Məhkəmə qərarları › İş №2-1(112)-6859/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6859/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6859/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum nənəsi X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X18 İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarı ilə Ləhiş bağları massivinin 70 nömrəli bağ-tikinti kooperativinin təqdim etdiyi xx.xx.1989-cu il tarixli, 30 saylı orderi əsasında bağ təsərrüfatı yaratmaq və bağ tikintisi aparmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi xx.xx.2002-ci il tarixdə vəfat etmiş nənəsi X5 şəxsi mülkiyyətinə verilmişdir. X1 sağ ikən xx.xx.1997-ci il tarixdə Bakı şəhəri, 5 saylı dövlət notariat ofisində 2B-382 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə yazaraq sərəncam vermişdir ki, ölümündən sonra şəxsi mülkiyyətində olan ünvan 1 ünvanındab mülkünü nəvəsi İddiaçı vəsiyyət edir. Bununla mərhum iddiaçını özünün şəxsi əmlakının varisinə çevirmişdir. Bunun əsasında iddiaçı daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri, 17 saylı notariat ofisinə müraciət edərək mərhum nənəsindən miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlakı üzərində miras qoyan X5 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmadığından miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın iddiaçıya verilməsinin təmin olunmasından ötrü xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 17 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********17 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmiş, həmçinin idarənin arxivində mövcud olan xx.xx.2005-ci il tarixli aktda torpaq sahəsinin baxımsız olması səbəbindən X6 ayrılmış 1695a saylı torpaq sahəsinin X9 boş bağlar balansına daxil edilməsi məqsədəuyğun hesab olunmuş, bundan başqa İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlandığı aşkara çıxarılmışdır. Məktubda göstərilənlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən haqqında danışılan 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahişi barədə iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İddiaçının qeyd olunan torpaq sahəsinin uzun müddətdir şəxsi istifadəsində olduğunu və qeyd edilən hasarın da ora babası tərəfindən çəkildiyini bildirmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, ******* seriya nömrəli tədiyyə bildirişindən və iddiaçının adına verilən şəxsi hesab vərəqəsindən görünür ki, mərhumdan iddiaçıya miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə görə 2012-2022-ci illər üzrə hesablanmış vergi məbləğləri və rüsumlar iddiaçı tərəfindən bələdiyyənin büdcəsinə tam ödənilmişdir. Buna görə də onun xx.xx.2022-ci il tarixədək Kürdəxanı bələdiyyəsinin büdcəsinə vergi borcu yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi X6 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, İdarənin arxivində mövcud olan xx.xx.2005-ci il tarixli aktda torpaq sahəsinin baxımsız olması səbəbindən X7 ayrılmış 1695a saylı torpaq sahəsinin X9 boş bağlar balansına daxil olması məqsədəuyğun hesab edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlandığı müəyyən edilmişdir (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********17 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Texniki baxış zamanı torpaq sahəsinin faktiki ölçüsünün 1190.0 kv.metr təşkil etdiyi məlum olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 1190.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum nənəsi X6 məxsus olması barədə arayışın iddiaçıya verilməsi kimi qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********17 saylı məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Yasamal rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ №034220 saylı xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə xx.xx.2003-cü il tarixdə 97 № ilə ölüm akt qeydi aparılmışdır. -24 oktyabr 1997-ci il tarixdə 5 №li notariat kontorasında təsdiq edilən vəsiyyətnamənin dublikatından görünür ki, Bakı şəhəri, 140-cu keçid 3215-ci məhəllə, ev 63-də yaşayan X11 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. -Bakı şəhər 17 saylı Notariat Ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 1695 a saylı sahədə yerləşən torpaq sahəsinə (miras əmlaka) dair İddiaçının adına çıxarışın verilməsi xahiş edilmişdir. -Bağ-tikinti kooperativinin yaradılması və və vətəndaşlara bağ sahələri ayrılması haqqında Bakı şəhər X18 İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 nömrəli qərarının arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, 2 iyun 1988-ci il tarixli sərəncamına uyğun olaraq və Bakı şəhər X13 6/333 saylı, 14 iyun 1988-ci il tarixli qərarı ilə 69-70 saylı bağ-tikinti kooperativlərinin şəxsi heyətinin tərkibinin mnüəyyən edilməsi və onlara bağ sahəsi ayrılması müəyyən edilmişdir. Həmin qərarın 2 nömrəli əlavəsindən görünür ki, 70 nömrəli Ləhiş bağ massivinin üzvlərinin siyahısında X5 adı 30-cu sırada göstərilmişdir. -Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və İstismarı Birliyinin 23 iyun 1989-cu il tarixli 30 nömrəli orderindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsininin xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarına uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 70 nömrəli Bağ-tikinti kooperativindən 0.12 ha torpaq sahəsindən ibarət 1695a saylı bağ sahəsi X5 adına ayrılmışdır. -Kürdəxanı bələdiyyəsi tərəfindən verilmiş 2022-ci il üçün yerli (bələdiyyə) vergilər üzrə şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2012-xx.xx.2022-ci illər üzrə əmlak və torpaq vergisi üzrə ödənişlər etmişdir. -Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubundan bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən ümumi sahəsi 0,12 ha olan 1695 a saylı torpaq sahəsinə digər şəxs tərəfindən rəsmi müraciət edilməsi barədə məlumat aşkar edilməmişdir. Faktiki ərazinin kimin istifadəsində olması və kim tərəfindən hasarlanması barədə məlumat yoxdur. -Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, BŞİH başçısının xx.xx.1992-ci il tarixli, 941 nömrəli sərəncamı məhkəməyə təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, Bağlar təsərrüfatı idarəsi tərəfindən verilən orderlər və həmin orderlərin ləğv edilməsi barədə məlumat Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. -Həmin məktubda əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” 941 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamının təsdiq edilmiş surətində aşağıdakılar göstərilmişdir:

1. Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib edilsin.

2. Akt əsasında abadlıq və beərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrini geri alınsın və onlardakı orderlər etibarsız sayılsın.

3. Geri alınmış bağ sahələri Bağlar təsərrüfatı İdarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilsin. - Sabunçu rayon Nardaran qəsəbəsi üzrə nümayəndəsinin, Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin sədrinin, Sabunçu rayon Maştağa qəsəbə Bələdiyyəsinin, Bakı şəhəri X9 Ləhic ərazisi üzrə nümayəndəsinin, sahə mühəndislərinin iştirakı ilə tərtib edilən xx.xx.2005-ci il tarixli aktdan görünür ki, Ləhic ərazisində 1988-1995-ci illər ərzində ayrıayrı BTK-lar tərkibində paylanmış və həmin günə qədər istifadəsiz qalmış bağ sahələrinin müəyyənləşdirilmsi məqsədilə ərazidə reyd keçirilərək sərəncamda nömrələri qeyd olunan bağ sahələrinin verilən ildən həmin günə qədər istifadə olunmadığı, ətrafı çəpərə alınmadığı, tikinti və abadlıq işlərinin aparılmadığı müəyyən edilərək,...70 saylı BTK tərkibində....X7 verilmiş 1695 a saylı bağ sahələrinin...gələcəkdə zibilxanalara çevrilərək antisanitariyanın qarşısını almaq məqsədilə BŞİH başçısının xx.xx.1992-ci il tarixli 941 saylı Sərəncamına əsasən göstərilən bağ sahələrinə verilmiş orderlərin ləğv olunaraq X9 boş bağların balansına daxil olmasını komissiya üzvləi məqsədəuyğun hesab edirlər. Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 70 nömrəli Bağ- Tikinti Kooperativinin arxiv əsaslarında olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. -Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu əsasında iddiaçının sözügedən torpaq sahəsinin onun adına sənədləşdirilməsi ilə bağlı müraciəti əsasında hazırlanmış daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 30 iyun 2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, göstərilən torpaq sahəsi mişar daşı ilə hasarlanaraq sərhədlənmişdir, tikili yoxdur. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.metr, faktiki 1190.0 kv.metrdir. İşin faktiki hallarından məlum olur ki, Bakı şəhəri X18 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarına əsasən Ləhiş bağları massivinin 70 nömrəli bağ-tikinti kooperativinin təqdim etdiyi xx.xx.1989-cu il tarixli, 30 saylı orderi əsasında bağ təsərrüfatı yaratmaq və bağ tikintisi aparmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1695a saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi iddiaçının mərhum nənəsi X5 adına ayrılmışdır. Cavabdeh inzibati orqan X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin idarənin arxivində aşkar edilmədiyi, İdarənin arxivində mövcud olan xx.xx.2005-ci il tarixli aktda torpaq sahəsinin baxımsız olması səbəbindən X7 ayrılmış 1695a saylı torpaq sahəsinin X9 boş bağlar balansına daxil olmasının məqsədəuyğun hesab edildiyi, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlandığı və iddiaçının istifadəsində olmadığının müəyyən edildiyini səbəb gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı iş üzrə iddiaçının 1695a saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, səlahiyyətli orqan tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli orderə əsasən 70 saylı BTK nəzdindəki Ləhiş baş massivindən 1695 a saylı sahə X1na ayrıldığı müəyyən olunur. Orderin verilməsi üçün əsas olan Bakı şəhər X18 İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 nömrəli qərarının arxiv əsası saxlanılır, o cümlədən Ş.Ələkbərovanın adı sözügedən BTK-nın üzvləri siyahısında aşkar edilir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə aşağıdakıları bildirir. Mübahisəli 1695a saylı bağ sahəsinə dair X8 və İstsmarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin cavabdeh qurumun arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Digər tərəfdən, iş materiallarından da görünür ki, Ş.Ələkbərovaya 1695 a saylı bağ sahəsinin ayrılmasına dair orderin verilməsi üçün əsas olmuş qərar mövcuddur. İddiaolunan 1695a saylı bağ sahəsinin digər şəxs tərəfindən hasarlanması və bağ sahəsinin iddiaçının istifadəsində olmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər dəlil təqdim edilməmiş, ümumiyyətlə bu qənaətin səbəbləri əsaslandırılmamışdır. Belə ki, cavabdeh inzibati orqan məhkəmənin sorğusuna verdiyi cavab məktubunda 1695a saylı bağ sahəsinin kim tərəfindən hasarlanması və bağın kimi istifadəsində olması barədə məlumatın olmadığını bildirmişdir. Əksinə, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasındakı izahatlarında adıçəkilən bağ sahəsinin babası tərəfindən hasaralandığını qeyd etmiş və həmin sahənin torpaq vergisi ödənişlərinin aparılması ilə bağlı sənədləri təqdim etmişdir. Bundan başqa, cavabdehin istinad olunan məktubunda 1695a saylı bağ sahəsinə digər fiziki şəxs tərəfindən rəsmi müraciət edilməsi barədə məlumatın olmadığı bildirilmişdir. Göstərilən hallar, mübahisəli bağ sahəsinin nəticə etibarı ilə iddiaçı tərəfin qanuni istifadəsində olmasını deməyə zəmin yaradır. Cavabdehin İdarənin arxivində olan xx.xx.2005-ci il tarixli akt əsasında torpaq sahəsinin baxımsız olması səbəbindən Ş.Ələkbərovanın adına ayrılmış sözügedən torpaq sahəsinin X9 boş bağlar balansına daxil edilməsi ilə bağlı olan dəlilinə münasibətdə qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 iyun 1992-ci il tarixli 941 nömrəli sərəncamında sözügedən bağ sahəsinin Ş.Ələkbərovanın adına ayrılmasına dair müvafiq orderin etibarsız hesab edilməsinə aid hər hansı məlumat aşkar edilməmişdir. İstinad olunan sərəncam ümumi xarakter daşıyır və iddiaçıya 1695a saylı bağ sahəsinin ayrılması barədə orderin və ya həmin orderin verilməsi üçün əsas olmuş qərarın ləğv edilməsi barədə birbaşa göstəriş yoxdur. Məhkəmə xüsusi olaraq qeyd edir ki, 1996-ci il tarixdə qəbul edilmiş və qüvvədə olan «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göstərilən normanı hazırkı işə tətbiq edilməsi onu deməyə əsas verir ki, 1695 a saylı bağ sahəsi Ş.Ələkbərovanın qanuni əsaslarla istifadəsində olması işin halları ilə müəyyən edildiyindən həmin bağ sahəsi «Torpaq islahatı haqqında» Qanun qüvvəyə mindiyi gündən artıq əvəzsiz olaraq onun xüsusi mülkiyyətinə keçmişdi. Belə olan halda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququna Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin tələblərinə əsasən xitam verilə bilərdi. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci bəndində göstərilir ki, bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Həmin Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə qeyd edir ki, xx.xx.2005-ci il tarixli akt tərtib edildiyi vaxt “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmadığından, həmin dövrdə torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamı məsələləri Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun şəkildə tənzimlənməli idi. Hansı ki həmin normanın tələbindən göründüyü kimi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin istifadə edilməməsinə görə hüquqlara xitam verilməsinə yol verilmir. Belə olan halda cavabdehin istinad etdiyi xx.xx.2005-ci il tarixli akt iddiaçıya ayrılmış torpaq səhəsi üzərində hüquqlarına təsir edə bilən nəticəyə səbəb olan sənəd kimi dəyərləndirilə bilməz. Torpaq sahəsinin faktiki ölçüsünün sənəddən fərqli olaraq 1190.0 kv.m təşkil etməsinə münasibətdə bildirilir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən göründüyü kimi, iddiaçı tələbinin həcmini azaldaraq 1190.0 kv.metr torpaq sahəsi üzərində hüquqlara iddia edir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə hesab edir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 70 nömrəli Bağtikinti kooperativində yerləşən 1190.0 ha torpaq sahəsindən ibarət 1695a saylı bağ sahəsi üzərində hüququn X1na məxsus olması haqqında arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 70 nömrəli Bağ-tikinti kooperativində yerləşən 1190.0 ha torpaq sahəsindən ibarət 1695a saylı bağ sahəsi üzərində hüququn X1na məxsus olması haqqında arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar