Məhkəmə qərarları › İş №2-1(112)-689/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-689/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-689/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimiQarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «xəstəlik haqqında şəhadətnamədə xəsarətin səbəb əlaqəsinin dəyişdirilməsinə dair» iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, aldığı xəsarətin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1.10-cu bəndinə əsasən hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış travma kimi qiymətləndirilməsini xahiş etmiş, sonradan həmin işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki,İddiaçı 28 dekabr 2013-cü il tarixdə xidmət etdiyi Naxçıvan Muxtar Respublikasının N nömrəli hərbi hissəsindən evə məzuniyyətə gələrkən Şirvan şəhəri Xəqani küçəsində yerləşən Heydər Əliyev adına istirahət parkında X1 üzərində gəzdirdiyi ov tipli soyuq silah hesab edilən bıçaqla 3 (üç) dəfə zərbə vuraraq, ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 23 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən aldığı xəsarət hərbi xidmət dövründə alınmış travma kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq ictaatına başlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə yollanarkən bıçaqlanmışdır. Hesab edir ki, həmin xəsarət məhz hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra hərbi qeydiyyata alınması barədə əmrin icrası ilə əlaqədar qeydiyyat yerinə yola düşərkən baş verdiyindən onun xəsarətinin səbəb əlaqəsi də məhz “travmadır, hərbi xidmətvəzifələrini yerinə yetirərkən alınmışdır” kimi göstərilməlidir. Yuxarıda qeyd etdiyi səbəblərdən həmin bıçaqlanma hadisəsi məişət zəminində baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Aldığı xəsarətlə əlaqəli sonuncu xidmət keçdiyi hərbi hissədən yeni arayış əldə edə bilməmişdir. İddiaçı izahatının sonunda iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə hazırki iddia növü mübahisələndirmə haqqında iddiadır. İş materiallarından məlum olur ki, iddiaçı 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2015-ci il tarixli, 1455 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin ç) yarımbəndinə uyğun olaraq “travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. İddiaçı aldığı xəsarətin səbəb əlaqəsinin düzgün təyin edilmədiyi qənaətinə gələrək, ona aid 23 nömrəli xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb əlaqəsinin “travmadır, hərbi xidmətvəzifələrini yerinə yetirərkən alınmışdır” kimi göstərilməsini, başqa sözlə, şəhadətnamənin mətnində dəyişiklik edilməsini xahiş etməklə həmin aktın qanuniliyini mübahisələndirilmişdir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanuniliyi mübahisələndirilən inzibati aktdan məhkəməyə şikayət verilməsi müddətinin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübutu iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında Daxili İşlər etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarında mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daimi mübahisələndirilməsinə zəmin yaradardı. Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi (dəyişdirilməsini tələb etdiyi) inzibati aktın qəbul olunmasından 4 ildən artıq müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, iddiaçı tərəfindən müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiamümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar