Məhkəmə qərarları › İş №2-1(112)-6849/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6849/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6849/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Təhlükəsizlik Xidmətinin bədənin tezliklərindən nəbzlərindən istifadə edərək, yeraltı radioelektron stansiyalarında kompyuter proqramı yayınlarının işini dərhal dayandırmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbinin dəqiqləşdirilməsinin həyata keçirilməsi, həmçinin, tələbi ilə bağlı sübutları məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddət ərizində cavabdehə məxsus qurğular tərəfindən şüalanmış, bu şüalanma nəticəsində müxtəlif daxili orqanlarında kəskin ağrılar keçmiş, beləliklə də onun səhhətinə ziyan vurulmuşdur. Bu cür şüalanmaya digər ölkələrdə məruz qalan qadın bir çox insan var, həmin şəxslər internet vasitəsilə göstərilən proseslər barədə fikirlərini bölüşürlər. İddiaçı onun üzərində özünün razılığı olmadan elmi-tibbi təcrübələrin keçirilməsi yolverilməz olduğunu və onun sağlam yaşamaq hüquqlarının məhdudlaşdırılması demək olduğunu bildirir. Onun sağlamlağına cavabdehə məxsus qurğulardan fasiləsiz olaraq yayılan güclü şüalar nəticəsində zərər dəymişdir. İddiaçının icazəsi olmadan şəxsi həyatı barədə məlumatların toplanması, istifadə olunması və yayılmasının yolverilmiz olduğunu bildirir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti yazılı etiraz təqdim edərək bildirmişdir ki, həmin şəxs tərəfindən dəfələrlə məhkəmə orqanlarına eyni məzmunlu iddialar verilmiş və bununla əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-4222/2016 saylı, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli, 2-1(103)-742/2017 saylı qərardadları, Azərbaycan Respublikasının Ali Məhkəhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli,2-1(102)-1251/2017 saylı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(009)-173/2019 saylı və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 1(103)-1565/2019saylı qərarları çıxarılmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının xx xxxxx 2010-cu il tarixli, 2(103)-1939/2010 saylı qətnaməsinə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti, Baş Səhiyyə İdarəsinin X4 Dispanseri tərəfindən keçmiş MTN-ə ünvanlanmış xx xxx 1997-ci il tarixli, 499/88 nömrəli məktubuna görə 1954-cü il təvəllüdlü L.Şeyxazamanova 1988-ci ildən həmin dispanserdə “şizoferiniya paranoidnaya forma”diaqnozu ilə qeydiyyatdadır. Qeyd olunanları nəzərə alaraq, sözügedən iş ilə əlaqədar məhkəmə proseslərində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin iştirak etməməsi məsələsinə baxılması xahiş olunmuşdur. Mümkünlük məsələnin həlli ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə tərəflərə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın mümkün sayılmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən istifadə olunan şüalanma silahı ilə ona qarşı edilən şüalanmanın dayandırılmasını tələb edir və bu halı həmin şüalanmanın onun daxili orqanlarında kəskin ağrılara səbəb olmasına, həmçinin, daxili orqanlarına ziyan vurulması ilə əsaslandırır. İlk öncə Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını, həmçinin yaşayış minimumu məbləğində uşaq pulunu tələb edilməsinin mümkün olub-olmamasını müəyyən etməlidir. Bunun üçün Məhkəmə ilkin olaraq yaşayış minimumunun təyinatının hansı xüsuslar və sənədlər əsasında həyata keçirildiyi müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının və qanunla qorunan maraqlarının məhz cavabdeh inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində pozulduğunu əsaslandıra bilməmişdir. Başqa sözlə desək, iddiaçının iddiasında məhz cavabdehin radiolektron stansiyaları tərəfindən yayılan şüalanmalara məruz qaldığını və bu şüalama nəticəsində fiziki iztirablara düçar olduğunu bildirsə də, bu hərəkətlərin məhz cavabdeh tərəfindən edilməsi ehtimaldan başga digər sübutlarla əsaslandıra bilməmişdir. Belə ki, İddiaçı elektrik şüalanmaya məruz qalması ilə bağlı sübut qismində tibbi sənədlərinin surətlərini (Tibb kartasında çıxarış, analiz) təqdim etmişdir. Həmin sənədlərdən də görünür ki, iddiaçı tibbi müayinə olunan zaman onda, ayaqaltı kəsilmiş dəri çatları, daban səthində səthi yaralar, həmçinin elektrik xarakterli kəskin ağrıların olması müşahidə olunmuşdur. Lakin, sözügedən xəstəliklərin iddiaçıda məhz cavabdehin hər hansı bir təqsirli hərəkəti nəticəsində yaranması halı müəyyən olunmamışdır. Hətta, Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının eyni məzmunlu iddia ərizəsinə məhkəmə instansiyaları tərəfindən qiymət verilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(81)-641/2017 saylı qərardadı ilə mübahisə üzrə cavabdehin hərəkətinin səbəbli əlaqəsi müəyyən olunmadığından, iddia mümkün sayılmamışdır Beləliklə, məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İddiaçı hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmır. Qüvvədə olan qanunvericiliyin və işin hallarını rəhbər tutaraq, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “öhdəliyin qoyulması” tələbinədair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 35-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar