Məhkəmə qərarları › İş №2-1(112)-69/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-69/2023

31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-69/2023 31.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, Üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Məhəmməd qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X9) “plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan 1 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X6 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Möhübət qızına ayrılmış Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, 43 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçülərin tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilmsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Msələlri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdərəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2019-cu il tarixdə Notorait qaydasında təsdiq edilmiş AR-1№ 914555 saylı etibarnaməyə əsasən iddiaçı X6, İddiaçı təmsil edərək ona ayırılmış Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, 43 saylı sahədə yerləşən torpq sahsinə aid plan və ölçülərin tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilmsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X9 tərəfindən həqiqətən X8 tərəfindən (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) 21 may 2019-cü il tarixli 28 nömləri Əmirdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsində fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesab ilə tarpaq sahəsinin İddiaçı ayırılması barədə 02 may 2019-cu il tarixli 275 saylı arayışı, həmin müəssisənin 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışın təsdiq olunmuş surəti, Abşeron rayon İcra Hakimiyyətinin sərəncamından 096 nömrəli 15 aprel 199-cu il tarixli çıxrışın surəti, İddiaçı aid həyətyanı torpaq sahəsinə dair X8 tərəfindən təsdiq edilmiş seximi ərizəmə əlavə edərək 28 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Msələlri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdərəsinə təqdim etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Msələlri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdərəsi tərəfindən ona ünvanladığı **********3 saylı 21 noyabr 2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 balansında olan, qanuna müvafiq fərdi ev tikilməsi üçün İddiaçı ayırılmış və istifadəsində torpaq sahəsinə yerində baxış keçirilmədən, heç bir ölçülər götürülmədən və həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə heç bir aidiyyəti olmayan və istifadəsində olmadığı halda formal xarakterli cavab məktubu tərtib edilməklə müraciətə baxılmasından əsasız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2902/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan və ölçünün, daşınmaz əmlaka dövlət reyestrindən çıxarış və ünvan verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-599/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan və ölçünün, daşınmaz əmlaka dövlət reyestrindən çıxarış və ünvan verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iddiaçı X6 əsl İddiaçı Məhəmməd qızı ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2020-ci il tarixli, SOCAR**********30480092X00001 etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, UTM WGS 84 koordinat sistemində koordinatlarda olan vətəndaş İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 43 saylı sahədə yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 22,5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. "Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ- mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi ayihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Bu maddədən açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11.19S9-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Cavabdehin sənaye təyinatlı torpaq sahəsinin özəlləşdirilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “...2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Sənaye təyinatlı torpaq sahələrinin bu və ya digər formada özgəninkiləşdirilməsi həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə maneələr yaradır. Göründüyü kimi, uzun illər ərzində SOCAR-ın daimi istifadəsində olmuş (bu fakt bu məktuba qoşma kimi əlavə olunmuş xx.xx.1976-ci il tarixli və sonuncu dəfə 2018-ci ildə təsdiq olunmuş xəritənin surəti ilə sübut olunur) ərazinin hüdudları daxilində yerləşən torpaq sahəsinin vətəndaş İddiaçı ayrılması, yuxarıda göstərilən qanunvericiliyin tələblərinə ziddir və müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən, vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 96 nömrəli sərəncamından çıxarışdan görünür ki, vətəndaş İddiaçı Məhəmməd qızına 0,10 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Buzovna qəsəbəsində yerləşən X1 Kollektivi Şurasının və Həmkarlar İttifaqı Komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınaraq ona verilmiş həyətyanı torpaq sahəsində 0,10 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 xx.xx.2003-cü il tarixli, 28 nömrəli Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqında əmrdən çıxarışından görünür ki, Abşeron rayon İcra Hkaimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (azərbaycan Respublikası Prezidenti İşlər idraəsinin X9) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə İddiaçı Məhəmməd qızına 0.10 hektar hesabı ilə həyətyanı torpaq ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 xx.xx.2019-cu il tarixli, 275 nömrəli arayışından görünür ki, həqiqətən Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır.Torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. Əlavə olunmuş siyahıda sıra nömrəsi 43. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, H- 85 nömrəli məktubu ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamının təsdiq olunmuş arxiv çıxarışı göndərilmişdir. Sərəncama adlı siyahı və çizgi daxil edilməmişdir. Həmin məktubla göndərilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamından görünür ki:

1. Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron onunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika ddentinin işlər müdiri A.Muradverdiyevin 5 yanvar 1999-cu il tarixli 22/6 saylı məktubu nəzərə alınsın.

2. Bu məqsəd üçün Maştağa-Buzovna yolunun şimalından, BAİB-nə gedən asfaltın qərbindən, BAİB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondu ayrılsın.

3. Həmin torpaq Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan tərəvəzçiliksüdçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyi əldə rəhbər tutulmaqla, növbəlik əsasında verilsin.

4. Torpaq sahəsi paylanmamışdan əvvəl sifarişçi tərəfindən sahənin baş planı tərtib etdirilsin, torpaqlar baş plana uyğun verilsin. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 xx.xx.2021-ci il tarixli, 107 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X7 ünvanlandırdığınız 19 aprel 2021 -ci il tarixli (daxil olma 03.05.21) İş n;2-1(112)599/202| saylı məktubunuza cavab olaraq bildirmək istəyirik ki,iddiaçi X2 cavabdeh Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin hüquqların dövlət qeydiyyatına və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası İşlər idarəsinin X4 xx.xx.2003-cü il tarixli əmrinə əsasən vətəndaş İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli fərmanına uyğun olaraq ARPİİ-nin X9 çıxış nömrəsi 273 saylı xx.xx.2019-cu ildə vətəndaş İddiaçı sözü gedən torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq arayış və cizgi təqdim edilmişdir. ARPİİ-nin X9 vətəndaşa təqdim etmiş olduğu arayış və plan-cizgidə torpaq sahəsinin ayrılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmrdən çıxarışa və sərəncamından çıxarışa əsaslanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-179/2022 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/579 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2022-ci il tarixli, 10/579 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki: Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən müraciətə əlavə edilmiş cizgi miqyassız, koordinatsız, hər hansı bir istinad nöqtəsindən məsafənin göstərilməsi qeyd edilmədiyindən Abşeron Rayon İcra Hakimiyyətinin 069 saylı, 15 aprel 1999-cu il tarixli sərəncamına və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssiəsinin 28 saylı, 21 may 2003-cü il tarixli əmrinə əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinin təsdiq edilmiş torpaq sahəsinin sxeminə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssiəsinin balansında olan ərazinin olkin torpaq sayırma, plan-ölçü, ayrıc aktı və sair texniki sənədlərinin təqdim edilməməsi səbəbindən mübahisələndirilən-iddia edilən torpaq sahəsinin (Abşeron Rayon İcra Hakimiyyətinin 096 saylı 15 aprel 1999-cu il tarixli sərəncamına və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssiəsinin 28 saylı 21 may 2003-cü il tarixli əmrinə əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi faktiki yerləşmə sxemi üzrə) Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssiəsinin balansında olan ərazinin (ayrıc aktının) hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən mübahisələndirilən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi sənaye təyinatlı olmaqla Azərbaycan Respubİikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış eləcə də H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa blokunun ərazisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********1 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi. 43 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X4 balansında olan ərazidən (ayrıc aktından) kənarda yerləşir və torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində torpaq sahəsinin perimetrik ölçü, konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq aşkar olunmuşdur. Bununla yanaşı əlavə 320.0 kv.m torpaq sahəsi istifadə edilməkdəir və ərazinin iki tərəfinin mərzlənməsi (hasarlanması) şərtidir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Torpaq islahatı haqqında Azərbaycan Respublikası qanununun 6.2-cı maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 -ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudiaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, 43 saylı sahədə yerləşən 0.10 ha torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı, Buzovna tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X9) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokoluna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrıldığını əsas gətirməklə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən torpaq sahəsinin X4 ayrıc aktından kənarda yerləşdiyini, eləcə də torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aid olduğunu, yerləşmə cigisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğunu əsas götürməklə müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X9) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan X9 rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X4) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Hazırkı iş üzrə torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı, Buzovna tərəvəzçilik-südçülük sovxozu Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokoluna əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmri ilə iddiaçıya ayrılmış olsa da iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərində iddia olunan torpaq sahəsinin koordinatları müəyyən edilməklə naturada göstərilən torpaq sahəsinin sənaye təyinatlı torpaq olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa blokunun ərazisi olduğu müəyyən olunmuşdur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna edilmiş Əlavə 1-də neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aid edilmişdir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”na görə bu Siyahı «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əhali və ətraf mühit üçün təhlükə yaradan radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, partlayış-yanğın və zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edir. Siyahının 9-cu bəndinə görə neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. İş üzrə üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən təqdim edilmiş xx.xx.1976-cı il tarixli və 2018-ci ildə təsdiq olunmuş “Azneft” İB-nin “H.Z.Tağıyev adına” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahələrinin topoqrafik planı, eyni zamanda iddia olunan torpaq sahəsinin də yerləşdiyi “Azneft” İB-nin “H.Z.Tağıyev adına” NQÇİ-nin istifadəsində olan topoqrafik planından çıxarış təqdim edilmişdir. Beləliklə, mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. Müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi sənaye təyinatlı olmaqla təhlükəsizlik cəhətdən əliverişsizdir. Bu cür ərazilər əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aiddirlər. Belə olan halda yuxarıda sadalanan normalara əsasən mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Məhkəmə hazırkı iş üzrə torpaq sahəsinin tam ölçüdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “H.Z.Tağıyev adına” NQÇİ-nin ərazisində yerləşdiyi müəyyən olunduğundan və təkcə bu halın mülkiyyət hüququnun qeydiyyatına əsas vermədiyini nəzərə alaraq, cavabdehin imtina üçün qeyd etdiyi digər imtina dəlillərinə əlavə olaraq hüquqi qiymət verilməsinə zərurət görmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı Məhəmməd qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan 50 manat xərc İddiaçı Məhəmməd qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X5, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar