Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6874/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, iddiaçı X3 iştirakı ilə, iddiaçılar İddiaçı1 və X3 cavabdeh Azərbaycan X1rşı vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə aidiyyət məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və X5 cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) onlardan xəbərsiz torpaq sahələrinə girərək onu qazıntıya məruz qoymaqla, yararsız hala gətirilməsi faktının “X2 üçün alınması haqqında” Qanunun (bundan sonra mətndə Qanun) 32.3-cü maddəsinin tələbinə bərabər tutulmasını və torpağın könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya yəni, onlara ümumi qiymətlə yanaşı onun məbləğinin 10 % miqdarında əlavə ödəniş həyata keçirilməsi; 2) mülkiyyətlərində olan torpağın bir hissəsi alınmaya məruz qoyulduğundan ayrılma nəticəsində onlara dəyən zərərin, Qanunun 56.1.4-cü maddəsinin tələbinə uyğun ümumi məbləğə əlavə edilərək hesablanması; 3) ayrılmaya məzuz qoyulan onlara məxsus torpaq səhəsinin, Pirşağı-Novxanı - Sumqayıt avtomobil yolu lahiyəsi çərçivəsində körpü tikintisinin altına düşdüyündən, bu tikinti ilə bağlı drenaj boruların, hasarların, qurğuların inşa edilməsi nəticəsində bölünərək sahibliyində saxlanan torpaq sahəsi üçün, Qanunun 60-cı maddəsində nəzərdə tutulan kompensasiyanın, ümumi qiymətləndirilmə məbləğinə əlavə edilib hesablanması; 4) alınmanın təsirinə məruz qalmış torpaq sahəsi ümumi istifadədə olan paylı mülkiyyətdə olduğunu, torpaq bölünməyə məruz qoyulduqda ondan istifadə etmək,məhsul götürmək hüququna malik olan digər payçı şəxslər (ailə üzvləri) həmin torpağa giriş, istifadə, məhsul götürmək hüququnu itirmiş olduqlarını nəzərə almaqla, u halda Qanunun 64-cü maddəsində nəzərdə tutulan kompensasiya məbləğinin ümümi qiymətləndirmə məbləğinə əlavə edilərək hesablanması; 5) müvafiq Qanunun 65.1.3-cü maddəsinin tələbinə əsasən kənd təsərrüfatı torpaqlar alınmaya məniz qoyularaq itirildikdə torpaq sahəsindən əlavə, ümumi kompensasiya məbləğinə torpaqda istifadə edilməsi nəzərdə tutulan toxum və bitkilərin qiymətinin də əlavə edilməklə, alınacaq torpağın ümumi qiymətinə yuxarıda qeyd oluna biləcək xərcin əlavə edilməsi; 6) qeyd olunan Qanunun 58-ci maddəsinə əsasən alınmaya məruz qoyulan torpaq sahəsinin qiymətinin “ bazar qiymətinə” üyğun müəyyənləşdirildiyini nəzərə alınmaqla, “Pirşağı- Novxanı-Sumqayıt avtomobil yolu lahiyəsi çərçivsində körpü tikintisinin altına düşmüş torpaq sahəsinin nə 100, nə 250 nə də, 500 metrədək əhatə edən ərazidə bazar formalaşmadığını, mövcud olmadığını nəzərə almaqla, bu halda Qanunun tələbinə əsasən, torpağının alınmaya məruz qalan hissəsinin paytaxt Bakı şəhərinə yaxın məsəafədə yerləşən, Mehdiabad qəsəbəsində mövcud olan, torpaqın alqı-satqısına dair formalaşmış bazar qiymətinin əsas götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər aidiyyət məsələsinin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ümumi birgə mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan mübahisəli torpaq sahəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşir. İddia ərizəsindən göründüyü kimi, iddiaçıların tələbi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətlərində olan torpaq sahəsinin “X2 üçün alınması haqqında” Qanunun təsiri altına düşməsi ilə bağlı müvafiq kompensasiyanın ödənilməsidir ki, bu da həmin iddianın daşınmaz əmlakla bağlı mübahisələrə aid olduğunu təsdiq edir. İPM-nin: 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İddiaçı X5 işin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirir. İPM-nin: 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1 və X3 cavabdeh Azərbaycan X1rşı vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair 2-1(112)-6874/2025 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6874/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6874/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver