Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6851/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndələri X10 və X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X8 xx.xx.1965-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. X23 1992-ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək ümümi xəstəliklə əlaqədar, xx.xx.2000-ci ildən xx.xx.2010-cu ilədək iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hər il müayinədən keçməklə 3-cü qrup əlillik təyin edildi 2011- cu İldə səhətimdə olan ağırlaşmalara görə mənə xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək 29 ildən çax- olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hər il müayinədən keçməklə 2ci qrup əlillik təyin edilmiş, lakin hüquqi savadsızlığından cavabdehdən müddətsiz əlillik təyin edilməsini tələb etməmişdir. O, xx.xx.2021-ci ildə tibb müəssiəsınin göndərişi əsasında 29 ildən sonra təkrar müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakın cavabdeh müddətsiz əlillik təyin etmək əvəzinə əlillik təyinatından imtina etmişdir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin iddiaçıya əlillik təyinatından imtina etməsin əsassız və qanunsuzdur. Belə ki, iddiaçı 29 ildən çox əlilldir, bu səbəbdəndə hesab edir ki, cavabdeh tərəfindən ona xx.xx.2021-ci ildə əlillik təyinatından imtina etməsi ləğv edilməli və 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir. Ali Məhkəmənin 2-1(102)-1906/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Ali Məhkəmənin 2-1(102)- 1944 2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Ali Məhkəmənin 2-1 (102)-1053 2022 nömrəli, xx.xx.2022-Qərarların (ekspertiza keçrılmədən (iddiaçı barəsində ekspertiza keçrilməsinə bir mənalı olaraq etdiraz edir) əlilliyin təyin edilməsi) nəzərə alaraq iddia ərizəsini təmin edəsiniz. İddiaçı qeyd etmişdir ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, onun əlilliyi 1994-cü ildə qiymətləndirilmiş və 29 ildən çoxdur əlilldir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin iddiaçıya qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyi bərpa edilməlidir, hal-hazırda iddiaçının müraciəti məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6851/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edimişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X15 və X16 iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri’’nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbule dilməsi xahiş olunur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respubliaksı Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 0053003AAEZ8 nömrəli göndərişin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1999-cu il tarixli 281 nömrəli qərarının surəti; - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X12” X24 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/2341 nömrəli arayışının surəti; - Tibbi Ərazi X12nin iddiaçı barəsində ambulator kitabçadan (xəstəlik tarixindən) 24.10.21-ci və xx.xx.2022-ci il tarixli çıxarışların surətləri; - İddiaçı tərərfindən inzibati orqana ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə; - TSEK-də müayinə aktından 018439 və 208626 nömrəli çıxarışların surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 018439, 155444, 190775, 302085, 294346, 149389, 082096, 085848 nömrəli arayışlarının surəti; - Əzizbəyov rayon Hərbi Komissarlığının xx.xx.1998-ci il tarixli 662 nömrəli arayışının surəti; - iddiaçıya məxsus AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli 600 nömrəli məktubuna əlavə edilmiş İddiaçı barədə xx.xx.1999-cu il tarixli 281 nömrəli qərar və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surətləri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarının surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-17-4/2- 8110/2023 nömrəli məktubuna əlavə edilmiş İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2023-cü il tarixli 3-17-4/2-A-5827/3/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X19” X24in İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T553/2023 saylı ekspert rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümükün hesab edir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İşin hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı 1965-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır, müharibə veteranıdır. İddiaçıya xx.xx.1999-cu ildə hərbi həkim komissiyasının qərarı ilə “sol baldırın yumşaq toxumalarını dəlib keçən qəlpə yarası” diaqnozu ilə TSEK tərəfindən 2000-ci ildə İİİ qrup əlilliyi müəyyən edilmiş, əlilliyin səbəbi “Hərbi travmadır. Azərbayan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi qeyd edilmişdir. X3 əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0053003AAFGU nömrəli göndərişi əsasında DTSERA-da müayinə olunmuşdur. Müayinə zamanı müəyyən edilmiş və göndərişdə qeyd edilmiş ağırlaşmalar, patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə ona diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavbdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona xx.xx.2021-ci il taarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsinə köməklik edilməsini xahiş etmişdir. İş materiallarında oan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə idiidaçının müraciətinə cavabdeh inzibati orqan cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli göndərişə əsasən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindan əlillik təyinatından imtina edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana edilmiş müraciətlə bağlı olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ilə cavab verilərək qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinədə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Belə ki, müayinə zamanı müəyyən edilmiş və göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verməmişdir. Əlilliyin qiymətləndirilməsi və reabilitasiya xidmətləri ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə "142 Çağrı mərkəzi" ilə əlaqə saxlaya və ya Ərazi TSEK-lərinə müraciət edə bilərsiniz. Ərazi TSEK-lərinin ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Forma 2) “Müayinə aktından çıxarış”ın surətindən görünür ki,1965-ci il təvəllüdlü X4 xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 2-ci qrup əlillik təyin edilmişdir. İş materilallarında olan, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissarlığının məhkəməyə ünvünladığı xx.xx.2023-cü il tarzixli məktubunda vətəndaş X5 barəsində qəbul edilmiş xx.xx.1999-cu il tarixli 281 nömrəli qərar və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi X7 görünür ki, 1965-ci il təvəllüdlü X5 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə döyüş tapşırıqlarını yerinə yetirərəkən aldığı yaralanma səbəbi ilə xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixə kimi “sol baldırın yumşaq toxumalarını dəlib keçən qəlpə yarası” diaqnozu ilə M.Nağıyev adına X22 Yardım Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli məktubdan görünür ki, X2 xx.xx.1993-cü il tarixli 116 nömrəli əmri ilə N saylı hərbi hissəyə qəbul edilmiş və xx.xx.1994-cü il tarixli 108 nömrəli əmrinə əsasən şəxsi heyət sıralarından azad edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Əzizbəyov Rayon Hərbi Komissarlığı tərəfindən X4 verilmiş 13.101998-ci il tarixli 662 nömrəli X1 həqqiqətən Azərbaycan Respublikası Veteranlar haqqında xx.xx.1994-cü il tarixli 841 saylı Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası “Müharibə veteranı” olduğu qeyd edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Bakı şəhəri M.Nağıyev adına X22 Yaradım Xəstəxanası tərəfindən verilmiş 3474 nömrəli “stasionar xəstənin xəstəlik tarixindən” çıxarışın surətindən görünür ki, X5 xx.xx.1994-cü il tarixdən xx.xx.1994- cü il tarixədək sol baldırı yumşaq toxumasının dəlib keçən qəlpə yarası ilə xəstəxanada müayinə və müalicə almışdır müddətsiz “hərbi əməliyyatlar aparılan zonada olmaqla əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə, İddiaçı əlilliyin təyin edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. TSEK müayinələrindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə müayinədən keçirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəi ilə əlaqədar əlillik səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.Əlillik dərəcəsinin meyarı kimi 2.2. üçüncü dərəcə əlillik. DİGƏR: Baldır əzələllərinin atrofiyası. Diaqnozun mətni sol baldırın orta 3/1 –nin odlu silah yaralanmasından s/v. Baldır əzələlərinin atrofiyası. TSEK müayinələrindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə təkrar müayinədən keçirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəi ilə əlaqədar əlillik səbəbi ilə 1il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik dərəcəsinin meyarı kimi 2.3. üçüncü dərəcə əlillik. DİGƏR: Baldır əzələllərinin atrofiyası. Diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində odlu silahdan törədilmiiş sol baldırın odlu silah yaralanmasından sonrakı vəziyyəti TSEK müayinələrindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə təkrar müayinədən keçirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəi ilə əlaqədar əlillik səbəbi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik dərəcəsinin meyarı kimi 2.3. üçüncü dərəcə əlillik. DİGƏR: Baldır əzələllərinin atrofiyası. Diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində odlu silahdan törədilmiiş sol baldırın odlu silah yaralanmasından sonrakı vəziyyəti. TSEK müayinələrindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə təkrar müayinədən keçirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafisəi ilə əlaqədar əlillik səbəbi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik dərəcəsinin meyarı kimi 2.2. ikinci dərəcə əlillik. 2.2.1 ürək qüsurları və ya miokardda baş vermiş dərindəyişiklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı. Diaqnozun mətni: UİX. Stabil gərginlik stenokardiyası İİİ f.s. Ateroskleroptik kardiokleroz. Hipertoniya xəstəliyi İİİ mərhələ. QDÇ-İİ dərəcə. Sol baldırın odlu silah yaralanmasından sonrakı vəziyyət. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli **********4 nömrəli Qərarın surətindən görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 29 nəfər və müxtəlif tarixlərdə müayinədən keçmiş 15 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0053003AAFGU nömrəli göndərişi əsasında DTSERA-da əyani müayinə olunmuş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS:**********5) Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçıa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli 281 Xəstəlik haqqında Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın yumşacı toxumalarının dəlib keçən qəlpə yarası diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayaqlarında şişkinlikdən şikayətlənmiş, sol baldırın orta 1/3-də ~7-8 sm ölçüdə çapıq izlənilmiş, hər iki ayaqarxasında pulsasiya zəif dolğunluqda müəyyən edilmiş, hərəkətlər tam həcmdə olmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi ‘Sad və sol ön tibial arteriyalarda axım izlənilmədi. Ətraf toxumada sol topuq nahiyədə ödem' kimi müəyyənləşdirilmişdir Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-cı il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq diaqnoz əllilik əlaməti təyin etmir barədə qərara qəbul edilmişdir. Məhkəmə tərəfindən hazırki iş üzrə 2-1(112)-6851/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert qarşısında İddiaçı xəstəlik diaqnozunun (DTSERA-nın həkimlərinin iştirakı olmadan) müəyyən edilməsi, xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə aid olması və barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılmasının ekspertin səlahiyyətinə (sərəncamına) buraxılması ilə bağlı olaraq sual qoymuşdur. Məhkəmə-tibbi ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X18”nin T553/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən xx.xx.2022ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədən sonra ona “Odlu silah yaralanmasından sonra sol baldırın çoxsaylı açıq yaraları, sol orta-aşağı 1/3-nin tış və iç səthlərində kobud dartıcı kelloid birləşdirici çapıq toxuması, orta 1/3-nin yumşaq toxumalarında çoxsaylı metal qəlpələri, sol aşıq-baldır oynağının (100 dərəcə vəziyyətində hərəkətsizdir) fıbroz ankilozu, kəskin əzələ atrofıyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” diaqnozu müəyyən edilmiş, yəni o, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmətibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinəgöndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsinəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) təsdiq edir.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81- 100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.9. Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Göründüyü kimi, iddiaçının xəstəliyinin diaqnozu nə növbəti dəfə, yəni xx.xx.2022-ci il tarixində əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarında, nə sonrakı, yəni xx.xx.2022-ci il tarixində qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əllilliyin müəyyən olunması meyarında nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı əyani müayinə olunduqda belə ona qoyulmuş xəstəlik diaqnozu, həmçinin ekspert rəyində öz təsdiqini tapmış xəstəlik diaqnozu (Odlu silah yaralanmasından sonra sol baldırın çoxsaylı açıq yaraları, sol orta-aşağı 1/3-nin tış və iç səthlərində kobud dartıcı kelloid birləşdirici çapıq toxuması, orta 1/3-nin yumşaq toxumalarında çoxsaylı metal qəlpələri, sol aşıqbaldır oynağının (100 dərəcə vəziyyətində hərəkətsizdir) fibroz ankilozu, kəskin əzələ atrofıyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması”) qüvvədə olan meyarlara əsasən əlilliyin təyin olunması xəstəliklərinə aid edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən əsaslı və qanuni olaraq iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir. Məhkəmə iddia tələbinin “müddətsiz əlilliyin” təyin olunması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 18 may, 2022-ci i tarixli Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarının 1.4.-cü bəndinə əsasən “4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.” Həmin Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, növbəti qiymətləndirmə zamanı əlillik vəziyyəti müəyyən olunmuş şəxslərə müddətsiz əlillik təyin olunur. Müvafiq dəyişiklik qüvvəyə mindikdən sonra, yəni xx.xx.2022-ci i tarixindən sonra iddiaçının növbəti dəfə əlilliyi qiymətləndirilmiş və ona əlillik təyin edilməmişdir. Beləliklə də, məhkəmə qeyd edir ki, qanunvericiliyə müvafiq əlavələr edildikdən sonra iddiaçıya növbəti qiymətləndirmə zamanı əlillik təyin edilmədiyindən tələbinin müddətsiz əlilliyin təyin edilməsi hissəsi də əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən 2ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasınına dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev