Məhkəmə qərarları › İş №2-1(112)-6903/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6903/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6903/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “koordinatların naturada müəyyən edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 aid JN-1483H ( KOD 00400016 ) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" üzrə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin kordinatlarının naturada tanıdılması vəzifəsini cavabdeh. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi üzrə cavabdeh X1 11.000 (on bir min) ABŞ dolları pul vəsaitinin alınaraq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. Lakin qətnamə qəbul edilən tarixdən indiyənədək icra edilməmişdir və X6 2012-ci il tarixlərində vəfat etmişdir. Daha sonra Səbail rayon İcra Şöbəsi tərəfindən müəyyən edilmişdir ki, ilkin iş üzrə cavabdeh X4 aid JN-1483 H KOD - 00400016 nömrəli şəhadətnamə ilə qeyd edilmiş torpaq sahəsi mövcüddur və həmin torpaq sahəsinin qiymətləndirilməsi məqsədi ilə Səbail rayon İcra Şöbəsi tərəfindən “X7 Azerbaijan” MMC-yə həvalə edilmiş, lakin həmin torpaq sahəsinin kordinatlarının müəyyən edilməsi (sərhədlərinin müəyyən edilməsi) zərurət yarandığından bununla bağlı Səbail rayon İcra Şöbəsi tərəfindən hazırkı iddia üzrə cavabdehə müraciət edilmişdir. Cavabdeh daxil olmuş müraciətin müsbət həlli üçün heç bir səy göstərməmiş və həmin torpaq sahəsinin naturada tanıdılması istiqamətində heç bir addım atmamışdır. Odur ki hazırki iddia tələbinin qaldırılması cavabdehin hərəkətsizliyi olmuşdur. Cavabdehin bu hərəkətsizliyini qanunsuz, əsassız və ədalətsiz hall olaraq dəyərləndirir. Belə ki, cavabdehin cavab məktubunda qeyd edilmiş əsaslar üzrə tələbkar tərəf məsuliyyət daşıya bilməz, sxemlərdə baş vermiş hər hansı qeyri müəyənlik və ya sxemdə baş verən zədələrə görə məsuliyyət yalnız inzibati orqana aid edilməlidir. Hazirki iddia tələbi üzrə iddiaçı gismində iştirakımın hüquqi əsası ondan ibarətdir ki, X2 qanuni vərəsəsi və Səbail rayon Məhkəməsinin qətnaməsinin üzrə tələbkar qismində çıxış etməyidir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-79/2000 nömrəli, xx.xx.2000-ci il tarixli qərarına əsasən X1 X2 xeyrinə 11.000 ABŞ dolları pul tutulmuşdur.

4. İcra məmuru tərəfindən X3 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,0600 ha torpaq sahəsinə dair JN-1483 H KOD-00400016 nömrəli torpağın qiymətləndirilməsi üçün “X7 Azerbaijan” MMC-dən qiymətləndirici dəvət edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2000 nömrəli, xx.xx.2000-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X3 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,0600 ha torpaq sahəsinə dair JN-1483 H KOD- 00400016 nömrəli torpağın qiymətləndirilməsi ilə bağlı müraciətə "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildirilmişdir ki, sərhədlərinin müəyyən edilməsi nəzərdə tutulan 0.06 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-1483H (kod ********) nömrəli ‘'Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməmin işlənməsinə əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 noyabr 1994-cü il tarixli, 3602 nömrəli Sərəncamına əlavə edilmiş sxemin hazırlanmasından uzun müddət keçməsini, sxemdə koordinatların və hər hansı istinad nöqtəsindən məsafələrin olmaması, ümmumiyyətlə hazırlanmış Şəhadətnamələrdə torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının göstərilməməsi səbəbindən, sözügedən 0,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada tanıdılması mümkün olmamışdır.

5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

9. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

10. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

11. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

12. Belə ki, o, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə vərəsəsi olmadığı digər şəxsə aid olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini tələb edir.

13. “İcra haqqında” Qanunundan: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

14. Tələbin borclunun əmlakına yönəldilməsi məsələsi “İcra haqqında” Qanunun İV fəsli ilə tənzimlənir.

15. Qeyd edilənlərə əsasən məhkəmə qərarının icrası icra məmuru tərəfindən həyata keçirilməli olduğundan iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

16. İddia tələbi mümkünsüz olduğundan məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsini zəruri hesab etmir.

17. Odur ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar