Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-690/2022 02.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat X7 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun pensiya hüququnun yarandığı 01.06.2009-cu il tarixdən, 56 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.06.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, son 24 ayın əməkhaqqına əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 01.06.2009-cu il tarixdən, 56 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin həmin tarixdə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən yenidən hesablanması və müraciət tarixindən əvvəlki 36 ay üçün hesabalanaraq yaranmış pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ilə cavabdeh Filial arasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququmun yarandığı 23 mart 2009-cü il tarixindən, 56 yaşdan “Əmək pensiyalan haqqında” Qanunun 27.1-ci maddəsinin 01 yanvar 2010-cu il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən, son 24 ayın orta aylıq əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki 36 ay üçün hesablanaraq yaranmış fərqin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 iyun 1999-cu il tarixinə kimi 25 il ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi əvvəllər qüvvədə olmuş “Vətəndaşlann pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə sonradan edilmiş hüquqi tənzimləmə nəticəsində “Vətəndaşların pensiya təminatı haqqında'' Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırıldığı və onun ümumi və xüsusi stajı 01 iyun 1999-cu il tarixində toplaya bildiyi üçün 56 yaşında əmək haqqına əsasən pensiya hüququ olmuşdur. Bu səbəblə hüququnun yarandığı tarixdən, 01 iyun 1999-cu ildən, 56 yaşdan ona güzəştli şərtlərlə əmək haqqına əsasən əmək pensiyası təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdeh Filiala məktubla müraciət etmişdir. Lakin cavabdeh 28 yanvar 2021-ci il tarixli, **********0 nömrəli məktubla onun xahişi yerinə yetirməkdən imtina etmiş və bildirmişdir ki, “01 avqust 2000-ci il tarixindən etibarən güzəstli sərtlərlə yasa sörə əmək pensiyası üçün 2 nömrəli Siyahı üzrə 57 yas müəyyən edilyiyi üçün ona 56 yaşdan pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir”. Xahişi cavabdeh tərəfindən təmin edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, xx xxxx 1953-cü ildə Dəvəçi rayonunun Zöhrabkənd kəndində doğulmuşdur, hazırda ünvan 1 ünvanında yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra 01 sentyabr 1969-cu il tarixində 12 nömrəli Bakı Peşə Məktəbinin əyani şöbəsinə “fotoqraf” ixtisas qrupuna daxil olmuş və 13.08.1970-ci il tarixində həmin məktəbi bitirmişdir. Daha sonra fotoqraf ixtisası üzrə X8 Xidməti Kontorunda bir ildən artıq müddətdə çalışmışdır. Daha sonra isə istehsalat sahəsi Siyəzən şəhərində olan, lakin tabe olduğu idarə Xaçmazda olan energetika sahəsində elektrik montyoru vəzifəsində işləmişdir. X8 Xidməti Kontorunda və olan energetika sahəsində elektrik montyoru vəzifəsində çalışdığı dövrlər əmək kitabçasında qeyd edilmədiyi üçün hazırda həmin dövrlər üçün əmək fəaliyyəti barədə arxiv arayışını əldə edilməsi üçün çalışır. Daha sonra 1972-ci ilin may ayından 1974-cü ilin may ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. 13.06.1975-14.03.1977-ci il tarixində Siyəzən Neft NQÇİnin Quyuların Əsaslı və Yeraltı Təmir Sexində qazmaçı köməkçisi vəzifəsində çalışmışdır. 25.04.1977-14.03.1979-cu il tarixinədək X10 İdarəsində qazmaçı köməkçisi vəzifəsində çalışmışdır. 26.12.1980-17.07.2017-ci il tarixlərində Siyəzən neft X12 İdarəsində quyulann yeraltı təmiri üzrə operator vəzifəsində çalışmışdır. 17.07.2017-26.08.2018-ci il tarixində həmin idarədə quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində çalışmış və 26.08.2018-ci il tarixində ştat ixtisarı ilə əlaqədar işdən azad edilmişdir. DSMF-nun Siyəzən rayon şöbəsi tərəfındən ümumi və güzəştli iş stajı qəbul edilərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və bu zaman əmək pensiyasının hesablanmasını 23 mart 2010-cu il tarixində artıq qüvvədə olan qaydaları tətbiq etmişdir. Buradan aydın olmuşdur ki, cavabdeh onun ümumi və güzəştli iş stajını mübahisələndirmir, belə ki, daha əvvəllər onu qəbul etmiş və həmin staj əsasında pensiya təyinatı aparmışdır. Cavabdehlə onun arasında mübahisələndirilən yeganə məqam, ona 56 yaşdan əmək pensiyası təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olub-olmamasıdır. O 01 iyun 1999-ci il tarixində 25 illik ümumi və 20 ildən çox güzəştli iş stajı toplanmışdır. “Vətəndaşlann pensiya təminatı haqqında’" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. 01 avqust 1997-01 avqust 1998-ci il tarixləri arasında yaş həddi 55 il 6 ay, 01 avqust 1998-01 avqust 1999-cu il tarixlərində isə 56 yaş olmuşdur. 01 iyun 1999-cu il tarixi isə 01 avqust 1999-cu il tarixindən əvvəl olduğu üçün, onun üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün üç hüquqi faktorun hamısının - 25 il ümumi, onun ən azı 12 il 6 ayı güzəştli iş stajı olması və 56 yaşının tamam olması - meydana çıxdığı aydın olur. Bu qaydanın tətbiqindən sonra aydın olur ki, onun ümumi əmək stajı 01 avqust 2000-ci il tarixindən əvvəl tamamlanmışdır və bu səbəblə də ona 56 yaşdan əmək haqqına əsasən pensiya təyinatı aparılması labüd olub. Onun 56 yaşı 01 yanvar 2010-cu il tarixindən əvvəl, yəni əmək haqqına əsasən pensiya təyin edilməsinin qüvvədə olduğu dövrdə tamam olub və qaydalara əsasən hüququn yarandığı dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi bu qanunun qüvvəyə mindiyi tarixədək-01 yanvar 2006-cı ilə qədər 2 saylı Siyahı üzrə - ən azı 25 il ümumi, bu stajın ən azı 12 il 6 ayını ağır işlərdə çalışmış ölkə vətəndaşlannın pensiya hüququnu təmin etmək üçün əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsini nəzərdə tutur. 01 iyun 1999-cu ilə qədər o ümumilikdə 25 il ümumi, 20 ildən çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da ona 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlann, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı üzrə pensiya təyin edilməsi üçün tələb olunan yaşa çatdıqda, güzəştli şərtlərlə pensiya almaq hüququ verir. “Əmək pensiyalan haqqında” Qanunun 9.8ci maddəsi yaşa və staja olan tələblərin əvvəlki əmək pensiyası qanunvericiliyinə uyğun olmasını tələb edir. Əvvəlki qanunvericiliyə görə onun üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 56 yaş olmuşdur. Lakin cavabdeh Filial əsassız olaraq onun 56 yaşı tamam olana qədər, 23 mart 2009-cu il tarixinə kimi əldə etdiyi pensiya hüququnu pozmuşdur. Cavabdeh 01 avqust 1997 - 01 avqust 2000-ci illər arasında hər il altı ay yaş həddinin çoxaldılması barədə qanunvericlik aktını yanlış interpretasiya edərək, belə bir hüququnun olmadığını bildirmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia ilə razı deyillər. Filial **********2 saylı, 13.01.2021-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, kişilər üçün pensiya yaşı 57 yaş müəyyən edilmişdir. Buna görə də iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 56 yaşdan yenidən hesablanması mümkün deyildir. İddiaçı əslində pensiyasının yenidən hesablanmasını deyil, 23 mart 2009-cu ildən təyin edilməsini tələb edir. Yəni qaldırılan iddia öhdəliyin icrası deyil, məcburetmə haqqındadır. Lakin nəzərə alınmalıdır ki, pensiyasının təyin edilməsi haqqında qərar inzibati aktdır. Əgər iddiaçı ona pensiya təyin edilməsi haqqında inzibati orqanın 2010-cu il tarixli qərarı ilə razı deyildisə, onda bu halı mübahisələndirə bilərdi. Həmin qərar qəbul edilən tarixdə bu məsələlər MPM-in 27-ci fəsli (“Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəİİ şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat”) ilə tənzimlənirdi. MPM-in 298-ci maddəsində hüququ pozulduğunu iddia edən şəxsə bu barədə məhkəmədə iddia qaldırmaq üçün 1 aylıq müddət tanınmışdı. İddiaçının bu müddətdə iddia qaldırmadığında tərəddüd yoxdur. Göründüyü kimi qüvvəyə minmiş və mübahisələndirilməmiş inzibati aktın iddiaçıya pensiya təyin edilməsi haqda qərarın mövcudluğuna baxmayaraq, inzibati orqanın üzərinə təkrarən yeni inzibati aktın qəbulu vəzifəsini qoyula bilməz. Beləliklə, hazırki iddia qaldırılan tarixə qədər iddiaçı pensiya təyin edilməsi haqqında 2010-cu il tarixli qərarı mübahisələndirmədiyindən, həmin inzibati akt qüvvədə olduğundan və onun mübahisələndirilməsi üçün müddət bitdiyindən iddia bu tələbə münasibətdə mümkün sayılmamalıdır. İddiaçıya pensiya təyin edilməsi haqqında qərarı mübahisələndirmədən eyni məsələ ilə bağlı yeni qərarın qəbulunu tələb etmək (məcburetmə haqqında iddia qaldırmaq) imkanının tanınması yolverilməzdir; əks halda hüquqdan sui-istifadə qapısı açılmış olar. İddiaçı “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsini düzgün təfsir etmir. ƏPQ-nin 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmus qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi ƏPQ-nin 9.8-ci maddəsindəki “əvvəllər qüvvədə olmuş” ifadəsindən məqsəd “01 yanvar 2006-cı ilədək qüvvədə olma”dır. 2000-ci ilin avqust ayından etibarən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 yanvar 2006-cı ilədək qüvvədə olan redaksiyasında müvafıq pensiya yaşı artıq 57 yaş idi. Dolayısı ilə, ƏPQ-nin 9.8-ci maddəsi tətbiqi halında, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 yanvar 2006-cı ilədək olan redaksiyası əsas götürülə bilər. Başqa sözlə ƏPQ-nin 9.8-ci maddəsi özündən əvvəlki qanunvericiliyin müvafıq dəyişikliklərinin də diqqətə alınmalı olmasını nəzərdə tutmur. Əks yanaşma, ədalətsiz nəticələrə səbəb ola bilər. Məsələn, fərz edək ki, iddiaçı 01 avqust 1997-ci il tarixinədək ümumi və güzəştli iş stajını toplayıb; 56 yaşı isə 23 mart 2005-ci il tarixində tamam olub. Bu halda iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna istinad edərək 56 yaşdan pensiya təyin edilməsini tələb edə bilməyəcəkdi; çünki pensiya hüququ məhz 57 yaşı tamam olan tarixdən yaranmış olacaqdı. Sual ondan ibarət olmuşdur ki: “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanun qüvvədə olduğu 2005-ci ildə 56 yaşı tamam olan şəxsə, əmək stajını 01 avqust 1997-ci il tarixinədək toplamış olsa belə, 56 yaşdan pensiya təyin edilə bilməzdisə, necə olur ki, ƏPQ-nin qüvvədə olduğu tarixdə, sırf 9.8-ci maddəyə istinadən belə bir pensiya təyin edilə bilir? Beləliklə, ƏPQ-nin 9.8-ci maddəsindəki “əvvəllər qüvvədə olmuş qanun” ifadəsindən məqsəd “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədən düşdüyü tarixə mövcud olan redaksiyasıdır. Əksini iddia etmək, yuxarıdaki yalnış nəticəyə gətirib çıxara bilər. Qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə Dəvəçi rayonu, Zöhrabkənd kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin T- 4255/25 №-li, 07.08.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 01.09.1969ci il tarixində 12 nömrəli Bakı Peşə Məktəbinə “Fotoqraf’ ixtisas qrupuna daxil olmuş və 13.08.1970-cı il tarixində həmin məktəbi bitirmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin 64 №-li, 17.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətəndə may 1972-ci il tarixdən may 1974-cü il tarixə qədər keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 26.12.1980-ci ildən 26.07.2018-ci ilədək SOCAR Azneft “İstehsalat Birliyi” “Siyəzənneft” Neft və qazçıxarma idarəsində operator, 3-cü, 4-cü və 5-ci dərəcəli operator, qazmaçı (37 il 7 ay 1 gün) vəzifəsində işləyir. - SOCAR Azneft “İstehsalat Birliyi” “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin 08 №-li, 18.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Ərzuman oğlu 12.06.1975-ci il tarixli 54 №-li əmrə əsasən “Siyəzənneft” NQÇİ-nin Quyuların Əsaslı və yeraltı təmir sexinə 13.06.1975-ci il tarixdən 3-cü dərəcəli qazmaçı köməkçisi işinə qəbul edilmişdir. “Siyəzənneft” NQÇl-nin Quyuların Əsaslı və yeraltı təmir sexinin 2-ci dərəcəli elektrik montyoru İddiaçı Ərzuman oğlu 15.03.1977-ci il tarixli, 158 №-li əmrə əsasən 14.03.1977ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. - SOCAR Azneft “İstehsalat Birliyi” “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin 08 №-li, 18.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Ərzuman oğlu ”Siyəzənneft” NQÇİ-nin arxivində saxlanan əmək haqqı hesablama cədvəlinə uyğun olaraq 1975-ci ilin iyun ayından 1977-ci ilin aprel ayınadək aylıq əmək haqqları mövcuddur. - SOCAR Azneft “İstehsalat Birliyi” “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin ZS- 03/351 №-li, 18.03.2010-cu il tarixli arayışından görünür ki, İddiaçı Arzuman oğlu 1,2,3,4,5. (10.2 bənd. səh.84) 1174 saylı 25.12.1980-cı il tarixli əmrə əsasən 26.12.1980cı il tarixdən hal hazıradək "Siyəzənneft" NQÇİ-nin, QƏYTS-də quyuların yeraltı təmiri üzrə operator işində işləməklə iş stajı 29 il, 02 ay, 20 gün (iyirmi doqquz il, iki ay, iyirmi gün) təşkil edir. Qeyd olunanlara əsasən Q.A.Həsənovun güzəştli şərtlərlə ümumi əmək stajı 29 il, 02 ay, 20 gün (iyirmi doqquz il, iki ay, iyirmi gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarıın "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X bölməsinə əsasən qeyd olunanlar güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ verir. - SOCAR “Kompleks qazma işləri” trestinin 26.02.2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1953-cü il təvəllüdü İddiaçı oglu həqiqətən 25.04.1977-ci ildən 14.03.1979-cu ilədək Siyəzən Qİİ-də qazmaçı-köməkçisi peşəsində işləmişdir. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks Qazma işləri" tresti yaradılmışdır. Abşeron Qİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi SOCAR-ın “Kompleks qazma işləri” trestinin tabeliyinə verilmişdir. SOCAR-ın 20.07.2007-ci il tarixli, 19 s saylı əmri ilə "X4" yaradılmışdır. “Kompleks Qazma işləri” trestinin 20.05.2009-cu il tarixli, 77 saylı əmri ilə X3ma sexi kimi X11 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 27.12.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X11 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********1 №-li, 23.06.2021-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Siyəzən rayon şöbəsi tərəfindən qəbul edilmiş 67/12 №-li, 04.05.2010-cu il tarixli qərara əsasən iddiaçı X2 güzəştli şərtlərlə yaşa (57 yaşdan) görə əmək pensiyası təyin edilmişdir. - Filial tərəfindən iddiaçının 12.11.2020-ci il tarixli ərizəsinə cavab olaraq ünvanladığı 28.01.2021-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi tərəfindən 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla ona 23 mart 2010-cu il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2008-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13cü maddəsinin “b” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə kişilər üçün 57 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 56 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən 57 yaşının tamam olduğu tarixdən, yəni 23.03.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının ona 56 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi 01.08.1998-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün yaş həddi 56 yaş müəyyən edilmişdir. İddiaçı 56 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 01.08.1998-ci il tarixə kimi 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. Məhkəmə araşdırılması zaman isə İddiaçı 01.08.1998-ci ilə qədər ümumi stajının 24 il 2 ay 12 gün olmaqla tələb olunan 25 ildən az olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 01.08.1998-ci ilə qədər 25 il ümümi iş stajı yaranmadığından ona 56 yaşdan güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Ona görə cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-690/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-690/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver