Məhkəmə qərarları › İş №2-1(112)-6877/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6877/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6877/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsi Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “pensiyanını yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial mudafiəsi Nazirliyinin yanında Sosial Müdafiə Fondunun, Xüsusi şərtlərlə təyinat üzrə idarəsinə göndərilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X8, 3-cü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsi Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “pensiyanın yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə idarəsinə göndərilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2000-ci il tarixdən xx.xx.20N-cü il tarixədək döyüş bölgəsində yerləşən İİİ Baş İdarənin N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin bir günü - üç gün kimi, xx.xx.2005-ci il tarixdən, xx.xx.2009-cu il tarixədək AR DSX-nın (Şəmkir sərhəd dəstəsində) N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin eləcə də xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixdək AR DSX-nin (Cəbrayıl, Horadiz sərhəd dəstəsində) N saylı hərbi hissəsində xidmət etdiyi illərin güzəştli şərtlərlə 1(bir) ili, 2 (iki) il kimi pensiyasının üzərinə yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (Hərbi-Əks-Kəşfiyyat Xidməti, AR MTN və Dövlət Təhlükəsizlik Xidməti) həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ilin dekabr ayında “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə (yaşa görə - Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar) əsasən ehtiyata buraxılmışdır. Diqqətə çatdırır ki, o, xx.xx.2000ci il tarixdən 21.01. 20N-cı il tarixədək döyüş bölgəsində yerləşən İİİ Baş İdarənin N saylı hərbi hissə üzrə şöbəsində xidmət etmişdir. AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən hərbiçilərin güzəştli şərtlərlə xidmət illəri Nazirlər Kabinetinin N92ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına əsasən 13 sentyabr 20N-cü il tarixinə qədər dövrü bir gün - üç gün kimi hesablanırdı. xx.xx.2005-ci il tarixdən, xx.xx.2009-cu il tarixədək AR DSX-nin (Şəmkir sərhəd dəstəsində) N saylı hərbi hissəsində xidmət etmişdir. xx.xx.2009-cu il tarixdən, xx.xx.2010-cu il tarixədək AR DSX-nin (Cəbrayıl, Horadiz sərhəd dəstəsində ) N saylı hərbi hissəsində xidmət etmişdir. Qeyd olunan hərbi hissədə xidmət edən hərbi qulluqçuların, xidmət illəri, 1(bir) ili,2 (iki) il kimi hesablanmışdır. Lakin, nəməlum səbəblərdən ona pensiya hesablanarkən qeyd olunan xidmət illəri 1 (bir) gün, 1(bir) gün kimi hesablanmış, güzəştli xidmət illəri nəzərə alınmamışdır. Bu da, onun pensiya təminatına mənfi təsir etmişdir. Nəzərə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N92-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına əsasən 13 sentyabr 20N-cü il tarixinə qədər dövrü bir gün - üç gün kimi hesablanırdı. "Hərbi Qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə AR 20N-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanuna əsasən 13 sentyabr 20N-cü il tarixdən güzəştli xidməti illəri bir gün iki gün hesablanır. Qeyd olunan güzəştli xidmət illərinin hesablanması keçmiş MTN-nin 27 mart 20N-cü il tarixli Əsasnaməsinin 13-cü bəndinə, Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 20N-cü il tarixli 711-İİ Q nömrəli Qanunun 20.1-ci maddəsində, Azərbaycan Respublikasının hərbi qulluqçuların statusu haqqında N91-ci il 25 dekabr tarixli 36 nömrəli Qanunun 9.1-ci məddəsində nəzərdə tutulmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr N92-ci il tarixli 631 saylı qərarına əsasən ona da şamil olunmalı idi. Lakin, xx.xx.2000-ci il tarixdən 21.01. 20N-cı il tarixədək döyüş bölgəsində yerləşən İİİ Baş İdarənin N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illər, xx.xx.2005-ci il tarixdən, xx.xx.2009-cu il tarixədək AR DSX-nin (Şəmkir sərhəd dəstəsind) N saylı hərbi hissəsində xidmət etdiyi illər, xx.xx.2009-cu il tarixdən, xx.xx.2010-cu il tarıxədək AR DSX-nin (Cəbrayıl, Horadiz sərhəd dəstəsində ) N saylı hərbi hissəsində xidmət etdiyi illər, ona pensiya hesablanarkən müvafiq qanunlara əsasən güzəştli hesablanmamış, bir gün bir gün kimi hesablanmışdır. Bununla əlaqədar olaraq tərəfindən, 03 mart 2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edərək pensiya illərinin yenidən düzgün hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin yanında Sosial Müdafiə Fondunun, Xüsusi şərtlərlə təyinat üzrə idarəsinə göndərilməsi və ona rəsmi cavab verilməsi xahiş olunmuşdur. Lakin, bu günədək 03 mart 2024-cü il tarixli ərizəsinə cavab verilməmişdir. Bununla yanaşı, bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarında göstərilir ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən hərbi xidmət illərinin güzəştli hesablanması hərbi qulluqçunun pensiya hüququnun yaranmasına təsir etməsə də, qulluq stajının artımına, bununla da, əmək pensiyasına əlavələrin hesablanmasına əsas yaradır. Konstitusiya Məhkəməsinin müvafiq qərarından da göründüyü kimi "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanun qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır və bu qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, yaxud dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

3. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

4. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsi Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “xx.xx.2000-ci il tarixindən xx.xx.20N-cü il tarixdək döyüş bölgəsində yerləşən İİİ baş idarənin N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin bir günü-üç gün kimi, xx.xx.2005-ci il tarixindən, xx.xx.2009-cu il tarixədək AR DSX-nin (Şəmkir sərhəd dəstəsində) N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin eləcə də, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək AR DSX-nin (Cəbrayıl, Horadiz sərhəd dəstəsində) N saylı hərbi hissəsində xidmət etdiyi illərin, güzəştli şərtlərlə 1(bir) ili, 2 (iki) il kimi onun pensiyasının üzərinə yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial mudafiəsi Nazirliyinin yanında Sosial Müdafiə Fondunun, Xüsusi şərtlərlə təyinat üzrə idarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Sonradan iddiaçı iddia tələbinin “xx.xx.2005-ci il tarixindən, xx.xx.2009-cu il tarixədək AR DSX-nin (Şəmkir sərhəd dəstəsində) N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin eləcə də, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək AR DSXnin (Cəbrayıl, Horadiz sərhəd dəstəsində) N saylı hərbi hissəsində xidmət etdiyi illərin, güzəştli şərtlərlə 1(bir) ili, 2 (iki) il kimi onun pensiyasının üzərinə yenidən hesablanması” hissəsinə dəqiqləşmə təqdim edərək həmin hissədə iddia tələbinin “işlədiyi xx.xx.2005-ci il tarixdən 22 sentyabr 2010-cu il tarixə kimi olan dövr üçün güzəştli şərtlər tətbiq edərək həmin dövrə görə 1 il 6 ay müddət hesablanması barədə qərar qəbul edilməsi” şəklində irəli sürmüşdür.. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2000-ci ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış və 01 noyabr 2017-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən onun hərbi xidmət illəri 17 il 08 ay 06 gün, güzəştli 03 il 03 ay 18 gün və ali təhsil illəri 02 il 05 ay 14 gün olmaqla cəmi xidmət illəri 23 il 05 ay 08 gün hesablanmışdır. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.20N-cü il tarixədək N0 nömrəli briqada üzrə şöbədə əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, bu müddətdə xx.xx.2002-ci il tarixədək olan xidməti güzəştli şərtlərlə hesablanmış, xx.xx.2002-ci il tarixdən xx.xx.20N-cü il tarixədək olan xidməti isə güzəştli şərtlərlə hesablanmamışdır. Bununla bağlı bildirirlər ki, DTX-nin hərbi qulluqçularının güzəştli xidmət illərinin hesablanması "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin N92-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının müddəalarına əsasən aparılır. Həmin Qərara əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının xidmət illərinin güzəştli xidmət illərinə aid edilməsi DTX-nin normativ hüquqi aktlarına əsasən müvafiq əmrlə rəsmiləşdirilir. İddiada qeyd olunan müddətlərdə İddiaçı xidmət etdiyi hərbi hissənin xx.xx.2002-ci il tarixdən xx.xx.20N-cü il tarixədək döyüş şəraitində döyüş əməliyyatlarında iştirakı ilə bağlı Müdafiə Nazirliyinin qərarlarının və ya hər hansı digər hüquqi aktın (məlumatın) DTX-də mövcud olmadığını nəzərə alaraq, həmin xidmət illərinin güzəştli xidmət illərinə daxil edilməsi həyata keçirilməmişdir. Bununla yanaşı, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2009-cu ildən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının sərhəd dəstələrinin əməliyyat təminatını həyata keçirən qurumlarda fəaliyyət göstərdiyi xidmət illərinin güzəştli şərtlərlə hesablanmaması barədə iddiası ilə əlaqədar bildirirlər ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. "Sərhəd mühafizə orqanları haqqında" Azərbaycan Respublikasının Qanununa görə sərhəd mühafizə orqanlarının hərbi qulluqçularına güzəştlər onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd mühafizə orqanlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N92-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin "b" yarımbəndinin altıncı abzası ilə xidmətin bir ayının ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə hesablanması yalnız sərhəd mühafizəsi orqanlarının zastavalarında və onlara bərabər tutulan bölmələrdə aparılan xidmətə aid edilmişdir. Belə ki, "Sərhəd mühafizə orqanları haqqında" Qanunun N-cu və 20-ci maddələrinə uyğun olaraq sərhəd zastavası sərhəd dəstəsinin ərazinin müəyyən sahəsində dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən bölməsidir. DTX (MTN)-nin əməliyyat heyəti bütövlükdə sərhəd dəstəsinin əməliyyat təminatını həyata keçirdiyinə və xidməti vəzifələrinin sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetiridiyinə görə, onlara sözügedən güzəştlərin tətbiq edilməsi qanunvericiliklə əsaslı olaraq nəzərdə tutulmamışdır.

8. 3-cü şəxs tərəfindən iddia ərizəsi ilə bağlı mülahizə təqdim edilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən, iddiaçının xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edildikdən sonra baxıla bilər.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianı qəbul etmədiyini bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

12. İş materiallarına iddiaçıya məxsus EZ seriyalı, № A ******* nörməli hərbi bilet, cavabdehə ünvanlanmış müraciəti əlavə edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-25-29/2-928/2025 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2001-ci il tarixli müvafiq nömrəli əmrində N №-li hərbi hissənin xx.xx.2002-ci ildən, xx.xx.2002-ci il tarixli müvafiq nömrəli əmrində xx.xx.2003-cü il tarixdən, xx.xx.2003-cü il tarixli müvafiq nömrəli əmrində xx.xx.20N-cü il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat yazılmışdır.

14. Cavabdeh tərəfindən məhkəməyə məxfi qrifdə iddiaçı barəsində olan “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı” təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. N. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

21. Hazırki iddia tələbindən göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. xx.xx.2000-ci il tarixindən xx.xx.20N-cü il tarixdək döyüş bölgəsində yerləşən İİİ baş idarənin N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin bir günü-üç gün kimi;

2. xx.xx.2005-ci il tarixindən, xx.xx.2009-cu il tarixədək AR DSX-nin (Şəmkir sərhəd dəstəsində) N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi illərin, eləcə də, xx.xx.2009cu il tarixdən xx.xx.2010-cu il tarixədək AR DSX-nin (Cəbrayıl, Horadiz sərhəd dəstəsində) N saylı hərbi hissəsində xidmət etdiyi illərin güzəştli şərtlərlə 1 il 6 ay kimi onun pensiyasının üzərinə yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial mudafiəsi Nazirliyinin yanında Sosial Müdafiə Fondunun, Xüsusi şərtlərlə təyinat üzrə idarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi.

22. Məhkəmə iddiaçının tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2000-ci ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış və 01 noyabr 2017-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş məlumat vərəqəsi əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir.İddiaçı ehtiyata buraxılan zaman xidməti illəri hesablanarkən xx.xx.2000-ci il tarixindən xx.xx.20N-cü il tarixdək döyüş bölgəsində yerləşən İİİ baş idarənin N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi müddətdə güzəştli şərtlərin nəzərə alınmadığını bildirərək cavabdehə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının müraciətinə rəsmi cavab verilməmiş, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd olunan dövlərdən iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.20N-cü il tarixədək N0 nömrəli briqada üzrə şöbədə əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, bu müddətdə xx.xx.2002-ci il tarixədək olan xidmətinin güzəştli şərtlərlə hesablandığını (məhkəməyə təqdim edilmiş məxfi qrifli sənədlə təsdiq olunmuşdur), xx.xx.2002-ci il tarixdən xx.xx.20N-cü il tarixədək olan xidməti isə güzəştli şərtlərlə hesablanmadığını buna səbəb olaraq isə qeyd edilən müddətlərdə iddiaçının xidmət etdiyi hərbi hissənin döyüş şəraitində döyüş əməliyyatlarında iştirakı ilə bağlı Müdafiə Nazirliyinin qərarlarının və ya hər hansı digər hüquqi aktın (məlumatın) DTX-də mövcud olmaması əsası ilə, həmin xidmət illərinin güzəştli xidmət illərinə daxil edilmədiyini bildirmişdir.

23. Göründüyü kimi, iddiaçının 1-ci tələbi üzrə yeganə mübahisəli məqam cavabdeh tərəfindən iddiaçının məlumat vərəqi tərtib edilərkən onun xx.xx.2002-ci il tarixdən xx.xx.20N-cü il tarixədək İİİ baş idarənin N saylı hərbi hissə üzrə şöbəsində xidmət etdiyi dövrün güzəştli xidmət illəri kimi nəzərə alınmaması ilə bağlıdır.

24. Halbuki, iş materiallarında olan sorğular AR Müdafiə Nazirliyinin məktubundan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2001-ci il tarixli müvafiq nömrəli əmrində N №-li hərbi hissənin xx.xx.2002-ci ildən, xx.xx.2002-ci il tarixli müvafiq nömrəli əmrində xx.xx.2003-cü il tarixdən, xx.xx.2003-cü il tarixli müvafiq nömrəli əmrində xx.xx.20N-cü il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat yazılmışdır. AR Nazirlər Kabinetinin 631 nömrəli, xx.xx.N92-ci il tarixli qərarına uyğun olaraq AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xx.xx.2002-xx.xx.2006-cı illərdə xidmət müddəti güzəştli qaydada sayılmalıdır. Lakin iddiaçı barəsində verilmiş məlumat vərəqində xx.xx.2002-ci il tarixdən xx.xx.20N-cü il tarixədək xidmət müddətinin bir ayı üç ay kimi, xx.xx.20N-cü il tarixdən xx.xx.2006-cı il tarixədək isə xidmət müddətin bir günü üç gün kimi hesablanmalı olması tələbləri nəzərə alınmamışdır.

25. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.20Ncü il tarixədək döyüş şəraitində olan hərbi hissədə xidmət etdiyi iş materialları ilə təsdiq edildiyindən həmin müddətin güzəştli şərtlərlə xidmət illəri kimi nəzərə alınaraq onun yenilənmiş məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi tələbində haqlıdır.

26. Məhkəmə iddiaçının birinci tələbi ilə bağlı gəldiyi nəticə ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir.

27. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 23 noyabr N92-ci il tarixli, 631 nömrəli qərarının 1 iyul 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 2-ci bəndinin a yarımbəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Həmin qərarın hazırda qüvvədə olan 2-ci bəndinin a yarımbəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün xidmətin bir ayı iki ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Həmin Qərarın 2-ci bəndinin 12-ci abzasında qeyd olunur ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.

28. Azərbaycan Respublikasının «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» xx.xx.20N-cü il tarixli Qanunun 20.1-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir.

29. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: -1-ci bəndinə əsasən bu Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və və X3 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) təqdim olunması qaydalarını müəyyən edir. -həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra - hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. -həmin Qaydaların 4-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. -həmin Qaydaların 5-ci bəndinə əsasən məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; -1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; -3.3-cü maddəsinə əsasən Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. -9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: -9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi birinci hissədə qismən yəni, cavabdeh tərəfindən təmin edilməyən hissədə – xx.xx.2002-ci il tarixdən xx.xx.20N-cü il tarixədək döyüş şəraitində olan hərbi hissədə xidmət etdiyi müddətin güzəştli şərtlərlə xidmət illəri kimi nəzərə alınması hissəsində təmin edilməli, birinci tələb qalan hissədə təmin edilməməlidir.

32. Məhkəmə həmçinin, iddiaçının tələbinin ikinci hissəsi - işlədiyi xx.xx.2005-ci il tarixdən 22 sentyabr 2010-cu il tarixə kimi olan dövr üçün güzəştli şərtlər tətbiq edərək həmin dövrə görə 1 il 6 ay müddət hesablanması ilə bağlı hesab edir ki, iddiaçının həmin tələbi əsassız olduğundan təmin edilməməlidir.

33. Belə ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N92-ci il tarixli 631 saylı Qərarının 2-ci hissəsinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir: b) xidmətin bir ayı ayyarım sayılmaqla: sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində).

34. İstinad olunan normadan görünür ki, xidmətin bir ayının ayyarım sayılması üçün həmin xidmət:

1. sərhəd mühafizəsi orqanlarının zastavalarında:

2. sərhəd mühafizəsi orqanlarının komendaturalarında;

3. sərhəd postlarında;

4. texniki nəzarət postlarında;

5. nəzarət radiostansiyalarında;

6. və sərhəd nəzarəti məntəqələrində həyata keçirilməlidir

35. Göründüyü kimi, qanunverici sərhəd mühafizəsi orqanlarının bütün bölmələrindəki xidmətin deyil, yalnız müəyyən bölmələrdə olan xidmətlərin güzəştli şərtlərlə uzun müddət xidmətə aid edilməsini müəyən etmişdir.

36. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: - Maddə 1. Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları (bundan sonra sərhəd mühafizə orqanları) sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin (bundan sonra – dövlət sərhədi) mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. - Maddə N. Sərhəd zastavası, sərhəd nəzarəti bölməsi, sərhəd gəmisi (kateri), radiotexniki post, sahil nəzarəti bölməsi, sərhəd hava gəmisi, əməliyyat-axtarış orqanının bölməsi, sərhəd mühafizə orqanlarının sahə müvəkkili Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrdir və qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kim onların xidməti və təsərrüfat fəaliyyətinə qarışa bilməz. - Maddə

20. Sərhəd zastavası sərhəd dəstəsinin bölməsi olub ərazinin müəyyən sahəsində Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir. - Maddə 21. Sərhəd nəzarəti hərbi hissəsinin və ya sərhəd dəstəsinin sərhəd nəzarəti bölməsi dövlət sərhədindən buraxılış məntəqəsində (məntəqələrində) dövlət sərhədindən keçmə qaydalarına və dövlət sərhədindən buraxılış məntəqəsindəki (məntəqələrindəki) rejimə əməl edilməsinə nəzarəti həyata keçirir. - Maddə 23. Radiotexniki post sərhəd mühafizə orqanlarının bölməsi olub ona təhkim edilmiş nəzarət zonasında radiotexniki və digər vasitələrlə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir. - Maddə 25. Əməliyyat-axtarış orqanının bölməsi bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilmiş səlahiyyət həddində ona təhkim edilmiş sahədə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir. Əməliyyat-axtarış orqanı bölməsinin rəhbəri ona verilmiş səlahiyyət həddində Dövlət sərhədinin mühafizəsi sahəsində bölməyə həvalə edilmiş vəzifələrin tam və vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Qanunun göstərilən normalarından müəyyən olunur ki, qanunverici dövlət sərhədinin mühafizəsini həyata keçirən əsas bölmələri və həmin bölmələrin fəaliyyətini konkret müəyyən etmişdir.

37. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının sərhəd dəstələrinin əməliyyat təminatını həyata keçirən qurumlarda fəaliyyət göstərsə də, onun bu xidmətini sərhəd xidmətinin qulluqçuları kimi sərhəd zastavasında, sərhəd komendaturasında, sərhəd postunda, texniki nəzarət postunda, nəzarət radiostansiyasında, yaxud da sərhəd nəzarəti məntəqəsində həyata keçirməsi müəyyən edilmir.

38. İddiaçının xidmət keçdiyi qurum olan hazırkı cavabdeh Dövlət Təhlükəsizlik Xidməti tərəfindən də, bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir, “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununa görə sərhəd mühafizə orqanlarının hərbi qulluqçularına güzəştlər onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd mühafizə orqanlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N92-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” yarımbəndinin altıncı abzası ilə xidmətin bir ayının ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə hesablanması yalnız sərhəd mühafizəsi orqanlarının zastavalarında və onlara bərabər tutulan bölmələrdə aparılan xidmətə aid edilmişdir. Belə ki, “Sərhəd mühafizə orqanları haqqında” Qanunun N-cu və 20-ci maddələrinə uyğun olaraq sərhəd zastavası sərhəd dəstəsinin ərazinin müəyyən sahəsində dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən bölməsidir. DTX (MTN)-nin əməliyyat heyəti bütövlükdə sərhəd dəstəsinin əməliyyat təminatını həyata keçirdiyinə və xidməti vəzifələrinin sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetiridiyinə görə, onlara sözügedən güzəştlərin tətbiq edilməsi qanunvericiliklə əsaslı olaraq nəzərdə tutulmamışdır.

39. Qanunvericiliyin tələblərinə əsasən iddiaçının xidməti onun xidmət keçdiyi orqan tərəfindən qiymətləndirilməlidir və iddiaçının xidmət keçdiyi orqan onun xidmətini sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetirməsinə istinad edərək, iddiaçının xidmətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N92-ci il tarixli 631 nömrəli qərarında müəyyən edilən meyarlara uyğun gəlmədiyini bildirmişdir.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

41. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının xidmətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N92-ci il tarixli 631 nömrəli qərarında göstərilən sərhəd bölmələrində həyata keçirmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı halda iddiaçının tələbini istisna edən faktiki şərtlər mövcud olduğundan, cavabdehin imtinası qanuna zidd olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Buna görə də iddiaçının tələbi ikinci hissədə, yəni – “işlədiyi xx.xx.2005-ci il tarixdən 22 sentyabr 2010-cu il tarixə kimi olan dövr üçün güzəştli şərtlər tətbiq edərək həmin dövrə görə 1 il 6 ay müddət hesablanması” hissəsində əsassız hesab edilməklə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

43. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

44. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı Mehdixan oğlunun döyüş bölgəsində xidmət etdiyi müddətdə Azərbaycan Respublikası Müdafiə nazirinin N saylı hərbi hissəsində İİİ baş idarənin N saylı hərbi hissə üzrə şöbəsində, xx.xx.2002- xx.xx.20N-cü il tarixlərdə güzəştli şərtlərlə xidmət illərinin nəzərə alınaraq yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsi cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar