Məhkəmə qərarları › İş №2-1(112)-6880/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6880/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6880/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum akt qeydlərində dəyişiklik edilməsi barədə” iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum akt qeydində dəyişiklik edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 14 iyun 2009-cu il tarixdə nikaha daxil olmazdan əvvəlki soyadı Kvyatkovskaya olmuşdur. Atası X4, anası isə X5muşdur. Atası X4 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Onun atası, yəni babası X9 və onun anası, yəni nənəsi X14muş, hər ikisi milliyyətcə rus kimi göstərilmişdir. Babası X9 xx.xx.1930-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Babanın atası isə X22, onun anası isə Ruppel Mariya olmuşdur. Ulu nənəsi Ruppel Mariya isə milliyyətcə alman olmuş, ulu babası ilə nikaha daxil olduqdan sonra Kvyatkovskaya soyadını götürmüş və X8muşdur. Onun atası Kaspar Ruppel, anası isə Elizavet Keyl olmuşdur. İş materiallarında olan Sabunçu qeydiyyat şöbəsinin arayışından da görünür ki, Mariya Kvyatkovskayanın (Ruppel) ölüm akt qeydi nəzərdən keçirilərkən milliyyəti qrafasına alman yazılması müəyyən edilmişdir. Arxiv arayışından da görünür ki, ulu nənəsi Mariya 14 dekabr 1897-ci il tarixdə Bakı şəhərində anadan olmuş, xaç suyuna salınma tarixi 25 dekabr 1897-ci il olmuş, valideynləri Lyuteran məzhəbinə mənsub olan kəndli Kaspar Ruppel və onun yoldaşı reformator məhzəbli Elizabel Keyl olmuşdur. Eyni zamanda digər bir arxiv arayışında Aleksandr Kvyatkovskiyin anası Mariyanın milliyyətinin alman olması öz əksini tapmışdır. Digər bir arxiv arayışında isə Mariyanın Ruppel soyadında olduğu, 1926-cı il tarixdə Kvyatkovskiy Stepan ilə nikaha daxil olduqları qeyd edilmişdir. Göründüyü kimi valideyni olan X4 reallıqda milliyyətcə alman olsa da, onun milliyyəti rus milliyyəti kimi qeyd edilmişdir. Hər nə qədər valideyni olan atanın milliyyəti rus kimi göstərilsə də o, milliyyətcə alman olmuşdur. Lakin 1941- 1945-ci il tarixlərdə baş verən hadisələrlə bağlı olaraq təzyiqlərdən uzaq qalmaq üçün ulu nənəsi Ruppel Mariya və ulu babası Stepan Kvyatkovskiy ulu nənəsi Ruppel Mariyanın alman milliyyətində olması ilə bağlı övladı Aleksandr Aleksandroviçin milliyyətini rus kimi göstərməyə məcbur qalmışdır. Yalnız bundan sonra Ruppel Mariya Bakı şəhərində övladı ilə birgə yaşamaq hüququnu qazana bilmişdir. Belə ki, iş materiallarına əlavə edilən arxiv sənədlər də təsdiq edir ki, milliyyətcə Mariya Kvyatkovskaya (Ruppel) alman milliyyətində olduğuna görə 1941-ci il tarixin oktyabrında təzyiqlərə məruz qalmışdır. Onun yoldaşı Stepan Kvyatovskiy isə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan da görünür ki, yoldaşının alman olması və antisovet siyasəti aparması ilə bağlı olaraq Hərbi Tribunalın xx.xx.1945-ci il tarixli hökmünə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Eyni zamanda, nəzərə alınması xahiş edilir ki, almanların müharibə vaxtı Azərbaycandan deportasiyası tarixi bir həqiqətdir. Belə ki, tarixi mənbələrdən də göründüyü kimi 1939-cu il 17 yanvar siyahısına görə Azərbaycan SSR ərazisində 23 minə yaxın alman milliyyətindən şəxsin yaşadığı müəyyən edilmişdir. 8 oktyabr 1941-ci il dövlət müdafiə komitəsinin 744 nömrəli qətnaməsi qəbul edilmişdir ki, həmin qətnaməyə əsasən 23 minə yaxın alman əhalisinin köçürülməsi qət edilmişdir ki, bütün bu prosedurlar 1941-ci il 15-30 oktyabr aralığında həyata keçirilməli idi. Daha sonra isə 001487 nömrəli daxili işlər komissarı tərəfindən 11 oktyabr 1941-ci il tarixdə əmr verilmiş və əmrin icrası ilə bağlı tədbirlər həyata keçirilmişdir. İş materiallarından da göründüyü kimi Mariya Ruppel (Kasparovna) və Stepan Kvyatkovskiy barəsində də yuxarıda adıçəkilən qətnamənin icrası ilə bağlı hökmlər qəbul edilmişdir. X33 münasibətdə hökmün icrası həyata keçirilməmiş, onun Bakı şəhərində yaşaması mümkün olmuşdur. Belə ki, tarixi mənbələrdən də aydın olur ki, alman milliyyətindən olan şəxslər deportasiyadan o şərtlə azad oluna bilirdi ki, əgər ailənin başçısı alman deyildirsə, arvad alman idisə. Əgər ailə başçısı həbs edilirdisə və ya nikah pozulurdusa, onda ailə başçısı avtomatik olaraq övladları digər milliyyətdən olan alman milliyyətli qadın olurdu. Bu zaman övladlarının mütləq qaydada milliyyətinin qeyri-alman kimi göstərilməsi mütləq şərt olaraq göstərilirdi. MDB ölkələrində iddiaçı kimi oxşar vəziyyətdə olan şəxslərlə bağlı materialların araşdırması nəticəsində müəyyən edilir ki, həmin işlər üzrə aparılan inzibati icraat zamanı yuxarıda adıçəkilən qətnamə və işin faktiki halları, yəni ailə başçısı alman olmasa da qadın alman milliyyətindən olan şəxsin övladlarının mütləq qaydada qeyri-alman kimi göstərilməsi qaydası deportasiyadan qurtulmağın yeganə əsası hesab edilmişdir. Göründüyü kimi deportasiyaya məruz qalmanın qarşısını almaq üçün ulu nənə və baba məcbur olaraq ulu nənənin milliyyəti alman olsa da babası 1930-cu il təvəllüdlü A.Kvyatkovskinin milliyyətini rus olaraq dəyişməyə məcbur olmuşdur. Bütün bunu təsdiq edən sənədlər arxiv nömrələri, əmr və qətnamələrin tarixləri əks olunmaqla iddia ərizəsinə əlavə edilmişdir. Aparılacaq məhkəmə araşdırması ilə də qeyd olunanlar öz təsdiqini asanlıqla tapacaqdır. İddiaçı qeyd edir ki, ulu babası və nənəsinin başına gətirənlər, milli mənsubiyyətinin əlindən alınması cəhdləri onun həmişə alman milliyyətinə mənsubluğunu ön plana salmışdır. Özünü ən əsası odur ki, alman kimi hiss edir. Təbii haldır ki, rus milliyyəti də onun tarixinin soy köküdür. Lakin alman milliyyətində olan soy kökündən olan şəxslərə qarşı aparılmış həmin dövrdə olan hərəkətlər onun alman olaraq özünü hiss etmə səbəbi qismində çıxış edir. Bununla bağlı olaraq da atasının reallıqda alman milliyyəti olması ilə bağlı , onun milliyyətinin və soyadının soy köklərinə uyğunlaşdırması ilə bağlı Cavabdehnə müraciət edərək soyadının Ruppel, milliyyətinin isə alman olaraq dəyişdirilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsi müraciətini qismən haqlı hesab edərək soy kökündə alman milliyyətindən olan şəxsin olmasını nəzərə alaraq soyadının Ruppel soyadı ilə dəyişdirilməsinə razılıq vermiş və əsaslı olaraq soyadını “Məmmədova” soyadından “Ruppel” soyadına dəyişdirilməsi barədə şəhadətnamə vermişdir. Lakin, müraciəti digər hissədə kifayət qədər əsas olmaması ilə bağlı təmin edilməmiş, müraciətə imtina verilmişdir. Halbuki, müraciətinin təmini ilə bağlı kifayət qədər əsas mövcuddur. İddiaçı qeyd edir ki, doğum akt qeydində valideynlərin milliyyəti ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8-ci bəndi konkret qayda müəyyən etmişdir. Həmin bəndə əsasən uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. İlk baxışdan bu maddənin tələbindən elə görünə bilər ki, valideynlərin milliyyəti barədə qeyd şəxsin milliyyətinin göstəricidir. Hesab edir ki, məsələ belə yanaşma formal olacaqdır. Çünki, represiya və məcburiyyət tədbirləri nəticəsində milliyyətini dəyişmək məcburiyyətində qalmış şəxsin kökündən gələn şəxslərin milliyyətini bərpa etmə barədə konstitusion hüququn bərpası istəyi daha üstündür və əslində həmin dəyişikliyin qeydə alması yuxarıda adıçəkilən qayda ilə də zidiyyət təşkil etmir. İddiaçı göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Ailə Məcəllənin 161-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi , kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı milliyyətinin “rus” milliyyətindən “alman” milliyyətinə dəyişdirilməsinə kifayət qədər əsas olmadığına görə mümkün deyil. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək övladları X25, X27, X15 doğum haqqında akt qeydlərində milliyyətinin “rus”-dan “alman”-a dəyişdirilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının çıxışını dinləyərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçıya məxsus doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının atası X1, milliyyəti rus kimi göstərilmişdir. X2maqla miliyyəti rus kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X3 atası xx.xx.1958-ci il tarixdə anadan olmuşdur, atası X9, anası isə X12. Hər iki şəxsin şəhadətnamədə milliyyəti rus kimi göstərilmişdir. Ölüm haqqında şəhadətnamədən və dövlət arxivinin 06 dekabr 2016-cı il tarixli arayışından müəyyən edilir ki, 03 dekabr 1993-cü il tarixli X9 17 mart 1993-cü il tarixdə Rusiya Federasıyasında vəfat etmişdir. Onun atası X22, anası isə Ruppel Mariya olmuşdur. Atası X22in milliyyəti –polyak, anası X7 milliyyəti isə almandır. 17 yanvar 2017-ci il tarixli arxiv çıxarışından görünür ki, həmin şəxslər arasında nikah 11 mart 1926-cı il tarixdə qeydə alınmış, nikaha daxil olanda X7 soyadı Ruppel Mariya kimi qeyd edilmişdir. Sabunçu qeydiyyat şöbəsinin arayışında da görünür ki, Mariya Kvyatkovskayanın (Ruppel) ölüm akt qeydi nəzərdən keçirilərkən milliyyəti qrafasına alman yazılması müəyyən edilmişdir. 05 aprel 2017-ci il tarixli arxiv arayışından görünür ki, Mariya 14 dekabr 1897-ci il tarixdə Bakı şəhərində anadan olmuş, xaç suyuna salınma tarixi 25 dekabr 1897-ci il olmuş, valideynləri Lyuteran məzhəbinə mənsub olan kəndli Kaspar Ruppel və onun yoldaşı reformator məhzəbli Elizabel Keyl olmuşdur. Dövlət Təhlükəsizlik Xidmətinin məktubundan görünür ki, X24 1890-cı il tarixdə anadan olmuş, həyat yoldaşı Mariya Kasparovna, oğlu Aleksandr olmuş, Hərbi Tribunalın xx.xx.1945-ci il trixli hökmünə əsasən o, SSR CM-nin 72-ci (antisovet təbliğatı) və 64-cü (silahlı üsyan) maddələri ilə təqisli bilinərək azadlıqdan məhrum edilmiş, daha sonra Respublika Prokurorluğunun 16 avqust 1991-ci il tarixli rəyinə əsasən üzrə ona bəraət verilmişdir. 480866 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 24 aprel 2010-cu il təvəllüdlü X17 atası X23r, onun miliyyəti azərbaycanlı kimi qeyd edilmişdir. Anası iddiaçı X6maqla milliyyəti rus kimi göstərilmişdir. 884834 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 may 2012-ci il təvəllüdlü X20 atası X23r, onun miliyyəti azərbaycanlı kimi qeyd edilmişdir. Anası iddiaçı X6maqla milliyyəti rus kimi göstərilmişdir. 349689 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 18 iyun 2014-cü il təvəllüdlü X15 atası X23r, onun miliyyəti azərbaycanlı kimi qeyd edilmişdir. Anası iddiaçı X6maqla milliyyəti rus kimi göstərilmişdir. Hazırkı inzibati məhkəmə mübahisəsi də həmin şəhadətnamələrin verilməsinə əsas olmuş doğum akt qeydlərində ananın milliyyəti ilə bağlı məlumatlarda dəyişikliklərin edilməsi ilə bağlıdır ki, cavabdeh imtinasını Ailə Məcəllənin 161-ci maddəsi ilə əsaslandırır. Ailə Məcəllənin 161.1-ci maddəsindən müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi , kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Cavabdehin imtinasında istinad etdiyi maddənin tələbindən də göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı, indiki halda cavabdeh tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda həyata keçirilməlidir. Cavabdeh isə istinad etdiyi maddənin tələblərini nəzərə almamış, hazırkı dəyişikliyin edilməsinə dair heç bir mübahisənin olmamasını, eləcə də dəyişikliyin edilməsinə dair kifayət qədər əsasların olmasını nəzərə almadan iddianın təminindən imtina etmişdir. Halbuki, işin faktiki halları ilə dəyişikliyin edilməsinə dair kifayət qədər əsasların mövcudluğu sübut olunmaqla yanaşı iddianın təminini zəruri edən aşağıdakı maddi hüquq normalarının tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə görə, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyanın 25-ci maddəsinə görə dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 44-cü maddəsinə əsasən hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Göründüyü kimi, milli mənsubiyyətin qorunub saxlanılması konstitision hüquqdur və kiminsə milli mənsubiyyətini dəyişdirilməsinə məcbur edilməsi yol verilməzdir. Konstitusion hüquq isə təkcə səlahiyyətli inzibati orqanın müdaxiləsindən çəkinmək xarakteri daşımayıb, o cümlədən inzibati orqanın aktiv hərəkətini də özündə ehtiva edir. Başqa sözlə milli mənsubiyyətin dəyişdirilməsinə məcbur edilməmə, məcbur edilmiş milli mənsubiyyəti məcburi olaraq dəyişdirilmiş şəxsin milli mənsubiyyətini rəsmi olaraq bəyan etməsinə də şərait yaratmalıdır. Hər iki halın reallaşdırılması zamanı milli mənsubiyyətin qorunması hüququnun təminatından söhbət gedəcəkdir. Başqa sözlə təkcə milli mənsubiyyətin dəyişdirilməsinə məcbur etmənin qarşısını almaqla milli mənsubiyyət hüququnun təminatı baş vermir. Səlahiyyətli qurum bu zaman milli mənsubiyyəti məcbur olaraq dəyişdirilmiş şəxsin milli mənsubiyyətini sənəd üzərində bərpa etməsinə də yönəlmiş tədbirləri də əsaslar mövcud olduğu təqdirdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə həmin əsasların mövcudluğu şübhə doğurmur. Belə ki, iş materiallarında iddiaçı ilə yüksələn xətt üzrə qohumluq əlaqəsinə malik olan şəxsin məhz İİ Dünya Müharibəsi illərində məlum hadisələrlə bağlı milliyyətini dəyişdirməsi aşkar görünür. Məhkəmə etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi halların mötəbərliyinə şübhənin yaranması əsasları mövcud deyil. Həmin dövrün ictimai-siyasi vəziyyəti və işin uyğun faktiki halları da nəzərə alınmaqla iddiaçının izahatının düzgün olmamasına hər hansı əsas mövcud deyil. İşin faktiki halları, yəni iddiaçının iddiasının təminini təsdiq edən iş materiallarında olan arxiv arayışları və digər aidiyyəti sənədlər, eləcə də iddiaçının izahatı da sübut növü kimi mötəbər olmaqla iddianın təmini ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdeh iddiaçının müraciətini tam təmin etməsə də, soyadını “Məmmədova” soyadından “Ruppel” soyadına dəyişdirmiş və bununla bağlı yeni şəhadətnamə vermişdir. Bununla da, birbaşa milli mənsubiyyət hüququnun realizəsi tam olmasa da, iddiaçınının “Ruppel” soyadı daşımalı olması ilə bağlı hüququnu faktiki olaraq tanınmışdır. Beləliklə, istər inzibati orqanın soyad dəyişikliyi ilə bağlı mövqeyi, istər iş materiallarında olan arayış və digər aidiyyəti sənədlərlə iddiaçının yüksələn xətt üzrə alman milliyyətindən olan qohumunun olması, həmin milliyyət faktorunun isə İİ Dünya Müharibəsində baş verən hallarla əlaqədar dəyişilməyə məcbur olunması və ən əsası da iddia ərizəsindən, iddiaçının hazırkı iddiasını əsaslandırmasından və həmin əsaslandırmada qeyd olunan faktiki halları təsdiq edən sübutlardan müəyyən edilir ki, iddiaçının hazırkı halda Konstitusiyanın 44-cü maddəsində nəzərdə tutulmuş hüququn müdafiəsinə zərurət vardır. Belə ki, iddiaçının hər kəs kimi milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır və iddiaçı milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Beləliklə səlahiyyətli inzibati orqanın alman milliyyətindən olan şəxsin milli mənsubiyyətini qoruyub saxlanılması ilə bağlı öhdəliyi şəxsin konstitusion hüququnun həyata keçirilməsindən irəli gəlir. Doğum akt qeydində valideynlərin milliyyəti ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8-ci bəndi konkret qayda müəyyən etmişdir. Həmin bəndə əsasən uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Həmin bənddə qeyd edilir ki, valideynlərin milliyyəti barədə qeyd şəxsin milliyyətinin göstəricidir. Lakin həmin Qayda iddianın təmininə münasibətdə əngəl yaratmır və qadağanedici norma da mövcud deyil. Belə ki, represiya və məcburiyyət tədbirləri nəticəsində milliyyətini dəyişmək məcburiyyətində qalmış milliyyətini dövlət tərəfindən tanıtmaq istəyi konstitusion hüquqdur və əslində həmin dəyişikliyin qeydə alması yuxarıda adıçəkilən qayda ilə də zidiyyət təşkil etmir. Lakin qanunvericiliklə miliyyətinin şəxsin öz doğum akt qeydində göstərilməsi imkanı nəzərdə tutulmamışdır. Belə ki, şəxsin öz doğum haqqında akt qeydində və şəhadətnamədə milliyyəti onun ata və anasının milliyyəti ilə müəyyən olunur. İddiaçı da bununla əlaqədar inzibati orqana müraciət edərək, onun milliyyətinin göstərilə biləcəyi övladları ilə bağlı akt qeydi və şəhadətnamədə müvafiq dəyişikliklərin həyata keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin FORMALARİ”nın tələbinə əsasən məhz uşağın valideynləri ilə bağlı hissədə valideynin milliyyətinin yazılması imkanı nəzərdə tutulmuşdur. Bu səbəbdən də iddiaçının hüquqi marağına uyğun olaraq onun milliyyətinin məhz övladlarına məxsus doğum haqqında akt qeydlərində “alman” kimi müəyyən olunması zəruridir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı övladları X25, X27, X15 doğum haqqında akt qeydlərində İddiaçı milliyyətinin “rus”dan “alman”-a dəyişdirilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı övladları X25, X27, X15 doğum haqqında akt qeydlərində İddiaçı milliyyətinin “rus”-dan “alman”-a dəyişdirilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar