Məhkəmə qərarları › İş №2-1(112)-6893/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6893/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6893/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Silahlı Qüvvələrdən ehtiyyata buraxılmağım barəsində öhdəliyin öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Cəlilabad rayonu Sərhədabad kəndində doğulmuşdur. İddiaçı 2006-cı il tarixdə Azərbaycan Tibb Universitetinə Pediatriya fakültəsinə daxil olmuş, 2010-cu il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmiş, xx.xx.2012-ci ildən Zabit kimi Silahlı Qüvvələrdə, xx.xx.2012-ci il tarixdən 01,10.2013-cü il tarixədək N saylı hərbi hissənin tibb məntəqə həkimi vəzifəsində, 2013-2018-ci il tarixlərdə Hərbi tibb fakültəsində neyrocərrahiyyə ixtisası üzrə rezidentura təhsili almışdır. xx.xx.2019-cu il tarixdən bu günə qədər Silahlı Qüvvələrin Baş X1 bölməsinin baş ordinatoru vəzifəsində xidmət edir. İddiaçı xx.xx.2023-cü il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunun 156-cı maddəsinə müvafiq olaraq iddiaçının Azərbaycan ordusundan həqiqi hərbi xidmətdan ehtiyyata buraxılmağı barədə rapotla (qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: 20401) müraciət etməsinə baxmayaraq, Müdafiə Nazirliyinin Tibb Baş idarəsindən “kadr yetməzliyi ilə əlaqədar məqsədə uyğun deyil” cavabı verilmişdir.

3. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda bildirmişdir ki, iş materiallarından göründüyü və iddiaçının da qeyd etdiyi kimi İddiaçı Azərbaycan Ordusu sıralarında zabit olaraq xidmət etməklə 10 ildən artıq müddətdir ki xidmətdədir. İddiaçı Müdafiə Nazirliyinin Baş X2 bölməsində baş ordinator vəzifəsində xidmət edir və o, xx.xx.2023-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciət etmişdir. Bildirilir ki, İddiaçı rəhbərlik və cavabdeh şəxslər tərəfindən qəbul edilmiş, mütəxəssishəkimlərin çatışmazlığı və həmçinin vəzifələrin həkimlərlə komplektləşdirilməsinin ilin başlanğıcında planlaşdırılması səbəbindən ilin digər vaxtlarında ehtiyata buraxılmanın dərhal həyata keçirilməsinin mümkün olmaması izah olunaraq ehtiyata buraxılması təxirə salınmışdır. Belə ki, Səhiyyə Nazirliyi ilə birgə aparılmış analizlərdən görünür ki, qəbul imtahanlarında “hərbi həkim” ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olunanların sayında azalmaların olması, Azərbaycan Ordusunda hərbi həkimlərin çatışmazlığı və buna uyğun olaraq müvafiq vəzifələrin komplektləşdirilməsində çətinliklərin yaranmasına səbəb olmuşdur. Aparılan təhlillərdən görünür ki, hərbi həkimlərin Müdafiə Nazirliyinin hesabına xarici ölkələrdə (əsasən Türkiyədə uzmanlıq) və ölkə daxilində fəaliyyət göstərən ixtisas və biliklərin təkmilləşdirilməsi kurslarını (təhsil müəssisələrini) başa vurduqdan sonra orduda xidmətlərini davam etdirməyə maraqlı olmamaları, öz arzuları ilə ehtiyata buraxılmaları üçün müraciət etmələri müəyyənləşdirilmişdir. Əlavə olaraq, Azərbaycan Ordusunda həkim vəzifələrinin komplektləşdirilməsi və ixtisaslı kadrların zəruri tələbata uyğun planlaşdırılması hər ilin əvvəlində həyata keçirildiyindən, digər aylarda plana uyğun və ya şəxsi təşəbbüs ilə ehtiyata buraxılmaların icra olunması çətinliklər yaradır. Ona görə də planlaşdırılmamış aylarda ehtiyata buraxılmaq üçün müraciət edən hərbi qulluqçuların buraxılmaları qanunvericiliyə uyğun olmasına baxmayaraq, onlarla fərdi söhbətlər aparılır, qarşıya çıxan çətinliklər izah edilməklə cari ilin sonuna (növbəti planlamaya) qədər gözləmələri bildirilir. O cümlədən İddiaçı fərdi söhbət aparılmış və qeyd edilənlər diqqətinə çatdırılaraq, növbəti 1 il ərzində ehtiyata buraxılacağı bildirildiyindən raportu baxılmamış saxlanılmışdır.

4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş İddiaçı N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının (şəxsi heyətin daşınması üçün) baş sürücüsü vəzifəsində xidmət edir (Məhkəmə hesab edir ki, qeyd edilən məlumat yanlışlıqla göndərilmişdir).

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli, 14/2252 nömrəli məktuba əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumal sistemi”nə əsasən tibb xidməti mayoru İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin kursantı, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək N nömrəli hərbi hissədə Tibb məntəqəsinin həkimi, xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Tibt Universitetinin hərbi tibb fakültəsi rəisinin sərəncamında, xx.xx.2019-cu il tarixdər xx.xx.2020-ci il tarixədək Silahlı Qüvvələrin Baş X1 bölməsinin ordinatoru, xx.xx.2020-ci ildən bu günədək Müdafiə Nazirliyinin Baş X1 bölməsinin baş ordinatoru vəzifəsində həqiqi hərbi xidmət keçir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 103 nömrəli Arayışa əsasən tibb xidməti mayoru İddiaçı xx.xx.2010cu il tarixdən Azərbaycan Ordusunda, xx.xx.2019-cu il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həqiqi hərbi xidmətdədir.

7. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

9. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Məhkəmə iş materiallarına əsasən belə nəticəyə gəlir ki, iddia “məcburetmə” növündə iddiaya aiddir və mübahisə hərbi qulluqçu kimi onunla inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti hüquq münasibətlərindən yaranmışdır.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunundan: 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş. 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur:

Hərbi qulluqçuların və Hərbi rütbələr hərbi vəzifəlilərin tərkibi Ümumqoşun Hərbi Dəniz Əsgərlər və matroslar Əsgər (kursant) Matros (kursant) Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Baş çavuş Baş çavuş Gizirlər və miçmanlar Kiçik gizir Kiçik miçman Gizir Miçman Baş gizir Baş miçman Zabitlər: Kiçik leytenant Kiçik leytenant Kiçik zabitlər Leytenant Leytenant Baş leytenant Baş leytenant Kapitan Kapitan-leytenant Baş zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan Ali zabitlər General-mayor Kontr-admiral General-leytenant Vitse-admiral General-polkovnik Admiral Ordu generalı 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;

13. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən:

8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.

156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.

14. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir, 4-cü bəndinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.

15. İddiaçının raportu ilə bağlı aparılmış inzibati araşdırma materialları məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş raporta Müdafiə Nazirliyinin Baş X2 bölmə rəisi tərəfindən baxılmış, müvafiq raport əsasında Neyrocərrahiyyə bölməsinin rəisi tərəfindən Baş Klinik Hospital rəisinin Tibb hissə üzrə müavini-tibb hissəsinin rəisi qarşısında və tibb hissəsinin rəisi tərəfindən Tibb İdarə rəisinin müavini-Baş Klinik Hospitalının rəisi qarşısında İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən Ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir.

16. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumal sistemi”nə əsasən tibb xidməti mayoru İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin kursantı, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək N nömrəli hərbi hissədə Tibb məntəqəsinin həkimi, xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi rəisinin sərəncamında, xx.xx.2019-cu il tarixdər xx.xx.2020-ci il tarixədək Silahlı Qüvvələrin Baş X1 bölməsinin ordinatoru, xx.xx.2020-ci ildən bu günədək Müdafiə Nazirliyinin Baş X1 bölməsinin baş ordinatoru vəzifəsində həqiqi hərbi xidmət keçir (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli, 14/2252 nömrəli məktuba əsasən). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 103 nömrəli Arayışda da tibb xidməti mayoru İddiaçı xx.xx.2010-cu il tarixdən Azərbaycan Ordusunda, xx.xx.2019-cu il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həqiqi hərbi xidmətdə olduğu qeyd olunmuşdur.

17. Məhkəmə eyni zamanda nəzərə alır ki, cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda da İddiaçı Azərbaycan Ordusu sıralarında zabit olaraq xidmət etməklə 10 ildən artıq müddətdir ki, xidmətdədir.

18. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, iddiaçının raport yazdığı xx.xx.2023-cü il tarixə zabit kimi ən azı 10 il xidmət etməsi işin mübahisəsiz halıdır. Odur ki, iddiaçının azı 10 il xidmət etmiş zabit kimi öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır.

19. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Neyrocərrahiyə bölməsinin baş ordinatoru vəzifəsində xidmət edən tibb xidməti mayoru İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar