Məhkəmə qərarları › İş №2-1(112)-687/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-687/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-687/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzi İdarəsinə qarşı 25.05.1980-25.11.2005-ci illərdə “X4” müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən (55 yaşdan) güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə Ucar şəhərində anadan olmuş, 19.05.1977-ci ildən Yevlax X8əsində əmək fəaliyyətinə başlamış, müxtəlif idarə müəssisələrdə işləmiş, 10.04.1978-ci ildən hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad edilmiş, 06.05.1978-14.05.1980-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, sonra 20.05.1980-25.11.2005-ci ilə qədər “X4” müəssisəsində qaynaqçı vəzifəsində işləmişdir. Qanunvericiliyin tələbinə əsasən işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrə aiddir. İddiaçının 55 yaşdan güzəştli şərtlərlə pensiyası almaq hüququ yarandıgından cavabdehə müraciət etmiş, lakin həmin orqan 29.10.2020-ci il tarixli məktubu ilə tələbindən imtina edərək iddiaçının həmin vəzifədə işlədiyi illəri güzəştli sahə hesab edərək ümumi iş stajını 19 il 6 ay 2 gün olaraq qəbul etsə də, “X4” müəssisəsində işlədiyi 25.05.1980-25.11.2005-ci illəri iş stajına daxil etməyərək səbəb kimi həmin müəssisənin DSMF-in Mingəçevir şəhər filialına hesabat vermədiyini bildirmişdir. İddiaçının “X4” müəssisəsində işlədiyi illər əmək kitabçasında qeyd edilmiş, bu fakt müəssisə tərəfindən verilmiş 25.11.2015-ci il tarixli güzəştli arayışından da görünür, bundan əlavə “X4” müəssisəsində 02.02.1996-cı ildə yanğın olmuşdur. Əmək kitabçası oldugu halda işlədiyi müəssisənin Dövlət Sosial Müdafiə Fonduna hesabat veribverməməsi iddiaçının vəzifəsi deyil. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Mingəçevir rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, iddiaçı xx.xx.1959-ci il tarixdə doğulmuşdur. - İddiaçıya məxsus 06.05.1978-ci il tarixli НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, iddiaçı 28.05.1978-ci il tarixdən 06.05.1980-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 17.08.2021-ci il tarixli **********299600 saylı məktubu ilə bildirilmişdir ki, idarədə olan reyestrdə “X4 Müəssisəsi” adlı kommersiya qurumu aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 19.08.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, X4 Müəssisəsinin sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv sənədinin verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Milli Arxiv idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 30.08.2021-ci il tarixli 48/11 saylı məktubu ilə bildirilmişdir, Yevlax X1 sənəd materialları X12 verilmədiyindən İddiaçı iş stajını müəyyən etmək mümkün olmadı. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13.09.2021-ci il tarixli **********228500 saylı məktubu ilə bildirilmişdir, dövlət reyestrində “X4 Müəssisəsi” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - Yevlax NEM-nin Mingəçevir filialının rəisi H.Hüseynov və k/ş inspektoru K.Məmmədova tərəfindən imzalanmış “Azəravtoyol” Dövlət Konserninin X4 Müəssis.” möhürü vurulmuş X2 Müəssisəsinin 14.09.2021-ci il tarixli məhkəməyə ünvanlanmış məktubunda bildirilmişdir ki, “Mingəçevir NEM-ində qaynaqçı işləmiş Qədirov X10 NEMində 18.07.1977-ci il tarixdən əmir №147 k qaynaqçı işində işləmişdir. 10.04. 10.04.1978ci il tarixdə əmir № 64/k hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. 20.05.1981-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra yenidən qaynaqçı işinə qəbul edilmişdir əmir № 185/k. 25.11,2005-ci il tarixdə müqavilə vaxtı qurtardığı üçün qaynaqçı işindən azad edilmişdir əmir № 201/k. İddiaçı yuxarıda göstərilmiş bütün bu illərdə tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmişdir. Onun tam iş günü ərzində işləmiş olduğu bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, işlərin, vəzifələrin və göstərilən siyahısının təsdiq edilməsi haqqında 21.06.1993-cü il tarixli 320 № qərarının 2 №-li siyahısının ümumi peşələr bölməsində, 2004-cü il 5 iyul tarixli 92 №-li qərarı ilə təsdiq edilmiş siyahının ümumi bölməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının bölməsinin “35” ümumi peşələr bölməsinin 19-cu sətir yarı bölməsində bilavəstə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. Odur ki, xahiş edirik İddiaçı iddia ərizəsinə baxıb təmin edəsiniz”. -Həmin məktuba əlavə edilmiş X2 Müəssisəsinin 14.09.2021-ci il tarixli eyni məzmunlu güzəştli arayışında əlavə olaraq bildirilmişdir ki, İddiaçı güzəştli iş stajı 26 il 03 ay təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 06.10.2021-ci il tarixli **********804800 saylı məktubundan görünür ki, idarədə olan reyestrdə X5 Birliyi və Yevlax NEM-in Mingəçevir Filialı adlı kommersiya qurumu aşkar edilmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolgun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş olunur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14.10.2021-ci il tarixli **********450400 saylı məktubundan görünür ki, dövlət reyestrində X5 Birliyi və Yevlax NEM-nin Mingəçevir filialı adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.11.2021-ci il tarixli **********640900 saylı məktubundan görünür ki, məlumat-uçot bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti 20.02.1998-ci il tarixdə D-2533 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Lakin, məlumat-uçot bazasında X5 Birliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29.10.2020-ci il tarixli **********6 saylı məktubları ilə iddiaçının ərizələrinə baxılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X6 regional “ASAN xidmət” mərkəzi tərəfindən 21 fevral 2020-ci il tarixində daxil olmuş ərizəniz və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə araşdırılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərinizdə 18.07.1977- 25.11.2005-ci il tarixləri arasındakı dövr ərzində “X4” müəsisəsində qaynaqçı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajınızı və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı 17.03.2020-ci il tarixində aidiyyəti üzrə sorğu verilmişdir. Eyni zamanda COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajınızla bağlı hazırda müvafiq yoxlama aparılması mümkün olmaması haqqında 16.04.2020-ci il tarixində Mərkəzi Filial tərəfindən ünvanınıza məktub göndərilmişdir. 17.03.2020-ci il tarixli sorğumuza 18.05.2020-ci il və 28.08.2020-ci il tarixlərində daxil olmuş müvafiq cavablara uyğun olaraq adıçəkilən müəsisənin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialında 1997-ci il ilədək qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin qeydiyyatda olduğu müddətdə fəaliyyət göstərməsi barədə Fondun Mingəçevir şəhər filialına hesabat təqdim etməmiş və hüquqi ünvanı məlum olmamışdır. Bu səbəbdən də 18.07.1977-25.11.2005-ci il tarixləri arasındakı dövrü əmək stajınıza daxil etmək mümkün olmadığından sizin ümumi iş stajınız 25 ildən az (19 il 6 ay 2 gün) təşkil edir. Qeyd edilənlərə əsasən əmək kitabçanıza, sizə dair təqdim edilən sənədlərə və onlardakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır”. - Azərbaycan Respublikası “Azəravtonəqliyyat“ X13 X1 47 saylı 24.10.1997-ci il tarixli arayışından görünür ki, X4 müəssisəsi “Azəravtonəqliyyat“ Dövlət Konserninin əmrinə əsasən 01.01.1997-ci il tarixdən Yevlax ИАНБ-nin tərkibinə verilmişdir. X5 Birliyi 29.09.1995-ci il tarixdə Д-762 saylı şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası “Azəravtonəqliyyat“ Dövlət Konserni “Aznəqlmagistral” Respublika İstehsalat Birliyi “X4” müəssisəsi tərəfindən verilmiş 18 saylı 25.11.2015-ci il tarixli güzəştli arayışdan görünür ki, “iddiaçı tam iş günü ərzində ağır və zərərli iş şəraitində aşağıda qeyd edilən qaydada Yevlax NEM-nin Mingəçevir filialında qaynaqçı işində işləmişdir. Onun tam iş günü ərzində ağır və zərərli iş şəraitində güzəştli əmək fəaliyyəti aşağıdakı qaydada olmuş və güzəşli iş stajı işini əhatə edir. Yevlax NEM-nin Mingəçevir filialında 18.07.1977-ci il tarixdən Əmr № 147/k qaynaqçı işində işləmişdir. Hərbi xidmətə getdiyi üçün 10.04.1978-ci il tarixdə Əmr № 64/k işdən azad edilmişdir. 20.05.1980-cı il tarixdə qaynaqçı işinə yenidən qəbul edilmişdir. Əmr № 185/k 25.11.2005ci il tarixdə müqavilə vaxtı qurtardığı üçün işdən azad edilmişdir. Əmr 201/k İddiaçı yuxarıda göstərilmiş bütün bu illərdə tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmişdir. Onun tam iş günü ərzində işləmiş olduğu bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında 21.06.1993-cü il tarixli 320 №-li Qərarının 2№ siyahısının XXXİİİ” ümumi peşələr bölməsində (23200000-10047) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci ii tarixli 12 №-ii qərarının bölməsinin “35” ümumi peşələr bölməsinin 19-ci sətr yarımbölməsində bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. Beləliklə İddiaçı güzəşli iş stajı 26 il 3 ay təşkil edir. Arayış yaşa görə güzəşli şərtlərlə əmək pensiyası təyin olunmaqdan ötrü ƏƏSM-nin yanında DSMFnun Mingəçevir şəhər şöbəsinə təqdim etmək üçün verilir”. - Azərbaycan Respublikası “Azəravtonəqliyyat“ Dövlət Konserni “Aznəqlmagistral” Respublika İstehsalat Birliyi “X4” müəssisəsi tərəfindən verilmiş 58 saylı 18.12.2021-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı tam iş günü ərzində ağır və zərərli iş şəraitində Yevlax NEM-in Mingəçevir filialında qaynaqçı işində işləmişdir. Onun tam iş günü ərzində ağır və zərərli iş şəraitində güzəştli əmək fəaliyyəti güzəştli iş stajı işini əhatə edir və aşağıda qeyd edilən qaydada olmuşdur: Yevlax NEM-nin Mingəçevir filialında 18.07.1977ci il tarixindən əmir №147/k qaynaqçı işində işləmir. 10.04.1978-ci il tarixində əmir № 64/k hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. 20.05.1981-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra yenidən qaynaqçı işinə qəbul edilmişdir əmr № 185/k. 25.11.2005-ci il tarixində müqavilə vaxtı qurtardığı üçün qaynaqçı işindən azad edilmişdir əmr №201/k. Beləliklə İddiaçı yuxarıda qeyd edilən illərdə tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmiş, onun göstərilən illər ərzində tam iş günü işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlətlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 21.06.1993-cü il tarixli 320 nömrəli, 2004-cü il 5 iyul tarixli 92 nömrəli və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında bilavasitə nəzərdə tutulur və güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququna təminat verir. Qərarlar üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr bölməsinin (kod ********) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları (kod 12100000— 19905) bölməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıların Qaynaq işlər bölməsinin (X bölmə) Avtomat və yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı (11 ci sıra) və Əllə qaynaq edən elektrik qaz qaynaqçısı, elektrik qaynaqçısı (12-ci sıra) bölməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının ümumi peşələr bölməsində (35ci bölmə) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları sırası; Arayış İddiaçı güzəştli iş stajı 26 il 03 ay təşkil edir və Arayış güzəştli şərtlətlə yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyanit üzrə Mərkəzi Filialına təqdim etmək üçün verilir. - “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserni “Aztransmagistral” Respublika İstehsalat Birliyinin 34 saylı 11.07.1995-ci il tarixli əmrindən görünür ki, 01.04.1995-ci il tarixdən keçmiş Yevlax Nəqliyyat-ekspedisiya müəssisəsinin Mingəçevir filialı əsasında Mingəçevir Nəqliyyat - ekspedisiya müəssisəsi yaradılmışdır. - “X4” müəssisəsinin məhkəməyə ünvanlanmış 16.12.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Sizin 16 dekabr 2021-ci il tarixi məktubunuza cavab olaraq bildirirk X3 11iyul 1995-ci ildə X11 Müəasisəni ayrılaraq müstəqil müəssisə olmüşdur( sənədlər natriat qaydada sizə təqdim edilmişdir). Bütün sənədlər X4 Müəssisəsinə təhvil verilmişdir. 2 fevral 1996-cı ildə Avtokombinatda olan yanğın X4 Müəssisi nəzdində idarəsini və bütün əşyaları tamamilə yandırmışdır. ( natariotu təsdiq etmiş arayışı sizə təqdim edilmişdir) 01.01.1997-ci il tarixdə yenidən Yevlax X1 tərkibinə verilmişdir (arayış natariot qaydada təsdiq olunmuş sürəti sizə təqdim edilmişdir). İddiaçı idarə yandıqdan sonra 1996-cı ildə Əmək kitabçası yazılmışdır (arayışı və əmək kitabçası natarot qaydada təsdiq olunmuş surəti və əsli sizə təqdim edilmişdir). Güzəştli arayışı 58№ ilə qeyd edilmişdir. 14 sentyabr 2021. Təkrar 2 fevral 1996-cı il tarixdən 01.01.1997-ci il tarixə qədər olan sənədlər X5 birliyinə təhvil verilmişdir. Hal-hazırda həmin idarə mövcud deyildir. Odur ki, yuxanda qeyd edilənləri nəzərə almağınızı xahiş edirəm”. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün, yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə 1997-ci il avqustun 1-dək mövcud olması zəruridir. Yəni iddiaçının tələbində göstərdiyi 55 yaşdan yəni, 10.08.2014-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının həmin tarixdə 55 yaşı tamam olmalı, azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Lakin həmin dövrdə yuxarıda istinad olunan normanın müvafiq dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilməmişdir, yəni iddiaçının həmin dövrdə 55 yaşı olmadığı üçün yuxarıda istinad olunan normanın 1997-ci il avqustun 1-dək qüvvədə olan redaksiyasına görə onun əmək pensiyası hüququ da yarana bilməzdi. Belə ki, 55 yaşı yalnız 10.08.2014-cü il tarixdə tamam olmuşdur. Məhkəmə qeyd edir ki, şəxsin istinad etdiyi hüququ yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər, yəni əvvəlki hüquqi tənzimləmə dövründə artıq yaranmış və mövcud olmalıdır. Yalnız bu halda şəxs həmin hüquqa istinad edərək onun əvvəlki qanunvericiliyə uyğun olaraq təmin olunmasını tələb etməyə haqlıdır. Fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin qadağan olunması ilə bağlı Konstitusiyasının 149-cu maddəsinin müddəaları da bu kontekstdə təfsir edilməli və tətbiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər şəxsin yaranmamış, mövcud olmayan hüququnun yeni hüquqi tənzimləmə nəticəsində məhdudlaşdırılması və ya ona müdaxilə edilməsi, şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılması istisna olunur və iddia edilə bilməz. Göründüyü kimi iddiaçının iddia tələbində göstərdiyi 55 yaşının tamam olduğu tarixdən yəni, 10.08.2014-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən yaş senzi iddiaçının 57 yaşının tamam olması əsas şərtlərdən biridir. Lakin, işin hallarından göründüyü kimi iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşdan deyil, 55 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. Buna görə də, 10.08.2014-cu il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Yuxarıda istinad olunan normalarda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş 1997-ci il avqustun 1-dək mövcud olması zəruri olan dispozisiya şərtlərinin biri - yəni yaş senzi iddiaçıya münasibətdə ödənilmədiyindən, digər iki şərtin ödənilib-ödənilməməsinə qiymət verilməsini məhkəmə prosessual qənaət prinsipinə əsaslanaraq zəruri bilmir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsassız olduğuna görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “25.05.1980-25.11.2005-ci illərdə “X4” müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən (55 yaşdan) güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar