Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6840/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya növbəti hərbi rütbənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya növbəti hərbi rütbənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir. 1996-cı ildə Türkiyə Respublikasının Kuleli Hərbi Liseyini, 2000-ci ildə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Məktəbini, 2001-ci ildə Türkiyə Respublikasının Artilleriya və Raket Məktəbini və 2020-ci ildə X3 X4 - Qərargah Akademiyasını bitirmişdir. 2001-ci ildən 2002-ci ilədək N saylı hərbi hissədə, 2002-ci ildən 2013-cü ilədək N saylı hərbi hissədə, 2013-cü ildən 2014-cü ilədək N və N saylı hərbi hissələrdə, 2014-cü ildən N-cı ilədək Azerbaycan Respublikası Silahlı X2 Respublikasındakı Hərbi Attaşelik Aparatında, N-ci ildən 2022-ci ilədək Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xidmət etmiş və 2022-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq öz arzu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmətdə olduğu müddət ərzində heç bir qüsuru olmamış, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 01 iyun 2015-ci il tarixli 628R nömrəli əmri ilə iddiaçıya “polkovnik-leytenant” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 20 iyun 2020-ci il tarixli 0462 nömrəli əmri ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “polkovnik" ştat kateqoriyalı Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və həmin vəzifədən müdafiə nazirinin 24 noyabr 2021-ci il tarixli 01679 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Sözügedən vəzifədə xidmət etdiyi müddət ərzində intizam qaydasında cəzalandırılmamış, ehtiyata buraxıldığı günədək üzərində heç bir cəza olmamış və 2021-ci il üzrə sonuncu attestasiya balı 97.158 (100 üzərindən) olmuşdur. Əlavə olaraq sözügedən vəzifədə xidmət etdiyi müddət ərzində, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli 0256t nömrəli əmri ilə “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə Görə” və Azərbaycan Respublikası Müdafiə nazirinin 25 oktyabr 2021-ci il tarixli 0256t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medaları ilə təltif olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə müvafiq olaraq iddiaçıya növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi üçün 09 iyun 2021-ci il tarixdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və təqdimatı Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmişdir. Əlavə olaraq, 18 may ve 24 avqust 2021-ci il tarixlərində ehtiyata buraxılmağı barədə aparılan söhbətlər zamanı söhbət vərəqəsində xx.xx.2021-ci il tarixində “polkovnik-leytenant” hərbi rütbəsində olma müddətinin başa çatdığını nəzərə alaraq, növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi ilə birlikdə ehtiyata buraxılmağı barədə müraciətləri yazılı olaraq öz əksini tapmışdır. Buna baxmayaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarıldığı 15 yanvar 2022-ci il tarixədək qanunla müəyyən olunmuş qaydada ona növbəti “polkovnik” hərbi rütbəsi verilməmiş, növbəti hərbi rütbənin verilməsinin təxirə salınması ilə bağlı fərdi söhbət aparılmamış və səbəbləri izah edilməmişdir. Qeyd olunan təqdimatın nəticəsinin öyrənilməsi üçün 26 yanvar 2022-ci il tarixində ünvanladığı ərizəyə bu günədək heç bir cavab verilməmişdir. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İşin tam və hərtərəfli araşdırılması üçün iddiaçıya dair aşağıdakı hallar müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində, 1996-cı il tarixdən Azərbaycan Ordusunda xidmət etdiyi, N-cı il tarixdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi vəzifəsinə təyin olunaraq, 2022-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxıldığını və ona növbəti “polkovnik” hərbi rütbəsinin verilmədiyini qeyd etmişdir. Lakin məlum olmuşdur ki, iddiaçıya növbəti “polkovnik" hərbi rütbəsinin verilməsi barədə təqdimatı xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuşdur. 21 gün əvvəl isə xx.xx.2021-ci il tarixdə iddiaçı“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxılması barədə raportla yuxarı komandanlığa müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə isə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması istəyini nəzərə alaraq, ona növbəti hərbi rütbəsinin verilməsi ilə bağlı müsbət qərar qəbul edilməyərək təqdimat geri qaytarılmışdır. 24 noyabr 2021-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 "j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə tanış olmuşdur və əmri icra etmişdir. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmişdir 5 (beş) ay 1 (bir) gün vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Sonda iddianın mümkün hesab edilməməsi məhkəmədən xahiş olunmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə müvafiq olaraq mənə növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi üçün 09 iyun 2021-ci il tarixində təqdimatım Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinə göndərilmişdir. Buna baxmayaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağımla əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarıldığım 15 yanvar 2022-ci il tarixinədək növbəti hərbi rütbənin verilməsinin təxirə salınması ilə bağlı heç bir məlumat verilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 42-ci maddəsinə müvafiq olaraq mənə növbəti “polkovnik" hərbi rütbəsinin verilməsi üçün 09 iyun 2021-ci il tarixdə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmiş təqdimatımın nəticəsi barədə məlumat verilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm.” - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən tərtib edilmiş söhbət vərəqindən görünür ki, iddiaçı ilə 18 may və 24 avqust 2021 -ci il tarixlərində aparılmış müvafiq birinci və ikinci söhbət zamanı o, xx.xx.2021-ci il tarixində “polkovnik-leytenant” hərbi rütbəsində olma müddətinin başa çatdığını nəzərə alaraq, növbəti “polkovnik” hərbi rütbəsinin verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının xidmət dəftərçəsindən görünür ki, 2001-ci ildən 2002-ci ilədək N saylı hərbi hissədə, 2002-ci ildən 2013-cü ilədək N saylı hərbi hissədə, 2013-cü ildən 2014-cü ilədək N və N saylı hərbi hissələrdə, 2014-cü ildən N-cı ilədək Azerbaycan Respublikası Silahlı X2 Respublikasındakı Hərbi Attaşelik Aparatında, N-ci ildən 2022-ci ilədək Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 01 iyun 2015-ci il tarixli 628R nömrəli əmri ilə ona “polkovnik-leytenant” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 20 iyun 2020-ci il tarixli 0462 nömrəli əmri ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli, “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə Görə” və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli ARMN 01679 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq öz arzu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli ARMN 01679 saylı əmrindən çıxarışdan görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq öz arzu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 335 saylı əmrindən çıxarışdan görünür ki, iddiaçı ilə son haqq-hesab aparılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin həmin nazirliyin Hüquq idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1/1638 saylı məktubu ilə bildirilmişdir ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sabiq rəisi ehtiyatda olan polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 42-ci maddəsinə əsasən növbəti “polkovnik" hərbi rütbəsinin verilməsi barədə təqdimatı xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuşdur. Eyni zamanda polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli raportuna əsasən xx.xx.2021-ci il tarixdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Azərbaycan Respublikasının Müdafiə naziri qarşısında vəsatət qaldırmışdır. xx.xx.2021-ci il tarixdə isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimatı Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə daxil olmuşdur. Polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması istəyini nəzərə alaraq, ona növbəti “polkovnik" hərbi rütbəsinin verilməsi barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul olunmamışdır. Təqdimat icra olunmadan xx.xx.2021-ci il tarixli 1/02213 nömrəli məktubla Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə geri qaytarılmışdır.”
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin 2-1(112)-6840/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək iddia tələbi üzrə buraxılmış iddia müddəti bərpa olunmuşdur. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən Hərbi qulluqçu “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti hərbi rütbənin vaxtında verilməsi hüququna malikdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, vəzifə borcunu nümunəvi yerinə yetirmiş zabitlərə növbəti hərbi rütbə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda onların vəzifələri müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yüksək və ya verilmiş hərbi rütbədən bir pillə yüksək hərbi rütbə vaxtından əvvəl verilə bilər. Qeyd olunan Qanunun 22-ci maddəsinin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbixidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 30.1. Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. 31.1. Ali zabit hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 31.2. Hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı X1”nin tələblərinə müvafiq qaydada verilir. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqnda” Əsasnaməyə əsasən:
1. bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
10. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hərbi rütbələr verilir.
22. Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə), vəzifəyə təyin edilmək və ya həqiqi hərbi xidmətdən buraxılmaq üçün təqdim olunan hərbi qulluqçulara (müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, kursant və bağlaşma üzrə hərbi xidmət keçənlərdən başqa) hərbi hissələrdə alay (briqada), əlahiddə tabor komandiri, onlara bərabər və onlardan yuxarı birbaşa rəislər tərəfindən (5 və 6 saylı əlavələr) imzalanan təqdimatlar tərtib edilir və vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq qurumların vasitəsilə qərar qəbul edilməsi üçün komanda üzrə müvafiq rəislərə göndərilir. Qeyd olunan məsələlər üzrə təqdimatları imzalamaq hüququ olmayan hərbi hissə bölmələrinin komandirləri və digər birbaşa rəislər komanda üzrə raport verməklə bu barədə vəsatət qaldırırlar.
23. Növbəti hərbi rütbə verilmək (hərbi rütbənin aşağı salınmasına, hərbi rütbədən məhrum edilməyə, hərbi rütbənin bərpa edilməsinə), vəzifəyə təyin olunmaq və ya həqiqi hərbi xidmətdən (kursantlar üçün — kursantların həqiqi hərbi xidmətindən) buraxılmaq üçün təqdim olunan müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və kursantlara hərbi hissələrdə (hərbi təhsil müəssisələrində) bu barədə bilavasitə və yuxarı birbaşa rəislər (komandirlər) tərəfindən imzalanan vəsatət qaldırılır və raport verməklə komanda üzrə müvafiq qurumların vasitəsilə vəzifəyə təyin olunma qaydalarına uyğun olaraq müvafiq rəislərə göndərilir.
41. Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir. Hərbi rütbə verilməsi haqqında əmrlər təntənəli şəraitdə sıra qarşısında (hərbi hissənin təntənəli yığıncağında) müəyyən edilmiş fərqlənmə nişanları ilə birgə paqonlar verilməklə elan edilir.
42. Hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, yaxud xəstələnməsi ilə əlaqədar müalicə olunan və müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular, bu komandirlər (rəislər) tərəfindən hərbi qulluqçunun xəsarət (yaralanma, travma, kontuziya) almasına, xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbəyə təqdim edilə bilərlər. Növbəti hərbi rütbə almağa imkan verən yüksək vəzifəyə təyin olunmaqla eyni vaxtda, növbəti hərbi rütbə verilməsi xidməti mənafedən irəli gələn müstəsna hallarda yol verilir.
43. Hərbi qulluqçular hərbi rütbə verilməsinə bu Əsasnaməyə müvafiq olaraq təqdim edilirlər. Növbəti hərbi rütbələrin verilməsi hərbi xidmətə stimul yaradılması, bölmələrdə, hissələrdə və gəmilərdə hərbi qulluqçuların döyüş hazırlığının, döyüş və ictimai-siyasi hazırlıq keyfiyyətinin artırılması, intizamın möhkəmləndirilməsi, yüksək məsuliyyət hissinin, hərbi rütbəyə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətə görə qürur hissinin tərbiyə edilməsi üçün tam şəkildə istifadə edilməlidir. Müvafiq ştat vəzifələri tutan və müsbət attestasiya olunan hərbi qulluqçulara növbəti hərbi rütbələrin vaxtında verilməsi məqsədilə, təqdimatlar qabaqcadan elə hesabla (qoşunların dislokasiyasının uçotu ilə) göndərilir ki, hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddəti, müvafiq hərbi rütbəni vermək hüququna malik olan rəisin təqdimata baxdığı gün tamam olsun.
44. İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması haqqında qərarı əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Müvafiq quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilir. Törətdikləri cinayətə görə şərti və ya barələrində hökmün icrası təxirə yaxud hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya, məhkum edilmiş və bu Əsasnamənin 158ci maddəsinin «b» bəndi ilə nəzərdə tutulmuş qaydada həqiqi hərbi xidmətdə saxlanılan hərbi qulluqçular məhkəmənin müəyyən etdiyi sınaq və ya hökmün icrasının təxirə salınma müddəti qurtarmayanadək növbəti hərbi rütbə verilməyə təqdim edilmirlər.
45. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olması müddəti aşağıdakı kimi müəyyən edilir: Polkovnik-leytenant - 6 il... Hərbi qulluqçuya verilmiş hərbi rütbədə olma müddəti həmin rütbənin verilməsi haqqında əmr imzalanan gündən hesablanır.
65. Polkovnik, general-mayor, general-leytenant növbəti hərbi rütbələrinin verilməsinə dair təqdimatlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında baxılır.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən;(...) Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır (152-ci b. 4-cü ab.), həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (164 b., 1 ab.), yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir (164 b, 5 ab.). Hazırkı iş üzrə iddiaçı ona növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia tələbini irəli sürür. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1996-cı il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuş, 1996-cı ildə Türkiyə Respublikasının Kuleli Hərbi Liseyini, 2000-ci ildə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Məktəbini, 2001-ci ildə Türkiyə Respublikasının Artilleriya və Raket Məktəbini və 2020-ci ildə X3 X4 - Qərargah Akademiyasını bitirmişdir. 2001-ci ildən 2002-ci ilədək N saylı hərbi hissədə, 2002-ci ildən 2013-cü ilədək N saylı hərbi hissədə, 2013-cü ildən 2014-cü ilədək N və N saylı hərbi hissələrdə, 2014-cü ildən N-cı ilədək Azerbaycan Respublikası Silahlı X2 Respublikasındakı Hərbi Attaşelik Aparatında, N-ci ildən 2022-ci ilədək Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 01 iyun 2015-ci il tarixli 628R nömrəli əmri ilə iddiaçıya “polkovnik-leytenant” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 20 iyun 2020-ci il tarixli 0462 nömrəli əmri ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “polkovnik" ştat kateqoriyalı Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və həmin vəzifədən müdafiə nazirinin 24 noyabr 2021-ci il tarixli 01679 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq öz arzu ilə ehtiyata buraxılmışdır. İddiaçıya “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə müvafiq olaraq növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi üçün 09 iyun 2021-ci il tarixdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və təqdimat Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmişdir. Lakin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarıldığı 15 yanvar 2022-ci il tarixədək iddiaçıya qanunla müəyyən olunmuş qaydada növbəti “polkovnik” hərbi rütbəsi verilməmişdir. Cavabdeh orqanın məhkəməyə təqdim edilmiş etirazda iddiaçıya növbəti “polkovnik” hərbi rütbəsinin verilməməsinin əsası kimi yalnız ona həmin rütbənin verilməsi barədə təqdimatın xx.xx.2021-ci il tarixdə idarəyə daxil olması, ehtiyata buraxılması barədə raportların isə ondan 21 gün əvvəl yəni, xx.xx.2021-ci il tarixdə yuxarı komandanlığa müraciət etməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu arqumenti əsassız və qanunsuzdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmaq üçün raportla müraciət etmiş, ehtiyata buraxılmağı ilə əlaqədar onunla xx.xx.2021-ci il tarixdə keçirilmiş birinci söhbətləşmə zamanı ona “polkovnik” hərbi rütbəsinin verilməsi üçün müvafiq təqdimatın yuxarı instansiyaya göndərilməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə iddiaçıya növbəti “polkovnik” hərbi rütbəsi verilməsi üçün müvafiq təqdimat onun xidmət keçdiyi Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsindən yuxarı instansiyaya – Cavabdeh Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmişdir. Ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçı ilə xx.xx.2021-ci il tarixdə keçirilmiş 2-ci söhbətləşmə zamanı yenidən ona növbəti “polkovnik” hərbi rütbəsinin verilmədiyini bildirmiş və verilməməsinin səbəblərinin ona bildirilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazından və işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin həmin nazirliyin Hüquq idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1/1638 saylı məktubundan məlum olur ki, xx.xx.2021-ci il tarixdə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması istəyi nəzərə alınaraq ona növbəti hərbi rütbənin verilməsi ilə bağlı müsbət qərar qəbul edilməmişdir. Lakin bu barədə iddiaçıya məlumat verilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının şəxsi vərəqəsində və ya söhbət vərəqində bu barədə heç bir qeyd yoxdur, qərarın məhkəməyə təqdim olunması cavabdehin nümayəndəsindən tələb edilməsinə baxmayaraq həmin sənəd məhkəməyə də təqdim edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Göründüyü kimi cavabdeh iddiaçıya “polkovnik” hərbi rütbəsinin verilməsi üçün müvafiq təqdimata baxaraq müsbət qərar vermədən yalnız onun öz xahişi ehtiyata buraxılması barədə raportuna hüquqi qiymət vermişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 6-cı bəndinə görə hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən hərbi qulluqçu “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti hərbi rütbənin vaxtında verilməsi hüququna malikdir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 01 iyun 2015-ci il tarixli 628R nömrəli əmri ilə “polkovnik-leytenant” hərbi rütbəsi verilmiş, o müdafiə nazirinin 20 iyun 2020-ci il tarixli 0462 nömrəli əmri ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “polkovnik" ştat kateqoriyalı Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və həmin vəzifədən müdafiə nazirinin 24 noyabr 2021-ci il tarixli 01679 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. İddiaçıya “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə müvafiq olaraq növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi üçün 09 iyun 2021-ci il tarixdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və təqdimatı Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmişdir. Göründüyü kimi, mövcud qanunvericilik müvafiq vəzifələrdə zabit kimi azı 6 il xidmət etmiş hərbi qulluqçulara növbəti “polkovnik” hərbi rütbənin verilməsi hüququnu nəzərdə tutur və qanuna görə növbəti hərbi rütbələrin verilməsi hərbi xidmətə stimul yaradılması, hərbi qulluqçuların döyüş hazırlığının, döyüş və ictimai-siyasi hazırlıq keyfiyyətinin artırılması, intizamın möhkəmləndirilməsi, yüksək məsuliyyət hissinin, hərbi rütbəyə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətə görə qürur hissinin tərbiyə edilməsi üçün tam şəkildə istifadə edilməlidir. Hərbi qulluqçulara növbəti hərbi rütbələrin verilməsi üşün əsas tələblər - ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Növbəti hərbi rütbələrin vaxtında verilməsi məqsədilə, təqdimatlar qabaqcadan elə hesabla (qoşunların dislokasiyasının uçotu ilə) göndərilir ki, hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddəti, müvafiq hərbi rütbəni vermək hüququna malik olan rəisin təqdimata baxdığı gün tamam olsun. İstisna isə o hallarda olur ki, intizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. Bu halda da növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması haqqında qərarı əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Müvafiq quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilir. Törətdikləri cinayətə görə şərti və ya barələrində hökmün icrası təxirə yaxud hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya, məhkum edilmiş və bu Əsasnamənin 158-ci maddəsinin «b» bəndi ilə nəzərdə tutulmuş qaydada həqiqi hərbi xidmətdə saxlanılan hərbi qulluqçular isə məhkəmənin müəyyən etdiyi sınaq və ya hökmün icrasının təxirə salınma müddəti qurtarmayanadək ümumiyyətlə növbəti hərbi rütbə verilməyə təqdim edilmirlər. İşdən məlum olur ki, iddiaçıya münasibətdə yuxarıda göstərilən normaların məzmunundan aydın oldugu kimi ehtiyata buraxılmazdan əvvəl onunla bilavasitə həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında iki fərdi söhbət aparılsa da, ona qanunla müəyyən olunmuş qaydada növbəti hərbi rütbənin verilməsi üçün əsas tələblərə cavab verdiyindən (ardıcıl qaydada müsbət attestasiya olundugundan, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun oldugundan və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri (6 il) bitdiyindən) növbəti “polkovnik” hərbi rütbəsinə dair təqdimat verilsə də, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixdə təqdimata baxaraq ona növbəti hərbi rütbənin verilməsindən imtina etmişdir. Halbuki işin hallarından görünür ki, iddiaçıya növbəti hərbi rütbənin verilməməsini şərtləndirən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə təsbit olunan müddəaların heç biri ona münasibətdə mövcud deyil və cavabdeh tərəfindən həmin əsasların heç birinə istinad edilməmişdir. Əksinə iddiaçının şəxsi işindən göründüyü kimi onun xidmət dövründə heç bir qüsuru olmamış, intizam qaydasında cəzalandırılmamış, ehtiyata buraxıldığı günədək üzərində heç bir cəza olmamış, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla, “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə Görə” və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif olunmuşdur. Xüsusilə də vurgulanmalıdır ki, Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.-ci bəndinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Beləliklə, yuxarıda qeyd edilən təltiflər iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu olmasının sübutudur. Baxmayaraq ki, iddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmaq üçün raportla müraciət etdiyi vaxt ehtiyata buraxılmağı ilə əlaqədar onunla xx.xx.2021-ci il tarixdə keçirilmiş birinci söhbətləşmə zamanı ona “polkovnik” hərbi rütbəsinin verilməsi üçün müvafiq təqdimatın yuxarı instansiyaya göndərilməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə iddiaçıya növbəti “polkovnik” hərbi rütbəsi verilməsi üçün müvafiq təqdimat onun xidmət keçdiyi Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsindən yuxarı instansiyaya – Cavabdeh Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərilmiş, ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçı ilə xx.xx.2021-ci il tarixdə keçirilmiş 2-ci söhbətləşmə zamanı yenidən ona növbəti “polkovnik” hərbi rütbəsinin verilmədiyini bildirmiş və verilməməsinin səbəblərinin ona bildirilməsini xahiş etsə də, mövcud qanunda həmin təqdimatın rədd edilməsinin əsaslarının konkret müəyyən edildiyi, həmin halların iddiaçıya münasibətdə müəyyən edilmədiyi, təqdimatın rədd edilməsi haqqında qərarın qəbul edilməsinə əsas olan səbəb onunla şəxsi söhbət zamanı ona elan edilməli, yaxud şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb ona söhbət vərəqəsində imza etdirməklə elan edilməli və növbəti hərbi rütbə verilənədək şəxsi işinə tikilib saxlanılmalı, müvafiq quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilməli oldugu halda, iddiaçı ilə keçirilmiş ikinci söhbətləşmə zamanı ona bu barədə heç bir məlumat verilməmiş, bu barədə vərəqdə heç bir qeyd edilməmişdir. Bu hallar da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması istəyi nəzərə alınaraq ona növbəti hərbi rütbənin verilməməsi ilə bağlı qərar qəbul edərkən kobud inzibati icraat pozuntularına yol vermişdir. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilən qərar işin faktiki hallarına uyğun olmamış, yuxarıda göstərilən hüquqi aktların tələblərinə görə cavabdehin hərəkəti qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz; 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəməsi hesab edir ki, iddiaçıya növbəti hərbi rütbənin verilməməsi ilə bağlı cavabdehin qərarı əsaslandırılmamış, cavabdeh iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı sübutları tam şəkildə araşdırmamış, iddiaçının xeyrinə topladığı sübutlara qiymət verməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə bir daha təsdiq olundu ki, məcburetmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin hərəkəti qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), hərəkət mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Buna görə də iddiaçıya növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsi cavabdehin üzərinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. İddiaçı növbəti “polkovnik” hərbi rütbəsinin verilməsi barədə müvafiq əmrin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva