Məhkəmə qərarları › İş №2-1(112)-6879/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6879/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6879/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olan tarixdən, yəni 24 fevral 2018-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu 24.02.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 09.06.1978-ci ildə başlamışdır. 09.02.1987-ci ildə 350 saylı əmrə əsasən Sumqayıt ’’Kimyasənaye” İstehsal Birliyinə işə qəbul edilmiş və həmin Birlikdə 06.01.2010-cu ilə kimi işləmişdir. 09 fevral 1987-ci ildən 06 yanvar 2010-cu ilə qədər "Azərkimya” İB-nin ’’X4” zavodunda zərərli istehsal sahəsində işləmişdir. Onun zərərli istehsal sahəsində iş stajı 01.01.2006-cı ilə qədər 14 il, ümumi zərərli sahədə iş stajı 23 ildir. SOCAR “Etilen-Polietilen” zavodunun verdiyi 28, 29, 30 və 31 saylı arayışa görə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 8-ci bölməsinin 8.1.1-ci şifrinə əsasən 1 saylı siyahısına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarına görə 1 saylı siyahı üzrə işləyənlər 10 il zərərli iş stajına və ümiyyətlə 20 il iş stajına malik olduqda güzəştli şərtlərlə 52 yaşı tamam olan tarixdə pensiya hüququ əldə edirlər. Onun 01.06.2006-cı ilə qədər 28 il ümumi iş stajı və həmin tarixə 18 il zərərli istehsalda 1-ci siyahı üzrə iş stajı vardır. O, aprel 1979 - 26 iyun 1981-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 07 oktyabr 1993-cü ildən 01.10.1995-ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bunu ona məxsus 113 Seriyalı ******* saylı hərbi bilet təsdiq edir. Onun ümumi iş stajı 32 ildən artıqdır. Ümumi iş stajının 23 ili zərərli istehsal sahəsinə aiddir. O, 07.10.1992-01.10.1995ci illərdə 2 il Qarabağ uğrunda gedən döyüşlərdə iştirak elmişdir. Həmin dövrün iş stajı üç qat hesablandığından onun iş stajı 32 ildir. Qeyd edilənlərə əsasən onun 24.02.2013-cü ildə 52 yaşı tamam olan tarixdə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Buna görə də o, sənədlərini cavabdehə təqdim etmişdir. Cavabdeh özünün 12.04.2021-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, guya onun fərdi hesabının sığorta hissəsində sığorta kapitalı 40800 manat olmalı olduğu halda, cəmi 26025,50 manatdır. Buna görə də ona pensiya təyinatından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 4-cü şərtə əməl edilməmişdir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 40.800,00 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 26.025,50 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Həmçinin, “Əmək pensiyaları haqqında” qanunun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 12.04.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 4 fevral 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26025,50 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ‘ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 20.04.1979-ci ildən 26.06.1981-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 28 saylı 25.01.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 09.02.1987-ci ildən 20.07.1988-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatında qablaşdırıcı, aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan zəhərli kimyəvi preparatlar istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 29 saylı 25.01.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 21.07.1988-ci ildən 30.09.2003-cü ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun diafraqma üsulu ilə xlor və kaustik soda istehsalatında aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan xlor, kaustik soda istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 30 saylı 25.01.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.10.2003-cü ildən 31.12.2005-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun civə üsulu ilə xlor və kaustik soda sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan xlor, kaustik soda istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 31 saylı 25.01.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.01.2006-cı ildən 06.01.2010-cu ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexində elektroliz aparatçısı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 8 bölməsinin 8.1.1-ci bəndinə əsasən siyahıda sadalanan xlor, kaustik soda istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 06.09.2021-ci il tarixli 966 saylı arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 20 aprel 1979-cu il tarixdən 22 iyun 1981-ci il tarixə kimi Sovet Ordusu sıralarında xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 06.09.2021-ci il tarixli 967 saylı arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısıdır və müharibə veteranıdır. Veteranlar haqqında Respublika Qanunvericiliyində nəzərdə tutulan imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 02.08.2021-ci il tarixli məktubda qeyd olunur: Məktubunuza baxaraq bildiririk ki, vətəndaş İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 01.02.2021-ci il tarixli müraciəti 04.02.2021-ci il tarixində Mərkəzi Filiala daxil olmuşdur. Tərəfimizdən adıçəkilən şəxsə ünvanlanmış 12.04.2021-ci il tarixli **********4 nömrəli məktuba əsasən ona 60 yaşının tamam olduğu 24.02.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina olunmuşdur. Lakin İddiaçı ona 57 yaşının tamam olduğu 24.02.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən 60 yaşının tamam olduğu 24.02.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 22361,32 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 5918,16 manat olmaqla cəmi pensiya kapitalı 28279,48 manat təşkil edir. İddiaçı qeyd olunan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40000,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinə əsasən 57 yaşının tamam olduğu 24.02.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sözügedən Qanunun 29.1 -1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının indeksləşdirilməsini nəzərə alaraq onun 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 27538,53 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 7288,37 manat olmaqla cəmi pensiya kapitalı 34826,90 manat təşkil edir. İddiaçı qeyd olunan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44402,00 manat məbləğində hesablanmışdır. Məlumat üçün bildiririk ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin hesablanması “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu və 45-ci maddəsinin ikinci cümləsinə əsasən həyata keçirilir. X2 Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmədiyindən onun pensiya məbləğinin hesablanması barədə məsələyə münasibət bildirilməsi tərəfimizdən mümkün deyil. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 01.02.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona xüsusi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 09.06.1978-ci ildə Şamaxı rayon “Partiyanın XXİ qurultayı” adına sovxozun 7 nömrəli üzümçülük briqadasına fəhlə təyin edilmiş, 16.04.1979-cu ildə hərbi hissəyə getdiyi üçün işdən azad edilmiş, 01.04.1982-ci ildə T-54 “B” markalı traktora traktorist təyin edilmiş, 09.12.1986-cı ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, 09.02.1987-ci ildə Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyində bitkilərin kimyəvi mühafizə vasitələrinin istehsalı şöbəsinə 3-cü dərəcəli qablaşdırıcı vəzifəsinə işə qəbul edilmiş, 07.09.1987-ci ildə həmin istehsalat birliyinin lindan sexinə qamma-izmomerlərin qurudulması və kristallaşdırılması üzrə 3-cü dərəcəli aparatçı vəzifəsinə keçirilmiş, 01.02.1988-ci ildə əməyin ödənişinin yeni şərtlərinə keçilməsi və ştat cədvəlinə dəyişiklik edilməsi ilə əlaqədar olaraq, bitkilərin kimyəvi mühafizə vasitələrinin istehsalı lindan şöbəsinə qamma-izmomerlərin qurudulması və kristallaşdırılması üzrə 4-cü dərəcəli aparatçı vəzifəsinə keçirilmiş, 21.07.1988-ci ildə xlor və sodanın kaustik diafraqma üsulu ilə istehsalının kaustik buxarlaşdırma sexinə 4-cü dərəcəli sentrifuqalaşdırma aparatçısı vəzifəsinə müvəqqəti keçirilmiş, 26.06.1990-cı ildə həmin istehsalatın qovucu şöbəsinə 4-cü dərəcəli qovucu aparatçı keçirilmiş, 12.12.1990cı ildə 4-cü dərəcəli qovucu aparatçısının 5-ci dərəcəli qovucu aparatçı ixtisası verilmiş, 29.11.1991-ci ildə kimyəvi məhlulun hazırlanması üzrə 3-cü dərəcəli aparatçı ixtisası verilmiş, 02.11.1992-ci ildə 5-ci dərəcəli qovucu aparatçıya 6-cı dərəcə verilmiş, 07.06.1998-ci ildə işdən azad edilmiş (18.09.1998-ci ildə işdən azad edilmə barədə 24.07.1998-ci il tarixli 984 nömrəli əmr ləğv olunmuşdur), 01.10.2003-cü ildə civə üsulu ilə xlor və kaustik soda sexinin elektroliz şöbəsinə 6-cı dərəcəli elektroliz üzrə aparatçı keçirilmiş, 01.09.2008-ci ildə civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexinə 6-cı dərəcəli elektroliz aparatçısı keçirilmiş, 06.01.2010-cu ildə bağlanmış əmək müqaviləsinə 3-cü qrup əlil kimi xitam verilmiş, 16.07.2021-ci ildə "xxxx" MMC-yə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçı 20.04.1979-ci ildən 26.06.1981-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 09.06.1978-ci ildə Şamaxı rayon “Partiyanın XXİ qurultayı” adına sovxozun 7 nömrəli üzümçülük briqadasına fəhlə təyin edilmiş, 16.04.1979-cu ildə hərbi hissəyə getdiyi üçün işdən azad edilmiş, 01.04.1982-ci ildə T-54 “B” markalı traktora traktorist təyin edilmiş, 09.12.1986-cı ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, 09.02.1987-ci ildə Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyində bitkilərin kimyəvi mühafizə vasitələrinin istehsalı şöbəsinə 3-cü dərəcəli qablaşdırıcı vəzifəsinə işə qəbul edilmiş, 07.09.1987-ci ildə həmin istehsalat birliyinin lindan sexinə qamma-izmomerlərin qurudulması və kristallaşdırılması üzrə 3-cü dərəcəli aparatçı vəzifəsinə keçirilmiş, 01.02.1988-ci ildə bitkilərin kimyəvi mühafizə vasitələrinin istehsalı lindan şöbəsinə qamma-izmomerlərin qurudulması və kristallaşdırılması üzrə 4-cü dərəcəli aparatçı vəzifəsinə keçirilmiş, 21.07.1988-ci ildə xlor və sodanın kaustik diafraqma üsulu ilə istehsalının kaustik buxarlaşdırma sexinə 4-cü dərəcəli sentrifuqalaşdırma aparatçısı vəzifəsinə müvəqqəti keçirilmiş, 26.06.1990-cı ildə həmin istehsalatın qovucu şöbəsinə 4-cü dərəcəli qovucu aparatçı keçirilmiş, 12.12.1990cı ildə 4-cü dərəcəli qovucu aparatçısının 5-ci dərəcəli qovucu aparatçı ixtisası verilmiş, 29.11.1991-ci ildə kimyəvi məhlulun hazırlanması üzrə 3-cü dərəcəli aparatçı ixtisası verilmiş, 02.11.1992-ci ildə 5-ci dərəcəli qovucu aparatçıya 6-cı dərəcə verilmiş, 01.10.2003-cü ildə civə üsulu ilə xlor və kaustik soda sexinin elektroliz şöbəsinə 6-cı dərəcəli elektroliz üzrə aparatçı keçirilmiş, 01.09.2008-ci ildə civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexinə 6-cı dərəcəli elektroliz aparatçısı keçirilmiş, 06.01.2010-cu ildə bağlanmış əmək müqaviləsinə 3-cü qrup əlil kimi xitam verilmiş, 16.07.2021-ci ildə "xxxx" MMC-yə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona xüsusi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, lakin cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 26 il 07 ay 17 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı “Azərikimya” İstehsalat Birliyində 09.02.1987-ci ildən 20.07.1988-ci ilədək “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatında qablaşdırıcı, aparatçı, 21.07.1988-ci ildən 30.09.2003-cü ilədək “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun diafraqma üsulu ilə xlor və kaustik soda sexində aparatçı, 01.10.2003-cü ildən 31.12.2005-ci ilədək “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun civə üsulu ilə xlor və kaustik soda sexinin elektroliz şöbəsində elektroliz üzrə aparatçı vəzifələrində işləmişdir (cəmi 18 il 10 ay 23 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur (Vİİİ Bölmə Kimya istehsalatı, kod 1080A00—17541, kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahıya uyğundur. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 18 il 10 ay 23 gün). Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 20 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Bundan başqa, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 24.02.2013-cü ildə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunan müddəa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 10.03.2017-ci il tarixdə əlavə edilmişdir və 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir, eyni zamanda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdə belə bir müddəa qüvvədə olmadığı üçün həmin şərtin tələb edilməsi qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı da daxil olmaqla, işlədiyi dövr nəzərə alınmaqla, ona 52 yaşdan, yəni hüququnun yarandığı 24.02.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı 24.02.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar