Məhkəmə qərarları › İş №2-1(112)-6872/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6872/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6872/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçılar -İddiaçı1 hüquqi varisi - İddiaçı2 cavabdeh -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə üçüncü şəxslər -Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2 (TƏBİB) publik hüquqi şəxs “Gəncə şəhər birləşmiş xəstəxanası” PHŞ, (Gəncə Səhiyyə İdarəsi) 3 saylı X2 qarşı sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasından kənar baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2nə qarşı 30.08.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəməyə təqdim etdiyi ərizə əsasında Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş 10.02.2022-ci il tarixli, 2-1(114)-233/2022 nömrəli qərardad ilə İddiaçı2 iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2nə qarşı (üçüncü şəxslər Gəncə Səhiyyə İdarəsi, 3 saylı X2) sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə İddiaçı1 hüquq varisi kimi tanınmışdır. İddiaçı (İddiaçı1 hüquqi varisi) İddiaçı2 məhkəməyə təqdim etdiyi digər ərizə əsasında Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş 10.02.2022-ci il tarixli, 2- 1(114)-233/2022 nömrəli qərardad ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2nə qarşı (üçüncü şəxslər Gəncə Səhiyyə İdarəsi, 3 saylı X2) sığorta pulunun ödənilməsi tələbi üzrə cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh1 əsl cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-233/2022 saylı 07.02.2022-ci il tarixli qərardadı ilə hazırkı işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən sığorta pulunun ödənilməsini tələb edir. İş materiallarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-233/2022 saylı 07.02.2022-ci il tarixli qərardadı ilə hazırkı işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-233/2022 saylı 07.02.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, iddiaçının tələbi cavabdeh orqandan kompensasiya tələbidir. İş üzrə iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyinə qarşı iddia qaldırmışdır və cavabdeh orqanın yerləşdiyi ünvan ünvan 1 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən cavabdehin yerləşdiyi ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə işin hallarını nəzərə alaraq, qeyd edir ki, iş materiallarından və iddia ərizəsindən görünür ki, iddia tələbi cavabdeh inzibati orqan tərəfindən ödənilməli olan, lakin ödənilməyən sığorta ödənişi ilə bağlıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi iddia növünə deyil, İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, mübahisənin mahiyyətindən da aydın olunur ki, İPM-in 2.2.7-ci maddəsinin ikinci hissəsində qeyd edilmiş inzibati orqanın qanunsuz qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyan mövcud deyildir. Sadəcə cavabdeh inzibati orqan tərəfindən ümumi hüquq münasibətlərindən irəli gələn icra etməli olan öhdəliyinin yerinə yetirilməməsindən yaranmış mübahisədir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini etmək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaitidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə X1”nin 1.1-ci bəndinə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasında yaradılmış, icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əhalini icbari tibbi sığortaya cəlb etmək, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir. Göründüyü kimi, mövcud qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənişinin ödənilməməsi müvafiq inzibati orqan tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, hazırkı iddia tələbi sığorta ödənişinin ödənilməməsi ilə bağlı olduğundan, öhdəliyin icrası iddia növünə aid edilməli və iddia tələbi üzrə mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin müddəaları tətbiq edilməklə baxılmalıdır. Belə ki, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən 8.1.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin: “Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;”. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddia ərizəsi 10.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. Beləliklə, hazırkı mübahisə öhdəliyin icrası iddia növünə aid olduğundan, həmçinin İddiaçı1 hüquqi varisi və İddiaçı2 qeydiyyat ünvanı ünvan 3 aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə müvafiq olaraq fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Beləliklə mövcud qanunvericilik şəxsin bir neçə yaşayış yerinin olmasını mümkün saysa da, eyni zamanda şəxsin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsinə şərait yaratmaq məqsədi ilə onun yaşayış yeri üzrə 10 gündən gec olmayaraq müddətdə qeydiyyata alınması üçün müvafiq qaydada müraciət etməsini onun üzərinə vəzifə qoyur, həmçinin Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilməsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırkı mübahisə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır və iddiaçının AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə (AZEMİS elektron məhkəmə sistemindən çıxarış) əsasən onun yaşayış yeri (qeydiyyatda olduğu ünvan) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 7, mənzil 29 ünvanıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə mübahisəyə İPMin 8.1.2-ci maddəsinin müddəaları tətbiq edilməklə, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu yerin müvafiq məhkəməsində, yəni Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı mübahisə öhdəliyin icrası iddia növünə aid olduğundan və İddiaçı1 hüquqi varisi - İddiaçı2 qeydiyyat ünvanı ünvan 3 aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Məhkəmə işin hallarından çıxış edərək və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, 2-1(112)- 6872/2022 saylı iş mahiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində həll edilməli idi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 hüquqi varisi - İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyinə qarşı (üçüncü şəxslər -Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2 (TƏBİB) publik hüquqi şəxs “Gəncə şəhər birləşmiş xəstəxanası” PHŞ, (Gəncə Səhiyyə İdarəsi) 3 saylı X2) sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair 2-1(112)- 6872/2022 nömrəli inzibati iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar