Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6885/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179576 nömrəli qərarı ilə "Metexan” MMC-də (VÖEN:**********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2020xx.xx.2023) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2023-cü il tarixli **********179650 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə hüquqi şəxsin elektron poçt ünvanına göndərilmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı Cavabdeh MMC tərəfindən sənədlər yoxlamaya təqdim edilməmiş və yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (mənfəət vergisi məqsədləri üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti 1.1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər 1.2. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar 1.3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar 1.4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti 1.5. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti 1.6. Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 1.7. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilatı strukturu 1.8. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər- hansı törəmə müəssisə(lər) barədə məlumat 1.9. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti 1.10. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı 1.11. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti 1.12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər 1.13. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda) 1.14. Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri 1.15. Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri 1.16. Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları 1.17 Müəssisə tərəfindən görülmüş işləri və xidmətləri təsdiq edən təhvil-təslim aktları, müqavilələri, forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər 1.18 Alınmış mal, iş və xidmətlərlə bağlı müqavilələr, təhviltəslim aktları və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər 1.19 Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış 1.20 İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar 1.21 Ümidsiz borclar barədə məlumatlar 1.22 Ciddi hesabat blankları (kassa mədaxil orderləri və s) Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (mənfəət vergisi məqsədləri üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) elektron surəti 2.1 Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda) 2.2 Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 2.3 Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda) 2.4 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə) 2.5 Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda) 2.6 Mal-materialların daşıma xərcləri 2.7 Yük gömrük bəyanamələrinin surəti (PDF faylda) 2.8 Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti 2.9 Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda) 2.10 Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda) 2.11 Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda) 2.12 Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri 2.13 Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri 2.14 Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri 2.15 Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı 2.16 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda) 2.17 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda) 2.18 Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər 2.19 Malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı layihələr və yoxlama dövrü (illər) üzrə imzalanmış hər təhvil-təslim aktı (elektron qaimə faktura, forma 2 və s) üçün silinmiş xammal və materiallar, alınmış iş və xidmətlərin dəyərini göstərən uçot məlumatları; Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün xx.xx.2024-cü il və xx.xx.2024- cü il tarixlərdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin təqdim edilməməsi barədə İmtina aktları tərtib edilmişdir. Bundan əlavə Baş İdarənin xx.xx.2024-cü il tarixli **********859700 nömrəli və xx.xx.2024-cü il tarixli **********421600 nömrəli sənədlərin təqdim edilməsi barədə məktubları ilə vergi ödəyicisinə müraciətlər edilmişdir. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2-2(102)-47/19 saylı qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisindən sənədlərin götürülməsi ilə bağlı mübahisələr artıq inzibati məhkəmə icraatı qaydasında aparılmalıdır.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəmənin sərəncamı icra edilməyərək yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir; 42.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər; 43.1-ci maddəsinə əsasən, sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir; 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Vergi qanunvericiliyində “sənədlərin götürülməsi” hüququ geniş mənada ifadə olunmuşdur ki, bu hüquq vergi orqanın səlahiyyətlərinə aid edilmişdir. Belə ki, səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyəcisi tərəfindən təqdim olunan sənədlərin öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərlə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən VM-ə müvafiq olaraq ona təqdim edilmiş sənədləri vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə götürülməsini həyata keçirir. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti zamanı yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən VM ilə müəyyən edilmiş qaydada tələb etmək vergi orqanının hüququdur. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması təyin edilmiş, Vergi Məcəlləsinin 42-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” tələbnamə təqdim edilmişdir. Bundan sonra iddiaçı tərəfindən “Sənədlərin yoxlamaya təqdim edilməməsi” barədə akt tərtib edilmişdir. Aktdan görünür ki, tələbnamə ilə yoxlamanın predmetinə aid olan sənədlərin təqdim edilməsi tələb olunsa da, tələbnamədə qeyd edilən müddətin bitməsinə baxmayaraq Cavabdeh tərəfindən yoxlama predmetinə aid olan sənədlər təqdim olunmamışdır. Son olaraq iddiaçı tərəfindən yenidən cavabdehə məktub ilə müraciət olunmuş, lakin yoxlama predmetinə aid olan sənədlər təqdim olunmadığı üçün iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi vergi ödəyicisi olan cavabdeh vergi orqanının tələbini icra etməyərək qanunla nəzərdə tutulmuş qaydada zəruri olan sənədləri vermədiyindən, həmin sənədlərin götürülməsi ilə bağlı vergi orqanının hərəkətləri, o cümlədən, hazırkı məzmunda iddia ilə məhkəməyə müraciəti Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Yoxlanılan dövr üzrə mənfəət vergisi məqsədləri üçün (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti 1.1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər 1.2. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar 1.3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar 1.4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti 1.5. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti 1.6. Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 1.7. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu 1.8. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat 1.9. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti 1.10. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı 1.11. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti 1.12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər 1.13. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda) 1.14. Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri 1.15. Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri 1.16. Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları 1.17 Müəssisə tərəfindən görülmüş işləri və xidmətləri təsdiq edən təhvil- təslim aktları, müqavilələri, forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər 1.18 Alınmış mal, iş və xidmətlərlə bağlı müqavilələr, təhviltəslim aktları və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər 1.19 Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış 1.20 İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar 1.21 Ümidsiz borclar barədə məlumatlar 1.22 Ciddi hesabat blankları (kassa mədaxil orderləri və s) Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (mənfəət vergisi məqsədləri üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) elektron surəti 2.1 Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda) 2.2 Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 2.3 Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda) 2.4 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesablan göstərilməklə) 2.5 Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda) 2.6 Mal-materialların daşıma xərcləri 2.7 Yük gömrük bəyanamələrinin surəti (PDF faylda) 2.8 Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti 2.9 Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda) 2.10 Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda) 2.11 Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda) 2.12 Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri 2.13 Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri 2.14 Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri 2.15 Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı 2.16 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda) 2.17 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri- rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda) 2.18 Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəllərinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6885/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6885/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver