Məhkəmə qərarları › İş №2-1(112)-6871/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6871/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6871/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Adi cəlbetmə qaydasında üçüncü şəxs X4 və nümayəndəsi (qardaşı) X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Adi cəlbetmə qaydasında üçüncü şəxs X11) qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 26/32 saylı evin 21 nömrəli mənzili, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 saylı evin 71 nömrəli mənzili və Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 100a saylı evin 42 nömrəli mənzillərinə dair X1 adma verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixində mərhum həyat yoldaşı X21 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. 1992-ci ilin dekabr ayından Rusiya Federasiyasının Moskva şəhərinə köçmüş və 2007-ci ilədək orada yaşamışdır. Birgə nikahdan iki övladları - xx.xx.1994-cü il təvəllüdlü X17 və xx.xx.2002-ci il təvəllüdlü X24 dünyaya gəlmişdir. 1999-cu il Moskvada ev növbəsi ilə əlaqədar əlavə mənzil sahəsi almaq üçün rəsmi nikahlarının ləğv olunması məsləhət görülmüş və bu səbəblə xx.xx.1999-cu il tarixdə Moskva VVAQ-ın Dmitrovski qeydiyyat şöbəsində nikahları formal olaraq pozulmuşdur. Daşınmaz əmlakla bağlı əqdlərin bağlanması və hüquqların dövlət qeydiyyatı üzrə Moskva şəhər komitəsindən xx.xx.2000-ci ildə 77-01/13-196/2000-1661.2-2 nömrə üzrə aparılmış qeydiyyata əsasən Moskva şəhəri, Klyazminskaya küçəsi, bina 11, korpus 2, mənzil 114 ünvanının 1/3 hissəsinə dair iddiaçının adına, Daşınmaz əmlakla bağlı əqdlərin bağlanması və hüquqların dövlət qeydiyyatı üzrə Moskva şəhər komitəsindən xx.xx.2000ci ildə 77-01/13-196/2000-1661.2-1 nömrə üzrə aparılmış qeydiyyata əsasən Moskva şəhəri, Klyazminskaya küçəsi, bina 11, korpus 2, mənzil 114 ünvanının 1/3 hissəsinə dair oğlu X12 adına, Daşınmaz əmlakla bağlı əqdlərin bağlanması və hüquqların dövlət qeydiyyatı üzrə Moskva şəhər komitəsindən xx.xx.2000-ci ildə 77- 01/13-196/2000- 1661.2-3 nömrə üzrə aparılmış qeydiyyata əsasən Moskva şəhəri, Klyazminskaya küçəsi, bina 11, korpus 2, mənzil 114 ünvanının 1/3 hissəsinə dair X8 adına mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Həmin mənzillər 2007-ci ildə təqribən həmin vaxta olan məzənnə ilə 208.000,00 ABŞ dollarına satılmışdır. Bundan sonra Bakı şəhərinə köçərək qarşılıqlı razılaşmaya əsasən X6 adına Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 26/32 saylı evin 21 nömrəli mənzilini, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 saylı evin 71 nömrəli mənzilini, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, lOOa saylı evin 42 nömrəli mənzilini almışdırlar. İddiaçı qeyd edir ki, həmin mənzilləri alarkən Rusiyada satdıqları mənzillərin satışından əldə olunan gəlirlərdən başqa iddiaçının şəxsi vəsaiti və valideynləri tərəfindən də külli miqdarda vəsait köməklik edilmişdir. Qarşılıqlı razılaşmaya əsasən mənzillər iddiaçının həyat yoldaşı X6 adına rəsmiləşdirilmiş və onun adına dövlət reyestrindən çıxarışlar verilmişdir. xx.xx.2013-cü ildə iddiaçının həyat yoldaşı qəflətən dünyasını dəyişmiş və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən formal olsa da, iddiaçı rəsmi boşandığı üçün miras əmlakda payçı ola bilməmişdir. Amma iddiaçının mülkiyyətində olan əmlakın hesabına göstərilən miras əmlakların alınması, həmin əmlakların uzun illər iddiaçının istifadəsində və sahibliyində olmasını, həmin dövr ərzində mənzilləri dəfələrlə təmir edərək hazırkı gündə dəyərinin artmasına səbəb olmağını nəzərə alaraq həmin mənzillərdən iddiaçının miras payı ayrılmalı və ona qaytarılmalıdır.

3. X11 məhkəməyə yazılı ərizə təqdim edərək hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X11 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Üçüncü şəxs məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi mənzillər, onun əri Qalib Əsədullayev (üçüncü şəxsin qardaşı) vəfat etdikdən sonra onun vərəsələri anası X9 və övladları qızı Aydan və oğlu Emin tərəfindən qəbul edilərək onların mülkiyyətinə keçmişdir. X9 xx.xx.2020-ci ildə vəfat etmiş, Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 21 nömrəli mənzil və Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 100 a saylı evin 42 nömrəli mənzilə olan payı onun adında qalmış, Bakı şəhəri Yasaml rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 saylı 71 saylı mənzili isə olan payını o sağ ikən üçüncü şəxsə bağışlamış və hazırda da üçüncü şəxs həmin payda mənzilin mülkiyyətçisidir. Əsədullayeva cavabdehlər X2 X13 və X18 qarşı Bakı şəhəri Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mərhum həyat yoldaşı X32 ilə birgə yaşayış dövründə əldə etdikləri əmlaka - Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsi, ev 26/32, 21 nömrəli mənzilə, Bakı şəhəri Yasamal rayonu, Həsəııbəy Zərdabi küçəsi, 73 saylı 71 saylı mənzilə və Bakı şəhəri, Yasamal rayonu, Şalıbazi küçəsi, ev 100 a, 42 nömrəli mənzilə 1/2 hissədə mülkiyyət hüququnun müəyyən edilməsi barədə iddiası təmin edilməmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilən mənzilləri ələ keçirmək fikrindən dönməyən İddiaçı yeni bir uydurma iddia ilə Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan qardaşı Aydın Məstiyevin dostu X22 təhrik edib, onu özünə, uşaqları X13 və X18 qarşı 500 000 ABŞ dollarının onlardan tutulması və borcun qeyd edilən mənzillərə yönəldiməsi barədə uydurma iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etməyi xahiş etmişdir. Açıq şəkildə bu yalan iddiaya görə güya X7 Əsədullayevaya 500 000 ABŞ dolları vermiş və bu pulun verilməsini İddiaçı görmüşdür. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 7546/2014 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. X16 apellyasiya şikayəti vermiş, sonradan iş Ali Məhkəməyədək mübahisələndirilmiş, sonunda AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(102)-1752/2019 saylı qərarı ilə X19 iddiasının rədd edilməsi barədə qəbul edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 3673/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, pulun götürülməsi və götürülmüş pulun qaytarılmayacağı təqdirdə mənzillərin girov qoyulması barədə 500 000 ABŞ dollarlıq tərtib edilmiş iltizamın tarixinə görə borc verən X28 ümumiyyətlə Azərbaycanda olmamışdır. Lakin İddiaçı bu işdə borcun onun yanında verilməsi ilə bağlı məhkəmədə yalan ifadə vermişdir. Göründüyü kimi iddiaçı hazırkı işdə əvvəl mübahisə etdiyi mənzillərlə bağlı irəli sürdüyü hallara yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-( 103)-350/2015 №-li xx.xx.2015-ci il tarixli qətnaməsində qiymət verilmiş, lakin iddiaçı həmin məhkəmənin qətnaməsini iddia ərizəsində qeyd etməmiş, gizlətmişdir. Hazırda da bu məhkəməyə aidiyyəti olmayan tələblə mənzilin mülkiyyətçilərin hüquqlarını mübahisələndərməyə çalışır. Odur ki, onun iddiası mümkünsüz hesab edilməlidir.

6. İş materiallarında olan AZ-İ 612524 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X21 xx.xx.2013-cü il tarixdə ölmüşdür.

7. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (3/6 hissə) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır

8. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (3/6 hissə) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

9. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (3/6 hissə) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 350/2015 nömrəli Qərarı ilə cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6606/2013 saylı iş üzrə 18 oktyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar çıxarılmışdır. İddiaçı cavabdehlər Əsədullayeva Aydan Qalib qızına, X18 və X2 qarşı mərhum həyat yoldaşı X21 ilə birgə yaşayış dövründə əldə etdikləri əmlaka - ünvan 1 ünvanında yerləşən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, ev 73, mənzil 71 ünvanında yerləşən, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 100a, mənzil 42 ünvanda yerləşən mənzillərə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququnun müəyyən edilməsi barədə iddiası təmin edilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icrada dönüş edilməsi barədə ərizəyə dair xx.xx.2018-ci il tarixli, 2(103)-350/2015 nömrəli Qərardadı ilə X1 ərizəsi təmin olunmuş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6006/2013 saylı iş üzrə 18 oktyabr 2013-cü il tarixli qətnaməsinin icrasında dönüş edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 26/32 ünvanında yerləşən 21 saylı; Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 9anında yerləşən 71 saylı və ünvan 6 yerləşən 42 saylı mənzillərə dair həmin qətnamənin icrası qaydasında edilmiş qeydlər ləğv edilməklə qətnamənin icrasına qədərki qeydlər bərpa edilmişdir.

12. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ X8 (1/6 hissə; xx.xx.2013-cü il tarixdə), X14 (1/6 hissə; xx.xx.2013-cü il tarixdə), X12 (2/6 hissə açıq qalır) və X3 (2/6 hissə; xx.xx.2019-cu il tarixdə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

13. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ X8 (1/6 hissə; xx.xx.2013-cü il tarixdə), X14 (1/6 hissə; xx.xx.2013-cü il tarixdə), X12 (2/6 hissə açıq qalır) və X3 (2/6 hissə; xx.xx.2019-cu il tarixdə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

14. İş materiallarına olan AZ-İİ 065100 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

15. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (elektron) surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ X8 (1/6 hissə; xx.xx.2013-cü il tarixdə), X14 (1/6 hissə; xx.xx.2013-cü il tarixdə), X12 (2/6 hissə açıq qalır) və X4 (2/6 hissə; xx.xx.2020-ci il tarixdə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

16. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd olunmuşdur ki, iddia ərizəsində də qeyd edildiyi kimi iddiaçının əri X21 öldükdən sonra onun mülkiyyətində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi də miras əmlak kimi X2 qalmış və adına çıxarış verilmişdir. İddiaçı hesab edir ki, məhkəmə işə baxarkən mərhum X10 miras qalmış bütün əmlaklar mübahisələndirilməlidir. Belə ki, həmin əmlaklar uzun illər iddiaçının istifadəsində və sahibliyində olmuşdur. İddiaçı sahibliyində olan dövr ərzində həmin əmlakın dəyərinin artmasına külli miqdarda vəsait xərcləmişdir. Belə olduğu halda, iddiaçı hesab edir ki, AR İPM-nin 54.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin həcmini artıraraq Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 26/32 saylı evin 21 nömrəli mənzili, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 saylı evin 71 nömrəli mənzili və Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 100a saylı evin 42 nömrəli mənzillərinə və Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair X1 adına verilmiş dövlət reyestrindən çıxarışların ləğv edilməsi zəruridir. Göstərilənlərə əsasən iddiaçı Bakı şəhəri, Səbail rayonu. Xaqani küçəsi, 26/32 saylı evin 21 nömrəli mənzili, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 saylı evin 71 nömrəli mənzili və Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, lOOa saylı evin 42 nömrəli mənzillərinə və Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair X1 adına verilmiş dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmənin mümkünlük iclasında iştirak edən üçüncü şəxs və nümayəndəsi (qardaşı) yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

19. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

21. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

22. X37 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

23. X37 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

24. X33 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli, 2(004)-6606/2013 nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsi, ev 26/32, 21 nömrəli mənzilə, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, ev 73, 71 saylı mənzilə və Bakı şəhəri, Yasamal rayonu, Şalıbazi küçəsi, ev 100 a, 42 nömrəli mənzilə dair İddiaçı ½ hisədə mülkiyyət hüququ tanınmış, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-350/2015 nömrəli Qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6606/2013 saylı iş üzrə 18 oktyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icrada dönüş edilməsi barədə ərizəyə dair xx.xx.2018-ci il tarixli, 2(103)-350/2015 nömrəli Qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6006/2013 saylı iş üzrə 18 oktyabr 2013-cü il tarixli qətnaməsinin icrasında dönüş edilmiş və Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 26/32 ünvanında yerləşən 21 saylı; Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 9anında yerləşən 71 saylı və ünvan 6 yerləşən 42 saylı mənzillərə dair həmin qətnamənin icrası qaydasında edilmiş qeydlər ləğv edilməklə qətnamənin icrasına qədərki qeydlər bərpa edilmişdir. İş materiallarına əlavə olunmuş çıxarışların (elektron) surətindən görünür ki, mübahisələndirilən mənzillərə dair mülkiyyət hüququ ilkin olaraq X3 (2/6 hissə), X8 (1/6 hissə) və X15 (1/6 hissə) adına qeydiyyata alınmış, X9 öldükdən sonra isə X4 (2/6 hissə), X8 (1/6 hissə) və X15 (1/6 hissə) adına qeydiyyata alınmışdır.

28. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə müəyyən edir ki, müvafiq qeydlər məhkəmə qərarının əsasında həyata keçirildiyindən iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

29. Odur ki, iddia mümkün sayılmamalıdır.

30. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin həcminin artırılması barədə ərizəyə münasibətdə qeyd edir ki, iddia tələbinin dəyişdirilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. Odur ki, məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək iddia tələbinin qeyd edilən tələbə uyğunlaşdırılmasına zərurət görmür.

31. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

32. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

33. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar