Məhkəmə qərarları › İş №2-1(112)-688/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-688/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-688/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 240 saylı evin, giriş 12, mərtəbə 1 yaşayış sahəsi 70,16 kv.metr olan, 4 otaqlı, 112 saylı mənzilinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli 9 nömrəli protokolundan çıxarışa əsasən, ünvan 3 nömrəli evdə giriş 12, mərtəbə 1, mənzil 112, yaşayış sahəsi 70,16 kv.metr olan 4 otaqlı mənzilin iddiaçıya verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 308 saylı Sərəncamına əsasən, iddiaçıya 6 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, iki oğlu və iki qızı) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 240 saylı evin, giriş 12, mərtəbə 1, yaşayış sahəsi 70,16 kv.m olan 4 otaqlı, 112 saylı mənzilin ayrılması və mənzil növbəsindən çıxarılması qərara alınmışdır. İddiaçı həmin mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin müraciətə cavab verilməmişdir. 112 saylı mənzilə dair onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və bu barədə dövlət reyestrindən çıxarışın verilməlisi öhdəliyi cavahdehin üzərinə qoyulmalıdır. İddiaçının hazırkı tələblə cavabdehə müraciətinin olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı “mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə baxılması və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə uyğun olaraq inzibati aktın qəbul olunması üçün cavabdehə 30 (otuz) gün müddət təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar cavabdehin 06 fevral 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 3 saylı evin, 112 saylı mənzilinə dair mövcud olan hüquqmüəyyənedici sənədlərə qanunamüvafiq qaydada baxılmışdır. Lakin müvafiq mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən iddiaçının ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsi **********30 saylı, xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə cavablandırılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının müraciətinə verilən imtina məktubuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 28 dekabr 2012-ci il tarixli, 308 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin birgə iclasının adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri və mənzil növbəsindən çıxarıldıqları barədə 06 dekabr, 11 noyabr 2010-cu il tarixli, 12 yanvar, 27 dekabr 2011-ci il, 14 may, 03 iyul və 17 sentyabr 2012-ci il tarixli, 10, 2, 6, 3 və 9 saylı protokol qərarları təsdiq edilmiş, iddiaçıya 6 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, iki oğlu və iki qızı) ünvan 3 saylı evin, giriş 12, mərtəbə 1, yaşayış sahəsi 70, 16 kv.m. olan 4 otaqlı, 112 saylı mənzili ayrılmış və mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli, 9 nömrəli Protokolundan çıxarışdan görünür ki, ARDNŞ-nin mənzil uçotu siyahısı üzrə gənc mütəxəssis kimi mənzil uçotunda dayanan ARDNŞ-nin X4 “Neft Daşları” Neft və qazçıxarma idarəsinin işçisi İddiaçı xx.xx.1998-ci ildə mənzil uçotuna götürülmüşdür. 6 nəfər ailə tərkibi (özü, həyat yoldaşı, 4 uşağı) vardır. Özü “Neft Daşları”na yataqxanaya, arvadı və uşaqları Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanına qeydiyyatdadırlar. Faktiki bu ailə qeyd olunan evin 87-ci mənzilində kirayənişin yaşayırlar. İddiaçı “Neft daşları” NQÇİ tərəfindən tikilib istifadəyə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 240 nömrəli evdə giriş 12, mərtəbə 1, mənzil 112, yaşayış sahəsi 70,16 kv.metr olan 4 otaqlı mənzil təklif edilmişdir. O təklif edilən mənzilə köçməyə razılığını bildirmiş və və bunu yazılı ərizəsi ilə təsdiqləmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 240 nömrəli evdə giriş 12, mərtəbə1, mənzil 112, yaşayış sahəsi 70,16 kv.metr olan 4 otaqlı mənzilin İddiaçı 6 nəfərdən ibarət ailə tərkibinə verilməsi, İddiaçı mənzil uçotundan çıxarılması, mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğunun Səbail Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şeheri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçesi, 240 saylı evin, 112 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Sebail rayonu İcra Hakimiyyəti başçısının 308 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Həmçinin ərizəyə əlavə edilmiş sənədlər surətdir və müvafiq mənzildə pasport qeydiyyatında olan 18 yaşı tamam olmuş şəxslərin mənzilin özəlləşdirilməsinə razılığı barədə notarial qaydada təsdiqlənmiş ərizələri əlavə edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışa əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanının qeydiyyata alınması ilə bağlı, habelə qeyd olunan mənzilə dair ilkin müayinə aktının tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. Sorğuya uyğun olaraq Milli Qeydiyyat Sistemində olan məlumatlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 240 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tərkibinə daxil olan qeydiyyata alınmış mənzillərin siyahısını, həmçinin həmin mənzillərdən bir neçəsinə aid arxiv sənədlərinin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. SOCAR-ın 20 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 26 mart 1998-ci il tarixdən SOCAR üzrə mənzil uçotuna götürülmüşdür. Əlavə olaraq bildirilmişdir ki, SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft və X13 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə iclasının 03 iyul 2012-ci il tarixli 9 nömrəli protokoluna əsasən, İddiaçı 6 nəfər ailə tərkibi ilə ünvan 3 ünvanında, giriş 12, mərtəbə 1, yaşayış sahəsi 70.16 kv.m olan 4 otaqlı, 112 nömrəli mənzillə təmin olunmuşdur. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin 30 aprel 2024-cü il tarixli 18 nömrəli məktuba əsasən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 240, mənzil 112-də kirayə müqaviləsi şəxsi hesab İddiaçı adınadır. Mənzil Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamentinin balansındadır, dövlət mülkiyyətindədir. Mənzildə İddiaçı özü və 5 nəfər ailə üzvrləriylə birlikdə ( həyat yoldaşı X2, qızı X3, qızı X8, oğlu X5, oğlu X6 yaşayır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.11.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1). Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər (5). Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz (8). Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli, 9 nömrəli Protokolundan çıxarışdan, habelə SOCAR-ın məhkəmə sorğusuna cavab məktubundan görünür ki, ARDNŞ-nin mənzil uçotu siyahısı üzrə gənc mütəxəssis kimi mənzil uçotunda dayanan ARDNŞ-nin X4 “Neft Daşları” Neft və qazçıxarma idarəsinin işçisi İddiaçı xx.xx.1998-ci ildə mənzil uçotuna götürülmüşdür. Bu isə o deməkdir ki, iddiaçının sözügedən mənzilə hüquqları elə həmin tarixdən yaranaraq, Səbail rayon İcra Hakimiyyətinin 28 dekabr 2012ci il tarixli, 308 saylı sərəncamı ilə rəsmiləşdirilmişdir. Həmin sənədin mötəbərliyi isə cavabdeh tərəfindən mübahisələndirilmir. Göründüyü kimi, iddiaçının mənzilə dair hüququ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) yaranmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericilikdə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının mənzil üzərində mülkiyyət hüququnun yaranma əsası kimi qeyd edilməsinə baxmayaraq hazırkı mübahisənin mahiyyəti araşdırılarkən iddiaçıya mənzilin hansı məqsədlə ayrıldığı müəyyən edilməlidir. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi mənzil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmaqla, həmin qurumun əməkdaşı kimi iddiaçıya ayrılmışdır. Bundan sonra isə mənzilin balanssaxlayıcı kimi Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti həmin mənzilin iddiaçıya ayrılmasını təsdiq etmişdir. Yəni, həmin mənzil xüsusi təyinatlı mənzil kimi, xidməti formada və yaxud sosial kirayə müqaviləsinə əsasən iddiaçıya ayrılmamışdır. Həmin mənzilin ayrılmasında məqsəd iddiaçının mənzillə təmin edilməsi, dolayısı ilə mənzilin iddiaçının və ailəsinin mülkiyyətinə verilməsi olmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır (146.1). Yuxarıda sadalanmış sənədlərdən görünür ki, iddiaçının dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə dair istifadə hüququ 2009-cu il 01 yanvar tarixinədək yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə mənzildə yaşayır və kommunal xidmətlərdən istifadə edir. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. İddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi bildirilmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 240 saylı evin, giriş 12, mərtəbə 1 yaşayış sahəsi 70,16 kv.metr olan, 4 otaqlı, 112 saylı mənzilinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarış verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 240 saylı evin, giriş 12, mərtəbə 1 yaşayış sahəsi 70,16 kv.metr olan, 4 otaqlı, 112 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar