Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6843/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirova Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X17, X14 və X18) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn 2-ci döngəsində yerləşən 7 nömrəli evin 2 otağı (y/s 33.5 kv.m., k/s 5.5 kv.m) İddiaçı (bundan sonra – iddiaçı) paylı mülkiyyətindədir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən xx.xx.1991-ci il təvəllüdlü X18, xx.xx.1972-ci il təvəllüdlü X14 və xx.xx.1989-cu il təvəllüdlü X17 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
3. İddiaçı ərizə ilə Bakı şəhəri Səbail rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, X14, X17, X18 və X6 ona məxsus yaşayış evindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh 065-2210/2İ-3222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, ona məxsus olan ünvan 3 ünvanında qeydiyyatda olan həmin şəxslərin göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X17, X14 və X9 Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 2-ci döngə, 7 saylı evdə 39,0 kv.m. ümumi sahəsi olan iddiaçıya məxsus yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X17, X14 və X18 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi 2-ci döngə 7 saylı evin paylı mülkiyyətçisi X15 ilə razılaşmış və paylı mülkiyyətin ona məxsus y/s 33,5 kv.m, k/s 5,5 kv.m olan 2 otağını dəyərini ödəməklə 26 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. İlk bir neçə ay ərzində üçüncü şəxslər könüllü olaraq qeydiyyatdan çıxacaqlarına söz versələr də, bunu etməmişlər, hazırda onların harada yaşaması iddiaçıya məlum deyil. Üçüncü şəxslərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə formal qeydiyyatda olmaları iddiaçıya xüsusi mülkiyyəti ilə bağlı hər hansı bir sərəncam verməkdə maneçilik yaradır.
8. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir.
9. Cavabdeh 065-10769-1222 nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə bütün məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
12. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
13. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
15. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
16. İddia həm də qismən, X10 və X4 qeydiyyatdan çıxarılması hissəsində əsaslıdır. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X14 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn 2-ci döngədə yerləşən 7 saylı evdə paylı mülkiyyət üzrə özünə məxsus, k/s 5.5 kv.m., y/s 33.5 kv.m.dən ibarət 2 otağını X5 mülkiyyətinə vermişdir.
17. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra X5 həmin əmlaka mülkiyyət hüququ xx.xx.2015-ci tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
18. 26.10.2021-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X15 Bakı şəhəri, Səbail rayonu, 2-ci Mehdi Hüseyn döngəsində 0.03154 ha torpaq sahəsinin istifadəsində yerləşən ü/s 384.0 kv.m olan 7 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə özünə məxsus 2 otaq (y/s 33.5 kv.m, k/s 5.5 kv.m) payını İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə görə satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən isə satıcı xx.xx.2021-ci il tarixinədək evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş **********173 nömrəli ərizə ilə hazırkı iş üzrə üçüncü şəxs X17 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X7 məxsus hissənin satılmasına etiraz etmədiyini bildirmiş, qeyd olunan ünvanda müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini (ev, mənzil, otaq) tərk edərək, pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
19. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçının həmin əmlaka mülkiyyət hüququ xx.xx.2021-ci tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 018-8008-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 5 ünvanında xx.xx.1989-cu il təvəllüdlü X17 xx.xx.2018-ci il tarixdən,xx.xx.1972-ci il təvəllüdlü X14 xx.xx.2015-ci il tarixdən, xx.xx.1991-ci il təvəllüdlü X18 xx.xx.2018-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar.
21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********95 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, döngə 2, 7 saylı fərdi yaşayış evinin 1 otağı (y/s 13.9 kv.m., k/s 9.0 kv.m) X2, 2 otağı (y/s 32.5 kv.m., k/s 17.7 kv.m) X6, 2 otağı (y/s 33.5 kv.m., ü/s 51.1 kv.m) X3, 4 otağı (y/s 59.1 kv.m., k/s 81.6 kv.m) X11, 1 otağı (y/s 8.8 kv.m) X8, 4 otağı (y/s 47.4 kv.m., ü/s 71.3 kv.m) X19, 2 otağı (y/s 33.5 kv.m., k/s 5.5 kv.m) İddiaçı adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.
22. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 58 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2022-ci tarixli, 222 saylı arayışından görünür ki, X13 və oğlu X28 58 saylı MKİS-də olan məlumata əsasən Səbail rayonu, 2-ci M.Hüseyin döngəsi 7 saylı evdə qeydiyyatdadırlar, lakin mənzillərini satdıqdan sonra sözügedən ünvanda yaşamırlar.
23. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, üçüncü şəxslər X14 mübahisəli evin keçmiş paylı mülkiyyətçisi, X17 isə onu razılığı ilə həmin ünvana qeydiyyata alınmış şəxs olmuş, H.Əliyeva mübahisəli fərdi yaşayış evinə payını iddiaçıdan əvvəlki mülkiyyətçi Nubar Ələsgərovaya satdıqdan sonra onun və həmin paya hüququ olan digər şəxslərin hüquqlarına xitam verilmiş, alqı-satqı zamanı həm H.Əliyeva, həm də B.Məmmədov 1 ay ərzində mübahisəli ünvandan qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər.
24. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
25. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
26. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
28. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
30. Hazırkı məhkəmə qərarının 16-23-cü bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxs H.Əliyeva mübahisəli yaşayış sahəsinin paylı mülkiyyətçisi olmuş, 2015-ci ildə həmin əmlaka dair öz payını X1, bununla da mübahisəli əmlakla bağlı bütün hüquqlarını yeni mülkiyyətçiyə vermişdir. Həmin şəxs və onun razılığı ilə mübahisəli ünvana qeydiyyata alınmış B.Məmmədov hazırda həmin yaşayış sahəsində yaşamırlar. Deməli, onların həmin evdən qeydiyyatdan çıxarılmaları üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur.
31. Mübahisəli evin paylı mülkiyyətçisi olan iddiaçının H.Əliyevin və B.Məmmədovun qeydiyyatdan çıxarılması ilə bağlı hazırkı tələbi digər paylı mülkiyyətçilərin hüquqularına toxunmur, əksinə əmlakla bağlı yarana biləcək məhdudiyyətlərin aradan qaldırılmasına yönəlmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin şəxslərə münasibətdə əsaslıdır və təmin edilməlidir.
32. X9 mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasına gəldikdə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmamalıdır.
33. Belə ki, işdə olan xx.xx.1991-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1991-ci il tarixdə doğulmuş X9 atası X16, anası X12r.
34. İşdə olan xx.xx.2016-cı il tarixli AN-İ №0536385 saylı alqı-satqı müqaviləsindən görünür ki, X22 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 384 kv.metr olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus olan 2 otağı (tam hissə 50 kv.m., y/s 32.5 kv.m) X6 mülkiyyətinə vermişdir.
35. X6 həmin əmlaka mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydə alınmışdır və hazırda da onun mülkiyyətindədir.
36. Belə olan halda aydın olur ki, X18 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı paylı mülkiyyətçisi N.Eyvazovanın ailə üzvü olmaqla onun ərizəsi əsasında mübahisəli ünvana qeydiyyata alınmışdır.
37. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı hazırkı tələbi təmin edilə bilməz.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:
İddia qismən təmin olunsun. Üçüncü şəxslər xx.xx.1989-cu il təvəllüdlü X10 və xx.xx.1972-ci il təvəllüdlü X4 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn 2-ci döngəsində yerləşən 7 nömrəli ev üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova