Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6863/2021 15.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X3, vəkili X2, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X8 və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “kirayə müqaviləsinin bağlanması üçün sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı X8 üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-ə dair onunla sosialkirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə və sərəncamdan irəli gələn öhdəliyin icrasını isə yəni sosial kirayə müqaviləsinin bağlanmasını Suraxanı Mənzil Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək (dəyişdirərək) məhkəmədən ünvan 1 ünvanına dair onunla sosial-kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Vətən Müharibəsi iştirakçısı kimi və hal-hazırda təxris olunmamış, Vətən Müharibəsi qazisi kimi Suraxanı İcra Hakimiyyətinə sosial kirayə müqaviləsinin onunla bağlanmasına dair ərizə ilə müraciət etmişdir. Suraxanı İcra Hakimiyyətinin 26 aprel 2021-ci il tarixli Ə 123-068 saylı cavab məktubu ilə bildirilmişdir ki, Suraxanı rayonu Qaracuxur qəsəbəsi 4048-ci məhəllə ev 10, mənzil 3 mübahisə predmeti olduğundan müraciətinin həlli RİH-nin səlahiyyətləri xaricindədir. Suraxanı rayonu Qaracuxur qəsəsəbəsi 4048-ci məhəllə ev 10, mənzil 3 mübahisə predmeti olduğu zamandan da qabaq o, həmin ünvanda yaşamışdır, həmin ünvana 2014cü ildə qeydiyyata düşmüşdür və yaşadığı ünvandan hərbi xidmətə cağrılmışdır. Məhkəmə çəkişmələri zamanında mübahisə predmeti olan Suraxanı rayonu Qaracuxur qəsəbəsi 4048/49-cu məhəllə ev 10 mənzil 3-ün hansı təşkilatın balansında olması müəyyənləşdirilməmiş, hətta Suraxanı RİH və Suraxanı MKTB mübahisəni bilmiş, qanunun tələbinə əməl etmədən qərəzli formada susmuşdular. Araşdırmalar zamanı məlum olmuşdur ki, Suraxanı rayonu Qaracuxur qəsəsəbəsi 4048/49-cu məhəllə ev 10 mənzil 3 Dövlət Mənzil Fonduna məxsus olmaqla Suraxanı rayon MKTB-nin balansındadır. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti MKTB Departamentinin 18 may 2021-ci il tarixli 359 saylı cavab məktubunda mübahisəli mənzilin yerləşdiyi binanın Suraxanı MKTB-yə məxsus olduğu təsdiqini tapmışdır. Lakin uzun müddət mübahisə predmeti üzrə məhkəmə çəkişmələri olsa da nə məhkəmələr tərəfindən mənzilin hansı təşkilata məxsus olması aydınlaşdırılmamış, nə də müvafiq təşkilatların öz təşəbbüsləri ilə tərəf kimi məhkəmə proseslərinə cəlb edilməsi barədə məhkəmələrə müraciət edilməmişdir. İddia üzrə 3-cü şəxs X4 “yaşayış veri üzrə pasport qeydiyyatına alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə iddiası 2-saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-2094 №li 23 iyun 2017-ci il tarixli qərarı ilə rədd edilmişdir. Həmin qərardan X8 apellyasiya şikayəti vermiş, Apellyasiya Məhkəməsinin 2-1(103)-2128 saylı 07 dekabr 2017-ci il tarixli qərarı ilə Babayeva Badamxanımın apellyasiya şikayəti təmin edilməmişdir. Yenə də X8 apellyasiya instansiyası məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2-1(102)-632 saylı 10 aprel 2018-ci il tarixli qərarı ilə Badamxanım Əliyevanın kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya İnzibati-İqtisad Kollegiyası yenidən 07 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddia üzrə 3-cü şəxs X5 qarşı X11 tərəfindən verilmiş “yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə” dair iddia tələbi 26 fevral 2015-ci ildə 2(010)-1268 saylı qətnamə ilə təmin edilmiş, X4 Suraxanı rayonu Qaracuxur qəs. 4048/49-ci məhəllə ev 10, mənzil 3-ə olan hüququ itirilmiş hesab edilmişdir. İş üzrə cavabdeh X8 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi 26 avqust 2015-ci il tarixli 2(103)-6040 saylı qərdadı ilə cavabdeh X4 apellyasiya şikayətinin geri qaytarılması barədə Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadı əsaslı hesab edilmiş və qüvvədə saxlanılmış, Ali Məhkəmənin MK-sı 17 noyabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2015-ci il tarixli 2(103)-6040 saylı qərdadını ləgv etmiş iş yenidən baxılmaq ücün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi yenidən işi araşdırmış və 13 yanvar 2016-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır. Babayeva Badamxanım yenidən Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2016-ci il tarixli qərardadından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmə 02 iyun 2016-cı il tarixli 2(102)-2008 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2016-ci il tarixli qərardadını əssaslı hesab etmiş, qüvvədə saxlamışdır. X1 qanuni qüvvəsini almış məhkəmə qərarları ilə yaşayış yeri üzrə pasport qeydiyyatına alınması və yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə İPM-nin 62-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X9 və vəkili X7 ayrı-ayrılıqda məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Üçüncü şəxs X8 məhkəmə iclasında verdiyi izahatında, iddiaçının mübahisəli mənzilə dair heç bir subyektiv hüququnun olmadığının nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və üçüncü şəxsin izahatlarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda X8, X14, X9 həmin ünvanda qeydiyyatdadırlar. Hazırki iddia ərizəsində İddiaçı qeydiyyatda olduğu və yaşadığı Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, ev 10, mənzil 3 ünvanında dair öz adına sosial-kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsinin cavabdeh Suraxanı rayon İH-nə həvalə edilməsini məhkəmədən tələb edir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin iddiaçının vəkili Firdovsə Baxşəliyevaya ünvanladığı 28.04.2021-ci il tarixli 01-9/44 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binası dövlət mənzil fonduna məxsus olmaqla Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18.05.2021-ci il tarixli 359 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin X12 ünvanladığı 26.04.2021-ci il tarixli Ə123-068 saylı məktubunda qeyd olunmuşdur ki, sözügedən mənzilə iddialı olan vətəndaş X4 iddiasına əsasən 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1 (82)-155/2017 saylı, 25.01.2017-ci il tarixli qərarı ilə anası X10 adına kirayə müqaviləsinin bağlanılmasına dair Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27.02.2014-cü il tarixli 22 nömrəli Sərəncamı ləğv edildiyindən və hazırda sözügedən mənzil tərəflər arasında mübahisə predmeti olduğundan müraciətinin həlli RlH-in səlahiyyətləri xaricindədir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, hazırki iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) cavab vermiş olsa da, xüsusi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı mübahisəli mənzil üzrə kirayə müqaviləsinin bağlanması üçün sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3781/2020 №li iş üzrə çıxartdığı 01.07.2021-ci il tarixli qərardaddan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı iş üzrə qəbul etdiyi 26.04.2019-cu il tarixli qətnaməsi ilə X4 iddiasının təmin olunması, Bakı şəhəri, ünvan 7 ünvanından cavabdehlər X14, X9 və İddiaçı çıxarılmaları qət edilmiş, həmin qətnamədən cavabdehlər X9 və X14 tərəfindən birgə verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3781/2021 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı iş üzrə qəbul etdiyi 26.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi X9 tərəfindən imzalanmış kassasiya şikayəti geri qaytarılaraq, kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qərara alınmışdır. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X8 və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “kirayə müqaviləsinin bağlanması üçün sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6863/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6863/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver