi doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqələrində soyadları “Rəsulbəyli” qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Milli Məclisin 495 saylı, xx.xx.1993-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-1Г (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Təqdim etdiyi sənədlərdə kifayət qədər əsaslar olmadığından onun ərizəsinin icrası tərəflərindən mümkün deyildir. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Məhkəmənin müvafiq sorğusuna əsasən Şəki Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-710/24 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş: - xx.xx.2007-ci il tarixli, 17 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X8 xx.xx.2007-ci ildə Şəki rayonunda doğulmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. - xx.xx.2011-ci il tarixli, 82 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X9 xx.xx.2007-ci ildə Şəki rayonunda doğulmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır.

Məhkəmənin mövqeyi. 7.

8. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddia tələbi əsaslı əsassızdır.

9. Hazırki iş üzrə iddiaçının tələbi “Şəki rayon Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş 17 saylı və xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 82 saylı doğum haqqında akt qeydləri kitabında uşaq haqqında məlumat qrafalarında uşaqların soyadına dəyişiklik edilərək “Rəsulbəyli” qeyd edilməsi, doğum haqqında akt qeydləri kitabında dəyişikliklərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndən ibarətdir.

10. Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən - 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. - 26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. -26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən; - 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur - 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. - 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. - 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. - 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. - 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. - 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. - 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 7.2. əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.

14. Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 02 mart 1993-cü il tarixli qərarına əsasən

1. Azərbaycan Respublikasının Milli Məclisi vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq qərara alır: Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

15. Yuxarıda sadalanan qanunvericiliyin normalarına əsaslanaraq məhkəmə hesab edir ki, uşaqların soyadı bir qayda olaraq valideynlərinin (və ya onlardan birinin) soyadı ilə müəyyən edilir. Mövcud qanunvericiliyin tələbinə əsasən vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra yol verilir.

16. Hazırki iş üzrə valideynlərin soyadı “Rəsulov” olduğundan göstərilən “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 02 mart 1993-cü il tarixli Qərarının müddəaları onlara da şamil edilir. Belə ki, valideynlərin soyadı “-yev” sonluğu ilə bitdiyindən, Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan Qərarı həmin sonluğun “-li”, “-zadə”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilməsinə imkan verir. Odur ki, qanunvericiliklə ”Rəsulov” soyadının – “Rəsullu”, “Rəsulzadə”, “Rəsulqızı (oğlu)”, “Rəsul” ifadə formaları ilə əvəz edilmə imkanı nəzərdə tutulmuşdur.

17. Yuxarıda göstərilənlərdən aydın olur ki, sözügedən qərarda “yalnız”, “əvəz etməlidirlər” kimi ifadələr qeyd olunmasa da, onlar dispozitiv norma kimi başa düşülməməlidir. Belə ki, həmin Qərar sonluğun dəyişmə qaydasını müəyyən etmək üçün qəbul olunmuşdur və “-ov”, “-yev” sonluqlu soyadın bu Qanunda göstəriləndən başqa formada dəyişməsinin mümkünlüyü nəzərdə tutulmamışdır

18. Belə olan halda, hazırki halda iddiaçıların “Rəsulov” soyadındakı sözün kökü “Rəsul” olduğundan bu soyada həm “bəy”, həm də “li” hecaları əlavə edilərsə sözün kökü dəyişmiş olur. Belə olan halda uşaqların soyadı valideynlərinin soyadlarından yalnız sonluğu ilə deyil, həm də kökü ilə fərqlənmiş olur ki, bu da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə ziddir.

19. İddiaçıların övladlarının soyad sonluğlarının dəyişdirilməsi ilə bağlı müraciəti əsasında cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı sübutlar toplanılmış və yekun olaraq toplanmış sübutlar nəticəsində iddiaçıların tələbləri qanun normalarına uyğun olmadığından təmin edilməmişdir.

20. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçılarının müraciətinin təmin edilməsindən imtina etməsi kimi hərəkətlərində (inzibati fəaliyyətində) qanunsuzluğa yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

22. Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

24. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

26. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 6 saylı Bakı Cavabdehnə qarşı “Şəki rayon Oxud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş 17 saylı və xx.xx.2011-ci il tarixdə tərtib edilmiş 82 saylı doğum haqqında akt qeydləri kitabında uşaq haqqında məlumat qrafalarında uşaqların soyadına dəyişiklik edilərək “Rəsulbəyli” qeyd edilməsi, doğum haqqında akt qeydləri kitabında dəyişikliklərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiaları əsassız olduğundan təmin edilməməlidir.

27. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.

28. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. NƏTİCƏVİ HİSSƏ

29. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar