Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6843/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X2 cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs X1, X3, X8) qarşı qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X1 cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs X3, X8) qarşı qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının paylı mülkiyyətində olan yaşayış sahəsinə oğlu və gəli orada faktiki olaraq yaşadığından qeydiyyata alınması üçün əsas mövcuddur. Lakin, onun müraciətinin təminindən əsassız olaraq imtina edilmişdir.İmtina digər payçıların razılığının olması ilə əlaqədar əsaslandırılsa da iddiaçı həmin imtinanın qanunsuz hesab edilməsini və müraciətinin təmin edilməsini xahiş edir. Sonradan iddia tələbinə dəqiqləşmə verilmiş və məhkəmənin qərardadı ilə iddiaçı X1 əsl iddiaçılar İddiaçı və X5 ilə əvəz edilmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə verilmiş və məhkəmənin qərardadı ilə İddiaçıların siyahısından çıxarılması, iddia tələbinin “X2 ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və üçüncü şəxs Q.Qəhrəmanov iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs M.Qəhrəmanov iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. 4-cü maddəsinə əsasən sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər. 5-ci maddəsinə görə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) şəxsin yaşayış sahəsinə qeydiyyata alınması üçün əsasdır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 8-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Analoji müddəalar, o cümlədən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, aşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim edilməsi zərurəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də də tələb kimi konkret olaraq müəyyən edilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir. Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd - mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd, o cümlədən də yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim olunmaması isə müəyyən edildiyi kimi qeydiyyata alınmadan imtina əsası qismində çıxış edir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, yaşayış yeri üzrə qeydiyyata alınması barədə iddia tələbi ilə müraciət etmiş iddiaçının qeydiyyata alınmasını tələb etdiyi əmlak X1, yəni onun qayınatasının mülkiyyətindədir və həmin şəxs də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, həmin şəxs əmlaka tam yox, paylı mülkiyyətçidir. Digər paylı mülkiyyətçilərdən M.Qəhrəmanov isə hazırkı iddianın təmininin tam əleyhinədir və onun paylı mülkiyyətçi kimi hüquqlarının iddia təmin ediləcəyi təqdirdə pozulacağını bildirir. Göründüyü kimi hazırkı mübahisənin həlli mülki qanunvericiliklə paylı mülkiyyətçilərin mülkiyyətdə olan əmlaka sahiblik, istifadə və sərəncam verməsi ilə bağlı müddəaların təhlili nəticəsində həll edilməlidir. Qeyd olunur ki, AR MM-nin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi tam mülkiyyətdən fərqli olaraq paylı mülkiyyətdə olan əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqlarının realizəsi müəyyən məhdudiyyətlər çərçivəsində mümkündür. Həmin çərçivə isə yuxarıda adıçəkilən müddəalardan da göründüyü kimi digər paylı mülkiyyətçilərin razılığı, həmçinin qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığma ilə əlaqədardır. Belə ki, ümumi mülkiyyətlə bağlı qanunvericiliyin müddəalarının ümumi təhlili ilə yanaşı, MM-nin 215.1-ci və 215.4-cü maddədə konkret olaraq da göstərilmişdir ki, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Hazırkı iş üzrə isə paylı mülkiyyətdə olan əmlaka dair sahiblik, ondan istifadə, o cümlədən istifadə dedikdə, paylı mülkiyyətçidən biri ilə qohumluq əlaqəsinə malik olan şəxsin ora köçürülməsi mülkiyyətçi kimi onun da istifadəsinə şərait yaradılması, həmçinin də şəxsin həmin yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınmasına münasibətdə digər paylı mülkiyyətçinin razılığının olmaması aşkar surətdə müəyyən edilmiş, üçüncü şəxs müraciətin təminindən imtina etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının əmlakdan istifadə etməsinə, orada yaşamasına münasibətdə payçılar arasında razılaşma mövcud deyil, mülki qanunvericilik isə konkret olaraq razılığın mövcudluğunu zəruri hesab etmiş, razılıq olmadıqda isə məhkəmə qaydasında sahiblik və istifadə qaydalarının müəyyən edilməli olmasına dair tələb müəyyən etmişdir ki, iş üzrə tərəflərin razılaşmasının olmamasından əlavə, məhkəmə tərəfindən istifadə qaydalarını müəyyən edən qərarın da mövcudluğu hazırkı iddianın təminini istisna edir. Qeyd olunmalıdır ki, tərəflər arasında razılaşma olmadığından inzibati məhkəmə gəlinin yaşayış sahəsində yaşamasının, bunun davamı kimi də onun qeydiyyata alınmasının qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verməyin tərkibinə daxil edilib-edilmədiyini müəyyən edən məhkəmə deyil. Bu səbəbdən də həmin halı müəyyən etməyin, inzibati orqandan gözlənilməsi də inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Hazırkı mübahisənin müsbət və ya mənfi mənada həlli isə paylı mülkiyyətçilər arasında razılığın olmamasının davam edəcəyi təqdirdə mülki icraat qaydasında işə baxan rayon məhkəməsi tərəfindən istifadə qaydalarının müəyyən edilməsi, gəlinin həmin evə yaşayış hüququnun tanınması, gərək olduğu təqdirdə paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması, beləliklə də inzibati orqan üçün öhdəlik müəyyən edəcək məhkəmə qətnaməsinin qəbulu ilə mümkün olacaqdır ki, iş materiallarından görünür ki, iddiaçı həmin məhkəmədən kənar qaydada mübahisənin həllini inzibati məhkəmədə həll etməyə çalışmışdır ki, məhkəmə hesab edir ki, tərəflər arasında razılaşma olmadığından, paylar naturada ayrılmadığından, istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı rayon məhkəməsinin qətnaməsi mövcud olmadığından, inzibati məhkəmə isə sahiblik, istifadə və sərəncamla bağlı paylı mülkiyyətçilərin hüquqlarına sığan dərəcəyə münasibətdə hər hansı qiymətləndirmə aparmaq səlahiyyətində olmadığından, eləcə də həmin halların müəyyən edilməsinin inzibati orqandan gözlənilməli olmasını inzibati icraatla bağlı qanunvericiliyə uyğun hesab etmədiyindən iddianın təminini istisna edən faktiki şərtlər mövcuddur və iddia rədd edilməlidir. Həmçinin, izah edilir ki, iddiaçı gəlinin ora köçürülməsi, istifadə qaydalarının digər paylı mülkiyyətçilərlə müəyyən edilməsi və ya payın naturada ayrılması kimi iddia tələbləri ilə aidiyyəti, səlahiyyətli rayon məhkəməsinə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6843/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6843/2023
17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver