Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6854/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X13 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), iddiaçının nümayəndəsi X18 (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X24 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir), üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X32 cəlb edilməklə “torpaq üzərində hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq mərhum atası X1 Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhəri İH) xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən ayrılmış Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsinə dair iddiaçının adına arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-1420/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməsi, keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən Ləhiş bağ massivində ayrılmış 0,12 ha torpaq sahəsinə dair hüquqların iddiaçının mərhum atası X5 məxsus olması barədə İddiaçı adına arayış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 22 fevral 2022-ci il tarixdə X19 vəkili Vəkil ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-1420/2021 saylı qərarın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və X19 üçüncü şəxs qismində işdə iştirak etmək üçün cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X10 və istismarı birliyi ilə X32 arasında Ləhiş ərazisindəki 3582a nömrəli bağın istifadəyə verilməsi haqqında 33095 saylı, 18 yanvar 2006-cı il tarixli müqavilə bağlanmışdır. Bundan sonra ərizəçi adıçəkilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən iki əsasla imtina etmişdir. Bağ sahəsinin faktiki olaraq sənəd üzrə olan sahədən az olması və həmin bağ sahəsi üzrə digər şəxsin müraciəti əsasında məhkəmə mübahisəsinin mövcud olması. Göründüyü kimi hazırki iş üzrə qəbul edilmiş qərar birbaşa olaraq X19 qanunla qorunan hüquq və maraqlarına toxunduğundan ləğv edilməli, X32 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi və iş yenidən baxılmalıdır. Ərizəçi göstərilənlərə əsasən vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2-1(112)-1420/2021 saylı qərarı ləğv edilmiş, 2- 1(112)-1420/2021 saylı iş üzrə icraat təzələnərək X32 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X11 xx.xx.2009-cu ildə vəfat etmiş və ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 30 ildən çox müddətdə faktiki istifadəsində olan 0,12 ha ərazisi olan bağ sahəsi hasara alınmış və bu günə qədər də iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi Bakı şəhər X27 İcraiyyə Komitəsinin 3/78 nömrəli, xx.xx.1990-cı il tarixli sərəncamı ilə 176 nömrəli Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısında adı göstərilmiş atasına bağ sahəsi kimi ayrılmışdır. Ləhiş bağ massivindəki 3582a nömrəli bağ torpaq sahəsinin iddiaçının atasının istifadəsində olması faktı bələdiyyə arayışında da qeyd edilmişdir. Qeyd edilən sahəyə dair çıxarış almaq üçün iddiaçı atasının varisi kimi dəfələrlə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş sərəncamla bağlı cavabdeh iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv əsaslarında orderin nüsxəsi aşkar olunmamışdır. Bundan başqa təqdim olunmuş sənədlərdə bağ sahəsinin nömrəsi göstərilməmişdir və təqdim olunmuş qəzetdə bağ sahəsinin ünvanı Sabunçu yox Suraxanı qeyd edilmişdir. Həmçinin, sənədlərə əlavə olunmuş 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda qeyd olunan Sabunçu rayonu, Ləhış bağ massivində yerləşən 3582a nömrəli bağ sahəsi arxiv məlumatlarına əsasən digər şəxsin adına qeyd edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və bu barədə vətəndaşa xx.xx.2018-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat və çıxış edərək, əlavə olaraq bildirmişlər ki, bağ nömrələrinin eyni olması sözügedən bağ sahəsənin üçüncü şəxsə aid olması demək deyil, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddiaya qarşı etiraz bildirərək, 3582 A bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin üçüncü şəxsdə mövcud olmasını, ona məxsus olaraq istifadəsində olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin bakı filialının 01 avqust 2018-ci il tarixli, N-164 nömrəli arxiv çıxarışına əsasən, Bakı şəhər X27 6/333 nömrəli 14 iyun 1988-ci il tarixli qərarı ilə 176 nömrəli BTK –nın -18 şəxsdən ibarət tərkibinin təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayırması qərara alınmış, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 19 aprel 1990- ci il tarixli 3/78 nömrəli qərarına 7 nömrəli əlavəsinə əsasən, 176 nömrəli Ləiş bağ tikinti kooperativinin üzvlərinin siyahısında 13 sırasında X4 adı qeyd edilmişdir. 392608 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X11 xx.xx.2009-cu ildə vəfat etmişdir. 379142 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı X4 atası X6r. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan arxiv qovluğunda olan sənədlər təqdim edilmişdir : Ləhiş massivində 176 nömrəli BTK-ya aid bağ sahələrinin yerləşmə sxemi, 176 nömrəli Ləiş bağ tikinti kooperativi üzvlərinin siyahısı, 176 nömrəli BTK-nın üzvlərinin xx.xx.1990-ci il tarixli iclsının protokolu, Bakı şəhər X27 İcraiyyə Komitəsinin 19 aprel 1990-ci il tarixli 3/78 nömmrəli qərar, 176 nömrəli bağ tikinti kooperativinin nizamnaməsi, nizamnamənin təsdiq edilməsi barədə Lenin rayon X22 İcraiyyə Komitəsinin 30/5 nömrəli, xx.xx.1990-ci il tarixli qərarı, 20 avqust 1990-ci il tarixli akt. Bakı şəhəri X10 və istismarı Birliyinin işçiləri ilə 176 nömrəli BTK –nın sədri tərəfindən 20 avqust 1990-ci il tarixdə tərtib edilmiş akta əsasən, 18 üzv- payçı olan 176 BTK –ya ayrılmış torpaq sahəsi Bakı şəhəri X10 və istismarı Birliyi tərəfindən təhvil verilib, 176 nömrəli BTK tərəfindən həmin torpaq sahəsi qəbul edilib, həmin torpaq sahəsi 18 üzvpayçılarının sayına görə sahələrə bölünmüşdür; torpaq sahəsinin ümumi sahəsi 2,18 ha təşkil edir; torpaq sahəsinin sxemi əlavə edilmişdir. 176 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısına əsasən, koopertaivin 18 nəfər üzvü: 1. X21, 2. X40, 3.X14, 4.X51, 5. X15, 6. X44, 7. X8, 8. X33, 9. X16, 10. X29, 11. X3, 12. X20, 13. X11, 14. X17, 15. X30, 16. X25, 17. X47, 18. X7 olmuşdur. 17 yanvar 2006-ci il tarixli ərizəyə əsasən, X32 Bakı şəhər Bağlar İdarəsinə müraciət edərək, ona 33095 saylı müqavilə əsasında ayrılmış Ləhiş qəsəbəsində 0,12 ha 6878 saylı bağ sahəsinin, öz qohumlarına yaxın olmaq məqsədilə 3582 A saylı bağ sahəsinə dəyişdirilməsinə razılıq verilməsini xahiş etmişdir. X10 və və İstismarı Birliyi ilə X32 arasında bağlanılmış 33095 saylı, 18 yanvar 2006-ci il tarixli müqaviləyə əsasən, X26 Ləhiş ərazisində, sahəsi 0,12 ha olan 3582 a nömrəli bağ sahəsi ayrılmışdır. 18 yanvar 2006-ci il tarixli akta əsasən, Bakı şəhəri X12 Ləhiş ərazisi üzrə böyük mühəndis M.Ə.Ağakişiyev, sahə mühəndisi T.Y.Rzayev, sahə mühəndisi T.Ə.Ələkbərov yoldaşlarının iştirakı ilə həmin aktı ondan ötrü tərtib edilmişdir tərtib edilmişdir ki, M.Seyidov küçəsi, ev 9 mənzil 4 ünvanında yaşayan X48 və A.Cümə küçəsi, ev 8, mənzil 11 ünvanında yaşayan X34 ərizələri ilə müraciət edərək onlara Ləhiş sahəsində verilmiş bağ sahələrinin öz aralarında dəyişdirilməsini xahiş etmişdirlər. Bununla əlaqədar olaraq hər iki bağ sahəsində yoxlama aparılaraq müəyyən edilmişdir ki, R.R.Əliyevə verilmiş 3582a saylı bağın sahəsi 0,12 hektardır, tikintisi yoxdur. A.Ş.Bağırzadəyə verilmiş sahəsi 0,12 ha olan 6878 saylı bağ sahəsində də heç bir tikinti yoxdur. Beləliklə, müdiriyyətin razılığı əsasında dəyişilmədən sonra R.R.Əliyevə 6878, A.Ş.Bağırzadənin bağ sənədinə isə 3582a saylı bağ sahələrinin yazılması məqsədəuyğundur. 3582a və 6878 saylı bağ sahələrində qayda pozuntusu yoxdur. Azərbaycan SSR Bakı şəhər XDS İcraiyyə Komitəsinin X10 və X46 Bağlar Sahəsindəki 176 saylı kooperativin 05 saylı orderinə əsasən, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 saylı qərarı əsasında X41 Ləhiş bağlar sahəsində 176 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3582a saylı bağ ayrılmışdır. xx.xx.2005-ci il tarixli ərizəyə əsasən, X48 Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək, mərhum atası X42 məxsus olan Ləhiş bağlar sahəsindəki 3582a saylı bağ sahəsinin onun adına keçirilməsinə razılıq verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X10 və X46 Bağlar Sahəsindəki 176 saylı kooperativin 14 saylı orderinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2005-ci il tarixli Pr:204BTB saylı qərarı əsasında X35 Ləhiş bağlar sahəsində 176 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3582a saylı bağ ayrılmışdır. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3444, 3579a, 3579, 3580, 3581, 3581 a, 3582a, 3583, 3583a və 3585 saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış 3442, 3442a, 3443, 3443a, 3444a, 3580a, 3582 və 4959B saylı bağ sahələrinə dair müvafiq sənədlərin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, torpaq sahəsinin planının və orderlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlikhüququna təminat verir. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrininxitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada verilmişdir, yəni özəlləşdirilmişdir. Həmin Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Həmin Qanunun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri) İşin faktiki hallarından göründüyü kimi iddiaçının qanun üzrə vərəsəsi olduğu X11 vəfat edənə qədər qanuni əsaslarla keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən Ləhiş bağ massivində ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X5 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. Məhkəmə onu da qeyd edir ki, 176 №li Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının atası ilə birlikdə 18 şəxs vardır və həmin kooperativə ayrılmış torpaq sahəsində 18 bağ sahəsi mövcuddur, bu hal da onu təsdiq edir ki, iddiaçının atasının həqiqətən də qeyd edilən bağ massivində bağ sahəsi olmuşdur. Cavabdeh tərəfindən qeyd edilən halın mötəbərsizliyini təsdiq edən sübut məhkəməyə təqdim olunmamış, həmçinin sorğu əsasında cavabdeh tərəfindən təqdim edilmiş 3582a saylı bağ sahəsinin X58 ogluna məxsus olmasına dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri bunu təkzib etmir. Belə ki, X55 oglu 176 nömrəli Ləhiş bağ tikinti kooperativinin üzvü olmasa da, kooperativin üzvü olmuş (müvafiq siyahıda adı olan) X41, sonradan isə onun vərəsəsi olan oğlu X2 tərəfindən ayrılmış torpaq sahəsinə dair istifadə hüququnu torpaq sahələrinin dəyişməsi nəticəsində əldə etmişdir. Göründüyü kimi kooperativin üzvlərinin sayı 18 nəfər olaraq dəyişmədiyi üçün, hər bir üzvün öz torpaq sahəsi (sxem üzrə 18 sahədir) mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mərhum atasına məxsus olmuş torpaq sahəsi ilə 3-cü şəxs X64 ogluna məxsus bağ sahəsi ayrı-ayrı bağ sahələridir. Bundan başqa üçüncü şəxs X55 ogluna Ləhiş qəsəbəsində 0,12 ha 6878 saylı bağ sahəsinin ayrılması barədə 33095 saylı müqavilənin mövcud olması iş materialları ilə müəyyən edilməmişdir. Bundan əlavə , Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 20 avqust 2020-ci il tarixli arayışına əsasən də iddiaçının atasının adı bağ torpaq sahələri üzrə torpaq vergisinin toplanması üçün X12 təqdim etdiyi siyahıda mövcud olmuşdur. Eyni zamanda məhkəmə iddiaçının istifadəsində olan Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən bağ sahəsinin yerində müayinəsi zamanı müəyyən etmişdir ki, boş (istifadə olunmamış) torpaq sahəsi bir tərəfdən küçə yolu ilə, digər tərəfdən qonşu sahə ilə, qalan tərəfdən isə boş ərazi ilə əhatə olunmuşdur. Belə olan halda iddiaçının iddia etdiyi torpaq sahəsinin başqa şəxslərin istifadəsində olması müəyyən edilməmişdir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi cavabdehin etirazında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsində göstərilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1. –ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1. –ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhəri İH) xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən Ləhiş bağ massivində ayrılmış 0,12 ha torpaq sahəsinə dair hüquqların iddiaçının mərhum atası X5 məxsus olması barədə İddiaçı adına arayış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən Ləhiş bağ massivində ayrılmış 0,12 ha torpaq sahəsinə dair hüquqların iddiaçının mərhum atası X5 məxsus olması barədə İddiaçı adına arayış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6854/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6854/2022
25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver