Məhkəmə qərarları › İş №2-1(112)-6863/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6863/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6863/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi XXX Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək əmək pensiyasından tutulmanın əsassız edilməsi və tutulmanın dayandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia tələbi “əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Sosial Müdafiə Fodunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 28 dekabr 2024-cü il tarixli 03-17-1/L K- 322060/2024 nömrəli məktubla mənə bildirmişdir ki, “xx.xx.2021-ci il tarixli müraciəti əsasında əmək pensiyanı yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hisəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cii il tarixinədək qeydə alınmış pensiya kapitalı 6364,43 manat (2013-ci il tarixinə indeksləşdirilmiş) hesablamalı olduğu halda, 8513,57 (2013-cii il tarixinə indeksləşdirilmiş) manat nəzərə alınaraq hesablanmışdır”. Cavabdeh həmçinin qeyd edir ki, ((Qanunun 37.3.1-ci maddəsinə əsasən (6 illik) yenidən hesablama zamanı fərdi şəxsi hesabınızın sığorta hisəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2013-cii il tarixindən xx.xx.2019-cu il tarixinədək nəzərə alınmalı olduğu halda, xx.xx.2013-ci il tarixindən 2020-ci il tarixinədək nəzərə alınaraq hesablanmışdır. Cavabdeh bunu əsas gətirərək hər ay pensiyasından 78 (yetmiş səkkiz) manat məbləğində tutur. Pensiyasından tutulmanı əsassız hesab edir. Belə ki, 2013-cü ildə cavabdeh tərəfindən buraxılmış səhvə görə (11 il keçdikdən sonra) iddiaçının pensiyasıdan tutulmanın həyata keçirilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə qeyd etmək istəyir ki, xx.xx.2019-cu ilədək hesablanmalı olduğu halda xx.xx.2020- ci ilədək olan pensiya kapitalı əsasında hesablamanı səhv hesab etmir. Belə ki, son nəticədə iddiaçının pensiyası xx.xx.2020-ci ilin kapitalına uyğun hesablanaraq ödənilməlidir. Pensiya ödənişi vaxtaşırı icra edilməli öhdəlikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü bəndində qeyd olunur ki, “Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir” Qanunvericilik başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iş materiallarına əsasən xx.xx.1950-ci il təvəllüdlü İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-17-1/2-K-322060/2024 saylı məktubu ünvanlanmışdır. Belə ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2013-cü il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək 29 il 3 ay 21 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 6364,43 manat (2013-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, pensiya təyin olunan tarixdən sonra 6 il işlədiyi üçün xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək 11937,25 manat (2019-cu il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 552,98 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 571,78 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Sözügedən maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği xx.xx.2023-cü il tarixdən 588,44 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 674,94 manata, xx.xx.2024-cü il tarixdən 750,53 manata çatdırılıb. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən fərdi şəxsi hesabınının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək qeydə alınmış pensiya kapitalı 6364,43 manat (2013-cü il tarixinə indeksləşdirilmiş) hesablanmalı olduğu halda, 8513,57 (2013-cü il tarixinə indeksləşdirilmiş) manat nəzərə alınaraq hesablanmışdır. Həmçinin, Qanunun 37.3.1-ci maddəsinə əsasən (6 illik) yenidən hesablanma zamanı iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Bundan əlavə olaraq, iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə cavabdeh tərəfindən verilmiş 3-17-1/2-K-20261/2025 saylı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işlədiyi üçün Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının fərdi şəxsi hesabınının sığorta hissəsində qeydə alınmış 17110,10 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında pensiyanın məbləği yenidən hesablanaraq xx.xx.2025-ci il tarixdən 988,17 manat müəyyən edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2013cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək, qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal ıstisrıa olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin eoildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işi qovluğuda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 29 il 3 ay 21 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü ii tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 6364,43 manat (2013-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, pensiya təyin olunan tarixdən sonra 6 il işlədiyi üçün xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək 11937,25 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanı yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 552,98 manat müəyyən edilmişdir. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 571,78 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Sözügedən maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği xx.xx.2023-cü il tarixindən 588,44 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 674,94 manata, xx.xx.2024-cü il tarixdən 750,53 manata çatdırılıb. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək qeydə alınmış pensiya kapitalı 6364,43 manat (2013-cü il tarixinə indeksləşdirilmiş) hesablanmalı olduğu halda, 8513,57 (2013-cü il tarixinə indeksləşdirilmiş) manat nəzərə alınaraq hesablanmışdır. Həmçinin, Qanunun 37.3.1-ci maddəsinə əsasən (6 illik) yenidən hesablanma zamanı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək nəzərə alınmalı olduğu halda, xx.xx.2013-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanın məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

6. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş qərarlar: -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 172 nömrəli xx.xx.2013-cü il tarixli qərarına əsasən xx.xx.2013-cü il tarixindən yaşa görə ömürlük pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən 552,08 manat pensiya məbləği yenidən hesablanaraq 612,12 manat təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən 828,53 manat pensiya məbləği yenidən hesablanaraq 750,53 manat təyin edilmişdir.

7. Məhkəmə iclası zamanı izahat verən Daxili nəzarət və inventarlaşdırma departamentinin Əmək pensiyaları inventarlaşdırması şöbəsinin aparıcı mütəxəssisi X1 bildirimişdir ki, xx.xx.1950 -ci il təvəllüdlü İddiaçı Abdülkərim oğlunun yaşa görə əmək pensiyası hüququ xx.xx.2013-cü il tarixdən yaranmışdır. Vətəndaşın yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdə qüvvədə olmuş "Əmək pensiyaları haqqında" AR Qanununun 7-ci, 10-cu və 27-ci maddələrinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı qaydada hesablanırdı. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 əy). 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilib: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH yaşa görə əmək pensiyasının yığım hissəsidir. Vətəndaşın xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə DSMF-yə könüllü sığorta haqları üzrə ödənişləri barədə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində məlumat müəyyən edilməmişdir. xx.xx.2006-cı il tarixədək 29 il 3 ay 21 gün staja görə pensiya kapitalı- (29+3:12+21:30:12) x 170 = 29,31 x 170 = 4982,70 manat 2019-cu il tarixə indeksləşdirilərək 4982,70+108,3%+116,7%+120,8%+101,5%+105,7%+107,9%+101,1%+102,4%+101,4%+ 104%+112,4%+10 5,7%+103%=11774,88 manat olmuşdur. xx.xx.2019-cu il tarixə staja görə pensiyanın sığorta hissəsinin məbləği (SH)-11774,88 :144 ay = 81,77 manat; xx.xx.2019-cu il tarixə pensiyanın baza hissəsinin məbləği (BH)-110 manat + 105,7% + 103 %= 119,76 manat; xx.xx.2006- xx.xx.2013-cü illər dövrü üzrə toplanmış pensiya sığorta kapitalına (PSKnın 50 faizi) əsasən xx.xx.2019-cu il tarixə pensiyanın sığorta hissəsinin məbləği 21576,94 : 1,8 :144 ay = 83,24 : 102,2%:108,8% : 113,9% : 106,7% : 102,8% : 102,6% = 58,40 manat təşkil edir. Vətəndaşın xx.xx.2018-ci il tarixli müraciətinə əsasən 6 illiklə əlaqədar xx.xx.2013xx.xx.2019-cu illər dövrünün PSK-sı 72 aya bölünməklə hesablanmış pensiyanın sığorta hissəsinin məbləği xx.xx.2019-cu il tarixə 17014,24 : 72= 236,31 : 102,2%:108,8% : 113,9% : 106,7% : 102,8% : 102,6% = 165,80 manat təşkil edir. "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinə əsasən 6 illiklə əlaqədar xx.xx.2019-xx.xx.2025-cı illər dövrünün pensiya sığorta kapitalı 72 aya bölünməklə hesablanmış pensiyanın sığorta hissəsinin məbləği xx.xx.2025-ci il tarixə 18249,41: 72= 253,46 təşkil edir. xx.xx.2019 -119,76 (BH)+58,40 (SH-1)+ 165,80 (SH-2)+81,77 (SH-staj)=425,73 manat; (6 illik) xx.xx.2020 - 425,73 x 116,6%=496,40 manat; xx.xx.2021 - 496,40 x 111,4%=552,99 manat; xx.xx.2022 - 552,99 x 103,4%=571,79 manat; xx.xx.2023 - (571,79+16,66) x 114,7%=674,95 manat; xx.xx.2024 - 674,95 x 111,2%=750,55 manat; xx.xx.2025 - 750,55 x 108,1% +253,46 (SH-3) =1064,81 manat Vətəndaşın xx.xx.2018-ci il tarixli müraciətinə əsasən "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq 6 illiklə əlaqədar xx.xx.2013-xx.xx.2019-cu illər dövrünün pensiya sığorta kapitalı nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin məbləği yenidən hesablanaraq xx.xx.2019- cu il tarixə pensiyanın məbləği 412,65 manat müəyyən edilmişdir. Vətəndaşın növbəti xx.xx.2021-ci il tarixli müraciətinə əsasən pensiya məbləğinin yenidən hesablanmışdır. Pensiyanın məbləği yenidən hesablanarkən aşağıdakı riyazi səhvlərə yol verilmişdir: Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Pensiya" Alt Sistemindən 2021-ci il vəziyyətinə çıxarılmış vətəndaşın pensiya sığorta kapitalı üzrə hesablama aparılarkən xx.xx.2006-xx.xx.2013-cü illər dörünün PSK-sına əsasən pensiyanın sığorta hissəsinin məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, 2021-ci il tarixə müəyyən edilən sığorta hissənin məbləği (8870,52:144=61,60 manat 2018-ci il vəziyyətinə (geriyə indeksləşdirməklə 61,60:1,028:1,026:1,03=58,40) hesablamaq əvəzinə 2021-ci il vəziyyətinə hesablanmış (8870,52:144=(61,60:1,028:1,026)+16,6%+ll,4%=75,86) məbləği 2018-ci il tarixdən pensiyanın sığorta hissəsinə əlavə edilərək 2018-ci ildən 2021-ci il tarixədək (+3%, +16,6%,+11,4%-lə) təkrar indeksləşdirilmişdir. Bu hesablama zamanı vaxtı ilə 6 illiklə əlaqədar nəzərə alınmış PSK-nın dövrü altı il əvəzinə yeddi illik dövrü əhatə etməklə xx.xx.2013-xx.xx.2020-ci illər dövrünün kapitalını 72-yə bölərək 14664,72:72=203,68:1,028:1,026=193,11 manat məbləğdə sığorta hissəsi müəyyən edilmişdir. 6 illik dövr 2013-2018-ci illəri əhatə etməsinə baxmayaraq, 2019-cu ilin kapitalı nəzərə alınmamalı olduğu halda həmin kapitala əsasən (2074,17:72=28,81 manat) müəyyən edilmiş sığorta hissə də 2019-cu il tarixdən pensiyanın sığorta hissəsinə əlavə edilərək indeksləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə pensiyanın yenidən hesablanması zamanı yol verilmiş riyazi səhvlər nəticəsində Mərkəzi Filial tərəfindən aparılan xidməti araşdırma tarixinədək (son 3 il ərzində) vətəndaşa 2.454,90 manat məbləğdə artıq vəsait ödənilmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

10. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi ilə bağlıdır.

11. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən 828,53 manat pensiya məbləği yenidən hesablanaraq 750,53 manat təyin edilmişdir.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

16. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);

17. İddiaçı iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilməsi ilə bağlıdır.

18. Cavabdeh tərəfindən bildirilmişdir ki, xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək qeydə alınmış pensiya kapitalı 6364,43 manat (2013-cü il tarixinə indeksləşdirilmiş) hesablanmalı olduğu halda, 8513,57 (2013-cü il tarixinə indeksləşdirilmiş) manat nəzərə alınaraq hesablanmışdır. Həmçinin, Qanunun 37.3.1-ci maddəsinə əsasən (6 illik) yenidən hesablanma zamanı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək nəzərə alınmalı olduğu halda, xx.xx.2013-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanın məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir.

19. Belə ki, 2021-ci il tarixə müəyyən edilən sığorta hissənin məbləği (8870,52:144=61,60 manat 2018-ci il vəziyyətinə (geriyə indeksləşdirməklə 61,60:1,028:1,026:1,03=58,40) hesablamaq əvəzinə 2021-ci il vəziyyətinə hesablanmış (8870,52 : 144 = (61,60 : 1,028 : 1,026) + 16,6% + 11,4%=75,86) məbləği 2018-ci il tarixdən pensiyanın sığorta hissəsinə əlavə edilərək 2018-ci ildən 2021-ci il tarixədək (+3%, +16,6%,+11,4%-lə) təkrar indeksləşdirilmişdir.

20. İlk dəfə yenidən hesablama zamanı nəzərə alınan pensiya kapitalının məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, pensiya kapitalının indeksləşidirilməsi qaydası ilə bağlıdır və cavabdeh tərəfindən bildirilənlər iddiaçının inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hal kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, nəzərə alınan pensiya kapitalına münasibətdə iddiaçının etimadının qorunması hüququnu istisna edən hər hansı hal mövcud deyildir.

21. Məhkəmə qeyd edir ki, İddiaçı hazırda işləməyən əmək pensiyaçısıdır və bu əsasla əmək pensiyasının yenidən hesablanması hüququna malikdir. Cavabdeh orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək olan dövrü nəzərə almalı olduğu halda, bu dövrü xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilədək əmək pensiyasını yenidən hesablamış və “artıq ödəmə” yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının əmək pensiyasını 2025-ci il tarixində yenidən hesablayan zaman iddiaçının fərdi vəziyyətini nəzərə alaraq cavabdeh orqan qeyd edilənləri aradan qaldırmaq, yəni xx.xx.2020-xx.xx.2025 münasibətdə yenidən hesablama həyata keçirmək imkanı mövcuddur. Aydındır ki, toplananların yeri dəyişəndə cəm dəyişmir. Yəni iddiaçının növbəti dövr üçün əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2019-cu ildən deyil, xx.xx.2020-ci il tarixdən hesablanmaqla yol verilmiş uyğunsuzluğu iddiaçının hüquqlarını pozmadan və ona hər hansı narahatlıq yaşatmadan, özündən asılı imkanlarla aradan qaldırıla bilərdi.

22. Həmçinin məhkəmə hesab edir ki, faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt “İnzibati icraat haqqında” Qanunun tələbləri (maraqlı şəxsi icraata cəlb etmək, onun dinlənilmə hüququnu təmin etmək və s.) riayət edilmədən qəbul edildiyi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilməmişdən öncə iddiaçıya bildiriş göndərilməmiş, şəxs inzibati icraata dəvət edilməmiş və dinlənilmə hüququ pozulmuşdur.

23. “İnzibati icraat haqqında” Qanundan: 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

24. Məhkəmə qeyd edir ki, işin hallarına əsasən İddiaçı dinlənilmə hüququnu istisna edən qanuni müddəa olmamışdır.

25. Həmçinin məhkəmənin mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.

55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.

56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).

58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”.

26. “İnzibati icraat haqqında” qanundan: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

27. Məhkəmə hesab edir ki, şəxsə münasibətdə əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh qurum faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: -inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: i) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli, ii) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; iii) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (i)və (ii) halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin (iii) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur.

28. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilməlidir.

29. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin hazırki iş üzrə cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar