Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6846/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (X5 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) iddianın mümkünlüyü məsələsinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasına (X5 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti cavabdeh qismində göstərilməklə, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 224 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyası əsas cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti ilə əvəz edilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü (məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya hazırkı iddia tələbinin inzibati icraat qaydasında baxılmasının mümkün olmadığı izah edilsə də, lakin iddiaçı verilmiş tələb üzrə iddiaya baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X8 Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 224 saylı, xx xxxxxx 2019-cu il tarixli sərəncamının qanuna uyğun şəkildə verildiyini, həmin sərəncamın ləğvi üçün əsas olmadığından iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X5 iddianın təmin edilməsinə etiraz edərək izahatında göstərdi ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 2156/2019 saylı qətnaməsinə əsasən o, X6 qəyyumu təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 224 saylı, xx xxxxxx 2019-cu il tarixli sərəncamı həmin qətnamənin icrası ilə bağlı verilmişdir. Buna görə də iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi üzrə iddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 224 saylı, xx xxxxxx 2019-cu il tarixli sərəncamının ləğv edilməsini tələb edir. İşdə olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2019cu il tarixli, 224 saylı sərəncamından görünür ki, RİH yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2019-cu il tarixli iclasının qərarını nəzərə alaraq “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 4.6.9-cu bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321-ci maddəsinə və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(010)-2156/2019 saylı qətnaməsinə istinad edərək, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qardaşı X9 üzərində qəyyum təyin edilmişdir. (X6 mülkiyyət hüququ saxlanılmaq şərti ilə). Həmin sərəncam əsasında müəyyən edilmişdir ki, X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2156/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2019-cu il tarixdə keçirilmiş iclasında toplanmış materiallar araşdırılmış, vətəndaş X3 əxlaqi və şəxsi keyfiyyətləri, qəyyumluq vəzifələrini yerinə yetirmək qabiliyyəti, qəyyuma ehtiyacı olan şəxslə mövcud qohumluq münasibətləri nəzərə alınmış, ona qəyyumun hüquq və vəzifələri barədə məlumat verilməklə yekun qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi inzibati aktın ləğv edilməsi ilə bağlı olsa da, mahiyyət baxımıdan mübahisə mülki xarakter daşıyır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının xx xxxxxx 2019-cu il tarixli iclas Protokolundan Çıxarışdan görünür ki, rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında Qəyyumluq və Himayə Komissiyasının məsul katibi, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsində X2 proflaktik İşin təşkili Bölməsinin rəisi, polis polkovnik-leytenantı, Rayon Gənclər və İdman İdarəsinin rəisi, DSMF Suraxanı rayon Şöbəsinin Müdiri, 3 saylı Doğum Evinin baş həkimi, RİH yanında Qəyyumluq və Himayə Komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqunun iştirakları ilə Komissiya təşkil edilmiş X5 və İddiaçı iclasda iştirak etmiş, nəticədə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)- 2156/2019 saylı qətnaməsinə istinad olunaraq X3 fəaliyyət qabiliyyətsiz hesab edilmiş X9 üzərində qəyyum təyin edilməsi məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi qeyd olunan qətnamə üzrə Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X9 üzərində ərizəçilərdən hansının qəyyum təyin edilməsi rayon icra hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına həvalə olmuşdur. Mübahisələndirilən sərəncam həmin qətnamənin icrası ilə bağlı verilmişdir. Hazırki iddianın əsasında iddiaçı ilə üçüncü şəxs X5 arasında mövcud olan X9 üzərində qəyyum təyin edilməsi ilə bağlı mübahisə dayanır. Həmin mübahisə mülki xarakterli olmaqla, inzibati icraat qaydasında baxıla bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hazırkı iş üzrə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı işlərin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı Qərarının 17-ci maddəsində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (X5 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6846/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6846/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver