Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6855/2025 18.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 18-ə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın qəbul edilməsi öhdəliyinin Bakı şəhəri, Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 18 keçmiş Bakı şəhəri, Nəsimi rayonu, XDS-nin icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 7/10 saylı sərəncamı ilə iddiaçının mərhum əri X1 adına verilmişdir. Həmin vaxtdan bu günə kimi o həmin mənzildə yaşayır. Eyni zamanda bu mənzilə daimi pasport qeydiyyatına alınmışdır. Həyat yoldaşı X9 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. O bu günlərdə həmin evin onun adına rəsmiləşdirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən onun ərizəsinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, o artıq 33 ilə yaxındır ki, bu mənzildə yaşayır və bu mənzilə də daimi pasport qeydiyyatına alınmışdır. Təbii ki, bu baxımdan da həmin mənzilin onun adına rəsmiləşdirilməsi həm qanunvericilik baxımından, həm də haqq-ədalət baxımından daha düzgün olardı. Amma əfsuslar olsun ki, cavabdeh orqan heç bir hüquqi əsas olmadan onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Bu isə qanunvericiliyin tələblərinin pozulması deməkdir. Ona görə də bu mənzil onun adına rəsmiləşdirilməlidi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd olunmuşdur ki, ünvan 1 nömrəli evdə yaşayan vətəndaş İddiaçı Cavabdehnə 5-15/1- M-195- 091/2024 saylı, xx.xx.2024-cü il qeydiyyat tarixli ərizə ilə ilə müraciət edərək mənzil icarə müqaviləsini onunla bağlanmasına köməklik edilməsini xahiş etmişdir. Cavabdeh 5-15/1-M- 195-091/2024 saylı, 11.12.24-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, həmin ünvanda qeydiyyatda olan şəxslərin notariat qaydada təsdiq olunmuş razılıq ərizələrini təqdim etdikdən sonra ərizəsində qeyd etdiyi məsələyə yenidən baxıla bilər. İddiaçını cavab qane etmədiyidən o məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Ərizəçi İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Nəsimi rayon X39 İcraiyyə Komitəsinin 28 iyun 1991-ci il tarixli, 7/10 nömrəli qərar ilə vətəndaş X3 ünvan 1 ünvandakı yaşayış evinin, yaşayış sahəsi 18 kv.metr olan bir otaqlı mənzil, sığınacaq kimi mənzil növbəsi çatana qədər ona verilmişdir. X10 xx.xx.2018- ci il tarixində vəfat etmişdir. Ərizəyə əlavə edilmiş Asan1 tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan məlum olmuşdur ki, vətəndaş İddiaçı başqa əlavə olaraq Nəsimi rayonu, Abbas Səhhət küçəsi 18 ünvandakı yaşayış evində 40 nəfər qeydiyyatda olan digər şəxslər mövcuddur və onların qeydiyyatda olmasına baxmayaraq onların razılıq ərizələri təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 919738 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 95 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş A3 seriyalı 187226 nömrəli Nikah haqqında Şəhadətnamədən görünür ki, X19 və X4 arasında xx.xx.1972-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə xx.xx.1972-ci il tarixdə 9 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1991-ci il tarixli 2582 nömrəli X64 göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin sahibi X5r. 1948-ci il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il tarixdə bu mənzilə pasport qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 14 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024cü il tarixli 0/67 nömrəli Arayışda göstərilmişdir ki, yaşayış sahəsi 15.0 kv.m olan ünvan 3 ünvanında yerləşən mənzil sığınacaq mənzilidir. Mənzil İcra Hakimiyyətinin balansındadır. Keçmiş kirayəçi X5r. İddiaçı 1 nəfərdən ibarət ailə tərkibi ilə xx.xx.1991-ci il tarixdən mənzildə daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.1991-ci il tarixli 7/10 nömrəli Nəsimi Rayon İcraiyyə Komitəsinin qərarına əsasən ünvan 2 ünvanında 15.0 kv.m olan 1 otaqlı mənzili X1 (özü və arvadı) istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı ASAN XİDMƏT X28 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3152 nömrəli Arayışda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1948-ci il təvəllüdlü İddiaçı aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzə yoxlama aparılmış və qeyd edilmiş ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: əri xx.xx.1942-ci il təvəllüdlü X7 vəfat etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh xx.xx.2025-ci il tarixli 5-15/2-365/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışda göstərilmişdir ki, ünvan 4 ünvanında xx.xx.2005-ci il tarixdən X29, X30, X20, X11, X42, X21, X31, X43, X22, X12, X45, X13, X32, X14, X23, X24, X58, X59, X25, X60, X33, X46, X73, X34, X61, X62, X35, X15, X36, X86, X47, X74, X37, X6, X26, X16, X17, X48, X38, X27, X44 yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-4112/2025 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 1203 nömrəli X18 Çıxışdan görünür ki: -ünvan 1 ünvanında yerləşən 1930-cu ildə istismara verilmiş 1 mərtəbəli ***-*******4 registr nömrəli yaşayış binası Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin(qeydiyyat №514) balansındadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-7216/25 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-7179/25 nömrəli məktubu ilə təqdim edilmiş ünvan 5 ünvanında qeydiyyatda olan məlumatlardan görünür ki, ünvan 5 ünvanında 42 nəfər qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-13948/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-13947/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı adına ünvan 5 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 14 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 0107 nömrəli məktubunda göstərilmişdir ki, Abbas Səhhət küçəsi 18 saylı evdə vətənda. İddiaçı yaşadığı 1 otaqlı sahəsi 15.0 kv.m mənzil Cavabdeh balansına məxsusdur, mənzil Nəsimi İcraiyyə Komitəsinin 7/10 saylı xx.xx.1991-ci il tarixli qərarına əsasən sığıncaq mənzil kimi İddiaçı mərhum həyat yoldaşı X2 verilmişdir. Qurban Məmmədov və həyat yoldaşı İddiaçı bu mənzilə xx.xx.1991-ci ildə daimi pasport qeydiyyatına düşmüşlər. Məmmədov Qurban xx.xx.2018-ci ildə vəfat etmiş, İddiaçı mənzildə tək qeydiyyatdadır və yaşayır. Cavabdeh Bakı Şəhər Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 5-15/2-6- M-195-091/2024 nömrəli məktubunda bildirilmişdir ki, həmin ünvanda qeydiyyatda olan şəxslərin notariat qaydada təsdiq olunmuş razılıq ərizələrini təqdim etdikdən sonra ərizədə qeyd edilən məsələyə baxıla bilər. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhər küçəsi, ev 18 ünvaanında yerləşən yaşayış sahəsi 15.0 kv.m olan mənzilinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin həyat yoldaşı(əri) mərhum X9 olduğunu, özünün mərhumun sağlığında və hazırda vəfatından sonra həmin mənzildə qeydiyyatda olmaqla yaşadığını, X1 vəfat etdiyini əsas gətirərək sözügedən mənzilə dair kirayə müqaviləsinin onunla bağlanması barədə sərəncam verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh həmin ünvanda qeydiyyatda olan şəxslərin notariat qaydada təsdiq olunmuş razılıq ərizələrinin təqdim edildikdən sonra qeyd edilən məsələyə baxılacağını əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. İddiaçı hazırkı tələbində cavabdehin qeyd edilən imtinasını əsasız hesab edərək mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın - iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2024-ci il tarixli imtinasından sonra xx.xx.2025-cü il tarixdə məhkəməyə müraciət etməklə 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İş materiallarından görünür ki, ünvan 5 dövlət mənzil fonduna aid olmaqla Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla sərəncamvericisi qismində Cavabdeh çıxış edir. Sözügedən mənzil xx.xx.1991-ci il tarixli 7/10 nömrəli Nəsimi Rayon İcraiyyə Komitəsinin qərarına əsasən X1 (özü və arvadı) istifadəsinə verilmişdir. Təqdim edilmiş MKİS-nin məlumatı, eləcə də pasport qeydiyyat tarixi barədə əldə edilmiş sorğuya cavablardan mübahisəli ünvanda 42 nəfər yaşayış yeri üzrə qeydiyyatdadır. Mənzil Məcəlləsinin: -59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. -59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. -60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. -62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. -68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. -68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. -69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. -69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. -69.3-cü maddəsinə görə vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur -81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. -82.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər -82.5-ci maddəsinə görə sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Sadalanan normalardan görünür ki, sosial kirayə müqaviləsi üzrə mənzilin kirayəçisi tanınmış şəxsin öz ailə üzvlərini və ya onunla birgə təsərrüfat aparan digər şəxsləri kirayəçisi olduğu mənzilə köçürmək hüququ vardır. Kirayəçi ilə birgə yaşayan onunla birgə təsərüfat aparan şəxs statusu alır və həmin şəxslər kirayəçi vəfat etdiyi halda kirayəçi ilə birgə təsərrüfat apardığı şəxs vəfat etmiş kirayəçinin yerinə özlərinin mənzilin kirayəçi kimi tanınmasını və yaxud kirayə müqaviləsinin adına bağlanmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Beləliklə, sadalanan normalardan görünür ki, fiziki şəxsin daimi yaşayış yeri üzrə qeydiyyatı onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Fiziki şəxsin qeydiyyatda olduğu yer onun daimi yaşayış yeri sayılır və yaxud şəxs daimi yaşadığı yer üzrə qeydiyyata alınmalıdır. Hazırkı iş üzrə mübahisəli ünvanda iddiaçı ilə bərabər qeydiyyatda olan 42 nəfər fiziki şəxsin iddiaçının və ya mərhum Q.Məmmədovun qan bağı olan ailə üzvləri olduğu müəyyən olunmasa da lakin onların sözügedən ünvanda qeydiyyatda olmaları həmin şəxslərin ünvanda daimi yaşamaları, dolayısı ilə qeydiyyatda olan şəxslərə yaşadıqları ünvanın kirayəçisi olmuş şəxsin ünvana köçürdüyü və kirayəçi ilə birgə təsərrüfat aparan şəxs statusu verilməsinə və yekunda isə kirayəçi ilə birlikdə həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması prosesində iştirak etməyə dair nəticəyə gətirib çıxarması istisna edilmir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə cavabdehin mənzilə dair qeydiyyatda olan digər şəxslərin notariat qaydada təsdiq edilmiş razılıq ərizələrini tələb etməkdə əsaslı olduğunu hesab edir. İddiaçı tərəf həmin ünvanda daimi qeydiyyatda olan şəxslərin faktiki yaşamayan, mənzilə dair hər hansı əşya hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasına nail olma mərhələsini adlayaraq birbaşa yerli icra hakimiyyətinə müraciət edərək onunla mənzil kirayə müqaviləsinin bağlanması və onun mənzilin kirayəçisi qismində tanınmasını tələb etmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddia predmeti olan mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsindən imtinası əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçının sözügedən ünvanda qeydiyyatda olan şəxslərin notariat qaydada təsdiq edilmiş razılıq ərizələrini əldə edildikdən sonra cavabdeh orqana yenidən müraciət etmək hüququ (yeni inzibati icraat) saxlanılır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6855/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6855/2025
18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver