Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6865/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X18 Qeydiyyatı İdarəsinə qarşı “X18 reyestrindən çıxarılma” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya X18 reyestrindən çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X18 Qeydiyyatı İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarların xx.xx.2023-cü il tarixli ümumi yığıncağında Cəmiyyətin ləğv edilməsi haqqında qərar qəbul edilmişdir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-1.4-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitəsi ilə elan verilmiş və səhmdarlara bu barədə yazılı bildiriş göndərilmişdir). Həmçinin ümumi yığıncağın qərarı ilə ləğvetmə komissiyası yaradılmışdır. "xxxx" ASC-nin ləğvetmə komissiyası təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü X18 qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (Vergilər Departamentinin müvafiq idarəsinə) təqdim etmişdir. X18 qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “X18 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq X18 reyestrinə daxil etmişdir. Daha sonra mülki qanunvericiliyin tələblərinə görə Ləğvetmə komissiyası “Vergilər” qəzetində hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirmişdir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilmişdir. Daha sonra kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası aralıq ləğvetmə balansını tərtib edərək təsdiq etmişdir. Kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra Cəmiyyətin ləğvetmə komissiyası ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı tərtib etmişdir. Bundan sonra Cəmiyyətin səhmdarlarının xx.xx.2023-cü il tarixdə ümumi yığıncağı keçirilmiş (yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilmiş və səhmdarlara bu barədə yazılı bildiriş göndərilmişdir) və ümumi yığıncaqda Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi, qalıq pul vəsaitinin səhmdarlar arşında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, səhmlərinin ləğv edilməsi və dövriyyədən çıxarılmasına dair məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Həmçinin, Ləğvetmə komissiyasına Cəmiyyətdə son haqq-hesabın aparılması üçün Vergilər Nazirliyinə müraciət etmək və qanunvericiliyə uyğun olaraq digər zəruri hərəkətləri etməyə dair səlahiyyətlər verilmişdir. "xxxx" ASC-nin səhmdarlarına əmlak payı kimi düşən pul vəsaiti 6.911 manat məbləğində müəyyənləşdirilmişdir. Cəmiyyətin səhmdarların xx.xx.2023-cü il tarixdə keçirilən ümumi yığıncaqda majoritar səhmdarın təklifinə əsasən hər bir səhm üçün 7.0 manat məbləğində ödənilməsi qərara alınmış və pul vəsaiti minor səhmdarlara 7.0 manat məbləğində hesablanmaqla ödənilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, 6-1-22/2- 993/2024 saylı məktuba əsasən "xxxx" ASC-nin qiymətli kağızların dövlət reyestrindən hər birinin nominal dəyəri 2 manat olan 18.932 ədəd səhmi dövriyyədən çıxarılmışdır. xx.xx.2024-cü tarixli qiymətli kağızlarının ləğv edilməsinə dair akta əsasən Milli Depozit Mərkəzi tərəfindən "xxxx" ASC-nin qiymətli kağızları ləğv edilmişdir. Hazırda Cəmiyyətin dövriyyədə heç bir səhmi qalmamış və səhmdarlarla hesablaşma başa çatmışdır. Cəmiyyətin ləğvi prosesi başa çatdığı üçün "xxxx" ASC tərəfindən kommersiya X18 reyestrindən çıxarılması üçün sənədləri Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinə təqdim etmək istəsə də, sənədləri qəbul etmədilər. Səbəb kimi hazırda Cəmiyyətə qarşı məhkəmə mübahisəsinin olduğu əsas gətirildi. Bakı Kommersiya Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi tərəfindən qərarlar qəbul ediuldikdən sonra məktubla Milli Gəlirlər Departamentinə müraciət edilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X18 Qeydiyyatı İdarəsinin 3-21-2-2-1/2-41746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kommersiya qurumunun reyestrdən çıxarılmasından imtina edilmişdir. İlk olaraq qeyd edirilir ki, Azərbaycan Respublikasında inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq məqsədilə “İnzibati icraat haqqında” Qanun qəbul edilmişdir. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İmtinaya səbəb kimi, aşağıdakılar göstərilmiş və cavabdeh həmin “əsaslarla” imtinanı “əsaslandırılmağa” cəhd edilmişdir: “... Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə balansının, Cəmiyyətinin qalıq pul vəsaitinin səhmdarlar bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, Cəmiyyətin səhmlərinin ləğv edilməsi və dövriyədən çıxarılması və digər məsələlər dair növbədənkənar ümumi yığıncaq keçirilsə də, ümumi yığıncağın çağırılması ilə bağlı 26 iyul 2023-cü il tarixində verilən elanda xx.xx.2023-cü il tarixində keçiriləcək iclasın növbəti ümumi yığıncaq olması göstərilmişdir... ” xx.xx.2023-cü il tarixində keçirilmiş ümumi yığıncaq növbəti ümumi yığıncaq olmuşdur. Belə ki, Mülki Məcəllənin 107-1.4-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Buna əsasən, 26 iyul 2023-cü il tarixində qazetdə növbəti ümumi yığıncağın keçirilməsi haqda elan verilmiş və xx.xx.2023-cü il tarixində keçirilən ümumi yığıncaq növbəti olmuşdur. Kağız formasında tərtib edilmiş protokolda texniki səhv ucbatınadan ümumi yığıncağın növbəti əvəzinə növbədənkənar göstərilməsi imtinaya səbəb olmaz (protokol əlavə edilir). Daha sonra “...Ümumi yığıncağın keçirilməsi ilə bağlı səhmdarlara bildirişin göndərilməsini təsdiq edən sənəd təqdim olunmamışdır...” xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 1 saylı Poçt Şöbəsi (AZ1001) vasitəsi ilə hər bir səhmdara bildiriş göndərilmişdir, (səhmdara göndərilən bildirişin forması və poçt qəbzi əlavə edilir SS832890574-dan SS832891084qədər). Daha sonra “...Həmçinin iclasda iştirak edən səhmdarlardan 7-nin etibarnamə əsasında iştirak etdiyi göstərilsə də, yalnız 2 səhmdarın adından verilən etibarnamə təqdim olunmuşdur...” Vergilər İdarəsinə sənədlər təqdim edilən zaman bizə bildirilmişdir ki, iki etibarnamə kifayət edir. Hazırda, 7 etibarnamənin surəti iddia ərizəsinə əlavə edilir. Səhmdarlar tərəfindən verilmiş bütün Etibarnamələrin surəti ümumi yığıncağın protokoluna əlavə edilmişdir. Daha sonra “...Major səhmdar olan X13 118996 manat kassa-məxaric orderi vasitəsi təqdim olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-9 nömrəli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında”nın təsdiq edilməsi haqqında Qərarına əsasən kassa-məxaric orderi ciddi hesabat blankı hesab olunmur və ödənişi təsdiq edən sənəd kimi qəbul edilə bilməz..” Cəmiyyətə məxsus əmlak daşınmaz əmlak 135.000 manata satılmışdır. Daxil olmuş pul vəsaitindən vergilər və kreditor borcları ödənilmişdir. Qalıq pul vəsaiti səhmdarlar arasında bölüşdürülmüşdür. Məlumdur ki, son vaxtlar Azərbaycan Respublikısı ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesblaşmaların şəffaflığın artıtılması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə nağd pul hesablaşmalırının nağdsız hesablaşmalarla əvəzlənməsi proseduru həyata keçirilir. Bu məqsdədlə səhmdarlara bildirilmişdir ki, pul vəsaitinin köçürülməsi üçün bank hesabının ləğvetmə komissiyasına təqdim edilməsi zəruridir. Lakin, səhmdarlar tərəfindən bank hesabı təqdim olunmadığı üçün az səhm payına malik olan səhmdarlara düşən pul vəsaiti poçt vasitəsilə ödənilmişdir. Major səhmdar olan X13 isə düşən pul vəsaiti çox olduğu və poçt şöbəsi tərəfindən böyük məbləğdə olan vəsaiti qəbul etməkdən imtina etdiyi üçün pul vəsaiti nağd şəkildə verilmiş və təsdiq etmək məqsədilə kassa-məxaric orderindən istifadə edilmişdir (kassa-məxaric orderi əlavə edilir). Daha sonra “...Bundan başqa, xx.xx.2023-cü il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə əsasən Cəmiyyətin səhmdarları siyahısında olan və 8 səhm sahibi olan X7 56 manat məbləğində olan pulun ödənilməsini təsdiq edən poçt qəbzi təqdim edilmiş, qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən xx.xx.2023-cü il tarixli hesabatda adı çəkilən sahib olduğu səhmlərin sayı 18, ödənilməli məbləğ kimi isə 126 manat kimi göstərilmiş, beləliklə uyğunsuzluq aşkar ed İmişdir...” xx.xx.2023-cü il tarixində səhmdar X7 8 səhminə görə 56 manat məbləğində pul vəsaiti poçt vasitəsi ilə göndərilmişdir. Aşkar edilmiş uyğunsuqluq texniki səhv xarakteri daşıyır və imtinaya səbəb ola bilməz (poçt qəbzi əlavə edilir). Daha sonra “...X2 pulun göndərilməsini təsdiq edən poçt qəbzi sənədlərə əlavə olunmamış, eyni zamanda adı MDM çıxarışında səhmdarlarının siyahısında olmayan X12 392 manat məbləğində pulun göndərilməsini təsdiq edən poçt qəbzi təqdim olunmuşdur...” Kağız üzərində olan texniki səhv imtinaya səbəb ola bilməz. Belə ki, əvvəla ümumi yığıncağın keçirilməsi haqda bildiriş X11 göndərilmişdir. Bundan əlavə ümumi yığıncaqda qəbul edilmiş qərarlar barədə məlumat hər bir səhmdara, o cümlədən X11 elan edilmişdir. Elan haqda məlumat poçt vasitəsilə göndərilmişdir. Beləlilikldə qəbul edilmiş qərarlar haqda X15 xəbərdar olmuşdur. Daha sonra “...Bundan əlavə, hesabata əsasən səhmdar X6 28 manat məbləğində pul göndərilməli olsa da, poçt qəbzində bu məbləğ 14 manat kimi görünür. xx.xx.2023-cü il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə əsasən X9 4 səhmə malkidir. Riyazi hesablaşmada səhv getdiyi üçün, həmin səhv aradan qaldırılmış və əlavə olaraq X6 14 manat göndərilmişdir (poçt qəbzi əlavə olunur). Daha sonra “...Eyni zamanda hesabatı yalnız ləğvetmə komissiyasının sədri imzalamışdır...” Hesabatı ləğvetmə komissiyasının sədri tərəfindən və ləğvetmə komissiyasının digər üzvləri tərəfindən imzalanmasında heç bir maneəçilk yoxdur. Ləğvetmə komissiyasının sədri komissiyanın iclasında qəbul edilmiş qərarların icrasını təmin etmiş və qanuni təmsilçi kimi ümumi yığıncaqda hesabatı təqdim etmişdir. Ümumiyyətlə bir qayda olaraq bütün maliyyə-təsərrüfat faəliyyəti ilə bağlı hesabatları Cəmiyyətin vəzifəli şəxsləri, yəni qanuni təmsilçi (sədr və sair) və baş mühasib imzalayır. Bu halda baş mühasib olmadığı üçün yalnlz ləğvetmə komissiyasının sədri imzalamışdır. Bu isə hesabatın əsassızlığına səbəb olacaq fakt deyildir. Daha sonra “...Lakin müvafiq möhür və fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış dövlət orqanına təhvil verilməmişdir... ” “X18 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2.3-1 -ci maddəsinə əsasən fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayışın tələb olunması 29 iyun 2022-ci il tarixli 575-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu və Milli Arxiv İdarəsinin “6“ iyul 2023-cü il tarixli “Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının və onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyasının fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin dövlət arxiv xidməti təşkilatına təhvil verilməsinə dair Arayışın Forması”nın təsdiq edilməsi haqqında qərarı ilə tənzimlənir. Yuxarıda qeyd etdiyimiz kimi, "xxxx" ASC-nin səhmdarların xx.xx.2023-cü il tarixli ümumi yığıncağında Cəmiyyətin ləğv edilməsi haqqında qərar qəbul edilmiş və Cəmiyyətin ləğvi barədə məlumat X18 reyestrinə xx.xx.2023-cü il tarixində daxil edilmişdir. Nəzərə alsaq ki, hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının və onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyasının fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin dövlət arxiv xidməti təşkilatına təhvil verilməsinə dair Arayış 06 iyul 2023-cü il tarixində təsdiq edilmişdirsə, onda arayış "xxxx" ASC-dən tələb oluna bilməz. Buna baxmayaraq Milli Arxiv İdarəsinin Bakı filialında olmuşuq və həmin idarədə bizə bildirilmişdir ki, ümumiyyətlə tələb olunan araryışın verilməsi proseduruna xx.xx.2024-cü il tarixdə başlanacaqdır. Daha sonra “..."xxxx" Açıq Səhmdar Cəmiyyətinin qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı xx.xx.2023-cü il tarixində qəbul olunsa da, sənədlər xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Bununla əlaqədar bildirilir ki, “X18 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2.4-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv olması barədə məlumatların X18 reyestrinə daxil edilməsi səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı təqdim olunur. Öz növbəsində Mərkəzi Bankının öz mövcud proseduru var. Belə ki, ilk olaraq Mərkəzi Banka ASC-yə məxsus olan səhmlərin dövriyyədən çıxarılmasına və ləğv edilməsinə dair qiymətli kağızların mülkiyyətçilərinin reyestrində müvafiq qeydlərin aparılması üçün qərar qəbul edilməsindən ötrü müraciət edilir. Bundan sonra Milli Depozit Mərkəzinə ASC-yə məxsus səhmlərin səhmdarlarının hesabından emitentin emissiya hesabına ötürülməsinə və həmin hesabdan silinməsinə dair müraciət edilir. Milli Depozit Mərkəzindən cavab alındıqdan sonra yenidən Mərkəzi Banka ASC-yə məxsus olan adi adlı səhmlərin dövriyyədən çıxarılmasına və ləğv edilməsinə dair qiymətli kağızlar mülkiyyətçilərinin reyestrində müvafiq qeydlərin aparılması üçün qərar qəbul edilməsindən ötrü müraciət edilir. Mərkəzi Bank tərəfindən səhmlərin ləğv edilməsi haqda müvafiq arayış təqdim edildikdən sonra yenidən Milli Depozit Mərkəzinə səhmlərin emitentin emissiya hesabından silinməsi və müqaviləyə xitam verilməsi ümün müraciət edilir. Bütün prosedurlar bitdikdən sonra səhmlər ləğv olunur. Beləliklə vergi orqanına tələb olunan bütün sənədlərin əldə edilməsinə uzun müddət tələb olunur. Daha sonra “...Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəf olduğu və halhazırda davam edən 2-2(103)-1236/2024, 2-2(102)-741/2024 və e-2-1(112)-15940 nömrəli olmaqla 3 məhkəmə işin olması müəyyən edilmişdir. Bununla əlaqədar bildirilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəmə işi olsa belə (2-2(103)-1236/2024 saylı iş yekunlaşdırılmışdır, e-2-1(112)-15940 (üçüçncü şəxsdir)), cəmiyyətin ləğv edilməsinə heç bir aidiyyatı yoxdur və cəmiyyətin ləğv edilməsinin qadağan edilməsinə dair məhkəmə qərarı yoxdur. Beləlikədə sadalanan faktlar və əlavə edilmiş sübutlar onu göstərir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X18 Qeydiyyatı İdarəsinin 3-21-2-2-1/2-41746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli imtina qərarı əsassızdır, imtina sadəcə olaraq formal xarakter daşıdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Halbuki “X18 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.6-cı maddəsinə əsasən təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur. Lakin,.yuxarıda qeyd etdiyimz kimi, X18 Qeydiyyatı İdarəsi birbaşa imtina qərarı verir, bu da bir başa “İnzibati icraat haqqında” Qanunun maddələrinin tələbləri pozulması deməkdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X18 Qeydiyyatı İdarəsinin “Kommersiya qurumunun reyestrdən çıxarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “Cəmiyyət”) ləğvetmə komissiyasının sədri tərəfindən Cəmiyyətin ləğv edilməsi və bununla əlaqədar olaraq qurumun reyestrdən çıxarılması ilə əlaqədar X18 qeydiyyatı idarəsinə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Məcəllə) 59.6-cı maddəsinə əsasən hüquqi şəxsin ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın X18 reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi barədə məlumat X18 reyestrinə xx.xx.2023-ci il tarixdə daxil edilmiş və xx.xx.2024-cü il tarixdə bir il müddəti keçdiyi üçün qanunvericiliyin tələbindən irəli gələrək ləğvetmə prosesindən çıxarılmışdır. Bundan əlavə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə balansının, Cəmiyyətinin qalıq pul vəsaitinin səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, Cəmiyyətin səhmlərinin ləğv edilməsi və dövriyədən çıxarılması və digər məsələlərə dair növbədənkənar ümumi yığıncaq keçirilsə də, ümumi yığıncağın çağırılması ilə bağlı 26 iyul 2023-cü il tarixində verilən elanda xx.xx.2023-cü il tarixində keçiriləcək iclasın növbəti ümumi yığıncaq olması göstərilmişdir. Ümumi yığıncağın keçirilməsi ilə bağlı səhmdarlara bildirişin göndərilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Həmçinin iclasda iştirak edən səhmdarlardan 7-nin etibarnamə əsasında iştirak etdiyi göstərilsə də, yalnız 2 səhmdarın adından verilən etibarnamə təqdim olunmuşdur. Mülki Məcəllənin 107-3.1-ci maddəsinə əsasən səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Eyni zamanda qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən xx.xx.2023-cü il tarixli hesabata (bundan sonra-hesabat) əsasən dövrün sonuna qalıq məbləği 130840 manat müəyyən edilmiş və bu məbləğdən hər bir səhmdarın reyestrdə əks olunan payına mütənasib olaraq müəyyən edilmiş məbləğ 52 səhmdara poçt vasitəsilə göndərilmişdir. Həmin məbləğlərin göndərilməsi barədə xx.xx.2023-cü il tarixli müvafiq poçt qəbzləri sənədlərə əlavə edilərək qeydiyyat orqanına təqdim edilmişdir. Major səhmdar olar X13 118996 manat kassa-məxaric orderi vasitəsilə təqdim olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında”nın təsdiq edilməsi haqqında Qərarına əsasən kassa-məxaric orderi ciddi hesabat blankı hesab olunmur və ödənişi təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Bundan başqa, xx.xx.2023-cü il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə (bundan sonra- MDM çıxarışı) əsasən Cəmiyyətin səhmdarları siyahısında olan və 8 səhm sahibi olan X8 56 manat məbləğində olan pulun göndərilməsini təsdiq edən poçt qəbzi təqdim edilmiş, qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən xx.xx.2023-cü il tarixli hesabatda adı çəkilən şəxsin sahib olduğu səhmlərin sayı 18, ödənilməli məbləğ kimi isə 126 manat kimi göstərilmiş, beləliklə uyğunsuzluq aşkar edilmişdir. X2 pulun göndərilməsini təsdiq edən poçt qəbzi sənədlərə əlavə olunmamış, eyni zamanda adı MDM çıxarışında səhmdarların siyahısında olmayan X12 392 manat məbləğində pulun göndərilməsini təsdiq edən poçt qəbzi təqdim olunmuşdur. Bundan əlavə, hesabata əsasən səhmdar X6 28 manat məbləğində pul göndərilməli olsa da, poçt qəbzində bu məbləğ 14 manat kimi görünür. Eyni zamanda hesabatı yalnız ləğvetmə komissiyasının sədri imzalamışdır. Məcəllənin 61.8-ci maddəsinin göstərişinə əsasən bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. Bundan başqa, qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi "xxxx" ASC-nin ləğvetmə komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiqlənmişdir. Lakin hesabat ilə ləğvetmə komissiyasının qərarı arasında məbləğlərlə bağlı uyğunsuzluq aşkar edilmişdir. Digər bir uyğunsuzluq isə Cəmiyyətin ləğvetmə balansı ilə səhmdarlara təqdim olunan məbləğlər arasında müəyyən edilmişdir. “X18 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədi, hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əslini, üzərində «ləğv prosesindədir» yazılmış möhürü, fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayışı, səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun arayışı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Lakin müvafiq möhür və fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış qeydiyyat orqanına təhvil verilməmişdir. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı xx.xx.2023-cü il tarixində qəbul olunsa da, sənədlər xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəf olduğu və hal-hazırda davam edən 2-2(103)-1236/2024 nömrəli, 2-2(102)-741/2024 nömrəli və e-2-1 (112) -15940/2024 nömrəli olmaqla 3 məhkəmə işinin olması müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “X18 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsini rəhbər tutaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin reyestrdən çıxarılmasından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, "xxxx" ASC-nin ləğv edilməsi və bununla əlaqədar qurumun dövlət reyestrindən çıxarılması üçün xx.xx.2024-cü il tarixli **********720400 nömrəli müraciət qeydiyyat idarəsinə daxil olmuş və müraciətin nəticəsində “X18 qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 11.3.1ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-41746/2024 nömrəli qurumun reyestrdən çıxarılmasından imtina edilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmənin diqqətinə çatdırılır ki, dövlət reyestr məlumatlarına əsasən "xxxx" ASC hazırda ləğv prosesində deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Məcəllə) 59.6-cı maddəsinə əsasən hüquqi şəxsin ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın X18 reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi barədə məlumat X18 reyestrinə xx.xx.2023-ci il tarixdə daxil edilmiş və xx.xx.2024-cü il tarixdə bir il müddəti keçdiyi üçün qanunvericiliyin tələbindən irəli gələrək ləğvetmə prosesindən çıxarılmışdır. Təqdim edilmiş sənədlərə baxış keçirilməsi zamanı "xxxx" ASC-nin ləğvetmə balansının, Cəmiyyətinin qalıq pul vəsaitinin səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, Cəmiyyətin səhmlərinin ləğv edilməsi və dövriyədən çıxarılması və digər məsələlərə dair növbədənkənar ümumi yığıncaq keçiriləsə də, ümumi yığıncağın çağırılması ilə bağlı xx.xx.2023-cü il tarixində verilən elanda xx.xx.2023-cü il tarixində keçiriləcək iclasın növbəti ümumi yığıncaq olması müəyyənləşdirilmişdir. Bundan başqa, ümumi yığıncağın keçirilməsi ilə bağlı səhmdarlara bildirişin göndərilməsini təsdiq edən sənəd qeydiyyat orqanına təqdim olunmamışdır. Həmçinin iclasda iştirak edən səhmdarlardan 7-nin etibarnamə əsasında iştirak etdiyi göstərilsə də, yalnız 2 səhmdarın adından verilən etibarnamə təqdim olunmuşdur. Mülki Məcəllənin 107-3.1-ci maddəsinə əsasən səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Eyni zamanda qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən xx.xx.2023-cü il tarixli hesabata (bundan sonra- hesabat) əsasən dövrün sonuna qalıq məbləği 130840 manat müəyyən edilmiş və bu məbləğdən hər bir səhmdarın reyestrdə əks olunan payına mütənasib olaraq müəyyən edilmiş məbləğ 52 səhmdara poçt vasitəsilə göndərilmişdir. Həmin məbləğlərin göndərilməsi barədə xx.xx.2023-cü il tarixii müvafiq poçt qəbzləri sənədlərə əlavə edilərək qeydiyyat orqanına təqdim edilmişdir. Belə ki, major səhmdar olan X13 ödəniş 118996 manat kassa- məxaric orderi vasitəsilə təqdim olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında”nm təsdiqedilməsi haqqında Qərarına əsasən kassa-məxaric orderi ciddi hesabat blankı hesab olunmur və ödənişi təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Bundan başqa, xx.xx.2023-cü il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə (bundan sonra- MDM çıxarışı) əsasən Cəmiyyətin səhmdarları siyahısında olan və 8 səhm sahibi olan X8 56 manat məbləğində olan pulun göndərilməsini təsdiq edən poçt qəbzi təqdim edilmiş, qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən xx.xx.2023-cü il tarixli hesabatda adı çəkilən şəxsin sahib olduğu səhmlərin sayı 18, ödənilməli məbləğ kimi isə 126 manat kimi göstərilmiş, beləliklə, uyğunsuzluq da aşkar edilmişdir. X2 pulun göndərilməsini təsdiq edən poçt qəbzi sənədlərə əlavə olunmamış, eyni zamanda adı MDM çıxarışında səhmdarların siyahısında olmayan X12 392 manat məbləğində pulun göndərilməsini təsdiq edən poçt qəbzi təqdim olunmuşdur. Bundan əlavə, hesabata əsasən səhmdar X6 28 manat məbləğində pul göndərilməli olsa da, poçt qəbzində bu məbləğ 14 manat kimi görünür. Həmçinin Məhkəmənin diqqətinə çatdırırıq ki, hesabatı yalnız ləğvetmə komissiyasının sədri imzalamışdır. Məcəllənin 61.8-ci maddəsinin göstərişinə əsasən bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. Bundan başqa, qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi "xxxx" ASC-nin ləğvetmə komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiqlənmişdir. Lakin hesabat ilə ləğvetmə komissiyasının qərarı arasında məbləğlərlə bağlı da uyğunsuzluq aşkar edilmişdir. Digər bir uyğunsuzluq isə Cəmiyyətin ləğvetmə balansı ilə səhmdarlara təqdim olunan məbləğlər arasında müəyyən edilmişdir. “X18 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədi, hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əslini, üzərində «ləğv prosesindədir» yazılmış möhürü, fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayışı, səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun arayışı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Lakin müvafiq möhür və fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış qeydiyyat orqanına təhvil verilməmişdir. Həmçinin "xxxx" ASC-nin qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı xx.xx.2023-cü il tarixində qəbul olunsa da, sənədlər xx.xx.2024-cü il tarixində təqdim olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılan işlər hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci, 35-ci və 48.1 -ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1 -ci maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı "xxxx" ASC-nin iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrindən "xxxx" ASC-yə məxsus xx.xx.2023-cü il tarixli Çıxarış iş materiallarına əlavə olunmuşdur.
6. "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli İclasının Protokoluna əsasən: Cəmi səhmdarların sayı – 53 nəfər Cəmi səhmlərin sayı – 18.932 ədəd İştirak etdi – 22 nəfər Malik olduqları səhmlərin sayı – 17.724 ədəd, 93,619% "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağını açıq elan edən Ləğvetmə komissiyasının sədri X14 məlumat verdi ki, 08 sentyabr 2023-cü il tarixli Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinə əsasən Cəmiyyətin 53 nəfər səhmdarı vardır. Ümumi yığıncaq haqda mətbuatda elan verilmiş və bütün səhmdarlara bildiriş göndərilmişdir. Hazırkı ümumi yığıncaqda 22 səhmdar iştirak edir. İştirak edən səhmdarların səsləri 17.724 ədəd səhmdən ibarət olmaqla, 93,619% təşkil edir. Yetərsay olduğu üçün ümumi yığıncaq səlahiyyətlidir və öz işinə başlaya bilər. İ məsələ. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi haqqında. Eşidildi: Ləğvetmə Komissiyasının sədri Zaur Ələsgərov bildirdi ki, Cəmiyyətin aralıq ləğvetmə balansı ləğvetmə komissiyası tərəfindən təsdiq edilmiş, bu haqda səhmdarlara məlumat göndərilmişdir. Bundan sonra ləğvetmə komissiyası tərəfindən ləğvetmə balansı tərtib edilmişdir. Bildiyiniz kimi Cəmiyyətin uzun müddətdir fəaliyyəti yoxdur. Bu səbəbdən gəliri olmamışdır. 01 yanvar 2023-cü il tarixə Cəmiyyətin tikili və avadanlıqlarının qalıq balans dəyəri 3.290 manat olmuşdur. Cəmiyyətin daşınar əmlakı olmamışdır. Cəmiyyətə məxsus daşınmaz əmlak qiymətləndirilmiş və 135.000 manata satılmışdır. Daxil olmuş pul vəsaitindən vergilər və Cəmiyyətin kreditor borcları ödənilmişdir. Qalıq pul vəsaitinin səhmdarlar arasında bölüşdürülməsi nəzərdə tutulmuşdur. Ləğvetmə balansı hüquqi şəxsin iştirakçıları tərəfindən təsdiq edilməlidir. Xahiş edirəm bu məsələyə münasibətinizi bildirəsiniz. X3 ləğvetmə balansının təsdiq edilməsi üçün səsə qoyulmasını təklif etdi. (Ləğvetmə balansı protokola əlavə edilir) Əlavə təklif olmadı. Təklif səsə qoyuldu. Qərara alındı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə balansı təsdiq edilsin. Lehinə - 17.724 səhm Əleyhinə - yox Bitərəf - yox İİ məsələ. Cəmiyyətin qalıq pul vəsaitinin səhmdarlar arşında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi barədə. Eşidildi: Yığıncağın sədri bildirdi ki, ləğvetmə komissiyası qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı tərtib etmişdir. Cəmiyyətin ünvan 2 ünvanda yerləşən, 299,8 kv. metr sahədən ibarət olan qeyri-yaşayış binası mövcud olmuşur. Ləğvetmə tarixinə heç bir daşınar əmlakı olmamışdır. Ləğvetmə Komissiyası tərəfindən Cəmiyyətin daşınmaz əmlakının qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətinə müraciət edilmiş və Cəmiyyətin daşınmaz əmlakının bazar qiyməti haqda 27 yanvar 2023-cü ildə müstəqil qiymətləndirici şirkət tərəfindən müvafiq rəy alınmışıdr. Səhmdarların ümumi yığıncağınınqərarına uyğun olaraq Cəmiyyətin daşınmaz əmlakı xx.xx.2023-cü ildə 435.000 manata satılmışdır. Bu məbləğdən vergilər və kreditor borclar ödənilmişdir Hazırda Cəmiyyətin xəzinəsində 131.015 manat qalıq pul vəsaiti qalmışdır. Bundan sonra 12 aprel 2023-cü il tarixdə səhmdarların ümumi yığıncağı keçirilmiş və ümumi yığıncaq tərəfindən Cəmiyyətin ləğv edilməsi haqda qərar qəbul edilmişdr. Ləğvetmə komissiyası qalıq pul vəsaitinin iştirakçılar arasında bölüşüdürülməsi qaydasını əks etdirən hesabatı tərtib etmişdir. 01 sentyabr 2023-cü il tarixə Cəmiyyətin kassasında nəğd qayada 130.840 manat qalıq pul vəsaiti qalmışdır. Cəmiyyətin ümumi səhmlərinin sayı 18.932 ədəddir. Bu halda 1 səhmə düşən pul vəsaitinin məbləği 6.911 manat təşkil edir. Gündəliyə əsasən umumi yığncaqda cəmiyyətdə mövcud olan qalıq pul vəsaitinin səhmdarlar arasında bölüşdürülməsi haqda qərar qəbul edilməlidir. Əsas səhmdarın nümayəndəsi kimi təklif edirəm ki, qalıq pul vəsaiti səhmdarlar arasında hər kəsin malik olduğu səhmə mütənasib şəkildə bölüşdürülsün. Majoritar X25 təklif edir ki, 1.692 ədəd minor səhmlər üçün ödəmə tam məbləğdə - həni hər səhm üçün 7,0 manatdan olmaqla ödənilsin. Qalıq məbləğ majoritar X25ə ödənilsin. X25 buna etiraz etmir. Təklif bəyənildi. Əlavə təklif olmadı. Təklif səsə qoyuldu. Qərara alındı: 2.1."xxxx" ASC-nin 130.840 manat qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabat təsdiq edilsin. 2.2.Cəmiyyətdə mövcud olan 130.840 manat qalıq pul vəsaiti 1692 ədəd minor səhmlər üçün 7,0 manatdan olmaqla, 17.240 ədəd majoritar səhmlərin sahibi X13 isə 118.996 manat ödənilməklə bölüşdürülsün. 2.3.Ləğvetmə Komissiyası pul vəsaitinin bölüşdürülməsi üçün hər bir səhmdara düşən vəsaitin hesablanmasını, səhmdarlara ödənilməsini, yaxud poçt vasitəsilə göndərilməsini təmin etsin. Lehinə - 17.724 səhm Əleyhinə - yox Bitərəf - yox İİİ məsələ. Cəmiyyətin səhmlərinin ləğv edilməsi və dövriyyədən çıxarılmasına aid məsələnin müzakirəsi. Yığıncağın sədri bidirdi ki, qanunvericiliyə əsasən emitentin fəaliyyətinə xitam verildikdə emitentin qiymətli kağızları dövriyyədən çıxarılmalı və ləğv edilməlidir. Hazırda Cəmiyyətin dövriyyədə nominal dəyəri 2 manat olan 18.932 ədəd adi adlı səhmləri mövcuddur. Cəmiyyətin səhmləri yüklü deyildir. Cəmiyyətin fəaliyyətinə xitam verildiyi üçün səhmləri dövriyyədən çıxarılmalı və ləğv edilməlidir. Cəmiyyətin ləğvetmə komissiyası Mərkəzi Banka və Milli Depozit Mərkəzinə müraciət etməli və Cəmiyyətə məxsus qiymətli kağızların dövriyyədən çıxarılması təmin edilməlidir. Təklif edirəm ki, ləğvetmə komissiyasının sədri qeyd edilən məsələlərin icra edilməsi üçün müvafiq inzibati orqanlara müraciət etsin. Əlavə təklif olmadı. Təklif səsə qoyuldu. Qərara alındı: 3.1."xxxx" ASC-yə məxsus olan 18.932 ədəd adi adlı səhmləri (qiymətli kağızların) ləğv edilsin və dövriyyədən çıxarılsın. 3.2.Ləğvetmə komissiyası Cəmiyyətə məxsus olan 18.932 ədəd adi adlı səmlərin (qiymətli kağızların) dövriyyədən çıxarılması və ləğv edilməsi üçün Mərkəzi Banka və Milli Depozit Mərkəzinə müraciət etsin. Lehinə- 17.724 səhm Əleyhinə - yox Bitərəf - yox İV məsələ. Digər məsələ. Yığıncağın sədri bildirdi ki, ləğvetmə komissiyası tərəfindən Cəmiyyətdə son haqhesabın aparılması üçün Dövlət Vergi Xidmətinə müraciət edilməli, son haqq-hesab aparıldıqdan sonra Cəmiyyətin kommersiya X18 qeydiyyat idarəsindən qeydiyyatının ləğv edilməsi təmin edilməlidir. Mülki Məcəllədə hüquqi şəxsin ləğvi qaydası müəyənləşdirilmişdir və Ləğvetmə Komissiyası həmin qaydalara uyğun olaraq zəruri hərəkətləri etməlidir. Təklif edirəm ki, bütün səlahiyyətlərin icrası Ləğvetmə Komissiyasına həvalə edilsin. Təklif səsə qoyuldu. Qərara alındı: 4.1.Ləğvetmə komissiyası son haqq-hesabın aparılması və Cəmiyyətin Kommersiya X18 reyestrindən qeydiyyatdan çıxarılması üçün Dövlət Vergi Xidmətinin müvafiq idarələrinə müraciət etsin. 4.2.Ləğvetmə komissiyası Cəmiyyətin ləğv edilməsinin başa çatdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri hərəkətləri etsin. Lehinə - 17.724 səhm Əleyhinə - yox Bitərəf - yox Müzakirə üçün əlavə məsələ olmadı. Ümumi yığıncaq yekunlaşdı.
7. "xxxx" ASC-nin qiymətli kağızlarının ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli Akta əsasən "xxxx" açıq səhmdar cəmiyyətinin ləğv edilməsi haqqında cəmiyyətin səhmdarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarını, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1-22/2-993/2024 saylı məktubunu və cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (bundan sonra MDM) ünvanlanmış müraciətini əsas tutaraq, MDM "xxxx" ASC-nin qiymətli kağızlarını Emitentin emissiya hesabından silinmə yolu ilə ləğv etmişdir. Əməliyyat hər iki tərəfin iştirakı ilə, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilmişdir. Aşağıda həmin qiymətli kağızlar barədə məlumat verilir: Qiymətli Buraxılmış Ləğv edilən Emissiya Buraxılış Nominal kağızların dövlət q/k-ların q/k-ların hesabının forması dəyəri qeydiyyat ümumi miqdarı miqdarı nömrəsi və növü (manat) nömrəsi (ədəd) (ədəd) sənədsiz EM00000975 AZ********** adi adlı 18932 18932 2 səhm
8. "xxxx" ASC tərəfindən X13 118.996,00 manat ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 01 nömrəli X28 iş materiallarına əlavə olunmuşdur.
9. X14 tərəfindən X8 56,00 manat ödənilməsi barədə xx.xx.2023-cü il tarixli poçt qəbzi iş materialllarına əlavə olunmuşdur.
10. X14 tərəfindən X12 392,00 manat ödənilməsi barədə xx.xx.2023-cü il tarixli poçt qəbzi iş materialllarına əlavə olunmuşdur.
11. X14 tərəfindən X6 14,00 manat ödənilməsi barədə xx.xx.2023-cü il tarixli poçt qəbzi iş materialllarına əlavə olunmuşdur.
12. X14 tərəfindən X6 14,00 manat ödənilməsi barədə xx.xx.2025-ci il tarixli poçt qəbzi iş materialllarına əlavə olunmuşdur.
13. "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən səhmdarlara məxsus etibarnamələr iş materiallarına əlavə olunmuşdur (ümumilikdə 7 etibarnamə).
14. Milli Arxiv İdarəsi tərəfindən verilmiş “Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının və onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyasının fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin dövlət arxiv xidməti təşkilatına təhvil verilməsinə dair” xx.xx.2025-ci il tarixli 3-48-3/2-365/2025 nömrəli Arayışda qeyd olunmuşdur ki, Ləğvetmə prosesində olan 22 oktyabr 2003-cü il tarixdə X18 reyestrinə daxil edilmiş İddiaçı ASC-nin (VÖEN **********) və onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) faəliyyəti nəticəsində Milli arxiv fondunun tərkibinə daxil edilməli arxiv sənədləri olmadığı üçün təhvil verilməmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(102)-35/2025 nömrəli Qərarında qeyd olunmuşdur: a) Birinci instansiya məhkəməsindəki icraat ...16. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 may tarixli 2-2(113)-1730/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir (hakim - Ü.Həsənova).
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar cavabdehin adi adlı səhm sahibləridir və 2023-cü il 12 aprel tarixli ümumi yığıncağın qərarı ilə cavabdehin ləğv edilməsi qərara alınmışdır. İddiaçılar ümumi yığıncağın keçirilməsi zamanı bir sıra pozuntulara yol verildiyini göstərib, bu səbəbdən 2023-cü il 12 aprel tarixli ümumi yığıncağın protokolunun etibarsız hesab edilməli olduğunu bildirmişdilər. Cavabdeh iddiaçıya qarşı etiraz edərək, 2023-cü il 12 aprel tarixli ümumi yığıncağın keçirilməsi zamanı hər hansı pozuntuya yol verilmədiyini bildirmişdir.
18. İddiaçılar yığıncağın cavabdehin hüquqi ünvanında keçirilməli olduğu halda, digər ünvanda keçirildiyini, bununla da cavabdehin pozuntuya yol verildiyini bildirsələr də, məhkəmə iddiaçıların həmin arqumenti ilə razılaşmayaraq qeyd etmişdir ki, ASC-nin Nizamnaməsində ümumi yığıncağın keçirilməli olduğu yerlə bağlı hər hansı tələb müəyyən edilməmiş, bundan əlavə iclasın keçiriləcəyi yerin cavabdehin hüquqi ünvanı deyil, ünvan 4ş bildirişdə, habelə qəzetdə dərc edilmiş müvafiq elanda göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir.
19. Məhkəmə, iddiaçıların cavabdehin ləğv edilməsi barədə qərarın yalnız səhmdarların yekdilliklə qəbul etdiyi qərar əsasında həyata keçirilməli olması barədə dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin 2022-ci il 11 iyul tarixli növbəti ümumi yığıncağının protokolundan görünür ki, cavabdehin nizamnaməsinə edilmiş əlavə və dəyişikliklər layihəsi səs çoxluğu ilə qəbul edilmişdir. Cavabdehin 2022-ci il 11 iyul tarixli növbəti ümumi yığıncağın qərarı ilə nizamnaməyə əlavə və dəyişiklikliklər edilmiş, 6.2.14cü bəndi yeni redaksiyada verilmişdir: cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişiklərin edilməsi haqqında qərarlar səsli səhmlərin 2/3 səs çoxluğu ilə qəbul edilir. 6.4-cü bənd Nizamnamədən çıxarılmışdır. Həmin əlavə və dəyişikliklər X5 Reyestrindən çıxarışa əsasən cavabdehin reyestr məlumatlarına 2022-ci il 8 avqust tarixində daxil edilmiş, bu barədə cavabdehə dövlət reyestrindən çıxarış verilmişdir.
20. Məhkəmə iddiaçıların ASC-nin mənfəətlə işlədiyi halda əsassız olaraq özünün ləğv edilməsi barədə dəlilinə cavab olaraq bildirmişdir ki, ASC-nin Nizamnaməsinə, habelə MM əsasən istənilən hüquqi şəxs, o cümlədən ASC özünün ləğv edilməsi barədə məsələni ümumi yığıncağın müzakirəsinə çıxara və bu barədə qanunvericiliklə, habelə hüquqi şəxsin Nizamnaməsində göstərilmiş qaydada qərar qəbul edə bilər. Belə ki, məhkəmə qanunvericiliyin, habelə hüquqi şəxsin Nizamnaməsinin tələblərinə riayət edilməklə keçirilmiş ümumi yığıncağın iclaslarında qəbul edilmiş qərarları ləğv etmək səlahiyyətinə malik deyildir.
21. Məhkəmə son olaraq qeyd etmişdir ki, ASC-nin ümumi yığıncağının 2023-cü il 12 aprel tarixli protokolu ilə ASC-nin ləğv edilməsi qərara alınmış, həmin iclasda yetərsay olmuş, iclas səlahiyyətli olmuş, ASC-nin ləğvi haqqında qərar iclasda iştirak edən səhmdarların 2/3 səs çoxluğu ilə qəbul olunmuş, həmin qərar səsvermədə iştirak edən səhmdarlar (o cümlədən iddiaçılar) tərəfindən imza edilmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 98.1, 99.1, 102.1, 102.3, 106-1.3.5, 107.1, 107.1.5, 107-1.1, 107-1.5, 107-2.1, 107-3.5, 107-5.1, 107-6.1 və 108-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. İddiaçı S.Səfərov apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(103)-776/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkıməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).
25. Məhkəmə mövqeyini aşağıdakı kimi əsaslandırılmışdır.
26. Belə ki, iş materiallarına əlavə edilmiş “Qiymətli kağız sahiblərinin reyestri”ndən (2022ci il 10 may) və reyestrə əlavə edilmiş 50 nəfər səhmdarın siyahısından görünür ki, aşağıda adları qeyd edilmiş iddiaçılar 18932 adi adlı səhmi olan ASC-nin səhmdarlarıdır: S.Səfərov - 56 səhm (0,29 faiz), F.Zərbəliyev - 56 səhm (0,29 faiz), İ.Səfixanov - 56 səhm (0,29 faiz), N.Həsənov - 56 səhm (0,29 faiz), R.Süleymanov - 56 səhm (0,29 faiz),Y.Əliyev - 56 səhm (0,29 faiz), N.Mürsəlov - 56 səhm (0,29 faiz), R.Sadıqov - 56 səhm (0,29 faiz), T.Abbaslı - 56 səhm (0,29 faiz), R.Bağırov - 56 səhm (0,29 faiz), N.Hüseynov - 56 səhm (0,29 faiz), V.Məmmədli - 112 səhm (0,59 faiz).
27. İddiaçılardan S.Morozov, N.Şahmalıyev, A.Əliyevin özlərinin deyil, atalarının adı siyahıda olsa da cavabdeh tərəf həmin şəxslərin cəmiyyətin səhmdarlarının vərəsəsi olduğuna etiraz etməmiş və iddiaya etirazda hazırda səhmdarların ümumi sayının 53 nəfər olduğunu göstərmişdir.
28. İddiaçılar iddia ərizəsində ASC-nin 2023-cü il 12 aprel tarixində ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi üçün yalnız bir əsas - ASC-nin 2023-cü il 12 aprel tarixində ümumi yığıncağının keçirilməməsini göstərmişlər. İddiaçıların izahatlarında şifahi olaraq bildirdikləri hallar- səslərin düzgün hesablanmaması, yetərsay olmaması və s. iddia ərizəsində öz əksini tapmasa belə birinci instansiya məhkəməsi bu halları da yoxlayaraq qətnaməsində hüquqi qiymət vermişdir. Müəyyən edilmişdir ki, ASC-nin ümumi yığıncağının 2023-cü il 12 aprel tarixli protokolu ilə ASC-nin ləğv edilməsi qərara alınmış, həmin iclasda yetərsay (cəmi 92,11 faiz payı olan 20 səhmdar iştirak etmişdir) olduğu üçün iclas MM-in 107-2.1-ci maddəsinə və hüquqi şəxsin nizamnaməsinin 6.2.14-cü bəndinə əsasən səlahiyyətli olmuş, ASC-nin ləğvi haqqında qərar iclasda iştirak edən səhmdarların 2/3 səs çoxluğu ilə qəbul edilmiş və qərar səsvermədə iştirak edən səhmdarlar (o cümlədən iddiaçılardan ) tərəfindən imzalanmışdır.
29. İşə apellyasiya qaydasında baxılarkən iddiaçılardan F.Zərbəliyevin mobil telefonunda olan bildirişə məhkəmə iclasında baxış keçirilməklə və iddiaçıların izahatlarına əsasən müəyyən edilmişdir ki, 2023-cü il 12 aprel tarixində ASC-nin ümumi yığıncağının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10X keçiləcəyi barədə səhmdarlara həqiqətən bildiriş göndərilmiş, həmin gün qeyd edilən ünvanda iclas keçirilmiş, iddiaçılardan bəziləri bildirişdəki ünvana diqqət etmədikləri və iclasın həmişə adətən keçiriləcəyi ünvanda baş tutacağını ehtimal etdikləri üçün iclasa gec gəlib çatmış, nəticədə səsvermədə iştirak edə bilməmişlər.
30. ASC tərəfindən yığıncağın keçirildiyi məkan və şəraitlə bağlı iddiaçıların etiraz xarakterli mülahizələri məhkəmə tərəfindən əsassız sayılmış və düzgün olaraq qeyd edilmişdir ki, ASC-nin Nizamnaməsində ümumi yığıncağın keçirilməli olduğu yerlə bağlı hər hansı tələb müəyyən edilmədiyindən və yığıncağın keçiriləcəyi ünvanla bağlı səhmdarlara bildiriş göndərildiyinə dair işdə sübutlar olduğundan, eyni zamanda qəzetdə bu barədə elan dərc edildiyindən iddiaçılardan bəzilərinin yığıncaqda iştirak etməməsi pozuntu kimi qiymətləndirə bilməz.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxmış məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmiş, mübahisə işin faktiki hallarına uyğun həll edilmişdir. 32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 98.1, 102.3, 106-1.3.5, 107.1, 107.1.5, 107-1.1, 107-1.5, 107-2.1, 107-3.5, 107-5.1, 107-6.1 və 108.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 33. İddiaçılar kassasiya şikayəti verərək həmin qətnamənin ləğv ediməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. ...Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri mahiyyət etibarı ilə ondan ibarətdir ki, ASC-nin ləğvi barədə ümumi yığıncağın keçirilməsi üçün cəmiyyət səhmdarlarının tam iştirakı təmin olunmamışdır.
44. Məhkəmə kollegiyası iddiaçıların qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və apellyasiya instansiyası məhkəməsinin mövqeyi və hüquqi qiymətləndirməsi ilə razılaşır.
45. Belə ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçılardan F.Zərbəliyevin mobil telefonunda olan bildirişə məhkəmə iclasında baxış keçirilməklə və iddiaçıların izahatlarına əsasən müəyyən edilmişdir ki, 2023-cü il 12 aprel tarixində ASC-nin ümumi yığıncağının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10X keçiləcəyi barədə səhmdarlara həqiqətən bildiriş göndərilmiş, həmin gün qeyd edilən ünvanda iclas keçirilmiş, iddiaçılardan bəziləri bildirişdəki ünvana diqqət etmədikləri və iclasın həmişə adətən keçiriləcəyi ünvanda baş tutacağını ehtimal etdikləri üçün iclasa gec gəlib çatmış, nəticədə səsvermədə iştirak edə bilməmişlər.
46. Məhkəmə kollegiyası hesab etmişdir ki, ASC-nin Nizamnaməsində ümumi yığıncağın keçirilməli olduğu yerlə bağlı hər hansı tələb müəyyən edilmədiyindən və yığıncağın keçiriləcəyi ünvanla bağlı səhmdarlara bildiriş göndərildiyinə dair işdə sübutlar olduğundan, eyni zamanda qəzetdə bu barədə elan dərc edildiyindən iddiaçılardan bəzilərinin yığıncaqda iştirak etməməsi pozuntu kimi qiymətləndirə bilməz.
47. Həmçinin, ASC-nin səhmdarlarının öz paylarını cəmiyyətin digər səhmdarlarına təklif etmədən satmasına dair kassatorun dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi ASC-nin ümumi iclasının protokolunun etibarsız hesab edilməsindən ibarət olmuşdur. Belə olan təqdirdə isə kassasiya məhkəməsinin həmin dəlilə münasibət bildirməsi MPM-in tələbləri baxımından məqbul sayılmır.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə də razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
16. Məhkəmə iclasında şahid qismində iştirak edən X19 izahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olmuşdur. Ümumilikdə 17200 səhmə sahib olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesi zamanı ona səhmlərinin əvəzinə nağd qaydada 118.996 manat ödənilmişdir.
17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, iddiaçı ləğvetmə prosesini qanunverilikdə nəzərdə tutulmuş müddət ərzində bütün prosedurlara əməl etməklə həyata keçirmişdir. Ləğvetmə prosesi faktiki olaraq 1 il müddət ərzində başa çatmışdır. Ləğvetmə prosesinin uzanmasının səbəbi səhmdarlar tərəfindən iddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsidir. İddia tələbi ləğvetmə prosesinin qanunvericiliyin tələblərinə uyğun aparılmaması ilə bağlı olmuşdur. Buna baxmayaraq səhmdarların iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. major səhmdar X19 ASC tərəfindən ona səhmlərin əvəzinə 118.996 manat məbləğində ödəniş həyata keçirildiyini məhkəmə iclasındakı izahatı ilə təsdiq etmişdir. Belə ki, açıq səhmdar cəmiyyəti fəaliyyətini dayandırdıqdan sonra bank hesabı olmamışdır. Səhmdarlardan səhmlərin dəyərinin ödənilməsi məqsədilə bank hesabı açılması tələb olunsa da, səhmdarlar bank hesabı açmamışdırlar. Bu səbəbdən "xxxx" ASC ödənişləri poçt vasitəsilə həyata keçirmişdir. X4 ödənilməli məbləğ çox olduğundan poçtla göndərmək mümkün olmamış və X28 ilə ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixində səhmdar X7 8 səhminə görə 56 manat məbləğində pul vəsaiti poçt vasitəsi ilə göndərilmişdir. Hesabatda aşkar edilmiş uyğunsuqluq texniki səhv xarakteri daşıyır. xx.xx.2023-cü il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə üçün həmin səhv aradan qaldırılmış və əlavə olaraq X6 14 manat göndərilmişdir. əsasən X9 4 səhmə malkidir. Riyazi hesablaşmada səhv getdiyi
II. İddianın növü və mümkünlüyü
18. Məhkəmə hesab edir ki, “vergi ödəyicisinin kommersiya X18 reyestrindən çıxarılması” öhdəliyin icrası növündə iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya X18 reyestrindən çıxarılmasını tələb etmişdir.
21. Cavabdeh orqan imtinanın ilkin dəlili olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Məcəllə) 59.6-cı maddəsinə əsasən hüquqi şəxsin ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın X18 reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğv edilməsi barədə məlumat X18 reyestrinə xx.xx.2023-ci il tarixdə daxil edilmiş və xx.xx.2024-cü il tarixdə bir il müddəti keçdiyi üçün qanunvericiliyin tələbindən irəli gələrək ləğvetmə prosesindən çıxarılmışdır.
22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, iddiaçı ləğvetmə prosesini qanunverilikdə nəzərdə tutulmuş müddət ərzində bütün prosedurlara əməl etməklə həyata keçirmişdir. Ləğvetmə prosesi faktiki olaraq 1 il müddət ərzində başa çatmışdır. Ləğvetmə prosesinin uzanmasının səbəbi səhmdarlar tərəfindən iddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsidir. İddia tələbi ləğvetmə prosesinin qanunvericiliyin tələblərinə uyğun aparılmaması ilə bağlı olmuşdur. Buna baxmayaraq səhmdarların iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(102)-35/2025 nömrəli Qərarı iş materiallarına əlavə olunmuşdur).
23. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nın ləğvetmə prosesinin müddətinin uzanması iddiaçının iradəsindən asılı olmayan obyektiv səbəblərlə bağlı olmuşdur. Belə ki, bəzi səhmdarlar ASC-nin ümumi yığıncağın 12 aprel 2023-cü il tarixli protokolunun (hüquqi şəxsin ləğvedilməsi barədə) qanunsuz olduğunu əsas gətirərək məhkəməyə müraciət etmiş və nəticədə məhkəmə mübahisəsi yaranmışdır. Buna baxmayaraq yekun məhkəmə aktına əsasən müəyyən edilmişdir ki, ASC-nin ümumi yığıncağının 2023-cü il 12 aprel tarixli iclası yetərsayla keçirilmiş, səlahiyyətli olmuş, ASC-nin ləğvi haqqında qərar iclasda iştirak edən səhmdarların 2/3 səs çoxluğu ilə qəbul olunmuş və həmin qərar səsvermədə iştirak edən səhmdarlar tərəfindən imzalanmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(102)-35/2025 nömrəli Qərarı, bənd 21).
24. Məhkəmə eyni zamanda nəzərə alır ki, xx.xx.2024-cü tarixli qiymətli kağızlarının ləğv edilməsinə dair akta əsasən Milli Depozit Mərkəzi tərəfindən "xxxx" ASC-nin qiymətli kağızları ləğv edilmişdir. “Müvafiq Aktda qeyd olunmuşdur ki, "xxxx" açıq səhmdar cəmiyyətinin ləğv edilməsi haqqında cəmiyyətin səhmdarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarını, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1-22/2-993/2024 saylı məktubunu və cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (bundan sonra MDM) ünvanlanmış müraciətini əsas tutaraq, MDM "xxxx" ASC-nin qiymətli kağızlarını Emitentin emissiya hesabından silinmə yolu ilə ləğv etmişdir. Əməliyyat hər iki tərəfin iştirakı ilə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixdən etibarən cəmiyyətin dövriyyədə heç bir səhmi qalmamış və səhmdarlarla hesablaşma başa çatmışdır. Qiymətli Buraxılmış Ləğv edilən Emissiya Buraxılış Nominal kağızların dövlət q/k-ların q/k-ların hesabının forması dəyəri qeydiyyat ümumi miqdarı miqdarı nömrəsi və növü (manat) nömrəsi (ədəd) (ədəd) sənədsiz EM00000975 AZ********** adi adlı 18932 18932 2 səhm
25. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nın ləğvetmə prosesi faktiki olaraq 1 il ərzində başa çatmışdır, eləcə də ləğvetmə prosesi müddətinin uzanması hər hansı qanun pozuntusu ilə deyil, ləğvetmə prosesinin qanuniliyinin məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı olmuşdur. Belə olan təqdirdə müvafiq fakt iddiaçının hüququnun həyata keçirilməsini məhdudlaşdıran obyektiv hal kimi nəzərə alınmalı və buraxılmış müddət bərpa edilməlidir.
26. Cavabdeh orqanın imtinanın digər dəlili olaraq bildirmişdir ki, ümumi yığıncağın keçirilməsi ilə bağlı səhmdarlara bildirişin göndərilməsini təsdiq edən sənəd təqdim olunmamış, eyni zamanda iclasda iştirak edən səhmdarlardan 7-nin etibarnamə əsasında iştirak etdiyi göstərilsə də, yalnız 2 səhmdarın adından verilən etibarnamə təqdim olunmuşdur.
27. Məhkəmə ilk növbədə qeyd edir ki, ümumi yığıncağın keçirilməsi ilə bağlı səhmdarlara bildirişin göndərilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(102)-35/2025 nömrəli Qərarı ilə təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(102)-35/2025 nömrəli Qərarında qeyd olunmuşdur ki: “...29. İşə apellyasiya qaydasında baxılarkən iddiaçılardan F.Zərbəliyevin mobil telefonunda olan bildirişə məhkəmə iclasında baxış keçirilməklə və iddiaçıların izahatlarına əsasən müəyyən edilmişdir ki, 2023-cü il 12 aprel tarixində ASC-nin ümumi yığıncağının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10X keçiləcəyi barədə səhmdarlara həqiqətən bildiriş göndərilmiş, həmin gün qeyd edilən ünvanda iclas keçirilmiş, iddiaçılardan bəziləri bildirişdəki ünvana diqqət etmədikləri və iclasın həmişə adətən keçiriləcəyi ünvanda baş tutacağını ehtimal etdikləri üçün iclasa gec gəlib çatmış, nəticədə səsvermədə iştirak edə bilməmişlər.
30. ASC tərəfindən yığıncağın keçirildiyi məkan və şəraitlə bağlı iddiaçıların etiraz xarakterli mülahizələri məhkəmə tərəfindən əsassız sayılmış və düzgün olaraq qeyd edilmişdir ki, ASC-nin Nizamnaməsində ümumi yığıncağın keçirilməli olduğu yerlə bağlı hər hansı tələb müəyyən edilmədiyindən və yığıncağın keçiriləcəyi ünvanla bağlı səhmdarlara bildiriş göndərildiyinə dair işdə sübutlar olduğundan, eyni zamanda qəzetdə bu barədə elan dərc edildiyindən iddiaçılardan bəzilərinin yığıncaqda iştirak etməməsi pozuntu kimi qiymətləndirə bilməz. ...”
28. Məhkəmə digər tərəfdən müəyyən edir ki, "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən səhmdarlara məxsus etibarnamələr iş materiallarına əlavə olunmuşdur (ümumilikdə 7 etibarnamə).
29. Cavabdeh imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, major səhmdar olan X13 ödəniş 118.996 manat kassa-məxaric orderi vasitəsilə təqdim olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında”nm təsdiqedilməsi haqqında Qərarına əsasən kassa-məxaric orderi ciddi hesabat blankı hesab olunmur və ödənişi təsdiq edən sənəd kimi qəbul edilə bilməz.
30. Məhkəmə iclasında şahid qismində iştirak edən X19 izahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarı olmuşdur. Ümumilikdə 17200 səhmə sahib olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesi zamanı ona səhmlərinin əvəzinə nağd qaydada 118.996 manat ödənilmişdir.
31. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, major səhmdar X19 ASC tərəfindən ona səhmlərin əvəzinə 118.996 manat məbləğində ödəniş həyata keçirildiyini məhkəmə iclasındakı izahatı ilə təsdiq etmişdir. Belə ki, açıq səhmdar cəmiyyəti fəaliyyətini dayandırdıqdan sonra bank hesabı olmamışdır. Səhmdarlardan səhmlərin dəyərinin ödənilməsi məqsədilə bank hesabı açılması tələb olunsa da, səhmdarlar bank hesabı açmamışdırlar. Bu səbəbdən "xxxx" ASC ödənişləri poçt vasitəsilə həyata keçirmişdir. X4 ödənilməli məbləğ çox olduğundan poçtla göndərmək mümkün olmamış və X28 ilə ödəniş həyata keçirilmişdir.
32. Cavabdeh eyni zamanda qeyd etmişdir ki, səhmdarlara göndərilən məbləğlərlə bağlı uyğunsuzluqlar mövcuddur: 1) xx.xx.2023-cü il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə (bundan sonra- MDM çıxarışı) əsasən Cəmiyyətin səhmdarları siyahısında olan və 8 səhm sahibi olan X8 56 manat məbləğində olan pulun göndərilməsini təsdiq edən poçt qəbzi təqdim edilmiş, qalıq pul vəsaitinin iştirakçılar arasında bölünməsi planını əks etdirən xx.xx.2023-cü il tarixli hesabatda adı çəkilən şəxsin sahib olduğu səhmlərin sayı 18, ödənilməli məbləğ kimi isə 126 manat kimi göstərilmiş, beləliklə uyğunsuzluq aşkar edilmişdir. 2) Hesabata əsasən səhmdar X6 28 manat məbləğində pul göndərilməli olsa da, poçt qəbzində bu məbləğ 14 manat kimi görünür. 3) X2 pulun göndərilməsini təsdiq edən poçt qəbzi sənədlərə əlavə olunmamış, eyni zamanda adı MDM çıxarışında səhmdarların siyahısında olmayan X12 392 manat məbləğində pulun göndərilməsini təsdiq edən poçt qəbzi təqdim olunmuşdur.
33. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində səhmdar X7 8 səhminə görə 56 manat məbləğində pul vəsaiti poçt vasitəsi ilə göndərilmişdir. Hesabatda aşkar edilmiş uyğunsuqluq texniki səhv xarakteri daşıyır. xx.xx.2023-cü il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə üçün həmin səhv aradan qaldırılmış və əlavə olaraq X6 14 manat göndərilmişdir.
34. Məhkəmə nəzərə alır ki, X14 tərəfindən X8 56,00 manat ödənilməsi barədə xx.xx.2023-cü il tarixli poçt qəbzi, X6 28,00 manat ödənilməsi barədə xx.xx.2023-cü il tarixli poçt qəbzi (14,00 manat) və xx.xx.2025-ci il tarixli poçt qəbzi (14,00 manat) iş materialllarına əlavə olunmuşdur.
35. Məhkəmə iş materiallarına araşdıraraq müəyyən edir ki, Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrindən "xxxx" ASC-yə məxsus xx.xx.2023-cü il tarixli X1 adı qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, X17 ASC-nin səhmdarı X10 oğludur. 392 manat məbləğində ödəniş faktiki olaraq X10 ünvanına göndərilmişdir (X14 tərəfindən X12 392,00 manat ödənilməsi barədə xx.xx.2023cü il tarixli poçt qəbzi iş materiallarına əlavə olunmuşdur).
36. Cavabdeh orqan imtinanın digər əsası olaraq qeyd etmişdir ki, hesabatı yalnız ləğvetmə komissiyasının sədri imzalamışdır.
37. Məhkəmə nəzərə alır ki, "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli İclasının Protokoluna əsasən "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağını açıq elan edən Ləğvetmə komissiyasının sədri X14 məlumat vermişdir ki, 08 sentyabr 2023-cü il tarixli Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrinə əsasən Cəmiyyətin 53 nəfər səhmdarı vardır. Ümumi yığıncaq haqda mətbuatda elan verilmiş və bütün səhmdarlara bildiriş göndərilmişdir. Ümumi yığıncaqda 22 səhmdar iştirak etmişdir. İştirak edən səhmdarların səsləri 17.724 ədəd səhmdən ibarət olmaqla, 93,619% təşkil etmişdir. Yetərsay olduğu üçün ümumi yığıncaq səlahiyyətli olmuşdur.
38. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, "xxxx" ASC-nin qalıq pul vəsaitinin səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabat Cəmiyyətin yetərsay və səlahiyyətli ümumi yığıncağının iclasında təsdiq edilmişdir. Eyni zamanda "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən səhmdarlara məxsus etibarnamələr iş materiallarına əlavə olunmuşdur (ümumilikdə 7 etibarnamə).
39. Cavabdehin nümayəndəsi eyni zamanda bildirmişdir ki, müvafiq möhür və fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış qeydiyyat orqanına təhvil verilməmişdir.
40. Məhkəmə bununla bağlı nəzərə alır ki, Milli Arxiv İdarəsi tərəfindən verilmiş “Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının və onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyasının fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin dövlət arxiv xidməti təşkilatına təhvil verilməsinə dair” xx.xx.2025-ci il tarixli 3-48-3/2-365/2025 nömrəli Arayışda qeyd olunmuşdur ki, Ləğvetmə prosesində olan 22 oktyabr 2003-cü il tarixdə X18 reyestrinə daxil edilmiş İddiaçı ASC-nin (VÖEN **********) və onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) faəliyyəti nəticəsində Milli arxiv fondunun tərkibinə daxil edilməli arxiv sənədləri olmadığı üçün təhvil verilməmişdir.
41. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin olunmalı, “Bakı Tikinti Quraşdırma" Açıq Səhmdar Cəmiyyətinin kommersiya X18 reyestrindən çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X18 Qeydiyyatı İdarəsinin üzərinə qoyulmalıdır.
42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. “Bakı Tikinti Quraşdırma" Açıq Səhmdar Cəmiyyətinin kommersiya X18 reyestrindən çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X18 Qeydiyyatı İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva