Məhkəmə qərarları › İş №2-1(112)-6851/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6851/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6851/2025 24.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək Ağdam rayonu, Xıdırlı kəndində fəaliyyət göstərən “İnqilab” sovxozunda 01 nömrəli üzümçülü briqadasında işlədiyi müddətin iş stajı kimi hesablanması və qeyd olunan illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonundan məcburi köçkündür və halhazırda qəyyumları olduğu bacıları X5 və X5 ilə birlikdə ünvan 2 ünvanında yerləşən 53 saylı mənzildə yaşayır. O, xx.xx.1977-ci il tarixdən Ağdam rayonu, Xıdırlı kəndində fəaliyyət göstərən “İnqilab” Sovxozunda 01 nömrəli üzümçülük briqadasında fəhlə vəzifəsinə işə düzəlməklə əmək fəaliyyətinə balamışdır. Həmin tarixdən xx.xx.1993-cü il tarixədək sözügedən müəssisədə müxtəlif sahələrdə olmaqla çalımışdır. Daha sonradan xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixinədək 10 il 10 gün müddətinə 138 saylı MKİS-də süpürgəçi vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək “X9” MMC-də təmizlik işlərinə xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləmişdir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır və o, iş stajının əmək pensiyasına daxil edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh iş stajının yoxlanılması zamanı yuxarıda qeyd olunan sovxozda işlədiyi xx.xx.1977-xx.xx.1993-cü illəri (15 il 11 ay 14 gün) təsdiq edən sənədlər işğal altında qaldığından əmək haqqı alıb-almadığının müəyyənləşdirilməsi mümkün olmamışdır. Əmək stajı 13 il 7 ay hesablanmaqla tələb olunan ümumi 25 illik sığorta stajından az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bununla bağlı, o, cavabdehə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək qeyd olunan dövr üzrə sovxozda fəhlə işləməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3635/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə AR MPM-nin 261.0.4, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq ərizəyə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə mülki işin icraatına xitam verilmişdir. Belə ki, məhkəmə təqdim olunan sənədləri araşdıraraq, şahid ifadələrini dinləyərək belə qərara gəlmişdir ki, adına olan ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, onun xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək Ağdam rayonu, Xıdırlı kəndində fəaliyyət göstərən “İnqilab” sovxozunda 01 nömrəli üzümçülük briqadasında fəhlə işləməsi faktının müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edilmiş sayılır. Ona aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra o, qeyd edilən məsələ ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh əmək stajının 15 il 2 ay 22 gün olmaqla, stajının 25 ildən az olduğu göstərmişdir. Hesab edir ki, cavabdehin verdiyi imtina cavabı tamamilə əsassızdır.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək Ağdam rayonu, Xıdırlı kəndində fəaliyyət göstərən “İnqilab” sovxozunda 01 nömrəli üzümçülük briqadasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, A.Baxşəliyeva yaşa görə pensiya təyin ediləsi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Əşərf qızının hazırki qanunvericiliyin tələblərinə cavab verdiyi halda yaşa görə əmək pensiyası hüquqi xx.xx.2023-cü il tarixdə yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda, Qanunun 7-ci maddəsində 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan – pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-də hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İ dərəcə əlil X1 və X2 qulquq etdiyi dövrlər də, nəzərə alınmqla cəmi sığorta stajı 15 il 2 ay 22 gün təşkil edir. Qeyd olunan sosial sığorta stajı iddiaçının 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədə İ dərəcə əlil X1 və X7 ızına qulluq etdiyi dövr nəzərə alınmaqla) 13 il 7 ay təşkil edir. Qanunun 22.2ci maddəsinə əsasən sığortaolunanların ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üstüstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərin biri hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının İ dərəcə əlilə qulluq etdiyi dövr ilə əmək fəaliyyəti dövrü üstüstə düşdüyü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrün təkrar olaraq sosial sığorta stajına daxil edilməsi mümkün hesba edilmir. İddiaçının Mərkəzi filiala təqdim etdiyi xx.xx.2019-cu il tarixli əmək kitabçasında İddiaçı xx.xx.1977-xx.xx.1993-cü il tarixlərdə Ağdam rayon Xıdırlı kəndi “İnqilab” sovxozu 01 nömrəli üzümçülük briqadasında fəhlə işlədiyi qeyd olunmuş, həmin qeyd Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Xıdırlı kənd İnzibati ərazi daiərsi və nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqında məlumat tarixi göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama uyğun aparılır. İddiaçı əmək kitabçasının xx.xx.2019-cu ildə tərtib edildiyini nəzərə alaraq kitabçanın yazılmasına əsasverici sənədlər (işə daxilolma, işdən azad edilmə əmrləri, əmək haqqı cədvəlləri, məzuniyyətdə olduğu dövrlər barədə) təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş “İnqilab” sovxozunda xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrünü təsdiq edən sənədlər işğal altında qaldığı üçün iddiaçının əmək haqqı alıb-almadığını müəyyənləşdirmə mümkün olmayıb, eyni zamanda əmək kitabçasının doldurulma tarixi ilə qeydlər arasında uyğunsuzluq olduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 04 dekabr 2024-cü il tarixli, 03-17-1/2-B-297483/2024 nömrəli məktubla imtina edilmişdir.

10. İddiaçının adına açılmış ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iş stajı aşağıdakı kimi olmuşdur: xx.xx.1977-xx.xx.1993-cü illər Ağdam rayon Xıdırli kəndi “İnqilab” sovxozu 01 №-li üzümçülük briqadasına fəhlə götürülmüş, Ağdam rayonu işğal olduğu və sovxoz fəaliyyətini dayandırıdığı üçün işdən azad edilmişdir (Sözügedən dövrlərə dair iddiaçının iş stajı Ağdam rayon Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir). xx.xx.1994-xx.xx.2004-cü il tarixlərdə 138 saylı MKİS-də süpürgəçi-dalandar vəzifəsində işləmişdir. xx.xx.2019-xx.xx.2021-ci il tarixlərdə “X9” MMC-də Bakı şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstəriləsi üzrə köməkçi vəzifəsində işləmişdir.

11. Ağdam rayon İcra Hakimiyyəti tərəfindən 4 mart 2025-ci il tarixli, 5-31/2-185/2-25 nömrəli məktubla təqdim edilmiş Ağdam rayon Xıdırlı kənd sakini İddiaçı barəsində Ağdam rayon Xıdırlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-33-18/2-14-2025 nömrəli, 25 fevral 2025-ci il tarixli məlumatla bildirilmişdir ki, İddiaçı xx.xx.1977-xx.xx.1993-cü il tarixlərdə Ağdam rayonu Xıdırlı kəndi “İnqilab” sovxozu 01 nömrəli üzümçülük briqadasında fəhlə işlədiyi haqqında Ağdam rayon İcra Hakimiyyəti başçısının Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiqlənməsi səbəbi onunla bağlıdır ki, 23 iyul 1993-cü il Ağdam rayonunun və Xıdırlı kəndinin işğalı nəticəsində sovxozun bütün arxiv sənədləri işğal zonasında qalmışdır. Buna görə də, onun iş stajı həmin illərdə vətəndaşla bir kənddə yaşamış, onunla birgə həmin sovxozda işləmiş, şahid ifadələri və nümayəndə kimi həmin illərdə Xıdırlı kənd icra nümayəndəliyində icra nümayəndəsi vəzifəsində işləmiş X4 özünün vətəndaşı yaxından tanıması əsasında təsdiq edilmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçinin əmək kitabçasında qeyd edilən əmək fəaliyyətinin sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası olduğundan, ərizəçi Aybəniz Baxşaliyevaya həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

21. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən ümumi iş stajının 25 ildən az təşkil etməsinə (15 il 2 ay 22 gün) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsinə istinad edilməklə imtina edilmişdir.

22. Cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməyərək mübahisələndirilən dövrlər isə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1977-xx.xx.1993-cü illərdə Ağdam rayonu Xıdırlı kəndi “İnqilab” sovxozu 01 nömrəli üzümçülük briqadasında fəhlə işlədiyi dövrlər olmuşdur. Həmin dövrlərin mübahisəli dövr kimi qiymətləndirilməsinə əsas, əmək kitabçasının xx.xx.2019-cu ildə tərtib edilməsi, kitabçanın yazılmasına əsasverici sənədlərin (işə daxilolma, işdən azad edilmə əmrləri, əmək haqqı cədvəlləri, məzuniyyətdə olduğu dövrlər barədə) təqdim edilməməsi, əmək kitabçasının surətində qeyd olunmuş “İnqilab” sovxozunda xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrünü təsdiq edən sənədlərin işğal altında qalması, iddiaçının əmək haqqı alıb-almadığını müəyyənləşdirməyin mümkün olmaması, eyni zamanda əmək kitabçasının doldurulma tarixi ilə qeydlər arasında uyğunsuzluq olduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə mümkün hesab edilməməsi olmuşdur.

23. Məhkəmə tərəfindən iş materiallarında olan digər sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasındakı sözügedən dövrlərə dair qeydlər 23 iyul 1993-cü il tarixdə Ağdam rayonunun və Xıdırlı kəndinin işğalı nəticəsində sovxozun bütün arxiv sənədlərinin işğal zonasında qalması səbəbindən həmin illərdə vətəndaşla bir kənddə yaşamış, onunla birgə həmin sovxozda işləmiş, şahid ifadələri və nümayəndə kimi həmin illərdə Xıdırlı kənd icra nümayəndəliyində icra nümayəndəsi vəzifəsində işləmiş X4 özünün vətəndaşı yaxından tanıması əsasında Ağdam rayon İcra Hakimiyyəti başçısının Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə ilə təsdiq edilmişdir.

24. Məhkəmə cavabdehin mövqeyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

25. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

26. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarında (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-531/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2132/2023 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur.

27. Kassasiya instansiyası məhkəməsinin sözügedən qəbildən olan işlər üzrə mövqeyi ondan ibarətdir ki: ““Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçası işğal zonasında qaldığından və bu sənədin bərpa edilməsi mümkün olmadığından şahid ifadələrindən istifadə etməklə kitabçanın doldurulması qanuni qəbul edilməlidir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(102)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-652/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1115/2023 nömrəli qərarları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

14. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.”

28. Məhkəmə oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçası işğal zonasında qaldığından və bu sənədin bərpa edilməsi mümkün olmadığından şahid ifadələrindən istifadə etməklə kitabçanın doldurulması qanuni qəbul edilməli və sözügedən illərin iddiaçının sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin dəlili və bununla bağlı qəbul etdiyi qərar (inzibati akt) qanunsuz və əsassız hesab edilməlidir.

29. Beləliklə, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi mübahisələndirilən dövrlər üzrə əsaslı hesab edilməklə təmin edilməlidir.

30. Məhkəmə eləcə də, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iddiaçının tələbi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

31. Beləliklə hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla qanunvericiliklə müəyyən edilmiş pensiya yaşı həddinə 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək stajı 15 il 2 ay 22 gün təşkil etmiş, cavabdeh tərəfindən imtina məktubuna əsasən mübahisələndirilən, məhkəmə tərəfindən isə imtina məktubunda mübahisələndirilmiş sosial sığorta stajına daxil edilməli hesab edilən dövr isə (xx.xx.1977-xx.xx.1993-cü illər olmaqla) 15 ildən artıq təşkil etməklə, ümumilikdə iddiaçının 30 ildən çox əmək stajı olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin edilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək Ağdam rayonu, Xıdırlı kəndində fəaliyyət göstərən “İnqilab” sovxozunda 01 nömrəli üzümçülük briqadasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar