Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6847/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı "əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X3sosial ekspert komissiyasının 3-17-4/3-3-63/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1448 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə iddiaçıya 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkilinin ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-63/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1448 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65- 80% pozulmasının müəyyən edilməsi” kimi dəyişdirilmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Gəncə şəhəri, Kəpəz RHK tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən döyüş zonasında 1994-cü ilin mart ayında yaralanmışdır. xx.xx.2015-ci il tarixdə Hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. TSEK-in diaqnozu: Baş beynin silkələnməsi. Kəllə daxili travma-baş beynin baş beynin silkələnməsi. Postravmatik ensofalopatiya, tez-tez tutmalarla, kəllə beyin travmasınm alıq əlamətləri. Eşitmənin dəqiqiləşdirilməsi neyrosensor tipli itirilməsi.Keçirilmiş işemik insultun qalıq əlamətləri. Qabarıq astenonevrotik sindrom. Əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik = 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xronikiintoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları. Növbəti müayinə tarixi xx.xx.2016-cı il tarixə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə təkrar müayinədən keçərək, eyni diaqnozla növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən barəsində xx.xx.2018-ci il tarixli 1448 nömrəli Qərar verilmişdir. Həmin qərarda göstərilir ki, “Gəncə şəhəri, Kəpəz RHK tərəfindən 1992-ci il tarixdə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin mart ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiz və X6 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz: “Odlu qəlpə yaralanmalarından sonra başın sağ gicgah nahiyyəsində bir ədəd, başın ənsə nahiyyəsində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqa nahiyyəsində bir ədəd, sağ əlin İV barmağının distal falanqasının ovuc səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDXnin Bakı ş. Xəzər rayon idarəsinin xx.xx.2018-ci il tarixli 1174 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 113 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 546 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Başın müştərək QKB-travmasından (artileriya top mərmisinin partlamasından) sonrakı vəziyyət. 2-ci epilepsiya tez-tez təkrarlanan (ayda 5-6 dəfə). Qıc olma tutmaları ilə. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti: xx.xx.2024-cü il. 2022-ci ilin mart ayında ona pensiya ödənişi dayandırıldı. Dəfələrlə şikayətlər etmiş, qəbullarda olmuş, nəticədə 2022-ci ilin oktyabr ayında təyin edilmiş ikinci dərəcə müharibə əlilliyi ləğv edilmişdir. Əlillik təyin edildiyi vaxtdan əvvəl də və sonra da mütəmadi olaraq müayinə və müalicələrdə olmuşdur. Bununla əlaqədar xeyli sayda xəstəlik sənədləri vardır. Yenidən 26 saylı şəhər poliklinikasından göndərilmiş Forma-88 ilə əlaqədar cavabdeh tərəfindən imtina verilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin edilməmişdir. Dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyinin bərpası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Sonuncu dəfə 09 yanvar 2025-ci il tarixdə iddiaçının telefonuna sms gəldi. SMS-də qeyd edilirdi ki, İddiaçı üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ı yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinası tamamilə əsassızdır.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbi üzrə bildiririk ki, İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam Reablitasiya olunması barədə qərar qəbul edilmişdir (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1448 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ gicgah nahiyəsində bir ədəd, başın ənsə nahiyəsində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqa nahiyəsində bir ədəd, sağ əlin İV barmağının distal falanqasının ovuc səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əlində və ayağında zəiflikdən şikayətlənmiş, baş ağrılarının olduğunu ifadə etmiş, qəbul etdiyi medikamentoz preparatlardan Fenazepam, Amitriptilin, Midokalm, Finlepsin dərmanlarını bildirmişdir. Obyektiv baxış zamanı başın sağ ənsə nahiyəsində, sağ dizdə, sol baldırın orta 1/3-də çapıqlar izlənilmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, Tam Reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, halsızlıq, əsəbilik, özündən tez çıxma halları, əsəbləşdiyi zaman baş verən qıcolma tutmaları və bel nahiyəsində olan ağrılardan şikayət etmişdir. Medikamentoz preparatlardan Midokalm, Amitriptilin, Fenozepam, Nurafen və s. qəbul etdiyini, mədə xorası olduğuna görə Depakin qəbul edə bilmədiyini bildirmiş, Finlepsalın qəbul qaydasını çətinliklə izah etmişdir. Qıcolma tutmalarının ayda 1-2 dəfə baş verdiyini və təxminən 25-40 dəqiqə davam etdiyini, təcili yardım çağırıldıqdan sonra özünə gəldiyini ifadə etmişdir. Təsvir etdiyi qıcolma tutması və qəbul etdiyi dərmanlar arasında uyğunsuzluq olmuşdur. Baxış zamanı sağ dizdə, sol baldırın orta 1/3-də, sağ əlin İV və İİ barmaqlarında çapıqlar izlənmişdir. Psixi statusu: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həvəslə daxil olmuş, emosional labil, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun qiymətləndirilmişdir. X8 xx.xx.2022-ci il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Beynin hər iki yarımkürəsində alın-təpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar təyin olunur. Hər iki alın cibdə, etmoidal hücrələrdə mukozal qalınlaşma və hər iki maksilyar sinusda retension kist aşkar olunur” kimi qeyd olunmuş, kəllə beyin travmasını təsdiqləməmişdir. 2 saylı X1 xx.xx.2023- xx.xx.2023-cü il tarixli 4897/23 nömrəli Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Anamnezində qıcolma tutmaları” kimi qeyd olunmuşdur. Təqdim etdiyi xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Bu EEQ müayinəsi zamanı yaşa uyğun olaraq Alfa-ritm qeyd olunmur. Butun paylar boyu Betta-ritm paroxsizmal olaraq sol yarımkürələrdə daha aktivdir (posttravmatik ensefalopatiya?). Ətraf mühitə qarşı reaksiya zəifdir. Tipik epifokus aşkarlanır və bütün paylar boyu davam edir. Yükləmə zamanı Betta-aktivlik artır və güclü beyindaxili təzyiq qeyd olunur. Bütün paylar boyu ləng pik spayk dalğalar qeyd olunur. Beyin qabığı qıcığa hazır vəziyyətdədir” kimi qeyd olunmuşdur. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir
5. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2015-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi göndərişin natamam doldurulması – xəstəliyin ağırlaşmasının MHHK-nin qərarında əsaslandırılıb qeyd olunmaması olmuşdur. xx.xx.2019-cu il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi tam reabilitasiya olunması – tam reabilitasiya olunması barədə qərar qəbul edilməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi diaqnozun öz təsdiqini tapmaması – diaqnoz əlilik əlaməti təyin etmir barədə qərar qəbul edilməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi diaqnozun əlillik əlaməti təyin etməməsi – “Diaqnoz əlilik əlaməti təyin etmir” barədə qərar qəbul edilməsi olmuşdur.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının **********5 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Komissiya xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 34 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 9) Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0120003AAD8Y nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.11. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1448 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ gicgah nahiyəsində bir ədəd, başın ənsə nahiyəsində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqa nahiyəsində bir ədəd, sağ əlin İV barmağının distal falanqasının ovuc səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əlində və ayağında zəiflikdən şikayətlənmiş, baş ağrılarının olduğunu ifadə etmiş, qəbul etdiyi medkamentoz preparatlardan Fenazepam, Amitriptilin, Midokalm, Finlepsin dərmanlarını bildirmişdir. Obyektiv baxış zamanı başın sağ ənsə nahiyəsində, sağ dizdə, sol baldırın orta 1/3-də çapıqlar izlənilmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş Azəbaycan Respublikası Səhiyyə Nazirliyi Xəzər Tibb Mərkəzi xx.xx.2022- xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Kəllənin müştərək QKBT-sı sonrakı vəziyyəti. Simptomatik 2-li epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə). Soltərəfli hemiparez. Posttravmatik ensefalopatiya. Qabarıq astenonevrotik vəziyyət” kimi qeyd edilsə də, əyani müayinə zamanı öz təsdiqini tapmamış, anamnestik məlumatlarda qıcolmalar barədə heç bir məlumat qeyd etməmişdir. X11 xx.xx.2022-ci il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Beynin hər iki yarımkürəsində alın-təpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar təyin olunur. Hər iki alın cibdə, etmoidal hücrələrdə mukozal qalınlaşma və hər iki maksilyar sinusda retension kist aşkar olunmuşdır” kimi qeyd olunmuşdur. Anamnestik, instrumental və əyani müayinə nəticələrinə əsasən hal-hazırda əlillik təyinatın əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Tam Reablitasiya olunması barədə qərar qəbul edilmişdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-19179/2023 saylı 28 noyabr 2023-cü il tarixli qərarı ilə Komissiya xx.xx.2023-cü il tarixində aşağıda adı göstərilən 13 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam Reablitasiya olunması barədə qərar qəbul edilmişdir (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1448 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ gicgah nahiyəsində bir ədəd, başın ənsə nahiyəsində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqa nahiyəsində bir ədəd, sağ əlin İV barmağının distal falanqasının ovuc səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əlində və ayağında zəiflikdən şikayətlənmiş, baş ağrılarının olduğunu ifadə etmiş, qəbul etdiyi medikamentoz preparatlardan Fenazepam, Amitriptilin, Midokalm, Finlepsin dərmanlarını bildirmişdir. Obyektiv baxış zamanı başın sağ ənsə nahiyəsində, sağ dizdə, sol baldırın orta 1/3-də çapıqlar izlənilmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, Tam Reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, halsızlıq, əsəbilik, özündən tez çıxma halları, əsəbləşdiyi zaman baş verən qıcolma tutmaları və bel nahiyəsində olan ağrılardan şikayət etmişdir. Medikamentoz preparatlardan Midokalm, Amitriptilin, Fenozepam, Nurafen və s. qəbul etdiyini, mədə xorası olduğuna görə Depakin qəbul edə bilmədiyini bildirmiş, Finlepsalın qəbul qaydasını çətinliklə izah etmişdir. Qıcolma tutmalarının ayda 1-2 dəfə baş verdiyini və təxminən 25-40 dəqiqə davam etdiyini, təcili yardım çağırıldıqdan sonra özünə gəldiyini ifadə etmişdir. Təsvir etdiyi qıcolma tutması və qəbul etdiyi dərmanlar arasında uyğunsuzluq olmuşdur. Baxış zamanı sağ dizdə, sol baldırın orta 1/3-də, sağ əlin İV və İİ barmaqlarında çapıqlar izlənmişdir. Psixi statusu: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həvəslə daxil olmuş, emosional labil, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun qiymətləndirilmişdir. X8 xx.xx.2022-ci il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Beynin hər iki yarımkürəsində alın-təpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar təyin olunur. Hər iki alın cibdə, etmoidal hücrələrdə mukozal qalınlaşma və hər iki maksilyar sinusda retension kist aşkar olunur” kimi qeyd olunmuş, kəllə beyin travmasını təsdiqləməmişdir. 2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 4897/23 nömrəli Çıxarışında diaqnoz “Başbeynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Anamnezində qıcolma tutmaları” kimi qeyd olunmuşdur. Təqdim etdiyi xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Bu EEQ müayinəsi zamanı yaşa uyğun olaraq Alfa-ritm qeyd olunmur. Bütün paylar boyu Betta-ritm paroxsizmal olaraq sol yarımkürələrdə daha aktivdir (posttravmatik ensefalopatiya?). Ətraf mühitə qarşı reaksiya zəifdir. Tipik epifokus aşkarlanır və bütün paylar boyu davam edir. Yükləmə zamanı Betta-aktivlik artır və güclü beyindaxili təzyiq qeyd olunur. Bütün paylar boyu ləng pik spayk dalğalar qeyd olunur. Beyin qabığı qıcığa hazır vəziyyətdədir” kimi qeyd olunmuşdur. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-63/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərarı ilə Komissiya xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 24 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir.
11. Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir (ESDAS: **********0). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1- 94635/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1448 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ gicgah nahiyəsində bir ədəd, başın ənsə nahiyəsində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqa nahiyəsində bir ədəd, sağ əlin İV barmağının distal falanqasının ovuc səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əlində və ayağında zəiflikdən şikayətlənmiş, baş ağrılarının olduğunu ifadə etmiş, qəbul etdiyi medikamentoz preparatlardan Fenazepam, Amitriptilin, Midokalm, Finlepsin dərmanlarını bildirmişdir. Obyektiv baxış zamanı başın sağ ənsə nahiyəsində, sağ dizdə, sol baldırın orta 1/3-də çapıqlar izlənilmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, Tam Reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Daha sonra vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, halsızlıq, əsəbilik, özündən tez çıxma halları, əsəbləşdiyi zaman baş verən qıcolma tutmaları və bel nahiyəsində olan ağrılardan şikayət etmişdir. Medikamentoz preparatlardan Midokalm, Amitriptilin, Fenozepam, Nurafen və s. qəbul etdiyini, mədə xorası olduğuna görə Depakin qəbul edə bilmədiyini bildirmiş, Finlepsalın qəbul qaydasını çətinliklə izah etmişdir. Qıcolma tutmalarının ayda 1-2 dəfə baş verdiyini və təxminən 25-40 dəqiqə davam etdiyini, təcili yardım çağırıldıqdan sonra özünə gəldiyini ifadə etmişdir. Təsvir etdiyi qıcolma tutması və qəbul etdiyi dərmanlar arasında uyğunsuzluq olmuşdur. Baxış zamanı sağ dizdə, sol baldırın orta 1/3-də, sağ əlin İV və İİ barmaqlarında çapıqlar izlənmişdir. Psixi statusu: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həvəslə daxil olmuş, emosional labil, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun qiymətləndirilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, səsə qarşı həssas olmasından, mədəsində xora olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında qəlpə yarası aldığını, dövlət çevrilişində iştirak etdiyi, tərxis olunduqdan sonra 14 (on dörd) il polis işlədiyini, medikamentoz preparatlardan “Phenazepam”, “Omeprazol” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı başın sağ ənsə nahiyəsində, hər iki baldırın aşağı 1/3-də, sağ əlin İİ, İİİ, İV barmaqlarının dırnaq falanqalarında çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, əlin tutma funksiyası pozulmamışdır. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər orta canlı alınmış D=S, Marinesko-Radoviç sağda cüzi müsbət, Babinski mənfi, klonus alınmamış, Romberq vəziyyətində səndələmə qeyd edilmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həvəslə daxil olmuş, verilən suallara ətraflı cavablar vermişdir. Vətəndaş aparılan müayinələr barəsində məlumat verə bilməmiş, emosional labil, intellektualmnestik funksiyaları yaşına və sosial-məişət şəraitinə uyğun olmuşdur. X10 xx.xx.2024-xx.xx.2023-cü il tarixli 1886 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş müştərək qapalı kəllə-beyin travmasının davamlı qalıqları. Posttravmatik ensefalopatiya. Təkrarlanan epileptik travmalarla. Soltərəfli hemoparez. Baş-beynin üzvi xəstəliyi şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları. Keçirilmiş işemik insultun davamlı qalıqları” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 9656/24 nömrəli Çıxarışında diaqnoz “Başbeynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Anamnezində qıcolma tutmaları” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ekspertlərinə həvalə edilmişdir: İddiaçı canlı müayinə olunmaqla, onda: 1) Əsas diaqnoz XBT 10 kodu T90 “Başın travmalarının nəticələri” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, 6.1.1-6.1.10 qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2) Əsas diaqnoz XBT 10 kodu T90 “Başın travmalarının nəticələri” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 13.6.1. kəllə sümüklərinin plastikası mümkün olmayan çatışmazlıqları (3 sm2 və daha çox) və ya kəllə sümüyünün plastikası mümkün olan geniş (30 sm2-dən artıq) qüsuru. 13.6.1. üzün (kəllə sümüyünün) eybəcərləşmə ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnməsinə görə çatışmazlıqları. 3) Ağırlaşma XBT 10 kodu F07.0 “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. 4) Ağırlaşma XBT 10 kodu F06 “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. 5) Ağırlaşma XBT 10 kodu G92 “Toksiki ensefalopatiya” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, 6.1.1-6.1.10 qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir?
10. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2025-cü il tarixli 1280 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: İ Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və yaddaşın enməsi ilə. Anamnezində qıcolma tutmaları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri - (anamnestik məlumatlara görə İ Qarabağ döyüşlərdində iştirak etməsi, 1993-cü ildə Füzuli rayonu istiqamətində döyüş zonasında mərmi partlaması nəticəsində qəlpə yaraları alması, bununla əlaqədar müalicə alması, təkrarən 1994-cü ildə Tərtər istiqamətində döyüşlərdə yenidən kontuziya alması, sonradan hərbidən təxris edilməsi, aldığı kontuziya və gəlpə yaralanmasından sonra onda əsəbilik, yuxu pozuntusu halları meydana gəldiyi üçün müxtəlif xəstəxanalarda müalicələrdə olması, əsəbi gərginliklər, yuxu pozuntusu ilə yanaşı son illər baş ağrılarının, daxili gərginlik, qıcıqlara dözümsüzlük, aqressivlik, yuxusuzluq, əsəbi gərginliklər keçirdiyi zaman bədənində qıcolmaların yaranması, əsəbilik zamanı aqressiv hərəkətlərə yol verməsi, yaddaşının zəifləməsi ilə əlaqədar Bakı şəhər 3 saylı Klinik Xəstəxanasının nevrologiya şöbəsində müalicədə olması, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Anamnezində qıcolma tutmaları” diaqnozu ilə Bakı şəhər 2 saylı X2 stasionar müalicədə olması, X9 xx.xx.2023-cü il tarixdə Baş beyin MRT müayinəsinin nəticə hissəsində göstərilən diaqnoz və nəticə hissəsində ‘‘Beynin hər iki yarımkürəsində alın-təpə paylarda bir neçə ədəd mikroangiopatik ocaqlar təyin olunur. Hər iki alın cibdə, etmoidal hücrələrdə mukozal qalınlaşma və hər iki maksilyar sinusda retension kist aşkar olunur." göstərilməsi, müharibə zamanı almış olduğu xəsarətlər və barotravma ilə əlaqədar psixi vəziyyətində yaranmış əsəbilik, qıcolma əleyhinə ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, hazırki müayinə zamanı şikayətləri - sorğu sual gedişatında əhval ruhiyyəsinin aşkar dəyişkənliyi, əsəbiliyi, yaddaşında zəifliyin biruzə verməsi, emosional qeyri-sabitliyi, astenizasiyası biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi. İş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İddiaçı hal-hazırda Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və yaddaşın enməsi ilə. Anamnezində qıcolma tutmaları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş digər suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir.
11. Məhkəməni iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və etirazın təmin olunmasını məhkəmədən xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
14. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
15. Əlillik altsistemindən görünür ki, xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 3-17-4/3-3-63/2025 saylı, 08 yanvar 2025ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
17. Hazırkı iddia məcburetmə haqqında iddiadır.
18. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
19. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2015-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya “Baş beynin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2015-ci il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya “Baş beynin silkələnməsi. Kəllə daxili travma-baş beynin silkələnməsi. Postravmatik ensefalopatiya, tez-tez tutmalarla, kəllə beyin travmasının qalıq əlamətləri. Eşitmənin dəqiqləşdirilmiş neyrosensor tipli itirilməsi. Keçirilmiş işemik insultun qalıq əlamətləri. Qabarıq asteno-nevrotik sindrom” diaqnozu ilə xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya “Baş beynin silkələnməsi. Kəllə daxili travma-baş beynin silkələnməsi. Postravmatik ensefalopatiya, tez-tez tutmalarla, kəllə beyin travmasının qalıq əlamətləri. Eşitmənin dəqiqləşdirilmiş neyrosensor tipli itirilməsi. Keçirilmiş işemik insultun qalıq əlamətləri. Qabarıq asteno-nevrotik sindrom” diaqnozu ilə xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Başın müştərək-QKB travmasından (Artileriya-top mərmisinin partlamasından sonrakı), sağ tərəfli suboroxnoidal qansızmadan sonrakı vəziyət” diaqnozu ilə əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi göndərişin natamam doldurulması – xəstəliyin ağırlaşmasının MHHK-nin qərarında əsaslandırılıb qeyd olunmaması olmuşdur. - xx.xx.2019-cu il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya “Başın müştərək-QKB travmasından (Artileriya-top mərmisinin partlamasından sonrakı), sağ tərəfli suboroxnoidal qansızmadan sonrakı vəziyyət. Simptomatik 2-cili epilepsiya tez-tez təkrarlanan (ayda 5-6 dəfə). Qıcolma tutmaları ilə” diaqnozu ilə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Keçirilmiş müştərək QKBT davamlı qalıqları. Postravmatik ensegalopatiya. Keçirilmiş işemik insultun davamlı qalıqları. Spastik hemiplegiya. Soltərəfli hemiparez. əzələ gücü 3 bal. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Yüngül koqnitiv pozuntu. Yaddaşın enməsi” əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi diaqnozun əlillik əlaməti təyin etməməsi – “Diaqnoz əlilik əlaməti təyin etmir” barədə qərar qəbul edilməsi olmuşdur.
23. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.11. bəndinə uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır.
24. Sonuncu dəfə Tibbi-sosial ekspert komissiyası tətəfindən əyani müayinə olunmuş, həmin əyani müayinənin nəticələrinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
25. Qərardan narazı qalan iddiaçı Komissiyanın qərarın ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən etibarən təyin edilməsini xahiş edir.
26. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması, “Keçirilmiş müştərək qapalı kəllə-beyin travmasının davamlı qalıqları. Posttravmatik ensefalopatiya. Təkrarlanan epileptik travmalarla. Soltərəfli hemoparez. Baş-beynin üzvi xəstəliyi şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları. Keçirilmiş işemik insultun davamlı qalıqları”, “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Anamnezində qıcolma tutmaları” xəstəliklərinin klinik olaraq öz təsdiqini tapmaması səbəbindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi iddaçıda qeyd olunan xəstəliklərin əyani müayinə nəticəsində hazırda klinik olaraq təsdiq olunmamasının müəyyən edildiyi əsas gətirilmişdir.
27. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş 1280 saylı saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “Başbeynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və yaddaşın enməsi ilə. Anamnezində qıcolma tutmaları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0)” xəstəliyi mövcuddur. Onda olan həmin xəstəliklər anamnestik müayinələri və tibbi sənədləri əsasında müəyyən edilmişdir.
28. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş xəstəliklər inkar edilməmiş, ekspertiza nəticəsində aşkar olunmuş “F07.0- Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və yaddaşın enməsi ilə. Anamnezində qıcolma tutmaları ilə” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Psixi və davranış pozuntuları – 7.6.2-ci yarımbənd – “Psixi və davranış pozuntuları F07.0” xəstəliyinin - 7.6.2.2. “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” qiymətləndirmə meyarı əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda sözügedən diaqnoza (7.6.2.2.) əsasən əlilliyin müddəti orqanizmin funksiyalarının pozulması 65-80% müəyyən olunmaqla 2 il nəzərdə tutulmuşdur.
30. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
31. Odur ki, iddia təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-63/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilməli və Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65- 80% pozulmasının müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
32. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-63/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1448 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% pozulmasının müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva