Məhkəmə qərarları › İş №2-1(112)-6887/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6887/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6887/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə (fərdi qaydada fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X5 (hüquq şöbəsinin aparıcı mütəxəssisi, Abşeron rayonu, Saray qəsəbəsi, Ərazi dairəsi, təzə məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin verilməsi barədə müvafiq aktın qəbul edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və 1N may 1987-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. N iyun 1989-cu il tarixdə SSRİ MN-nin 28 mart 1989-cıı il tarixli 117 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Beyləqan rayon İdarəsinə göndərilmişdir. İtirilmiş NZ seriyalı ******* №-li hərbi biletin əvəzinə ona 13 avqust 2018-ci il tarixdə SX seriyalı ******* №-li yeni hərbi bilet verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10 iyul 2018-ci il tarixli 9/2- 10342 №li arayışına əsasən 10 dekabr 1992-ci il tarixli 215 №li əmrə əsasən N №-li hərbi hissəyə xidmətə daxil olmuşam. Azərbaycan Respublikasının MN-nin 24 yanvar 1996-eı il tarixli 26 №-li əmri ilə və N №-li hərbi hissə komandirinin əmri ilə N fevral 1996-cı il tarixli 35 №li əmrlə şəxsi heyətin siyahısından çıxarılmış və qeydiyyata alınmağı üçün Beyləqan RHK-na göndərilmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 28 noyabr 2018-ci il tarixdə M/V seriyalı 084995 №-li müharibə veteranı vəsiqəsi verilmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən zaman iki dəfə yaralanmış və stasionar müalicələr almışdır. O döyüş əməliyyatlarında iştirak edərkən yaralanmağı barədə rəy verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Həmin müraciəti əsasında verilmiş Azərbaycan Respublikası Müdallə Nazirliyi Mərkəkəzi Hərbi Həkim Komissiyasının 28 dekabr 2018-ci il tarixli 1779 №i qərarında qeyd olunur: «Beyləqan RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 02.N.1993-cü ildə aldığı və 09.N.1993-cü ildən N.05.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma diaqnoz: "Sol baldırın ön səthinin aşağı 1/3-nin səthi toxunub keçən qəlpə yaralanması. Sol qamış sümüyünün qabarının qapalı çoxqəlpəli sınığı. Sol qamış sumuyu qabarının osteooxondriopatiyası" və 15..08.1993-cü ildə aldığı 18.08.1993-cü ildən 06.09.1993- cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu yaralanma diaqnoz "Doş qəfəsinin sol yarısının yumşaq toxumalarının dəlib keçən və döş boşluğuna nüfuz elməyən güllə yaralanması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin 26.09.20/S-ci il tarixli 1/93 nömrəli göndərişi. 26.09.2018-ci il tarixli 116 nömrəli arayışı, N noınrəli hərbi hissədən verilmiş N.05.1993-cü il tarixli 06.09.1993-cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixlərindən çıxarışlar, M HHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). "Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır ". Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2.bəndinin a) yarımbəndi: MN MHHKnın 1663 saylı 2H. 12.2018-ci il tarixli protokolu». Bundan başqa, o 12.02.2019-cu il tarixdən 13.03.2019-cu il tarixədək Müharibə Veteranları Respublika Xəstəxanasında N.09.2019-cu il tarixdən 18.09.2019-cıı il tarixədək 3 nömrəli Şəhər Klinik Xəstəxanası publik hüquqi şəxsdə 28.10.2019-cu il tarixdə Travmatologiya və Ortopediya İnstitutunda, 19.10.2019-cu il tarixdə X2 İnstitutunda həmin xəstəliklərlə bağlı stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Müdallə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 dekabr 2018-ei il tarixli 1779 №-li qərarı əsasında iddiaçıya əlillik dərəcəsinin təyin olunması üyün "26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 06 yanvar 2020-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına 0120003AAEZİ nömrəli göndəriş verilmiş, lakin komissiya tərəfindən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması (həkimin rəyi: nevropatoloqun rəyi ətraflı yazılmayıb, aşağı ətraflarda əzələ gücü və reflekslər mütləq qeyd edilməlidir) səbəbindən əlillik təyinatından imtina edilmişdir. Bundan sonra təkrarən ”26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" pııblik hüquqi şəxsi tərəfindən 02 mart 2020-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına 0120003AAEZİ №-li göndəriş verilmiş, lakin komissiya tərəfindən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması (həkimin rəyi: xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir) səbəbindən əlillik təyinatından imtina edilmişdir. Daha sonra iddiaçı əyani müayinə olunmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Kkspertiza və Reabilitasiya Agentliyinə dəvət olunmuşdur. O əyani müayinə olunduqdan sonra müayinənin nəticələrini almaq üçün bir neçə dəfə Agentliyə getsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək ona əyani müayinənin nəticələrinə dair sənədi təqdim etməmişlər. Sonradan ona məlum olmuşdur ki, əyani müayinədən sonra agentlik yuxarıda qeyd olunan göndərişlərdə onun xəstəliklərinin şişirdilməsini əsas gətirərək “26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" publik hüquqi şəxsin HMK-dan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir..... Sonra yenidən agentliyə müraciət edərək əyani müayinənin nəticələrinin təqdim edilməsini xahiş etməsinə baxmayaraq, müraciəti nəticəsiz qalmışdır. İddiaçı 26 aprel 2021-ci il tarixdə nazirliyin saytına daxil olaraq Forma 88 arayışını əldə etmişdir. Həmin arayışda diaqnoz sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası və çoxsaylı kontrakturası. qiymətləndirmə tarixi 02.10.2020-ci il göstərilmişdir. Qiymətləndirmə tarixi 02.10.2020-ci il qeyd edilsə də qeyd etdiyi kimi, bu barədə ona dəfələrlə müraciət etdikdən sonra məlumat vermişlər. Halbuki "26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına verilmiş hər iki göndərişdə ona aparılmış müayinələrin nətəcələrinə əsasən qoyulmuş a) əsas diaqnoz: Y36.2 hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol 6-cı və 7-ei qabırğaların bitişmiş sınıqları, sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı, sol di/ oynağının açıcı-biikücü kəskin koııtrakturası və çoxsaylı kontrakturası. b) ağırlaşmalar: S822.1 Qamış sümüyünün proksimal şöbəsinin sınığı. Sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı: G57 Aşağı ətrafın mononevropatiyaları. Sol incik sinirinin baldır səviyyəsində travması, sol baldırın miopatik ağrıları. Hissiyyat zəifliyi ilə: M24.5 Oynaqların koııtrakturası. Sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası; F-48 Digər neqativ pozğunluqlar. Kəskin asteno nevrotik sindrom (aşağıda qeyd olunan Əsasnamənin 2.3.92.4.4. bəndləri); R52.2 Digər daimi ağrı. Sol baldırda daimi ağrı: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrollyası və üzülməsi. Sol baldırın əzələ atrofiyası. Sol baldırda əzələ gücü 4-4.5 bal: S22.4 Qabırğaların çoxsaylı sınıqları. Sol 6-cı və 7-ci qabırğaların bitişmiş sınıqları: R26.8 Hərəkətin və verişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Yerişin həsadan və Walker qurğusundan asılı olması: S06.8 Digər kəllədaxiİi travmalar QKBT-nın davamlı qalıq əlamətləri (aşağıda qeyd olunan Əsasnamənin 2./.S. həndi); G93.8 Baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri. Postrav matik ensefalopatiya. e) yanaşı xəstəliklər: 110 Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ, əlavə İİİ risk qrupu; J20 Kəskin bronxit, Xroniki bronxit. TSEK-ə göndərilməsi üçün əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. Buna görə də ona imtina verilməsi əsassızdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iş üzrə bildirir ki, iddiaçının əlillik vəziyyəti Bakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 06.01.2020 -ci il tarixli xxxxxxx0002 saylı göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, -Sol 6- cı və 7- ci qabırğaların bitişmiş sınıqları ,sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: nevropatoloqun rəyi ətraflı yazilmayib, asağı ətraflarda əzələ gücü və reflekslər mütləq qeyd edilməlidir. Daha sonra həmin xəstəxananın 02.03.2020-ci il tarixli xxxxxxx0QQ3 saylı göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol 6- cı və 7-ci qabırğaların bitişmiş sınıqları ,sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası. Ağırlaşma S82.1 Qamış sümüyünün proksimal şöbəsinin sınığı, Sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı. Ağırlaşma G57 Aşağı ətrafın mononevropatiyaları, Sol incik sinirinin postravmatik neyropatiyası. Ağırlaşma S84.1 İncik sinirinin baldır səviyyəsində travması, Sol baldırın miopatik ağrıları. Hissiyyat zəifliyi ilə. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası. Ağırlaşma F48 Digər neqativ pozğunluqlar, Kəskin asteno nevrotik sindrom. Ağıriaşma R52.2 Digər daimi ağrı, Sol baldırda daimi ağrı. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol baldırın əzələ atrofiyası. Sol baldırda əzələ gücü 4-4.5 bal. Ağırlaşma S22.4 Qabırğaların çoxsaylı sınıqları, Sol 6-cı və 7-ci qabırğaların bitişmiş sınıqları. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yerişin həsadan və Walker qurğusundan asılı olması. Ağırlaşma SQ6.8 Digər kəllədaxili travmalar, QKBT-nın davamlı qalıq əlamətləri. Ağırlaşma G93.8 Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravmatik ensefalopatiya. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ, əlavə İİİ risk qrupu. Yanaşı xəstəliklər J20 Kəskin bronxit, Xroniki bronxit, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir. 12.02.2020-ci ildə sözügedən xəstəxananın xxxxxxx00N saylı göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz öz təsdiqini tapmadığı barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışdan görünür ki, sonuncu dəfə İddiaçı barəsində Bakı 26 №li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 12.02.2020-ci il tarixli xxxxxxx00N nömrəli göndərişi 02.10.2020-ci il tarixdə qiymətləndirilmiş və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..., Diaqnozun mətni: sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası diaqnozu yoxlanılmış, qoyulan diaqnoz öz təsdiqini tapmaması əsası ilə imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan son ra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçının əlillik vəziyyəti Bakı 26 №li Birləşmiş Şəhər Xəstəxanasının xxxxxxx00N nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən 02.10.2020-ci il tarixdə qiymətləndirilmə aparılarkən, göndərişdə qeyd olunan diaqnoz öz təsdiqinin tapmaması barədə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Göründüyü kimi cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş natamam olduğu üçün iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni natamam doldurulmasının səbəblərini göstərməklə bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya geri göndərmişdir. Lakin bundan sonra həmin natamamlıq aradan qaldırılmamış, İddiaçı ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməmişdir. Belə olan halda iddiaçının əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarının 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); -2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); Beləliklə məhkəmə araşdırması zamanı, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edildi ki, 02.10.2020-ci il tarixli əyani müayinə zamanı İddiaçı tibbi sənədlərində qeyd edilmiş (sol qamış sümüyünün qabarının qəlpəli bitişmiş sınığı sol diz oynağının açıcı - bükücü kəskin kontrakturası və çox saylı kontrakturası diaqnozu) sağlamlıq vəziyyəti ilə mövcud sağlamlıq vəziyyəti eynilik təşkil etmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-ci bəndinə uyğun olaraq İİİ dərəcəli əlillik təyinatına əsas verən hal aşkar edilmədiyinə görə İddiaçı əlillik təyin edilməməsi barədə cavabdehin gəldiyi tam reabilitə edilməsi qərarı əsaslı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının aldığı travmanın nəticəsində diaqnoz üzrə qoyulan xəstəliklərini müalicə edilməklə reabilitə olunması ehtimalının olmasını nəzərə alaraq ixtisaslaşdırılmış müalicəni qəbul etməsini, o cümlədən eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasını, xəstəliyində hər hansı müsbət, vəziyyətini yaxşılaşdıran irəliləyişin olmadığını təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən iddianın əsassız olduğu qənaətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar