Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-691/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 qızının kаtibliyi, iddiaçı Ramaldanov Vüqar Hacısultan oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, hərbçi, işləmir), iddiaçının vəkili Babayev Toğrul Babali oğlunun (Bakı şəhərində qeydiyyatdadır, hüquqşünas, vəkil) iştirakı ilə, iddiaçı Ramaldanov Vüqar Hacısultan oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yeni məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ramaldanov Vüqar Hacısultan oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq iddiaçıya 1-ci məharət dərəcəsinə görə əlavənin pensiyasına hesablanması üçün yeni məlumat vərəqəsinin DSMF-yə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayor rütbəsində ehtiyatda olan zabitidir. 1993-2019-cu illər ərzində 26 təqvim ili müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. 04.07.2019-cu ildə müdafiə nazirinin müvafiq əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2015-ci ildə keçirilmiş imtahanların nəticələrinə görə iddiaçıya Silahlı Qüvvələrinin Baş Qərargah rəsinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsi verilmişdir. Sonradan məharət dərəcəsi dəyişməmiş və yaxud ondan məhrum olunmamışdır. Lakin, ehtiyata buraxılan zaman ona pensiya hesablanarkən 1-ci məharət dərəcəsi nəzərə alınmamışdır. Bu məsələ ilə bağlı iddiaçı cavabdehə rəsmi məktubla müraciət edərərək 1-ci məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fonduna yeni məlumat vərəqinin göndərilməsini xahiş etmişdir, lakin müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) məharət (ixtisas) dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hər bir qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdırlar: 3-cü məharət dərəcəsi – 1 il; 2-ci məharət dərəcəsi – 1 il; 1-ci məharət dərəcəsi – 2 il; usta məharət dərəcəsi – 3 il. Bununla əlaqədar iddiaçının xidmət etdiyi hərbi hissəyə sorğu göndərilmişdir. Hərbi Hava Qüvvələri tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, iddiacıya 1-ci məharət dərəcəsi 25.12.2012-ci ildə verilmişdir və 31.12.2015-ci ildə iddiaçının 1-ci məharət dərəcəsi təsdiqlənmişdir. Daha sonra iddiaçı 04.08.2016-ci il tarixli əmrlə N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin Avtomobil xidmətinin rəisi vəzifəsndən azad edilərək N nömrəli hərbi hissənin tabeçiliyində olan N0 nömrəli hərbi hissənin Maddi texniki-təminat bölməsinin Avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmiş və 04.07.2019-cu il tarixli əmrlə o ehtiyata buraxılmışdır. İddiaçı 2016-cı ildə xidmət yerini dəyişdikdən sonra növbəti il üçün keçirilən məharət dərəcəsinin təsdiqi üçün sınaq imtahanlarında iştirak etməli idi. Bununla əlaqədar sonuncu xidmət yerinə müraciət etməli olduğu da ona tövsiyyə edilmişdir. İddiaçı ehtiyata buraxılan zaman heç bir məharət dərəcəsinə malik olmamışdır. Beləliklə də, iddiaçı ehtiyata buraxılarkən məharət dərəcəsinə malik olmadığından məlumat vərəqi tərtib edilərkən məharət dərəcəsinə görə verilən ödəniş nəzərə alınmamışdır. Həmçinin, hazırkı iddia prosessual cəhətdən iddianın mümkünlük şərtlərindən biri olan müddət şərtinin pozulması ilə verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı İddiaçı, iddiaçının vəkili T.Babayev iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçını, onun vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 30.11.2020-ci il tarixli elektron arayışına və hərbi biletin surətinə əsasən iddiaçı 12.08.1993-31.07.1997, 31.07.1997-08.07.2019-cu il tarixlərində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin iddiaçıya ünvanlanmış 613 nömrəli, 25.01.2021-ci il tarixli məktubuna əsasən Hərbi Hava Qüvvələri Komandanının 31.12.2015-ci il tarixli əmrinə əsasən iddiaçının 1-ci məharət dərəcəsi təsdiq edilmişdir. 2016-cı ildə xidmət yerini dəyişdikdən sonra növbəti il üçün keçirilən məharət dərəcəsinin təsdiqi (verilməsi) üzrə sınaq imtahanlarında iddiaçı iştirak etməli idi. Bununla bağlı iddiaçıya sonuncu xidmət etdiyi hərbi hissəyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış 16.02.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, pensiyanın hesablanması üçün əsas götürülən təminat xərcliyində (pul təminatında) heç bir səhvə yol verilməmişdir. İddiaçının sonuncu xidmət yeri olan 515-ci rabitə briqadası tərəfindən təqdim edilmiş 25.08.2019-cu il tarixli pul attestatına əsasən iddiaçının xidmətdən buraxıldığı gün təminat xərcliyində (pul təminatında) məharət dərəcəsinə görə pul əlavəsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının yeni məlumat vərəqinin tərtib olunaraq pensiya orqanına təqdim edilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. N nömrəli hərbi hissənin cavabehə ünvanlanmış 28.04.2021-ci il tarixli məktubuna əsasən iddiaçı 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman heç bir məharət dərəcəsinə malik olmamışdır. Həmin məktuba əlavə edilmiş arayışa əsasən iddiaçıya 2019-cu ilin iyul ayında ödənilmiş məbləğ ehtiyata buraxılan zaman birdəfəlik pul mükafatından, işdən çıxma müavinətindən, 8 günlük iyul ayının qat yarım əmək haqqından ibarət olmuşdur. N nömrəli hərbi hissənin cavabdehin hüquq idarəsinə ünvanlanmış 16.07.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya 25.12.2012-ci il tarixli, 095 nömrəli əmrlə 1-ci məharət dərəcəsi verilmişdir. Sonuncu dəfə malik olduğu 1-ci məharət dərəcəsi müdafiə nazirinin müavini - hərbi hava qüvvələrinin komandanının 31.12.2015-ci il tarixli əmri ilə təsdiqlənmişdir. Müdafiə nazirinin birinci müavini – silahlı qüvvələrin baş qərargah rəisinin 04.08.2016-cı il tarixli əmri ilə iddiaçı N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən azad edilərək N nömrəli hərbi hissənin tabeliyində olan N0 nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir, 04.07.2019-cu il tarixli əmrə əsasən iddiaçı N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır, onun məharət dərəcəsinin aşağı salınması və ya məharət dərəcəsindən məhrum edilməsi barədə Hərbi Hava Qüvvələri İdarəsində heç bir məlumat yoxdur. Bununla bağlı N nömrəli hərbi hissəyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehin 09.02.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş məharət dərəcəsinin qeydiyyat vərəqəsinə əsasən 28.12.2007-ci ildə, 25.12.2008-ci ildə, 23.12.2009-cu ildə, 25.12.2010-cu ildə, 25.12.2011-ci ildə iddiaçının İİ məharət dərəcəsi təsdiq edilmişdir, 25.12.2012-ci ildə iddiaçıya 1-ci məharət dərəcəsi verilmişdir, 28.12.2013-cü ildə, 27.12.2014-cü ildə, 31.12.2015-ci ildə 1-ci məharət dərəcəsi təsdiq edilmişdir. N nömrəli hərbi hissədə tərtib edilmilş pul attestatında isə iddiaçının ixtisas dərəcəsinin olmaması göstərilmişdir. N nömrəli Hərbi Hissə Komandirinin 182 nömrəli, 09.07.2019-cu il tarixli əmrinə əsasən iddiaçıya 31.12.2015-ci ildə 1-ci məharət dərəcəsi verilmişdir. N nömrəli hərbi hissənin iddiaçıya ünvanlanmış 27.09.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçıya Hərbi Hava Qüvvələri Komandanının 31.12.2015-ci il tarixli müvafiq əmri ilə 1-ci məharət dərəcəsi verilmiş, lakin sonrakı illərdə sınaq imtahanlarında iştirak etməmiş və bu səbəbdən məharət dərəcəsi növbəti illər üçün qeydiyyata alınmamışdr. Müvafiq dövr üçün qüvvədə olmuş hərbi qulluqçulara məharət dərəcələrinin verilməsi (təsdiq olunmuş) usta məharət dərəcəsi 3 il, 1-ci məharət dərəcəsi 2 il, 2-ci məharət dərəcəsi isə 1 il müddətində qüvvədə olur. Növbəti il hərbi qulluqçu öz raportu əsasında məharət dərəcəsinin artırılması, ya da təsdiq olunması üçün sınaq imtahanlarında iştirak etməlidir. N0 nömrəli hərbi hissə komandirinin N nömrəli əmrində göstərilmişdir ki, mayor İddiaçı, maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanının 11 mart 2019-cu il tarixli 032 nömrəli əmri ilə N nömrəli hərbi hissənin (Naxçıvan şəhəri) maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 22 mart 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin, mayor İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən 2019-cu ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş maddi yardımla təmin olunmuş, 2019-cu ilin növbəti məzuniyyətindən 30 gün istifadə etmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, 24 avqust 2016-cı il tarixli əmrinə əsasən mayor İddiaçı, maddi-texniki təminat bölməsi avtomobil xidmətinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin baş qərarqah rəisinin 04 avqust 2016-cı il tarixli, 0365 nömrəli əmri ilə N0 nömrəli hərbi hissənin (Naxçıvan şəhəri) briqadanın maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 24 avqust 2016-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi xidmətini davam etdirmək üçün N0 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Mayor İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin N iyul 2002-ci il tarixli, 220 nömrəli əmrinə əsasən 2016-cı ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatına tam həcmdə layiqdir. Mayor İddiaçı 2016-cı il üçün nəzərdə tutulmuş maddi yardım verilmişdir. 2016-cı ilin növbəti məzuniyyətindən 25 gün istifadə etmişdir. Mərkəzi Hərbi Poliklinikanın 27.03.2017-ci il tarixli ambulator kartına əsasən iddiaçı 17.03.2017-ci ildə, 27.03.2017-ci ildə həkim müayinəsində olmuşdur. Çıxarış epikrizlərinə əsasən iddiaçı 20.01.2017-ci ildən 26.01.2017-ci ilə qədər, 19.N.2017-ci ildən 29.N.2017-ci ilə qədər 2N nömrəli hərbi hissənin tibb hissəsində kardiopulmonologiya bölməsində müalicə almışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 12.08.1993-31.07.1997, 31.07.1997-08.07.2019-cu il tarixlərində hərbi xidmətdə olmuşdur, iddiaçının 28.12.2007-ci ildə, 25.12.2008-ci ildə, 23.12.2009-cu ildə, 25.12.2010-cu ildə, 25.12.2011-ci ildə İİ məharət dərəcəsi təsdiq edilmişdir, 25.12.2012-ci ildə ona 1-ci məharət dərəcəsi verilmişdir, 28.12.2013-cü ildə, 27.12.2014-cü ildə, 31.12.2015-ci ildə 1-ci məharət dərəcəsi təsdiq edilmişdir, lakin iddiaçıya pensiya təyin edilməsi üçün göndərilən məlumat vərəqində onun məharət dərəcəsi ilə bağlı ödənişi öz əksini tapmamışdır ki, bu da iddiaçıya təyin edilmiş pensiya məbləğinin daha az hesablanması ilə nəticələnmişdir, odur ki, iddiaçı cavabdehə müraciət edərək iddiaçıya 1-ci məharət dərəcəsinə görə əlavənin pensiyasına hesablanması üçün yeni məlumat vərəqəsinin DSMF-yə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) göndərilməsini xahiş etsə də müraciəti təmin olunmamışdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 may 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən bu Əsasnamə hərbi qulluqçulara məharət (tibb hərbi ixtisaslı hərbi qulluqçulara ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi və məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən hərbi qulluqçulara məharət dərəcəsi ardıcıl qaydada verilir: 3-cü dərəcə, 2-ci dərəcə, 1-ci dərəcə və usta. Zabit, gizir(miçman) heyəti və müddətdən artıq həqiqihərbi xidmət hərbi qulluqçuları məharət dərəcəsini bu ştat kateqoriyalarına uyğun vəzifələrdə aşagıda göstərilmiş müddətlərdə xidmət etdikdən sonra ala bilərlə: 4.1 3-cü məharət dərəcəsi- ən azı 1 il(xüsusi təyinatlı ali təhsil müəssisələrini bitirmiş və ilk zabit rütbəsi alanlar istisna olmaqla); 4.2. 2-ci məharət dərəcəsini - ən azı 3 il; 4.3. 1-ci məharət dərəcəsi- ən azı 6 il;4.4.Usta məharət dərəcəsiən azı 10 il. Həmin Əsasnamənin (“Məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların keçirilməsi və məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi qaydaları)) 37-ci bəndində göstərilmişdir ki, müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər: 37.1. Bir pillə aşağı endirilir: 37.1.1. hərbi qulluqçunun təqsiri səbəsindən silah və hərbi texnikanın istismar (təmir) qaydalarının pozulması nəticəsində onların nasaz vəziyyətə düşməsi halları və ya qəza baş verdikdə həmçinin dövlətə maddi ziyan vurulduqda; 37.1.2. atışlar, döyüş atışları və döyüş atışlı taktiki təlimlər zamanı təhlükəsizlik qaydaları kobud şəkildə pozulduqda:37.2. İki pillə aşagı endirilir:37.2.1. hərbi qulluqçunun təqsiri üzündən tabelikdə olan şəxsi heyət arasında ölüm və şikastlik halları ilə nəticələnən hadisə baş verdikdə ; 37.2.2. hərbi qulluqşu aşağı vəzifəyə keçirildikdə (ştatların ixtisarına, hərbi-həkim komissiyasının rəyi əsasında sağlamlıq vəziyyətinə və ailə vəziyyətinə görə hallar istisna olmaqla); 37.2.3. hərbi qulluqçunun hərbi rütbəsi aşağı salındıqda; 37.2.4. yekun (inspeksiya) yoxlama zamanı məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlar keçirilən fənlərdən biri və ya bir neçəsi üzrə “qeyri-kafi”, usta məharət dərəcəli mütəxəssislər isə “kafi” qiyməti aldıqda; 37.2.5. döyüş növbətçiliyinin aparılması, qoşunların gizli idarə edilməsi tələbləri, döyüş sirrinin mühafizəsi və məxfilik rejimi qaydaları kobud şəkildə pozulduqda; 37.2.6. uçuş heyətindən olan hərbi qulluqçular üçün əlavə olaraq: təyyarənin (vertolyotun) sıradan çıxması ilə nəticələnən hadisəyə yol verildikdə; səmtləşmə itirildikdə, poliqondan (müəyyən edilmiş zonalardan) kənarda silah işlədildikdə; paraşütçülər və ya yüklər təyin edilmiş meydançadan kənara tullanıldıqda. Həmin Qaydaların 37.3-cü bəndində göstərilmişdir: 37.3.məharət dərəcəsindən məhrum edilir: 37.3.1. hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən,ictimai əhəmiyyət daşıyan nalayiq hərəkətlər törədildikdə; 37.3.2.törətdiyi cinayətə görə məhkum olunduqda; Həmin Qaydanın 37.4-cü bəndinə əsasən hərbi qulluqçunun məharət dərəcəsindən məhrum edilməsi və ya onun aşağı endirilməsi müvafiq vəzifəli şəxsin əmri ilə elan edilir. İşin faktiki hallarına əsasən iddiaçıya 1-ci məharət dərəcəsi verilmiş, həmin məharət dərəcəsindən məhrum edilməsi, və ya məharət dərəcəsinin aşağı endirilməsi barədə cavabdehin müvafiq əmrləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, həmin əmrlər və onların olduqları yer barədə məhkəməyə məlumat verilməmişdir ki, bu da məhkəməyə iddiaçının malik olduğu 1-ci məharət dərəcəsinin endrilməsi və ya məharət dərəcəsindən məhrum edilməsi hallarının mövcud olmaması nəticəsinə gəlmək üçün əsas vermişdir.Belə olan halda iddiaçıya verilmiş 1-ci məharət dərəcəsi qüvvəsində qalmışdır. Eyni zamanda qeyd edilən qaydalarda göstərilmişdir ki, hərbi qulluqçulara məharət dərəcəsi qeyd olunan müddətlərdə verilir:3-cü məharət dərəcəsi -1 il; 2-ci məharət dərəcəsi-1 il; 1-ci məharət dərəcəsi 2 il; usta məharət dərəcəsi 3 il; və hər bir hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. Göründüyü kimi hərbi qulluqçunun məharət dərəcəsinin müəyyən edilməsi üçün hərbi qulluqçular sınaqlara cəlb olunurlar və iddiaçının malik olduğu məharət dərəcəsində cavabdehin şübhəsinin yarandığı halda iddiaçı sınaqlara cəlb edilməli idi, lakin iddiaçının belə bir sınağa cəlb edilməsi, həmin sınağın nəticəsində iddiaçının öz məharət dərəcəsini itirməsinin müəyyən edilməsi və ya sınaqda iştirakdan imtina etməsi barədə sübutlar inzibati iş materiallarında mövcud deyildir. Bundan başqa Müdafiə nazirinin 21 may 2016-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”də bu Əsasnamə qüvvəyə mindiyi anda hərbi qulluqçuların malik olduqları məharət dərəcəsinin qüvvədə saxlanılması şərt kimi qeyd edilmişdir.(4.5. bənd.) İşin faktiki hallarına görə iddiaçıya 1-ci məharət dərəcəsi 25.12.2012-ci il tarixli, 095 nömrəli əmrlə verilmiş, sonuncu dəfə malik olduğu 1-ci məharət dərəcəsi müdafiə nazirinin müavini - hərbi hava qüvvələrinin komandanının 31.12.2015-ci il tarixli əmri ilə təsdiqlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barədə məlumat vərəqi tərtib edilərkən onun 1-ci məharət dərəcəsinə görə almalı olduğu ödənişlər də təminat xərcliyinin tərkibində göstərilməli olduğu halda göstərilmədiyi üçün iddiaçının hüquqlarının pozulmasına yol verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri də icra etməmiş, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı Ramaldanov Vüqar Hacısultan oğluna 1-ci məharət dərəcəsinə görə ödənilməli olan əlavənin pensiyasına hesablanması üçün yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual- Məcəlləsinin 2,33, 68, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Ramaldanov Vüqar Hacısultan oğluna 1-ci məharət dərəcəsinə görə ödənilməli olan əlavənin pensiyasına hesablanması üçün yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-691/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-691/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver