Məhkəmə qərarları › İş №2-1(112)-6910/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6910/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6910/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinə qarşı “işsizlik pulunun verilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərəkətsizliyə görə SOCAR-ın müəssisə və təşkilatlarına işə götürməsi və ƏƏSMN-i işsizlik pulunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, saxta imtahan keçirən, düzgün cavabları bilərəkdən səhv cavab kimi götürən, imtahan nəticələrinə təsir edən bu və digər hərəkətlərə görə həmçinin illərdir BP və Socar-ın imtahanlarında nəticəyə təsir edən hal və hərəkətlərə görə əsl cavabdeh olduğu üçün 2-1(112)-12754/2024 saylı işə xx.xx.2024-ci il iddia ərizəsinə əlavə verib SOCAR-ı cavabdeh kimi qeyd etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il Elm və Təhsil Nazirliyi ilə birgə imtahan keçirmişdir. Müəllimlərin işə qəbulu digital login vasitəsilə həyata keçirilmişdir, əslində ƏƏSMN-i bütün şirkət və müəssisələri olaraq birbaşa digital loginlə imtahan, işə qəbul keçirməlidir. İşlərdə cavabdeh kimi qeyd olunsa da, ƏƏSMN-nin elektron səhifədə qeyd olunmuş 50.000-ə yaxın müəsissə və təşkilatları vakansiyalar bölməsini hələ də blokdan çıxarmır. Bu da əhaliyə Məşğulluq haqqında QanunUN 19-cu, 27-ci maddələrinə əsasən işsizlik pulunu bilərəkdən verməməsi üçündür. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya dair yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, ƏƏSMN-in tabeliyində X1 (bundan sonra - Agentlik) Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinin 2.1.6-cı bəndinə əsasən işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək Agentliyin fəaliyyət istiqamətlərinə aid edildiyindən ƏƏSMN mövcud iddia üzrə cavabdeh qismində çıxış edə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”na əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyini Agentlik tərəfindən həyata keçirildiyi üçün ƏƏSMN mövcud iddia üzrə cavabdeh qismində çıxış edə bilməz. İddia ərizəsinin məzmunundan o nəticəyə gəlmək olar ki, üç müxtəlif cavabdehə qarşı yönəlmiş və bir-biri ilə əlaqəli olmayan bir neçə iddia tələbi bir iddiada birləşdirilmişdir. Tələblərin ifadə tərzi nə qədər anlaşılmaz olsa da, bir-biri ilə əlaqəli olmayan tələblər olduğu aşkar görünür. İddiaçı 2024-cü ildə cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, ƏƏSMNə və üçüncü şəxs qismində SOCAR-a qarşı həm onun, həm də ölkə üzrə müəllimlərin işə qəbulu üçün şərt qoyulmadan onların Qubanın İspik kənd orta məktəbində illərdir vakant olan müəllim ixtisasına qəbul edilməsi (bu və ya digər aidiyyəti qurumların saxta imtahan keçirmə əməllərinə görə), ƏƏSMN-in bütün dövlət qurumlarından şirkətləri təhvil alması, vakansiyalar bölməsinin ölkə üzrə onlayn aktivləşdirməsi və SOCAR-ın üzərinə hələ də Ali Məhkəmədən gəlməyən cavab iddia tələbinin icra olunmasına yenidən baxılmasına şərait yaradılması öhdəliyinin qoyulması tələbləri ilə Bakı İnzibati Məhkəməsində 2-1(112)- 12754/2024 nömrəli iş üzrə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndələri ayrılıqda iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iki müxtəlif cavabdehə qarşı yönəlmiş və bir-biri ilə əlaqəli olmayan bir neçə iddia tələbi bir iddiada birləşdirilmişdir. Belə ki, iddiaçı birincisi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinə qarşı işə götürülmə tələbi irəli sürmüşdür, hansı ki, onun bu tələbinə inzibati məhkəmədə baxıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində göstərdiyi subyekt - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmiş, ona qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilməmişdir. Həmin quruma qarşı irəli sürdüyü tələbi isə işə götürülməsi, yəni əmək münasibətləri ilə bağlıdır və cavabdehin təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki fəaliyyətinə aid deyildir. İddiaçının ikinci tələbi isə işsizliyə görə müavinətin verilməsi olmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı irəli sürülmüşdür. Lakin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1 Nizamnaməsi”nin 3.1.5-ci bəndinə əsasən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş işsizlikdən sığorta ödənişinin və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşə hazırlığına cəlb edilən işsiz şəxsə təqaüdün vaxtında ödənilməsini, habelə Agentliyin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiya edilməsini təmin etmək Agentliyin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, iddiaçı işsizlikdən sığorta ödənişinin verilməsi barədə tələbi buna cavab verməyən inzibati orqana qarşı irəli sürmüşdür. Bundan əlavə, öhdəliyin icrası haqqında iddiaya uyğun gələn bu tələb üzrə iddiaçının məhkəməyə qədər inzibati orqana müraciət etməsi müəyyən edilmir. Halbuki İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara istinadən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla nəzərdə tutulan zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar