Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-690/2020 18.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Zəngilan rayonu, Babaylı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 150, mənzil 412, Dillər Universitetinin 1 saylı yataqxanasında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X2 rayonu işğal olunan zaman məcburi köçkün düşmüş və hal-hazırda məcburi köçkün statusu olan şəxs kimi Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 150, mənzil 412, Dillər Universitetinin 1 saylı yataqxanasında məskunlaşmışdır və orada yaşayır. İşğal olunmuş ərazilərdən məcburi köçkün olmayan atası ilə anasının nikahı xx.xx.2017-ci il tarixdə pozulmuşdur və iddiaçı anasının himayasində qalmışdır. İddiaçı xx.xx.1999-cu ildə anadan olmuşdur. Atasının işğal olunmuş ərazilərdən məcburi köçkün olmadığına əsaslanaraq ona məcburi köçkün statusu verilməmişdir. Bütün bunlara görə xx.xx.2019-cu il tarixdə qeyd olunanları nəzərə alaraq, ona məcburi köçkün statusu verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin xx.xx.2019-cu il tarixdə müraciəti Komitəyə çatsada bir aydan çox müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən ona heç bir cavab gəlməmişdir. Bundan öncə cavabdehə anasının etdiyi müraciətlərə cavab olaraq bildirmişlər ki, anasının məcburi köçkün olması, atasının isə məcburi köçkün olmaması səbəbindən ona məcburi köçkün statusu verilməsi mümkün deyildir. İndi isə rəsmi şəkildə tərəfindən edilmiş müraciətə ümumiyyətlə cavab verilməmişdir. Beləliklə atasının işğal olunmuş ərazilərdən məcburi köçkün olmasına əsaslanaraq ona məcburi köçkün statusu verilməmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına uyğun olaraq həyata keçirilir. İddiaçının özü tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə məcburi köçkün statusunun verilməsi ilə əlaqədar müraciət olunmamışdır. İddiaçının anası X1 Nuranə Natiq qızına məcburi köçkün statusunun verilməsi ilə bağlı 2019-cu ilin may ayında ərizə ilə müraciət etmiş və xx.xx.2019-cu il tarixli 01/5629 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”m 4.1.6cı bəndində qeyd olunur ki, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verilir. İddiaçının atası - X9 məcburi köçkün statusu olmayan şəxs olduğundan İddiaçı Qaydaların tələblərinə əsasən məcburi köçkün statusu verilə bilməz. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il Qanununun 1-ci maddəsinin 3cü bəndində də göstərilir ki, əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qeyd edirik ki, Qanununda məcburi köçkün anlayışı verilərkən konkret olaraq yalnız hərbi təcavüz zamanı işğal zonasında yaşamış və daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs nəzərdə tutulur, məcburi köçkün düşmüş şəxsin işğaldan sonra doğulmuş övladları barədə isə heç nə göstərilməmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” hazırlanarkən bu məsələlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik və ekspertiza baş idarəsi ilə razılaşdırılmış və işğaldan sonra doğulan uşaqlardan yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara “məcburi köçkün” statusunun verilməsi nəzərdə tutulmuşdur. Bu zaman ailənin əsas yaşayış yeri atanın yaşayış yeri və atanın yaşayış yeri isə hazırda işğal olunmuş rayon olduğu üçün bu qərar qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan İ-AZ № 097927 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1999-cu il tarixdə Salyan rayonu Xıdırlı kəndində anadan olmuşdur. Atası qrafasında X10, anası qrafasında X5 yazılmışdır. İşdə olan Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AA seriyalı 401308 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X7 1993-cü il tarixindən Zəngilan rayonundan məcburi köçkün düşmüşdür. İşdə olan AZ-İ № 261870 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X5 arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 04 aprel 2017-ci il tarixdə 88 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZE seriyalı 16399191 saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1979-cu il tarixdə Zəngilan rayonu, Babaylı kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı ******** saylı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Zəngilan rayonu, Babaylı kəndində qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01/9446 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, X3 övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Qaydaların tələblərinə uyğun olaraq keçmiş həyat yoldaşı məcburi köçkün statusuna malik olmadığından övladına məcburi köçkün statusunun verilməsi mümkün deyil. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının məcburi köçkün kimi qeydə alınmasının mümkünsüzlüyünə əsas kimi valideynlərindən atasının “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verildiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. Həmin Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan,Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. İş materiallarından görünür ki, iddiaçının valideynlərindən yalnız anası X7 məcburi köçkün statusuna malikdir və işğal olunmuş rayonda qeydiyyatdadır. Onun atası isə məcburi köçkün statusuna malik deyildir. Lakin iddiaçı atası ilə anası arasında bağlanmış nikahın xx.xx.2017-ci il tarixdə pozulduğunu və onun anasının himayəsində saxlandığını əsas göstərərək, ona məcburi köçkün statusunun verilməsini tələb edir. Halbuki iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1999-cu il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmış şəxsdir. Həmçinin iddiaçının atasının valideynlik hüququndan məhrum edilməsi iş materialları ilə müəyyən edilmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının atası «məcburi köçkün» statusuna malik olmadığından və onun hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olmadığından cavabdeh tərəfindən iddiaçıya imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 68-69-cu 75.4-cü, 81-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-690/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-690/2020
18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver