Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6839/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan Nxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə qarşı ona verilmiş müharibə veteranı adının (xüsusi statusunun) bərpa edilməsi, müharibə veteranı vəsiqəsinin verilməsi və veteran haqqının 0N aprel 2020-ci il tarixdən hesablanaraq ödənilməsi barədə inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Yasamal RHK tərəfindən hərbi xidmətə çağırılmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 23.04.N-cii il tarixli NNN nömrəli əmri ilə həmin hərbi hissəyə daxil edilmişdir. N-cü illərdə həmin hərbi hissənin tərkibində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin N4.09.N-cıi il tarixli, 256 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla ştatdan kənar edilmişdir. Bütün bunlar hərbi biletdə, Mərkəzi Arxivin arayışında, o cümlədən də digər sənədlərdə öz təsdiqini tapır. Xidmətdən qayıtdıqdan sonra iddiaçıya veteran adı verilmişdir. İddiaçı ömrünü, gününü, canını və həyatını vətən, dövlət, millət yolunda, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğruna həsr etmiş bir insandır. Vətənin darda olduğu bir məqamda iddiaçı və onun kimi Azərbaycan oğulları düşmənə qarşı çıxaraq ölkənin qeydinə, qayğısına qalmış, millətin tapdalanmaması üçün var gücü ilə döyüşmüşlər. 0N aprel 2020-ci il tarixədək iddiaçı veteran adı daşımış və qanunla müəyyən edilmiş veteran haqqını da almışdır. Həmin tarixdən iddiaçının veteran statusu ləğv edilmiş və təqaüdləri də dayandırılmışdır. Bununla bağlı bir neçə dəfə Müdafiə Nazirliyinə rəsmi müraciətlər etmiş, verilən cavablarda xidməti barədə məlumatların yetərli olmaması, hərbi hissəni özbaşına tərk etməyi və s. səbəblər göstərilmişdir. Bununla bağlı çağırış məntəqəsinə də müraciət etmiş, məntəqə tərəfindən bütün sənədlər toplanmış və veteran adının bərpa edilməsi üçün Nazirliyə yenidən göndərilmişdir. Verilən cavablar şablon xarakteri daşıyır və biri digərindən fərqlənmir, cavablar verilərkən heç bir araşdırma aparılmır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən cavab məktubunda göstərilir ki, “Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilinəsi üzıə komissiya”nın iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir’’. İddiaçı hesab edir ki, cavabdeh orqan ərizəsini təmin etməməklə və bu şəkildə cavab verməklə iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. İndiki halda iddiaçı veteran vəsiqəsi əldə edə, qanunveriliklə müəyyən edilmiş sosial hüquq və güzəştlərdən istifadə edə bilmir. Müdafiə Nazirliyinin müvafiq komissiyası iddiaçının hərbi döyüşlərdə iştirakını təsdiq edən sübutları yetərli saymır və müharibə veteranı adının verilməsi (bərpası) üçün əsasların yetərli olmadığını bildirir, qəbul edilmiş imtina qərarından məhkəməyə müraciət etməyi tövsiyə edilir. Halbuki, iddiaçı həmin hərbi hissədə xidmətdə olmuş, döyüşmüşdür. Cavabdeh təşkilat heç bir əsas olmadan iddiaçının hərbi hissəni özbaşına tərk etdiyini iddia etsə də, barəsində olan amnistiya aktının olmasını nəzərə almır. İş materiallarında olan iddiaçıya məxsus hərbi bilet və digər sənədlərlə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyi öz təsdiqini tapmışdır və bu işin mübahisələndirilməyən halıdır. İddiaçı hesab edir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair qaydaların iddiaçıya şamil edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən şəxslərə müharibə veteranı adının verilməsi qaydası müəyyən olunmuş və bir neçə halla şərtləşdirilmişdir. Cavabdeh qurumun imtinasında iddiaçının hərbi hissəni özbaşına tərk etməyi göstərilsə də, barəsində amnistiya aktının tətbiq olunması da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə təqdim edilmiş iddiaya dair 02.09.202N-ci il tarixli, NN/4N78 saylı yazılı etirazında göstərilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Beləliklə, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Mərkəzi Arxivin N4 aprel 202N-ci il tarixli 9/2-3074 nömrəli arayışına əsasən iddiaçı M. R. Musayev NN iyul N-cü il tarixdə hərbi hissəni uzun müddət özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin N avqust N-cü il tarixli əmri ilə təminatlardan azad edilmiş, hərbi hissə komandirinin N4 sentyabr N-cü il tarixli 256 nömrəli əmri ilə ştatdan kənar edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən ‘‘Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı N7 mart 202N-ci il tarixli qərarı ilə iddiaçının qanuni əsaslarla hərbi hissədən ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin surətindən aydın olur ki, iddiaçı N7.04.N-cü il tarixdən N7.08.N-cü il tarixə qədər Füzuli və Ağdam istiqamətlərində 70N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş, barəsində N7.N0.N997-ci il tarixli amnistiya aktı tətbiq edilmiş, N9.07.N999-cu il tarixdə müharibə veteranı statusu verilmişdir. - Tərtər rayonu Hərbi Prokurorunun N3.04.N998-ci il tarixli qərarından görünür ki, 70N saylı hərbi hissənin sıravi əsgəri İddiaçı barəsində Azərbaycan Respublikasının Milli Məclisinin N7.N0.N997-ci il tarixli Amnistiya Qərarının N.N.N.5-ci maddələri tətbiq edilməklə cinayət işi başlanması rədd edilmişdir. - 70N saylı hərbi hissə komandirinin 23.04.N-cü il tarixli əmrindən çıxarışdan görünür ki, iddiaçı «Nizami» təlim mərkəzindən hərbi xidmətə göndərilmiş şəxsi heyət hərbi hissənin siyahısına daxil edilmiş, tabor və bölüklərə təyin olunmaqla, bütün növ təminatlarla təmin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 04.08.2009-cu il tarixli ******* saylı məktubundan görünür ki, 70N saylı hərbi hissə komandirinin əmr kitablarında iddiaçının avqust N-cü il tarixlərdən sonrakı xidməti barədə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N4.04.202N-ci il tarixli 9/2-3074 saylı arxiv arayışından görünür ki, “Nizami” təlim mərkəzindən hərbi xidmətə göndərilmiş Yasamal RHK-dan çağırılmış N965-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 23.04.N-cü il tarixli NN2 №-li əmrilə (əsas: səh.44) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 2-ci Mat-un sıravisi İddiaçı N nömrəli hərbi hissə komandirinin N8.08.N-cü il tarixli 229 №-li əmrilə (əsas: səh.67, §2, sıra-4) təminatlardan azad edilmişdir. NN.07.N-cü il tarixdə hərbi hissəni özbaşına tərk etmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin 30.08.N-cü il tarixli 24N №-li əmrilə (əsas: səh.5, §4, sıra-6) təminatlardan azad edilmişdir. N0.07.N-cü il tarixdə hərbi hissəni uzun müddət özbaşına tərk etdiyinə görə 2-ci Mat-un sıravisi İddiaçı N nömrəli hərbi hissə komandirinin N4.09.Ncü il tarixli 256 №-li əmrilə (əsas: səh.40, §2, sıra-8) ştatdan kənar edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 07.NN.20N8-ci il tarixli 9/2-N804N saylı arxiv arayışından görünür ki, “Nizami” təlim mərkəzindən hərbi xidmətə göndərilmiş, Yasamal RHK-dan çağırılmış, N965-ci il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N aprel N-cü il tarixli NN2 №-li əmrilə (əsas: səh-44, §-2) şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyinə görə İddiaçı N nömrəli hərbi hissə komandirinin N8 avqust N-cü il tarixli 229 №-li əmrilə (əsas: səh-67, §-2, sıra-4) bütün növ təminatlardan azad edilmişdir. Qeyd edirik ki, N7N nömrəli hərbi hissə komandirinin avqust N993-cü il tarixli, aprel N-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 2N.03.202N-ci il tarixli N/M-7237 saylı məktubu ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş 520 nömrəli 05.03.202N-ci tarixli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N7.03.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-cı maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmir qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir”. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ünvanlanmış 05.03.202N-ci il tarixli 520 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə ərizə ilə müraciət etmiş İddiaçı oglu “müharibə veteranı “statusunun bərpa olunmasını xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar “Müharibə veteranı” vəsiqəsi almış şəxslərin xidmət müddətlərinin dəqiqləşdirilməsi üçün hərbi hissəni özbaşına tərk etdiyinə görə barəsində amnistiya aktı tətbiq olunmuş N965-ci il təvəllüdlü İddiaçı haqqında 2009-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxinə göndərilmiş sorğunun cavabında onun 70N saylı hərbi hissədə xidmət müddəti tam təsdiq olunmadığına görə müvafiq komissiya tərəfindən onun müharibə veteranı statusu ləğv olunmuşdur. Vətəndaş İddiaçı oglu 20N8-ci ildə ərizə ilə təkrar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxinə müraciət etmiş və aldığı xidmət müddətini təsdiq edən arxiv arayışını Yasamal rayon idarəsinə təqdim etmişdir. Bildirirəm ki, İddiaçı MA/ seriyalı 03222N nömrəli N9.07.N999-cu il tarixli “Müharibə veteranı” vəsiqəsi əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliynin tabeliyində olmuş Azərbaycan Respublikası Hərbi Komissarlığında fəaliyyət göstərən müvafiq komissiya tərəfindən verilmişdir. Bu səbəbdən məsələnin həlli üçün daxil olmuş ərizənin və mövcud sənədlərin kserosurətlərini aidiyəti üzrə ünvanınıza göndərirəm. Xahiş edirəm nəticəsi barədə bizə və vətəndaşa məlumat verəsiniz”. - İddiaçıya məxsus xidməti vərəqədən görünür ki, o, iddiaçı N7.04.N-cü il tarixdən N7.08.N-cü il tarixə qədər Füzuli və Ağdam istiqamətlərində 70N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş, barəsində N7.N0.N997-ci il tarixli amnistiya aktı tətbiq edilmiş, N9.07.N999-cu il tarixdə müharibə veteranı statusu verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 26.07.202N-ci il tarixli N380 saylı məktubundan görünür ki, N963-cü il təvəllüdlü İddiaçı N9.07.N999-cu il tarixdə keçmiş Yasamal rayon hərbi komissarlığı tərəfindən verilmiş M/V seriyalı 03222N nömrəli müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivindən alınmış arxiv arayışına əsasən ləğv olunaraq etibarsız hesab edilmişdir. İddiaçı ərizəsinə əsasən sənədləri 05.03.202N-ci il tarixdə yenidən baxılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilmişdir. Sənədlər geri qaytarılaraq vətəndaşa məsələnin məhkəmə qaydasında həll olunması üçün müvafiq orqana müraciət olunması bildirilmişdir. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya N9.07.N999-cu il tarixdə keçmiş Yasamal rayon hərbi komissarlığı tərəfindən verilmiş M/V seriyalı 03222N nömrəli müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivindən alınmış arxiv arayışına əsasən ləğv olunaraq etibarsız hesab edildiyindən onun təkrar müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N7.03.202N-ci il tarixli iclasında baxılmış və müharibə veteranı statusunun verilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi istisna edilir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, Yasamal RHK-dan çağırılmış iddiaçı “Nizami” təlim mərkəzindən hərbi xidmətə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin 23.04.N-cü il tarixli NN2 №-li əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmış, lakin hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N8.08.N-cü il tarixli 229 №-li təminatlardan azad edilmiş, həmçinin NN.07.Ncü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin 30.08.N-cü il tarixli 24N №-li əmrilə təminatlardan azad edilmiş, N0.07.N-cü il tarixdə hərbi hissəni uzun müddət özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin N4.09.N-cü il tarixli 256 №-li əmrilə ştatdan kənar edilmişdir. Sonradan Tərtər rayonu Hərbi Prokurorunun N3.04.N998-ci il tarixli qərarı ilə 70N saylı hərbi hissənin sıravi əsgəri İddiaçı barəsində Azərbaycan Respublikasının Milli Məclisinin N7.N0.N997-ci il tarixli Amnistiya Qərarı tətbiq edilməklə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilir ki, 70N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş iddiaçı haqqında amnistiya aktına əsasən bəraətverici əsas olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi işin təkzibedilməz halıdır. Bu halda, iddiaçının barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar qeyri-qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçıya münasibətdə digər pozitiv sübutetmə vasitələri toplanılacağı və ya toplanmış olduğu hallarda belə, barəsində müvafiq amnistiya aktı tətbiq edildiyindən ona müharibə veteranı statusunun verilməsi qanunvericliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-6839/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6839/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver