Məhkəmə qərarları › İş №2-1(112)-6859/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6859/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6859/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X29 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı X5, X11, X15, X9, X16, X12, X13, X2. X3, X4, X17, X6 və X7 3-cü şəxs qismində göstərilməklə “qeydiyyatdan çıxarılma” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X5, X11, X15, X9, X16, X12, X13, X2. X3, X4, X17, X6 və X1 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 31.05.2021-ci il tarixli 2-1(112)-6859/2021 saylı qərardadı ilə X5, X11, X15, X9, X16, X12, X13, X2. X3, X4, X17, X6 və X7 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə dəftərxanası vasitəsilə 23.09.2021-ci il tarixdə X10 21 sentyabr 2021-ci il tarixli ərizəsi daxil olmuşdur.Ərizədə həyat yoldaşı X14 vəfat etdiyinə görə məhkəmə işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə AZ-İİ 217247 nömrəli X8 surəti əlavə edilmişdir. İş üzrə məhkəmə iclası 07.10.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclası ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və ərizəçi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin və ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı vəfat etdiyindən və iş üzrə prosessual hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materialında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli AZ-İİ 217247 nömrəli X8 surətindən görünür ki, İddiaçı 22.08.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 09-cu ayının 07-ci günündə 1656 № ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 22.08.2021-ci il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddia tələbi üzrə inzibati işə mahiyyəti üzrə baxıla bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 36.6-cı maddəsinə görə inzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində prosessual hüquq varisliyi ilə bağlı müddəa yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İddiaçı ölümü hazırkı inzibati işin mahiyyəti üzrə baxılmasına mane olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0-261.0.7-ci maddələrinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçı vəfat etdiyindən və iş üzrə prosessual hüquq varisliyinə yol verilmədiyindən İddiaçı cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı X5, X11, X15, X9, X16, X12, X13, X2. X3, X4, X17, X6 və X7 3-cü şəxs qismində göstərilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-cı və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı X5, X11, X15, X9, X16, X12, X13, X2. X3, X4, X17, X6 və X7 3-cü şəxs qismində göstərilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar