Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6838/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı Sərxan oğlunun iştirakı ilə, İddiaçı Sərxan oğlunun cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının iddiaçıya İddiaçı Sərxan oğluna aid hissəsində ləğv edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti
1. İddiaçı Sərxan oğlu cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının iddiaçıya İddiaçı Sərxan oğluna aid hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə, “Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının iddiaçıya İddiaçı Sərxan oğluna aid hissəsində ləğv edilməsi” barədə dəqiqləşdirilmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Şabandağ" bağçılıq-bostançılıq kollektivinin üzvü olub və ona Şabandağ sahəsində bağ sahəsi verilib. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılıb. "26 Bakı Komissarı" adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçı "Şabandağ" bağçılıq-bostançılıq kollektivinin üzvü olub və "26 Bakı Komissarı" adına Həmkarlar Təşkilatının xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona sahəsi 900 kv. metr olan 47 saylı bağ sahəsi ayrılıb. "Bağçının üzvlük kitabça"sına əsasən iddiaçı 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına üzv qəbul edilib. İddiaçı 07 avqust 2020-ci ildə, 47 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, idarənin 31 avqust 2020-ci il tarixli, **********75 nömrəli bildirişi ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilib. imtina bildirişlərinin əsası kimi idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, elektron kadastr məlumatına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planı verilməsi, həmçinin "Şabandağ" bağçılıq- bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxeminin idarənin arxivinə təhvil verilməməsi göstərilib. İddiaçı 2021-ci ildə DƏDKR -nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığı tərəfindən ona ayrılmış sahəsi 900 kv. metr olan 47 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edib. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(112)-3137/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, 10/5358 saylı ekspert rəyində qeyd edilib ki, ekspertin nəticəsinə əsasən, iddiaçıya ayrılmış torpaq sahəsinə dair elektron bazada məlumatın aşkar edilməməsi və torpaq sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi koordinatları müəyyən edilmiş torpaq sahəsi ilə, Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə X7 ayrılmış (universitet kampusu tikintisi üçün) və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış, "Torpaq sahəsinin planı və ölçüsü" (kadastr nömrəsi **********00058) tərtib olunmuş torpaq sahəsi ilə üst üstə düşür. Bakı İnzibati Məhkəməsi 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-3137/2021 nömrəli qərarı ilə məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin harada yerləşməsini müəyyən etməyin mümkün olmadığını bildirərək iddia tələbi təmin edilməyib. İddiaçı 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi 01 aprel 2022-ci il tarixli, 2-1(103)-1057/2022 nömrəli qərarı ilə iddianı təmin etməkdən imtina edib və qərarını həm də onunla əsaslandırıb ki, mübahisəli torpaq sahəsinin X5 daimi istifadəsinə verilməsinə dair BŞİH başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı iddiaçı tərəfindən hər hansı qaydada mübahisələndirilməyib və həmin sərəncam hazırda qüvvədədir. İddiaçı və vəkili X3 2022 ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edib. Ali Məhkəmə 15 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbini təmin etməkdən imtina edib. Ali Məhkəmə qərarını onunla əsaslandırıb ki, BŞİH başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı, eləcə də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, iddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X7 ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq olunduğundan, X7 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. Odur ki, həm Bakı Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin mövqeyindən sonra iddiaçı BŞİH başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamını məhkəmə qaydasında mübahiləndirmək qərarına gəlib. BŞİH başçısı Hacıbala Abutalıbovun 16 dekabr 2005-ci il tarixli 330 saylı Sərəncamına əsasən, X5 05 avqust 2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Xocasən rayonlarının ərazilərində, Xocasən kəndinin şərqində yerləyəşən Xocasən gölü ətrafından universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X5 daimi istifadəsinə torpaq sahəsi verilib. İşin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi, iddiaçıya və çox sayda digər bağçıya verilmiş torpaq sahəsi ilə cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı Sərəncamı əsasında X7 verilmiş torpaq sahəsinin kordinatları ilə üst-üstə düşür. Beləcə, iddiaçıya ayrılmış bağ sahəsi cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamı ilə X5 daimi istifadəsinə verilməsi ilə iddiaçının həmin torpaq sahəsi üzərində Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulmuş mənada mülkiyyət hüququ pozulub. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 31 avqust 2020-ci il tarixli imtina bildirişinin əsaslarından biri kimi göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi göstərilib. İşin hallarından görünür ki, iddiaçı qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnu 7 avqust 1991-ci ildə əldə edib. X10 isə həmin torpaqlar üzərində daimi istifadə hüququnu 16 dekabr 2005-ci ildə cavabdeh qurumun 330 saylı sərəncamı ilə əldə edib. Həmin torpaq sahələri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına X6 kitabında 12 yanvar 2011-ci ildə 23519 nömrə ilə uçota alınıb və "Torpaq sahəsinin planı və ölçüsü" tərtib olunub. İddiaçıya məxsus bağ sahəsi həmin dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq icra hakimiyyətlərinin nəzdində olduğu üçün cavabdeh qurum həmin torpaq sahəsinin iddiaçıya verilməsi ilə bağlı sənədlərə və digər arxiv məlumatlarına sahib olub. Ancaq iddiaçının və digər bağçıların qanuni istifadəsində olan torpaq sahələri X7 qeyri-qanuni yolla verilib, onun və digər bağçıların adına torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər X4 İcraiyyə Komitəsinin 07 avqust 1991-cı il tarixli, 11/546 saylı qərarı, o cümlədən bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokolu ləğv və etibarsız hesab edilməyib ki, bu da ümumi əraziyə dair digər qurumun, indiki halda X5 adına verilmiş sərəncam və kadastr planının qanunsuz olduğunu təsdiq edir. DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı cavab məktubundan aydın olur ki, cavabdeh qurumun torpaq sahəsini X7 verməsi ilə bağlı sərəncamının İdarə tərəfindən qanunvericiliyə uyğun qəbul edilməsinin əsas səbəbi torpaq sahəsinin iddiaçıya məxsus olduğunu təsdiq edən arxiv məlumatlarının İdarənin əlində olmamasıdır. 2007-ci ildə 1 saylı Bakı Ərazi İdarəsini qeyd edilən arxivlə təmin etmək, beləcə cavabdeh qurumun sərəncamını ləğv etməklə İdarənin həmin torpaq sahəsini 12 yanvar 2011-ci ildə X5 adına uçota almasının qarşısını almaq və iddiaçının qeyd edilən torpaq üzərində mülkiyyət hüququnu təsdiq etmək üçün yeni hüquqi əsas yaranıb. Belə ki, "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli № 2186 Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazilər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi vəzifəsi sözügedən sərəncamla Nazirlər Kabinetinə həvalə edilib. Ancaq işin hallarından görünür ki, Nazirlər Kabineti qeyd edilən arxiv məlumatlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim etməyib, nəticədə idarə arxiv məlumatlarından xəbərsiz olduğu üçün cavabdeh qurumun qanunvericiliyə zidd sərəncamını rəsmiləşdirmək məcburiyyətində qalıb. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). - 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2. aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçının iddiası aşagıda göstərilən əsaslara görə mümkünlük şərtlərinə cavab verir. Belə ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-1(103)- 1057/2022 saylı Qərarı ilə Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2- 1(112)-3137/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının, 2-1(102)-1210/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. S.S. Göyüşovun iddiasının təmin edilməməsinin əsaslarından biri- iddia etdiyi torpaq sahəsi ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamına əsasən X5 daimi istifadəsinə verilmiş( universitet kampusu tikintisi üçün) torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur. Hal-hazırda iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamının bir hisəsini mübahisələndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli, 330 saylı sərəncamı ilə iddiaçının maraqlarına toxunması Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarından məlum olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. İş materiallarına əlavə edilmiş:
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsi “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin “26 Bakı Komissarı” adına Neft-Qaz Çıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən, İddiaçı “Şabandağ bağçılıq-bostançılıq kollektivinin üzvüdür və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 900 kv.m olmaqla 47 saylı sahə ayrılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********75 nömrəli “Daşınmaz əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamış, elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planı verilmiş, həmçinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxemi İdarənin arxivinə təhvil verilməmişdir. İddiaçı tərəfindən məhkəməyə sübut qismində əlavə olaraq, bağçının üzvlük kitabçasının surəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft- Qaz Çıxarma İdarəsi “Şabandağ” bağçılıq-bostançılıq kollektivinə ayrılmış torpaq sahələrinin planı, “Şabandağ” bağçılıq-bostançılıq kollektivinə ayrılmış torpaq sahələrinin planı, Ə.C.Əmirov adına NQÇİ-nin “Şabandağ” bağçılıq, bostançılıq kollektivinin üzvlərinin ümumi siyahısı təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının 19 aprel 2023cü il tarixli, 3-52/2-1767/2023 nömrəli cavab məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamı və X5 xx.xx.2005-ci il tarixli, 01/0026 nömrəli məktubunun təsdiq edilmiş surətləri təqdim edilmişdir. X5 Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanladığı 05 avqust 2005-ci il tarixli məktubuna əsasən, X10 «Heydər Əliyev Universiteti»nin təsisçisi kimi çıxış edərək hazırlıq mərhələsində tələb olunan bir sıra məsləhətləşmələr və görüşlər həyata keçirib. Universitetin yaranma konsepsiyasına uyğun olaraq Bakı şəhərinin kənarında, Bakı- Sumqayıt yolunun sol tərəfində Xocasən kəndi yaxınlığında yerləşən sahə Universitet kampusunun yaradılması üçün müvafiq yer kimi seçilmişdir. Universitetin inşası üçün dəvət edilən memarlıq işlərini və baş planı həyata keçirən mütəxəssislərin fikrincə, kampusun dünya standartlarına uyğun olaraq yerləşdirilməsi üçün yuxarıda göstərilmiş yerdə 300 hektarlıq torpaq sahəsinin ayrılması zəruridir. Odur ki, X2vericiliyə uyğun şəkildə həmin sahənin ayrılması xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı “Torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamına əsasən, X5 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır.
İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
11. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. - 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. - 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.
13. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
- 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; - 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2. inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: - 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; - 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; - 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; - 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
14. Hazırkı iddia ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı “Torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamının ona aid hissəsində ləğv edilməsini tələb edir.
15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən sərəncam nəzərdən keçirdikdə müəyyən olunur ki, həmin sərəncamın hər hansı bəndində İddiaçı Sərxan oğluna və ya onun üzv olduğu “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığına aid müddəa mövcud deyil.
16. Məhkəmə araşdırılması zamanı cavabdehin qəbul etdiyi inzibati aktın qanunsuz olması da müəyyən edilməmişdir.
17. Belə olan halda, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının iddiaçıya aid hissəsinin ləğv edilməsi tələbində iddiaçı haqlı hesab edilmir.
18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı Sərxan oğlunun cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının iddiaçıya İddiaçı Sərxan oğluna aid hissəsində ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir.
20. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
22. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 33, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddiа tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа