Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6870/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X9rşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X9rşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1970-ci il təvəllüdlü X5 X1 şəhərində doğulmuşdur. AZ-T 067229 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X6 ilə X5 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanılmış və nikah bağlanıldıqdan sonra ərə (arvada) Babışkin(a) soyadı verilmişdir. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin ***-*******04 nömrəli Himayə sənədinə əsasən X7 BMT QAK-ın mandatı altında olan şəxsdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 20 iyun 1970-ci il təvəllüdlü İrina Babishkinaya (himayə sənədi № ***-*******04) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 6 sentyabr 2024-cü il tarixindən 31 yanvar 2025-ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh X16 tərəfindən xx.xx.2025-ci il tarixli məktubla 1970-ci il təvəllüdlü X2 adına olan 1190 nömrəli xəstəlik tarixinin təsdiq edilmiş surəti məhkməyə təqdim edilmişdir. Doğum tarixi kartoçkasında qeyd edilmişdir ki, daxil olma tarixi xx.xx.2002, çıxma tarixi xx.xx.2002, anası X5 (32 yaş), Suraxanı rayonu, Zığ şosessi 3b/6-da yaşayır, işləmir, evdar qadındır. Yenidoğulmuşun inkişaf tarixi kartoçkasında qeyd edilmişdir ki, Ana haqqında məlumat: X5 (32 yaş), Suraxanı rayonu, Zığ şosessi 3b/6-da yaşayır, yenidoğulmuş haqqında məlumat: doğulmuşdur 23.Vİİİ.2002, cinsi qız, 1900 qr, boyu 39 sm, baş dairəsi ölçüsü 26 sm, döş dairəsi ölçüsü 25 sm. Doğulduğu yer: 5 saylı X17. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İrına Babıshkına sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 2 ünvanına qeydiyyata alınmışdır. İddiaçı ərizə ilə Cavabdeh X15 (bundan sonra cavabdeh) müraciət edərək xx.xx.2002-ci il tarixdə 5 nömrəli X3 doğulmasına dair doğum haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, şəxsiyyəti təsdiq edən sənədiniz olmadığı üçün Sizə forma 103 vermək mümkün deyil. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi, onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış, doğum haqqında şəhadətnaməsi və onun Azərbaycan dilinə tərcüməsi və nikah haqqında şəhadətnaməsi əsasında xx.xx.1970-ci il tarixdə Qazaxıstanın Almatı şəhərində doğulmuş İddiaçı - xx.xx.2002-ci il tarixdə 5 nömrəli X4 cinsindən olan bir uşaq doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin ona verilməsi öhdəliyinin “X10" PHŞ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Babışkina (nikahdan əvvəlki sovadı: Bayramova) İrina Yaqubovna xx.xx.1970-ci il tarixdə Qazaxıstanın Almatı şəhərində doğulmuşdur. Anası Bayramova (Pimennova) Olqa Borisovna xx.xx.1946-cı il tarixdə Ukraynanın Sumı şəhərində doğulmuşdur. Anası Azərbaycan SSR-nin vətəndaşı olmuş, 1993-cü ildə Bakı şəhərində vəfat etmişdir. X12 Əzizoviç xx.xx.1947-ci il tarixdə Ermənistan SSR-nin Göyçə mahalının (Krasnoselsk rayonu) Toxluca kəndində doğulmuşdur. Atası Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır, pensiyaçıdır. Təxminən beş yaşı olarkən - 1975ci ildə daimi yaşamaq məqsədilə valideynləri ilə birlikdə Azərbaycana gəlmiş, həmin vaxtdan etibarən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. 1986-cı ildə Bakı şəhəri 147 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1986-1988-ci illərdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən 68 nömrəli peşə məktəbində “aşpazlıq” peşəsi üzrə təhsil almışdır. xx.xx.1986-cı il tarixdə Azərbaycan SSR Bakı Şəhəri Şaumyan (indiki Xətai) Rayon İcraiyyə Komitəsinin Daxili İşlər şöbəsi tərəfindən XX-JQ seriyalı, 570521 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. 1988-1989-cıı illərdə SSRİ Müdafiə Nazirliyinin Azərbaycan SSR-nin Bakı şəhərində yerləşən İSKRA (Alov) zavodunda “fəhlə” vəzifəsində çalışmışdır. 1998-2000-ci illərdə “Bakı Zooloji Parkı”nda “orienloloq” vəzifəsində çalışmışdır. xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş xx.xx.1969-cu il təvəllüdlü X6 ilə nikaha daxil olmuşdur. Onların nikahı Bakı Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Nikaha daxil olduqdan sonra ona ərinin soyadına uyğun olaraq "Babışkina" soyadı verilmişdir. Qeyd edir ki, onun SSRİ nümunəli pasportunu 2000-ci ildə əri X6 aralarında olan mübahisə zəmnində məhv etmişdir. Doğum haqqında şəhadətnaməni isə ondan əvvəl itirmişdir. Doğum haqqında şəhadətnaməsi itdiyi üçün həmin vaxtdan sonra onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi mümkün olmamışdır. Həmin vaxtdan etibarən Azərbaycanda sənədsiz yaşayır. Hazırda onun hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. 2000-ci ildə əri X6 daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan sonra onu heç vaxt görməmişdir. O, Rusiya Federasiyasına gedərkən nikah haqqında şəhadətnaməni də özü ilə aparmışdır. Yalnız Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8406/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı əsasında iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən nikah haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. 2024-cü ilin aprel ayında Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Azərbaycan və Qazaxıstan Respublikalarının Ədliyyə Nazirlikləri vasitəsi ilə Qazaxıstan Respublikasının müvafiq qurumlarına sorğu vermişdir. Həmin sorğu əsasında Qazaxıstan Respublikasının müvafiq qurumları tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında təkrar şəhadətnamə xx.xx.2024-cü il tarixdə ona təqdim edilmişdir. Qeyd edir ki, xx.xx.2002-ci il tarixdə onun X8 ilə münasibətindən Bakı şəhərində 5 nömrəli X11 (xx.xx.2021-ci il tarixdən etibarən 5 nömrəli X17 Cavabdeh PHŞ-nin tərkibində fəaliyyət göstərir.) bir qızı doğulmuşdur. Lakin onun şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün ona qızının doğulması barədə xəstəxana tərəfindən tibbi şəhadətnamə verilməmişdir. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması səbəbindən ona 5 nömrəli X17 tərəfindən həmin tibb müəssisəsində xx.xx.2002-ci il tarixdə bir qız uşağı doğduğunu təsdiq edən tibbi şəhadətnamə verilmədiyi üçün bu vaxta qədər qızının doğum faktının qeydə alınması və onun doğum haqqında şəhadətnamə ilə təmin edilməsi mümkün olmamışdır. Hazırda qızının 22 yaşı var. Lakin onun doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur, bu səbəbdən də o, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK tərəfindən himayəyə götürülmüşdür. Qızının doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması mümkün olmur. Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması üçün qızının doğumunun qeydə alınması və onun doğum haqqında şəhadətnamə ilə təmin edilməsi lazımdır. Bunun üçün isə müvafiq qeydiyyat şöbəsinə qızının doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim edilməlidir. xx.xx.2024-cü il tarixdə iddiaçı Cavabdeh PHŞ-yə müraciət edərək onun xx.xx.1970-ci il tarixdə Qazaxıstanın Almatı şəhərində doğulmuş İddiaçı - xx.xx.2002-ci il tarixdə 5 nömrəli X4 cinsindən olan bir uşaq doğduğunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin ona verilməsini xahiş etmişdir. Cavabdeh PHŞ onun müraciətinə özünün xx.xx.2024-cü il tarixli 18-1-2/2- B-895-42-527/2024 nömrəli məktubu ilə imtina cavabı vermişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının “15” may 2014-cü il tarixli, "24/3” nömrəli qərarı ilə təsdiq edilmiş “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi üzrə” İnzibati Reqlamentə əsasən “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsindən ibarətdir. Qanunvericiliyə əsasən doğumun dövlət qeydiyyatı məcburidir. Uşağın doğulduğu gündən bir ay ərzində onun doğulduğu, yaxud valideynlərinin yaşadığı ərazi üzrə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə tibbi şəhadətnamə, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, eləcə də onların nikahı və doğumu haqqında şəhadətnamələr təqdim olunmalıdır. Qeyd olunan müddətdə müraciət olunmamasına görə valideynlər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: - 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. - 21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). - 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. - 74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. 74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. İşin hallarından görünür ki, iddiaçı 5 №-li Doğum evinin qeydiyyat kitabına əsasən xx.xx.2002-ci il tarixində qadın cinsində uşaq dünyaya gətirmiş, lakin iddiaçının şəxsiyyətini təsdiq edəcək sənədi olmadığı əsas gətirilərək iddiaçıya doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə tibb müəssisəsi tərəfindən iddiaçıya dünyaya gətirdiyi övladına tibbi şəhadətnamənin verilməməsinin əsasında ananın şəxsiyyətini təsdiq edən sənədin olmamasıdır. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır. Əvvəla, iddiaçının cavabdeh müəssisədə olan xəstəlik tarixçəsi və ona əlavə edilmiş sənədlərindən görünür ki, iddiaçının doğum sənədlərində onun şəxsiyyətini təsdiq edən sənəd olmasa da iddiaçı həmin tibb müəssisəsinə doğum üçün qəbul edilmiş, ona müvafiq doğum haqqında tarixçə açılmış, doğum barədə, eləcə də doğulmuş uşağın inkişaf tarixi haqqında müvafiq xəstəlik tarixi qeydə alınmışdır. Başqa sözlə, xəstəni şəxsiyyəti təsdiq edən sənəd olmadan qəbul edib barəsində xəstəlik kitabçası açıldığı zaman xəstənin kimliyi barədə hər hansı əsaslı şübhələr olmadığı halda iddiaçıya şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməməsi əsası ilə ona dünyaya gətirdiyi yenidoğulmuş barədə tibbi şəhadətnamənin verilməsindən imtinası özlüyündə əsassızdır. Digər tərəfdən qeyd olunmalıdır ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə İddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. Belə olan halda müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin İddiaçı qızı barəsində “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi üçün tələb olunan şərtlər mövcuddur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış, doğum haqqında şəhadətnamə və onun Azərbaycan dilinə tərcüməsi və nikah haqqında şəhadətnamə əsasında xx.xx.2002-ci il tarixdə qız uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi Cavabdehn üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №2-1(112)-6870/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6870/2025
10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver