Məhkəmə qərarları › İş №2-1(112)-6883/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6883/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6883/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında qərarın ləğv olunması, xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi haqqında qərarın əlillik altsistemdə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2018-ci il tarixdə iddiaçıya müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında qərarın ləğv olunması və əlilliyinin müddətsiz olaraq təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Sonradan iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında qərarın ləğv olunması, xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi haqqında qərarın əlillik altsistemdə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 28 noyabr 2023-cü il tarixli Qərardadı ilə, xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında qərarın ləğv olunması, xx.xx.2018-ci il tarixdə ona müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi haqqında qərarın əlillik altsistemdə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 2-ci dərəcə əlillik qrupu təyin edilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, əlilliyinin müddəti müddətsiz kateqoriyadan müddətli kateqoriyasına keçirilmişdir. Belə ki, əlillik 5 il müddətinə xx.xx.2018-ci iş tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək, müddətsiz əlilliyinin ləğv edilməsi müddətli olaraq təyin olunması barədə qərarın göndərilməsini və müddətsiz əlilliyinin ləğv olunaraq müddətli olaraq təyin olunması barədə qərarın ləğv olunmasını və əlilliyinin müddətsiz olaraq təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətinə bu günədək cavab təqdim edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə X6 Xəstəlikləri Dispanserinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qapalı- kəllə beyin travmasından sonra əmələ gələn emosional davamsız şəxsiyyət dəyişməsi,kəskin nəzərə çarpan davranış pozuntusu ilə.Baş beynin silkələnməsi, Qapalı- kəllə beyin travmasından sonra əmələ gələn emosional davamsız şəxsiyyət dəyişməsi,kəskin nəzərə çarpan davranış pozuntusu ilə.; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. “Əlilliyin qiymətləndirmə qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarının 4.2-ci bəndində də göstərilmişdir ki, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, iddiaçıya müddətsiz İİ dərəcə (61-81 faiz) əlillik dərəcəsi təyin edilməsi üçün ardıcıl olaraq 10 il əlillik müddəti və ya xüsusi göstəriş olan diaqnozu olmalıdır, lakin iddiaçının altsistemdə olan sənədlərində qeyd olunan halların heç biri öz əksini tapmır. Bu səbəbdən də, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən 5 il müddətinə əlillik təyinatı aparılmışdır. Mahir Qaçay oğlunun müraciətinə baxıldıqdan sonra xx.xx.2018-ci il tarixdə verilən təyinat qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2023-cü ilin mart ayında, yəni təxminən 5 il sonra əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia; 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətinə hər hansı münasibət bildirilməmiş, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı tərəfindən iddia müddətinə əməl edilmiş, beləki, eyni tarixdən, eyni nömrəli iki fərqli ( müddətli və müddətsiz) əlilliyin müəyyən edilməsinə dair qərarların mövcud olması barədə iddiaçı əmək pensiyasının ödənilməsi dayandırıldığı zaman və bunun səbəbini araşdırdıqdan sonra bilmişdir.

9. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 08697 nömrəli, 16 aprel 2018-ci il tarixli vəsiqəyə əsasən, iddiaçı İİ qrup müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinin 3893 nömrəli, xx.xx.2018-ci il tarixli arayışına əsasən, İddiaçı 552,60 (beş yüz əlli iki) manat məbləğində pensiya alır. Pensiyanı İİ (ikinci) qrup əlilliyə görə alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin **********3 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən, İddiaçı ƏƏSMN yanında DSMF-nun Nərimanov rayon şöbəsindən İİ qrup müharibə əlilliyinə görə ömürlük 230,00 (iki yüz otuz) manat məbləğındə Prezident təqaüdü alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli, **********1 nömrəli arayışına əsasən, İddiaçı (FİN:xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial Ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən İİ (ikinci) qrup əlilliyə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) görə aylıq 350 (üz yüz əlli) manat məbləğində Prezident təqüdü alır. Təyinatın başlanğıc tarixi xx.xx.2018, Təyinatın bitmə tarixi – müddətsiz. Məhkəmə sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanan 22 avqust 2023-cü il tarixli, 3-17-7/2-32456/2023 nömrəli “Sorğuya baxılması haqqında” cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı "xxxx" ASC-yə təqdim etmək məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünün alınmasına dair arayış əldə etmək üçün xx.xx.2021-ci il tarixində 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sosial ödənişlər” altsistemindən əldə edilən məlumata əsasən İddiaçı əlilliyə görə təyin edilmiş Prezident təqaüdünün təyin edilmə tarixi xx.xx.2018-ci il, bitmə tarixi isə xx.xx.2023- cü il olmasına baxmayaraq, vətəndaşa təqdim edilən arayışda təyinatın bitmə tarixi yanlışlıqla “müddətsiz” olaraq qeyd edilmişdir. Həmçinin MEİS-in “Əlillik” altsisteminəre-gov.az və e- sösiäl.az portallarına əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi nəticəsində vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixindən 2-ci dərəcə əlillik təyinatı aparılmış və növbəti müayinə tarixi xx.xx.2023-cü il olaraq qeyd edilmişdir. Eləcə də “Əlillik” altsistemində vətəndaşın əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün göndərişin daxil olmadığı məlum olmuşdur. Qeyd edilən hal nəzarətə götürülmüş və mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılacaqdır. Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı təqdim edilmiş və həmin qərarda göstərilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.2018-ci il tarixli ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2023-cü il göstərilmişdir. Məhkəmə sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 16 noyabr 2023-cü il tarixli, 3-17-1/2-267207/2023 nömrəli məktubla vətəndaş İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Pensiya işində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİİ rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin ediən komissiyanın xx.xx.2018-ci il tarixli, 18/2738 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci ildən ömürlük 2-ci qrup əlillik təyin edilmişdir. Məhkəmə sorğusu əsasında Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-19/2- 3605/2023 nömrəli cavab məktubu əsasında istefada olan baş leytenant İddiaçı aid müvafiq arxiv sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 371 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarına əsasən, Bakı şəhəri Nərimanov RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş X2 döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Ağdam rayonlararası ruhi əsəb xəstəlikləri dispanserində müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: “Qapalı kəllə beyin travması, asteno-nevrotik vəziyyət, nevrozabənzər davranış pozuntusu” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Nərimanov rayon idarəsinin xx.xx.2017-ci il tarixli 1909 nömrəli öndərişi, 15.11,2017-ci il tarixli 1909 nömrəli arayışı, Ağdam rayonlararası ruhi əsəb əstəlikiəri dispanserindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstələrin qeydiyyatı .'tabından çıxarışlar, Ağdam rayonlararası ruhi əsəb xəstəlikləri dispanserin baş həkiminin xx.xx.2017-ci il tarixli 650 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” Məhkəmə sorğusu əsasında Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-19/2- 4333/2023 nömrəli cavab məktubuna əsasən İddiaçı şəxsi işinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Şəxsi işdə olan İddiaçı əlilliyi barədə məlumatlarında əks olunmuşdur ki, ona xx.xx.2018-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Şəxsi iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin 754 nömrəli, aprel 2018-ci il tarixli arayışına əsasən, İddiaçı ƏƏSMN yanında DSMF-nun Nərimanov rayon şöbəsindən İİ qrup müharibə əlilliyinə görə 158,00 (yüz əlli səkkiz) manat məbləğındə ömürlük Prezident təqaüdü alır. Məhkəmə sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 14849/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, İddiaçı dair tibbisosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş iddiaçı barədə qiymətləndirmə məlumatlarından görünür ki, ona xx.xx.2018-ci il tarixdə 5 il müddətinə ilkin əlillik təyin edilmişdir.

İV. Məhkəmənin mövqeyi

12. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir:

13. Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən (3.1.) şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın

- 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Həmin qərar əsasında iddiaçıya əlilliyə görə ömürlük əmək pensiyası təyin edilmişdir. Lakin 2023-cü ildə əlilliyə görə ömürlük təyin edilmiş əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Buna əsas isə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin(MEİS) “Əlillik” altsistemində iddiaçının əlilliyinin “müddətli” təyin edilməsi barədə məlumatın yerləşdirilməsi, yəni iddiaçıya əlilliyin müddətli təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərar olmuşdur. İddiaçı bu qərar barədə məlumat və izah verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, ona hər hansı bir cavab verilməmiş və iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Faktiki olaraq cavabdeh tərəfindən iddiaçıya müddətli əlillik təyin edilməsi barədə qərar, ona ilkin əlilliyin müddətsiz təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın məzmununun təhrif edilməsi ilə qəbul edilmişdir. Cavabdehin bu fəaliyyəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş prinsiplərin və prosedur qaydalarının pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki,” prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. İddiaçıya əlilliyin müddətsiz təyin olunması məhkəməyə Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş şəxsi işdəki materiallar və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş iddiaçının pensiya işi ilə təsdiq olunur.

16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

- 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. - 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3. qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Bütün hallarda qanunvericiliyin tələblərinə görə cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi üçün “İnzibati icraat haqqında” Qanun ilə müəyyən edilmiş hüququ əsaslar, prinsiplər nəzərə alınmaqla, prosedur qaydalarına riayət edilməklə müvafiq icraat aparılmalıdır.

17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

23. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018-ci il tarixdə X3 müddətsiz 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında cavabdehin qərarı ləğv edilməli, xx.xx.2018-ci il tarixdə X3 müddətsiz 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi haqqında qərarın MEİS-in “Əlillik” altsistemdə bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidır. 18.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

20. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddiа tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2018-ci il tarixli İddiaçı müddətsiz 2-ci dərəcəli əlillik qrupunun müddətli olaraq təyin edilməsi haqqında qərarı ləğv edilsin; xx.xx.2018-ci il tarixdə İddiaçı müddətsiz 2-ci dərəcəli əlillik qrupunun təyin edilməsi haqqında qərarın MƏİS-in “Əlillik” altsistemdə bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar