Məhkəmə qərarları › İş №2-1(112)-685/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-685/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-685/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı “müraciətə cavab verilməsi” iddiası üzrə icraata xitam verilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı K.Həsənov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin Analitik-nəzarət şöbəsi tərəfindən cavabdeh tərəfindən onun xx.xx.2019-cu il tarixli müraciəti ilə bağlı hərəkətsizlik edilmədiyi, ona cavab verməkdən imtina olunmadan baxılması üçün qanunamüvafiq qaydada regional ədliyyə qurumuna göndərilmişdir. Bu səbəbdən və iş üzrə qəbul ediləcək məhkəmə qərarına hörmətlə yanaşacağını bildirmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin qəbul etdiyi qərardadın üstündən 5 il 6 ay keçməsinə baxmayaraq müvafiq rayon icra qurumu tərəfindən qsözügedən qərardadın icra edilməməsinın səbəbləri barədə rəsmi qaydada məlumat verilməsi xahiş edilmişdir. İddiaçı hazırda müvafiq iddia ərizəsində xx.xx.2019-cu il tarixli ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi məhkəmənin şifahi sorğusuna cavab olaraq iddiaçının məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətinə baxılaraq izah verildiyi, iddiaçının xx.xx.2019-cu il tarixli müraciəti aidiyyyatı üzrə baxılması üçün xx.xx.2020-ci il tarixdə Şəmkir Regional Ədliyyə İdarəsinə göndərilmiş, sonuncu tərəfindən isə xx.xx.2020-ci il tarixdə ərizəçiyə cavab verildiyi bildirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Vəkillər X1 məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli, 1055 saylı məktubla bildirmişdir ki, Ə.Həsənov tərəfindən xx.xx.2017-ci il tarixdə təqdim olunan ilk sənədlər əsas götürülməklə, digər eyni məzmunlu müraciətləri ona əlavə edilib müsahibə zamanı birlikdə baxılmış və Ə.Həsənovun müraciətlərinə baxılmasının nəticəsi barədə Kollegiya tərəfindən ona yazılı və şifahi cavablar verilmişdir. İş materiallarında olan Şəmkir Regional Ədliyyə İdarıəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2014-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin qəbul etdiyi qərardadının icrası ilə bağlı müraciətinə müvafiq cavab verilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2014-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin qəbul etdiyi qərardadının icrası ilə bağlı ərizəsinə cavabdehin tabeli qurumu olan Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən baxılması və ona cavab verilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi tərəfindən iddiaçının tələbi təmin edildiyindən və mübahisə qalmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü və 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair 2-1(112)-685/2021 saylı iş üzrə icraata xitam verilir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar