Məhkəmə qərarları › İş №2-1(112)-689/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-689/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-689/2025 08.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "əmrin ləğvi, işə bərpa edilmə və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əməkhaqqının hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı son olaraq məhkəməyə təqdim etdiyi ərizəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N3-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və itirilmiş dövrün əmək stajına hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N008-ci ildə Binəqədi rayon Hərbi Komissarlığından (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi) müddətli həqiqi hərbi xidmətə çağırılmış, sonradan hərbi xidmətini davam etdirmiş, 16 il hərbi xidmət keçmişdir. Yalnız ön cəbhədə hərbi xidmət aparmışdır. İxtisası kəşfiyyat, snayper olub, komando bölməsində xüsusi təyinatlı olaraq hərbi xidmət keçmişdir. Az sayda zabitlərə, generallara verilən ali ixtisas dərəcəsi olan “usta məharət dərəcəsi” almışdır. Kəşfiyyat, snayper, zabitlik kurslarını birincilikə bitirmişdir. İdmançıdır, sərbəst güləş, daşqaldırma yarışlarında yer tutmuşdur. Qüsursuz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə “Qüsursuz xidmətə görə” N-ci dərəcəli medallarla təltif olunmuşdur. Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan” N016-cı il aprel döyüşləri”ndə fəal iştirak etmişdir. N7 sentyabr N0N0-ci ildən 10 noyabr N0N0-ci ilədək davam edən İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak etmişdir. Prezidentin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı və Azərbaycan Respublikasının Baş Nazirinin sərancamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Ona müharibə veteranı adı və Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsi verilib. Döyüşlər zamanı N oktyabr N0N0-ci il tarixdə “partlayış yaralanması, barotravma, sağ çiyin qurşağı nahiyəsinin gərilməsi” diaqnozu ilə xəsarət almışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0 tarixli, 49N0 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir, xəsarət “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilib. Hərbi xidmətə müvəqqəti yararsız sayıldığı üçün ona 15 günlük məzuniyyət verilib, sonra yenidən hərbi xidmətə davam etmişdir. N0N3-cü ildə müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev tərəfindən iki, hərbi hissə komandiri tərəfindən isə bir fəxri fərmanla təltif olunmuşdur. N0N3-cü ilin 19-N0 sentyabrında Qarabağda aparılan antiterror əməliyyatı zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə düşmənin atəşi nəticəsində “qapalı kəllə-beyin travması, sağ bud və sol çiyinin sıyrılmış yaraları” diaqnozu ilə xəsarət almışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3 tarixli, N976 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, xəsarət “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Hərbi xidmətə müvəqqəti yararsız sayıldığı üçün 30 günlük məzuniyyət verilib. Arayışda məzuniyyət müddəti bitdikdən sonra yenidən şəhadətləndirilməli olduğu qeyd edilib. Lakin antiterror əməliyyatı zamanı döyüşlərdə iştirak edən hərbi qulluqçuların çəkdiyi “döyüşdən bir xatirə kimi” adlı videoda bir epizoda düşdüyü üçün həm videonu çəkən, həm də videoda görünən hərbi qulluqçular xidmətə uyğunsuzluğa görə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. İddiaçı qeyd etmişdir ki, videonu özü çəkməsə də, o da əsassız olaraq Müdafiə nazirinin N3 noyabr N0N3-cü il tarixli, 0808 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Əmr iddiaçıya təqdim edilməmişdir. Əmr barədə N saylı hərbi hissə komandirinin N dekabr N0N3 tarixli göndəriş vərəqəsi və hərbi hissə komandirinin əmrindən xx.xx.N0N3 tarixli, 364 nömrəli çıxarış təqdim ediləndə məlumatı olub. N saylı hərbi hissə komandirinin əmrindən çıxarışda iddiaçıya 30 günlük növbəti məzuniyyət verilməklə, 09 yanvar N0N4-cü ildən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmalı olduğu və birdəfəlik pul mükafatı almağa layiq olmadığı qeyd edilib. İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassız hesab edir, Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim edilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N3-cü il tarixli müvafiq əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təqdimat tərtib edilmiş, hərbi hissə komandiri tərəfindən imzalandıqdan sonra qərar qəbul edilməsi məqsədilə göndərilmişdir. Təqdimata əsasən iddiaçı N0N3-cü ilin sentyabr ayında Ağdam rayonunun Papravənd kəndi istiqamətində qadağan olunmuş smartfon tipli telefon vasitəsi ilə XN (Silahlı Münaqişələr Hüququnun) normalarının, habelə informasiya təhlükəsizliyi tədbirlərinin pozulması nəticəsində dövlət və hərbi xarakterli məlumatların müxtəlif sosial şəbəkələrdə yayılmasına yol vermişdir, bununla bağlı xx.xx.N0NN-ci ildə şiddətli töhmət verilmişdir. İddiaçı onunla söhbət aparılmasından imtina etmişdir. Bununla əlaqədar akt tərtib edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı cavabdehin etirazına dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə heç bir video çəkmədiyini, sadəcə çəkilən videoya düşmüşdüyünü, ona nəinki “şiddətli töhmət” cəzası, heç bir cəza verilmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Müdafiə Nazirliyinin “Etiraz məktubu”nda xx.xx.N0NN-ci il tarixdə şiddətli töhmət verildiyini yazmışdılar. O isə N0NN-ci il tarixdə N nömrəli hərbi hissədə xidmət etmirdi, N nömrəli hərbi hissədə xidmət edirdim. O qədər yalan və şablon yazılıb ki, N0N3-cü il tarix yerinə N0NN-ci il yazıblar. xx.xx.N0N3-cü il tarixdə isə N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü tarixli, N976 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi həkim komissiyası tərəfindən xəsarət aldığı barədə hərbi xidmətə yararlığı barədə şəhadətləndirilməyi üçün göndərilmişdir (baş vermiş hadisə və şəxsin siğortaolunan hesab olunmasına dair xx.xx.N0N3-cü il tarixli, 451 nömrəli arayışın surəti əlavə edilib). Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli 885 saylı Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Silahlı X1”nin “İntizam Cəzalarının İcra Qaydası”nın 98-ci bəndinə əsasən zabitlərə, generallara və admirallara- şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə-baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara-generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir. Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Komandirlərə (rəislərə) onların tabeliklərində olanların yanında intizam cəzası elan etmək qadağandır. Yəni ona verilən cəza barədə məlumat verilməmiş, şəxsən elan olunmamışdır. Verilən cəza barədə xidməti vərəqəsi ilə tanış edilməyib və həmin xidməti vərəqə ilə tanış olunmağı barədə ondan imza alınmayıb. Əgər olunubsa, yazı nümunəsini (öz imzasını) təqdim etsinlər. Həmin vaxtı o, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü tarixli, N976 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi həkim komissiyası tərəfindən xəsarət aldığı üçün hərbi xidmətə yararlığı barədə şəhadətləndirilmiş, xəsarət “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir (MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N0N3-cü il tarixli, 11NN nömrəli arayışının surəti əlavə edilib). İddiaçı ilə hərbi hissə tərəfindən heç bir söhbətləşmə aparılmayıb və iddiaçı da söhbətləşmədən imtina etməmişdir. Qeyd etmişdir ki, N nömrəli hərbi hissədə yalandan söhbətləşmədən imtina etmə barədə akt tərtib ediblər. Söhbətləşmə “onlayn” aparılmır. Hərbi hissədə olmalı idi ki, söhbətləşmə aparıla bilsin. N0N3-cü ilin 19-N0 sentyabr ayında Qarabağda aparılan “Antiterror əməliyyatları” zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə düşmənin atdığı ağır artilleriya atəşləri nəticəsində “qapalı kəllə-beyin travması, beyin silkələnməsindən sonrakı vəziyyət, sağ bud və sol çiyinin sıyrılmış yaraları” diaqnozu ilə xəsarət almışdır (baş vermiş hadisə və şəxsin siğortaolunan hesab olunmasına dair xx.xx.N0N3-cü il tarixli, 451 nömrəli arayışın surəti əlavə edilib). Həmin vaxtı iddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü tarixli, N976 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi həkim komissiyası tərəfindən xəsarət aldığı üçün hərbi xidmətə yararlığım barədə şəhadətləndirilmişəm, xəsarət “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilib (MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N0N3-cü il tarixli, 11NN nömrəli arayışının surəti əlavə edilib). Hərbi xidmətə müvəqqəti yararsız sayıldığı üçün iddiaçıya 30 (otuz) gün müddətinə məzuniyyət verilib. Söhbətləşmədən imtina etmişəm əgər, imtina etdiyim haqqında yazı nümunəsi (öz imzamı) təqdim etsinlər. Söhbətləşmədən imtina barədə aktdan məlumatı yoxdur. Həmin komissiyanın üzvlərindən heç biri ona söhbətləşmə barədə məlumat verməyib. İddiaçı hesab etmişdir ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı üçün heç bir əsas olmayıb, əmr qanunsuz olub. Ehtiyata buraxılmazdan öncə onun iştirakı ilə hər-hansı araşdırma aparılmayıb, xəbərdarlıq edilməyib. Belə ki, “Hərbi xidmətkeçmə haqqında “Əsasnamənin (bundan sonra Əsasnamə) 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya N (iki) ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Əsasnamənin 1N-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla hərbi hissədə - bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən aparılır. Əsasnamənin 165-ci bəndinə görə, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Ximəti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı ən azı iki dəfə fərdi söhbət aparılmalı, ehtiyata buraxılma barədə əmr hərbi hissə komandiri tərəfindən elan edilməli idi. Lakin onunla hər hansı söhbət aparılmayıb, əmr elan və təqdim edilməyib. İddiaçı məzuniyyət müddəti bitdikdən sonra hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndəriş istəmiş və ona cavablarında, “sən artıq təxris olmusan, səni hərbi-həkim komissiyasına xidmətə yararlığın barədə və hospitala müalicə və müayinə üçün göndərə bilmərik” bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən xx.xx.N0N3-cü il tarixli 11NN nömrəli arayışa əsasən: Ümumi xəstəlikdir hərbi xidmət dövründə alınmışdır.

10. “Xəstəlik cədvəlinin” 86,N8 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş”Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən ’’Hərbi xidmətə müvəqqəti yarasızdır, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra təkrar göndəriş verilib hərbi həkim komissiyasına şəhadətləndirilməyim üçün göndərilməli idim. (Yuxarıda qeyd etdiyim Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını onlara bildirdim.) Lakin həmin əmr və qərarlar uğursuz oldu.Hərbi xidmətə müvəqqəti yararsız sayıldığım üçün mənə, 30 (otuz) gün müddətinə məzuniyyət verilib. Arayışda məzuniyyət müddəti bitdikdən sonra yenidən şəhadətləndirilməli olduğum qeyd edilsə də, yenidən şəhadətləndirilməmişəm. Mən isə hərbi hissədən təyinat vərəqəmi götürüb və kafi vəziyyətdə hərbi hissəni tərk etmişəm. Hesab edir ki, 16 il xidmətini və çəkmədiyi əziyyətləri, bir video ilə əvəzləmək olmaz. Təmiz hərbçi adını geri qaytarmaq, vurulan əsassız ləkəni üzərimdən silmək istəyir. Xidmətə uyğunsuzluğa görə görə ehtiyata buraxılmağı ilə bağlı əmr qanunsuzdur, mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmayıb. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in N.N.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 3N.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə nazirinin N3 noyabr N0N3-cü il tarixli, 0808 nömrəli şəxsi heyət üzrə əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq N №-li hərbi hissənin 1-ci Əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının komandiri, kiçik leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -N №li hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini tərəfindən N №li hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.N0N3-cü il tarixli raportda aşağıdakılar göstərilmişdir: “Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N0N3-cü il tarixli 353 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə, 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının komandiri, kiçik leytenant İddiaçı XN (Silahlı Münaqişələr Hüququnun) normalarının, habelə informasiya təhlükəsizliyi tədbirlərinin pozulması nəticəsində dövlət və hərbi xarakterli məlumatların müxtəlif sosial şəbəkələrdə yayılmasına yol verdiyinə görə, ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən sənədlərinin xidmət vaxtı başa çatmamış ehtiyata buraxılması üçün sənədlərin hazırlanmasına sərəncam verəsiniz.” -N nömrəli hərbi hissənin komandirinin iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.N0N3-cü il tarixli təqdimatı aşağıdakı qaydada əsaslandırılmışdır: “”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N0N3-cü il tarixli 353 nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır. -xx.xx.N0N3-cü il tarixdə Goranboy rayonunda tərtib olunan və N nömrəli hərbi hissənin komandiri tərəfindən eyni tarixdə təsdiq edilmiş aktdan görünür ki, 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının komandiri, kiçik leytenant İddiaçı ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən buraxılması üçün təqdim olunması haqqında söhbətləşmədən imtina etmişdir. -xx.xx.N0N3-cü il tarixdə Goranboy rayonunda tərtib olunan və N nömrəli hərbi hissənin komandiri tərəfindən eyni tarixdə təsdiq edilmiş aktdan görünür ki, 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının komandiri, kiçik leytenant İddiaçı ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən buraxılması üçün hərbi həkim komissiyasında şəhadətləndirilməsindən imtina etmişdir. -N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0N3-cü il tarixli, 364 №-li nizami hissə üzrə əmrindən çıxarışda aşağıdakılar göstərilmişdir: “1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının komandiri kiçik leytenant İddiaçı oğiu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156- cı maddəsinin ”e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N0N3-cü ilin hesabından 36 (otuz altı) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, 09 yanvar N0N4-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon Şöbəsinə göndərilsin. Kiçik leytenant X4 N0N3-cü il yanvar-noyabr ayına xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı almağa layiq deyil. Kiçik leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş həcmində birdəfəlik pul müavinəti və N0N3-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. N0N3-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə edib və növbəti məzuniyyətə görə iki aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. Əsas: Müdafiə nazirinin N3 noyabr N0N3-cü il tarixli 0808 nömrəli əmrindən çıxarış”. AR Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş iddiaçının xidmət vərəqəsindən çıxarışdan görünür ki: -Məxfilik və informasiya təhlükəsizliyi barədə əmrlərin tələblərini pozduğuna görə iddiaçıya N01NN nömrəli, xx.xx.N0N3-cü il tarixli əmr ilə şiddətli töhmət elan edilmişdir. -Məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh AR Müdafiə Nazirliyi tərəfindən İddiaçı məzuniyyətdə olduğu günlər barədə N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli, 134 №-li arayışdan görünür ki, iddiaçı xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək N №-li hərbi hissədə xidmət etdiyi müddət ərzində növbəti məzuniyyətdən aşağıdakı qaydada istifadə etmişdir: xx.xx.N0N3, xx.xx.N0N3, №N30 1 (bir) Növbəti xx.xx.N0N3-cü il tarixdən №NN9 xx.xx.N0N3, №N58 xx.xx.N0N3, №N65 7 (yeddi) Növbəti xx.xx.N0N3-cü il tarixədək Xəstəliklə xx.xx.N0N3, №3N5 xx.xx.N0N3, №359 30 (otuz) əlaqədar Beləliklə, tələbin mahiyyətindən görünür ki, iddiaçının məqsədi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin N3 noyabr N0N3-cü il tarixli, 0808 nömrəli əmrinin özünə aid olan hissədə ləğv edilməsi olduğundan ilk öncə mübahisələndirilən əmrin qanuniliyinə qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın N6-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). 03 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -114-cü maddəsinə əsaəsn, dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: v) xəstəliyə görə məzuniyyət; -115-ci maddəsinə əsasən, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. -130-cu maddəsinə əsasən, dinc və müharibə dövründə xəstəliyə görə məzuniyyət hərbi qulluqçuya hərbi-həkim komissiyasının rəyinə görə verilir. Xəstəliyə görə məzuniyyətin müddəti xəstəliyin xarakterinə görə müəyyənləşdirilir. Qüvvədə olan qanunvericiliyə görə bəzi xəstəliklərlə bağlı daha uzun müddətli müalicələrin nəzərdə tutulması halları istisna olmaqla dinc dövrdə fasiləsiz olaraq müalicə müəssisələrində və xəstəliyə görə məzuniyyətdə olmaq bütünlükdə 6 aydan artıq olmamalıdır. Bu müddət müalicə müəssisəsinin rəyi əsasında korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəislərin qərarı ilə uzadıla bilər. Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq müddəti bitəndən sonra hərbi qulluqçunun hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək üçün o, hərbi-həkim komissiyasında yenidən müayinədən keçməlidir. Hərbi qulluqçuların müalicə müəssisələrində müalicə olunduğu və xəstəliyə görə məzuniyyətdə olduğu (6 aydan artıq olmamaq şərti ilə) zaman ehtiyata və ya istefaya buraxılması həyata keçirilmir. Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq üçün müəyyən edilmiş müddət bitdikdən sonra hərbi qulluqçuların hərbi-həkim komissiyasında yenidən müayinədən keçməsi barədə qərar qəbul edilibsə və onlar dinc dövrdə hərbi xidmətə yararsız və ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılıblarsa, onları ehtiyata və ya istefaya buraxmaq olar. -156-cı maddəsinin e) bəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -161-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. -16N-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. -163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. -165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Hazırkı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmr onun hərbir xidmət başında olmadığı vaxt, yəni N3 noyabr N0N3-cü il tarixdə verilmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, N976 nömrəli göndərişi ilə 11 oktyabr N0N3-cü ildən N7 oktyabr N0N3-cü ilədək AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməsi, məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməli olması müəyyən edilmişdir. AR Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, iddiaçı 31 oktyabr N0N3-cü il tarixdən 30. noyabr N0N3-cü ilədək 30 gün müddətində xəstəliyə görə məzuniyyətdə olmuşdur. "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 130-cü maddəsinin dördüncü abzasına görə isə hərbi qulluqçuların müalicə müəssisələrində müalicə olunduğu və xəstəliyə görə məzuniyyətdə olduğu (6 aydan artıq olmamaq şərti ilə) zaman ehtiyata və ya istefaya buraxılması həyata keçirilmir. Qanunverciliyin tələbinə müvafiq olaraq, iddiaçının xəstəliyinə görə məzuniyyətdə olmaq üçün müəyyən edilmiş müddət bitdikdən sonra hərbi-həkim komissiyasında yenidən müayinədən keçməsi barədə qərar qəbul edildiyi halda və həmin müayinənin nəticəsindən asılı olaraq ehtiyata buraxılması mümkün idi. Bu baxımdan, iddiaçının hərbi xidmətdə olmadığı, xəstəliyinə görə məzuniyyətdə olduğu vaxtda ehtiyata buraxılması barədə əmrin verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Odur ki, iddiaçı onun əlverişsiz hüquqi nəticələr yaradan mübahisələndirilən inzibati aktın özünə aid hissədə ləğv edilməsini, işə bərpa edilməsi və itirilmiş dövrün əmək stajına hesablanması vəzifəsinin cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə əlavə olaraq diqqət yetirilməsini zəruri hesab edir ki, iddiaçı hazırki mübahisə üzrə iddia tələbində Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N3-cü il tarixli əmrinin ləğv edilməsi tələb etmişdir. Bu baxımdan qeyd edilməlidir ki, həmin inzibati akt yalnız iddiaçıya deyil, eyni zamanda əmrdə göstərilmiş digər hərbi qulluqçuların da ehtiyata buraxılmasını ehtiva edir. Məhkəmə, iddiaçının hüquqi marağını və iradəsini qiymətləndirərək müəyyən edir ki, iddiaçı inzibati aktların yalnız özünə münasibətdə olan hissəsinin ləğvini tələb etməkdə maraqlıdır. İddia tələbinin dəqiqləşdirilməsində bu hal dəqiqliklə ifadə olunmasa da, iddiaçının ifadə tərzi, təqdim etdiyi sübutlar və işin məhkəmə araşdırılması kontekstində onun hüquqi marağının məhz öz hüquqi vəziyyətinə təsir edən hissənin mübahisələndirilməsinə yönəldiyi aydın şəkildə görünür. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi hüquqi cəhətdən yalnız onun hüquqi vəziyyətinə təsir edən hissənin mübahisələndirilməsi kimi qiymətləndirilir. Odur ki, mübahisələndirilən əmr yalnız iddiaçıya münasibətdə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.N-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.N. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan inzibati akt inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının əməl edilməməsi nəticəsində qəbul edildiyindən iddiaçının hüquqlarını pozur. Bu baxımdan, sözügedən inzibati akt iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt hesab edildiyindən ləğv edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin 70-ci bəndinə əsasən, hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr, qeyriqanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə, müvafiq vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə, müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə 0808 nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrinin İddiaçı aid hissədə ləğv olunduğu halda hüquqi nəticələrinin aradan qaldırlması onun tutduğu vəzifəsinə bərpa olunması, müvafiq dövr üzrə məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini və itirilmiş dövrün əmək stajına hesablanmasını ehtiva edir. Odur ki, iddia təmin edilərək, Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə 0808 nömrəli, xx.xx.N0N3-cü il tarixli əmr iddiaçıya aid hissədə ləğv edilməli, İddiaçı vəzifəsinə bərpa olunmalı, məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi və itirilmiş dövrün əmək stajına hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in: -5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N, 33, 5N, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə 0808 nömrəli, xx.xx.N0N3-cü il tarixli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı vəzifəsinə bərpa olunsun və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi və itirilmiş dövrün əmək stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar