Məhkəmə qərarları › İş №2-1(112)-6910/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6910/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6910/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Polis İdarəsinə qarşı X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2na məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi 57 saylı evin 25 saylı mənzilinə pasort qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və X7 əsl cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 26.05.2021-ci il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd etdiyi mənzilə hələ kiçik olarkən, yəni 1996-cı il tarixdə qeydiyyata düşmüşdür. Anası ilə X19 13 may 1987-ci il tarixdən nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, onların birgə nikahlarından 06 noyabr 1986-cı il tarixdə bacısı Emiliya, 13 mart 1989-cu il tarixdə qardaşı Emin və xx xxxxx 1996-cı il tarixdə isə o anadan olmuşlar. Həmin nikah 06 aprel 1990-cı il tarixdə rəsmi olaraq ləğv edilmişdir. Ona məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi 57 saylı evin 25-ci mənzili X19 tərəfindən 07 fevral 1991-ci il tarixdə order əsasında əldə edilərkən anası Rəna Yahidova, eləcə də qardaş və bacısı ilə birlikdə həmin mənzilə köçüb orada yaşamağa başlamışlar. Hazırda qardaşı Emin və bacısı Emiliya həmin mənzildə anası ilə birlikdə yaşamaq hüququ əldə etmişlər. Qeyd edilən mənzildə hələ uşaq yaşlarından yaşayır. X2 o, uşaq yaşlarında olarkən ailəsi ilə maraqlanmamışdır. Onları anası Rəna Vahidova böyüdüb boya-başa çatdırmışdır. X19 isə spirtli içki aludəçisi olmaqla ailəsinə heç vaxt maddi, eləcə də mənəvi yardım etməmiş, tüfeyli həyat sürməkdə davam etmişdir. Atası, o, 17 yaşında olarkən, yəni 2007-ci ilin ortalarında gəlmiş, bir müddət evdə qalmış və yenidən çıxıb getmişdir. Həmin müddət ərzində anası Rəna Vahidova Bakı şəhəri, Binəqədi rayonu. Ş.Rəhimov küçəsi, 57 saylı evin, 25 saylı mənzilinin atasının adına rəsmiləşdirilməsi üçün razılıq ərizəsi vermişdir. O, həmin vaxt yetkinlik yaşına çatmadığından mənzilin atasının adına rəsmiləşdirilməsinə razılıq verilməsi üçün ondan hər hansı yazılı sənəd alınmamışdır. O, uzun müddətdir ki, anası Rəna, qardaşı Emin və bacısı Emiliya ilə birlikdə qeyd edilən ünvanda yaşayırlar. Qeyd edilən mənzildən başqa onun başqa yaşayış yeri yoxdur. X19 anası X5, onun və qardaşı X9 hər birinə 4900 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılmaqları barədə Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 22 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2014cü il tarixli qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 07 noyabr 2007-ci il tarixdə anası Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzilinin atasının adına rəsmiləşdirilməsinə razılıq ərizəsi verdikdən sonra həmin mənzil X6 adına mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmışdır. Mənzilin X19in mülkiyyətində olması, mənzil əldə edildiyi vaxtdan hazırkı vaxtadək anası ilə birlikdə həmin məzildə yaşamağı, anasının atası ilə rəsmi nikah münasibətləri davam etməsə də, anası ilə birlikdə ümumi təsərrüfatı idarə etməyi, birgə nikahndan doğulmuş onlar övladların həmin mənzilə istifadə hüquqlarını yaratmışdır. Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 154 saylı Mənzil Kommunal İstismar Sahəsinin 10 dekabr 2020-ci il tarixli, 385 saylı arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzilinin sahibi X10r, həmin evdə X13, X15 və İddiaçı yaşayırlar. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzilin X19 tərəfindən 07 fevral 1991-ci il tarixdə order əsasında əldə edilərkən anası Rəna Vahidova icarədar, yəni X19lə rəsmi nikah münasibətlərini davam etdirməsə də birgə yaşamaqla ümumi təsərrüfatı idarə etdiyindən, eləcə də birgə nikahdan doğulmuş övladları, o cümlədən Emin, Emiliya və onun həmin mənzildən atası ilə birlikdə istifadə, həmçinin yaşama hüquqlarını yaranmışdır. Cavabdehə müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək qərar çıxarılmasını xahiş etmiş, üçüncü şəxs isə məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Rusiya Federasiyası, Leninqrad şəhərində doğulmuşdur, yaşayış yeri İsmayıllı rayonu, Kürdmaşı kəndidir. - Leninqrad şəhər, Petroqradski VVAQ Şöbəsi tərəfindən verilmiş Vİ-AK 486199 nömrəli, 11.05.1996-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2, anası X14 olan İddiaçı xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyası, Leninqrad şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH ******* №-li, 30.11.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 60.1 kv.m ümumi, 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 25 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın əmlakın dövlət reyestrində 595 nömrəli reyestr kitabının 54671 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri, Mənzil Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 154 saylı Mənzil Kommunal İstismar Sahəsinin 19.05.2021-ci il tarixli, 154 №-li arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 25-ci mənzildə pasport qeydiyyatsız, anası X4 yanında yaşayır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X11 arasında olan nikah 06.04.1990-cı ildə pozulmuşdur. - Bakı şəhər Binəqədi Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 22.03.2021-ci il tarixli, 059-8770A №-li məktubdan görünür ki, müraciətinə baxılmışdır. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun ünvan 2 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana tərəflərindəndən qeydiyyata alınması qanuna müvafiq deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara və 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına (bundan sonra - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs”) ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 10-cu bəndində göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir: a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi; v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd; q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə görə bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə araşdırması zamanı mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 57, mənzil 25 ünvanında yerləşən daşınmaz əmlakın iddiaçının atası, iş üzrə üçüncü şəxs X6 xüsusi mülkiyyətində olması, onlar arasında mənzillə bağlı mübahisə olması, mənzilin mülkiyyətçisinin İddiaçı həmin mənzilə qeydiyyata alınmasına razılıq verməsinə dair ərizəsinin cavabdeh inzibati orqana təqdim edilməməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədiyindən və belə sənədlərin mövcudluğu məhkəmə araşdırılması zamanı da müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının həmin mənzilə qeydiyyata alınmasından imtinası qanuna zidd deyildir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar