Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6875/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “təhsil aldığı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək ona xx.xx.2016-cı il tarixində verilmiş B16 №089871 qeydiyyat nömrəsi ilə Bakalavr dərəcəsi üzrə Diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Xarkov Milli Radiotexnika Universitetinin ixtisası üzrə bakalavr dərəcəsində bitirmişdir. Bununla əlaqədar ona Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən edilmiş 30 iyun 2016-cı il tarixli B16 №089871 saylı apostil edilmiş bakalavr diplomu verilmişdir. O ali təhsil aldığı müddətdə müvafiq fənn proqramlarını mənimsəmiş, bütün imtahanlarda uğurla iştirak etmiş və təhsil aldığı müddətdə davamiyyəti yaxşı olmuşdur. Tədris olunan fənnlərin hamısından məqbul qiymətlər aldığı diploma əlavədən də görmək mümkündür. İddiaçı ali təhsilni başa vurduqdan sonra diplomunun Azərbaycan Respublikası ərazisində tanınması üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Təhsil Nazirliyinə Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən 25 fevral 2022-ci il tarixli, Y-58/03-TKTA saylı nömrəli məktubla diplomun ölkə ərazisində tanınmasından imtina olunmuşdur. Həmin məktubda isə tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Halbuki iddiaçı keçirilən söhbət zamanı ixtisasına dair ona verilən sualları cavablandırmış və hesab edir ki, cavabdehin iddiaçının bilik səviyyəsinin qənaətbəxş olmadığı barədə mülahizəsi əsassızdır. Buna görə də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onun diplomunun tanınmasından imtina edilməsi qanunsuzdur.
3. Cavabeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinada bildirilmişdir ki, məhkəmənin müvafiq qərardadı əsasında xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə əlaqədar təqdim edilmiş sənədlər xx.xx.2021-ci il tarixində yenidən icraata götürülmüşdür. Bununla belə, təkrar ekspertiza nəticəsində xarici ali təhsil ixtisasının tanınmaması haqqında qərar qüvvədə saxlanılmış, bununla bağlı xx.xx.2021-ci il tarixli NA00003121 nömrəli inzibati akt təqdim olunmuşdur. İddiaçının müraciətə dair yekun qərar haqqında elektron inzibati aktı əldə etmək üçün şəxsi kabinetinin elektron sənədlər bölməsinə daxil ola bildiyi qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gündən keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim edərək həmin etirazı müdafiə etdiyini bildirdi. İddiaya yazılı etiraza əsasən, İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq videomüsahibə əsasında ərizəçinin tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasının mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti tərəfindən verilmiş İqtisadi kibernetika ixtisası üzrə (bakalavr/əyani) aldığı kvalifikasiyanın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iş üzrə yenidən inzibati icraat aparılması barədə aralıq qərardad qəbul etmişdir. Məhkəmə qərardadı əsasında xx.xx.2021-ci il tarixdə yenidən videomüsahibə keçirilmiş və ərizəçinin tədris dili (rus dili) üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasının mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2021-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7356/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmışdır. Hesab edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ. 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda Konvensiyanın müddəalarına əsasən tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər
5. Ali peşə təhsilinin feredal dövlət büdcə təhsil müəssisəsi “İvanovo Dövlət Universiteti” tərəfindən 30 iyun 2016-cı il tarixli diploma və onun əlavəsinə əsasən, Badamova (Sərkərova) Aygün Saruxanovnaya 020201 Biologiya hazırlıq istiqaməti üzrə 5 il əyani təhsil almış və ona Dövlət İmtahan Komissiyasının qərarı ilə Bioloq ixtisası üzrə №103718 ******* diplom (qeydiyyat nömrəsi 946) və №103718 ******* diploma əlavə (qeydiyyat nömrəsi 946) verilmişdir.
6. Bakı Slavyan Universiteti tərəfindən Rusiya Federasiyası İvanovo Dövlət Universitetində “Biologiya” ixtisası üzrə ali bakalavr təhsili almış Sərkərova (Badamova) Aygün Saruxan qızının rus dilini bilmə səviyyəsi haqqında mütəxəssis rəyinə əsasən, Xarici dillərin tədrisinə dair beynəlxalq normativ-metodiki sənədlərdə qeyd olunur ki, hər hansı xarici dili, o cümlədən rus dilini bilmə bacarığı dedikdə, mətni (nitqi) dinləyib anlamaq, həmin dildə danışmaq, oxumaq, yazmaq, ümumiyyətlə, nitq fəaliyyətinin həyata keçirmək kimi kompleks bacarıq nəzərdə tutulur. Bu bacarıq müxtəlif şəxslərdə müxtəlif olur və onun səviyyəsinin qiymətləndirilməsi fərqli meyarlar əsasında həyata keçirilir. Nitq bacarıqlarının ölçülməsi məqsədilə aşağıdakı səviyyələr müəyyənləşdirilir: reseptiv, reproduktiv və produktiv. İlkin, reseptiv səviyyədə şəxs xarici dildə özgə nitqi dinləyib anlayır, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilmir. Reproduktiv nitq səviyyəli şəxs dinlədiyi mətnləri təkrarən canlandırmaq bacarığına malikdir. Mətnlə bağlı ona verilən sadə sualları cavablandırır. Produktiv nitq səviyyəsinə malik olan şəxs xarici dildə danışanı nəinki dinləyib başa düşür, onunla üsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə edir. Produktiv səviyyə məhsuldar səviyyədir. Bu səviyyədə nitqin yazılı və şifahi formaları fərqləndirilir. Sərkərova (Badamova) Aygün Saruxan qızının rus dilini bilmə səviyyəsi üçüncü - produktiv səviyyəyə uyğun gəlir. Belə ki, o, özü və ixtisası haqqında ona verilən sualları şifahi və yazılı formada cavablandırır. Nitqində bəzən fonetik, orfoqrafik və qrammatik səhvlərə yol versə də, bötövlükdə fikrini düzgün ifadə etmək baçarığına malikdir. Sərkərova (Badamova) Aygün Saruxan qızının rus dilində müəyyən lüğət ehtiyatına malikdir. “Biologiya” ixtisasına dair rus dilində verilən suallara verdiyi cavabları onun bakalavr səviyyəsində normal ali təhsil aldığına, rus dilində dinləyib anlama, danışıq, oxu və yazı bacarıqlarına malik olmasına əyani sübutdur. Sərkərova (Badamova) Aygün Saruxan qızı yiyələndiyi ixtisasa dair söz və ifadələrdən istifadə etməyi bacarır, peşəyönümlü anlayışların izahını verə bilir, ünsiyyətə daxil olur. Yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edirəm ki, Sərkərova (Badamova) Aygün Saruxan qızının rus dilini bilmə səviyyəsi produktiv səviyyəyə uyğun olmaqla kafidir, ali təhsilli “Biologiya” peşə nitqinə verilən ümumi tələblərə cavab verir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) cavabdehin nümayəndəsi iştiak etmir.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
11. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. Odur ki, Təhsildə Keyfiyyətə Təminat Agentliyinin cavab məktubu qeyd edilən əlamətlərə malik olmadığından inzibati akt hesab edilmir, inzibati aktın qəbulundən imtinaya dair yazılı məlumatdır və həmin məlumatın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən edilmir. İddiaçı inzibati aktın qəbul edilməsini arzulayır və iddia məcburetməyə dair iddiadır.
13. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
14. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, imtina məktubunun iddiaçıya çatdırılma tarixi müəyyən edilmir. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 43/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarına uyğundur.
16. Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndinə əsasaən, ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
18. Görunduyu kimi, xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomunun tanınması və tanınmasından imtinanın şərtləri qanunvericiliklə dəqiq müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, onun təhsil aldığı universitetdə tədris işinin həcminin kredit vahidləri ilə aparıldığı, iddiaçının əyani formada təhsil aldığı müddət ərzində Rusiya Federasiyasında qısa müddətdə (İ il- 2 gün, İİ il-2 gün, İİİ il-2 gün, İV il - 2 gün, V il - 2 gün) olduğu müəyyən olunmuş, bununla da iddiaçının qeyd edilən illər ərzində auditoriya dərslərində iştirakının az olduğu öz təsdiqini tapmışdır.
19. Beləliklə, iddiaçının Rusiya Federasiyasında tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur.
20. İddiaçının diploma əlavədə qeyd olunan tədris yükünü mənimsəməsi ağlabatanlıq kriteriyası baxımından qiymətləndirildikdə, iddiaçının təhsil aldığı ölkədə olduğu həmin qısa müddət ərzində onun tədris normativlərini yerinə yetirməsi inandırıcı sayıla bilməz.
21. Bundan əlavə məhkəmə qeyd edir ki, Xarici dövlətlərdə ali təhsil almış şəxslərin ixtisaslarının tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyəti ilə bağlıdır. Təhsilin məzmunu və ixtisasın keyfiyyəti ilə bağlı tələblər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın ixtisasın tanınmasından imtinaya dair 3.7-ci bəndinin genişləndirici təfsirinə əsas verir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
23. Nəzərə almaq lazımdır ki, tədris proqramının və müvafiq ixtisas terminologiyasının mənimsənilməsi, təhsilin keyfiyyəti və məzmunu bilavasitə tədris dilini bilmə səviyyəsinə bağlıdır. İddiaçının diplomuna əlavədən görünür ki, iddiaçı rus dilində təhsil almışdır. Lakin ixtisasın tanınması prosesinin tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi baxımından tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İş üzrə materiallarda həmin halları, xüsusilə də tədris dili ilə bağlı cavabdehin iddia etdiklərini təkzib edən mötəbər sübut aşkar edilməmişdir. Belə ki, məhkəmə inzibati araşdırma zaman iddiaçı ilə aparılmış video müsahibəni (disk iş materiallarına əlavə edilmişdir) Bakı Slavyan Univetsiteti tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə yanaşı qiymətləndirir və təqdim edilmiş edilmiş rəyə tənqidi yanaşaraq hesab edir ki, rəy ümumi ifadələr işlədilərək əsaslandırılmamışdır.
24. Beləliklə, məhkəmə müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
25. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının diplomunun tanınmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur.
26. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva