Məhkəmə qərarları › İş №2-1(112)-6912/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6912/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6912/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Siyasi repressiyaya məruz qaldığı dövrün bir ilini üç il kimi hesablayaraq ümumilikdə 9 il əmək stajına daxil edərək və pensiyasının xx.xx.2006-cı ildən hal-hazıra kimi yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-6912/2025 nömrəli qərardadı ilə əsl olmayan cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala müraciət edərək ona siyasi repressiyaya məruz qaldığı dövrün bir ilini üç il kimi hesablayaraq ümumilikdə 9 il dövrün əmək stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. Fondun müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-1/2-H-3894/2025 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona siyasi repressiyaya məruz qaldığı dövrün bir ilini üç il kimi hesablayaraq ümumilikdə 9 il dövrün əmək stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlahn ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin həmin maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kaoitahnın toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sözügedən maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud həmin maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əməк pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, həmin maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünəcək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “X8 bəraət verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün siyasi mülahizələrə görə dövlət tərəfindən tətbiq edilən, məhkəmələrin və mühakimə funksiyaları verilmiş başqa orqanların qərarı ilə, yaxud icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, inzibati səlahiyyət verilmiş ictimai təşkilatlar və ya onların orqanları tərəfindən inzibati qaydada icra olunan, həyatdan və ya azadlıqdan məhrumetmə, qeyriqanuni məcburi müalicə üçün ruhi müalicəxanaya yerləşdirmə, ölkədən çıxarma və vətəndaşlıqdan məhrumetmə, əhali qruplarını yaşayış yerindən çıxarma, sürgünetmə, köçürtmə və xüsusi məskənə göndərmə, azadlığın məhdudlaşdırılması şəraitində məcburi əməyə cəlb etmə şəklində müxtəlif məcburiyyət tədbirləri, habelə sinfi, sosial, milli, dini və ya sair əlamətlərə görə dövlət və ya siyasi quruluş üçün sosial təhlükəli sayılan şəxslərin hüquq və azadlıqlardan başqa cür məhrum edilməsi və ya bunların məhdudlaşdırılması siyasi repressiya hesab olunur. Həmin Qanunun 2-ci maddəsinə əsasən, siyasi repressiya qurbanları bu Qanunun 1-ci maddəsində göstərilən siyasi repressiya növlərinə məruz qalmış şəxslər, onların ailə üzvləri, o cümlədən öz valideynləri və ya qohumları ilə birlikdə repressiyanın icra edilməsi (sürgünün, köçürtmənin, cəzanın çəkilməsi) yerlərində olan şəxslər, repressiyanın icra edilməsi yerlərində anadan olmuş uşaqlar, həmçinin siyasi repressiya kimi ölüm cəzasına məhkum edilmiş şəxslərin uşaqlarıdır. Qanunun 10-cu maddəsinin xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bəraət verilmiş şəxslərin siyasi repressiyaya məruz qaldıqları müddət ümumi fasiləsiz əmək stajına daxil edilir, bu halda repressiya dövrünün bir ili üç il kimi hesablanır. İddiaçı atası X1 repressiyaya məruz qalıb sonradan bəraət almış şəxs olduğunu əsas gətirərək, həmçinin özünün 3 il siyasi repressiyaya məruz qaldığını iddia edərək, sözügedən 3 ilin yuxarıda qeyd olunan normanın tələblərinə əsasən 9 il kimi əmək stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İlk növbədə qeyd edirik ki, Qanunda siyasi repressiyaya məruz qalaraq sonradan bəraət alan şəxslərlə siyasi repressiya qurbanları anlayışları fərqləndirilmişdir. Belə ki, iddiaçının atası təqdim olunan arayışa əsasən siyasi repressiyaya məruz qalmış və sonradan ona bəraət verilmişdir. İddiaçı özü isə siyasi repressiyaya məruz qalan şəxsin ailə üzvü olduğundan siyasi repressiya qurbanı olmuşdur, lakin o, siyasi repressiyaya məruz qalmamışdır və ona bəraət verilməmişdir. Qanunun 10-cu maddəsi isə siyasi repressiyaya məruz qalaraq sonradan bəraət verilmiş şəxsə əmək pensiyası təyin edilərkən əmək stajının hesablanması qaydalarını tənzimləyir. Maddənin xx.xx.2007-ci il tarixədək qüvvədə olan redaksiyasından da aydın olduğu kimi bəraət verilmiş şəxslərin siyasi repressiyaya məruz qaldıqları müddət repressiya dövrünün bir ili üç il kimi hesablanaraq ümumi fasiləsiz əmək stajına daxil edilir. İş materiallarında iddiaçının hər hansı siyasi repressiya növünə məruz qalması və sonradan bəraət alması öz təsdiqini tapmır. Beləliklə, iddia ərizəsində istinad edilən normanın iddiaçıya münasibətdə tətbiqi nəzərdə tutulmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, yuxarıda göstərilən əsaslara uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddia tələbi əsassızdır və cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, pensiyanın yenidən hesablanması barədə iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1935-ci il tarixli İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ИЕ seriyalı 522764 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1935-ci il tarixdə anadan olmuşdur. X3, anası X12r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun xx.xx.2021-ci il tarixli **********1 nömrəli “Sığorta stajına daxil edilən müddətlər barədə" məktubunda göstərilmişdir ki, vətəndaşların əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün tələb olunan sığorta stajına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsində siyasi represiyada olma müddətinin sığorta stajına daxil edilməsi nəzərə tutulmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 74472/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-24322/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən İddiaçı pensiyanın təyin olunduğu tarix xx.xx.1992-ci il, hazırki pensiya məbləği 664.22 manat, yenidən hesablanmış pensiya məbləği 675.22 manat qeyd edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-1/2-H-3894/2025 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin həmin maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sözügedən maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud həmin maddəyə əsasən yenidən hesabıanoıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox oimamaqia azaldılır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez oimamaqia və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, həmin maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bildiririk ki, sizə güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyanız xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə 134,57 manat orta aylıq əməkhaqqınız və xx.xx.2009-cu il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinizə görə fərdi hesabınızın sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək qeydə alınmış pensiya kapitalı, həmçinin pensiyanızın sığorta hissəsinin üzərinə siyasi represiyalara məruz qalıb sonradan bəraət alan şəxs kimi hesablanan 11 manat əlavə də nəzərə alınmaqla yenidən hesablanaraq 664,22 manatdan 675,22 manata çatdırılıb. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1935-ci il təvəllüdlü olmaqla ona xx.xx.1992-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı atası X4 1948-ci ildə siyasi repressiyaya məruz qalaraq 6 il müddətinə sürgün edildiyini, atasına xx.xx.1998-ci il tarixdə bəraət verildiyini, bununla da iddiaçı özünün represiya qurbanı olaraq 13 yaşından 19 yaşınadək siyasi repressiyaya məruz qaldığını, “X8 bəraət verilməsi haqqında” Qanunun 10-cu maddəsinə əsasən 16 yaşdan 19 yaşınadək olan 3 ilinin 1 ilə 3 il kimi hesablanaraq cəmi 9 il kimi onun ümumi sığorta stajına daxil edilməklə pensiyasınınn yenidən hesablanmasını mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən iddia tələbinin əsaslı olmadığı qənətinə gəlir. “X8 Bəraət verilməsi haqqında “ 15 mart 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün siyasi mülahizələrə görə dövlət tərəfindən tətbiq edilən, məhkəmələrin və mühakimə funksiyaları verilmiş başqa orqanların qərarı ilə, yaxud icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, inzibati səlahiyyət verilmiş ictimai təşkilatlar və ya onların orqanları tərəfindən inzibati qaydada icra olunan, həyatdan və ya azadlıqdan məhrumetmə, qeyri-qanuni məcburi müalicə üçün ruhi müalicəxanaya yerləşdirmə, ölkədən çıxarma və vətəndaşlıqdan məhrumetmə, əhali qruplarını yaşayış yerindən çıxarma, sürgünetmə, köçürtmə və xüsusi məskənə göndərmə, azadlığın məhdudlaşdırılması şəraitində məcburi əməyə cəlb etmə şəklində müxtəlif məcburiyyət tədbirləri, habelə sinfi, sosial, milli, dini və ya sair əlamətlərə görə dövlət və ya siyasi quruluş üçün sosial təhlükəli sayılan şəxslərin hüquq və azadlıqlardan başqa cür məhrum edilməsi və ya bunların məhdudlaşdırılması siyasi repressiya hesab olunur -2-ci maddəsinə əsasən, siyasi repressiya qurbanları bu Qanunun 1-ci maddəsində göstərilən siyasi repressiya növlərinə məruz qalmış şəxslər,onların ailə üzvləri, o cümlədən öz valideynləri və ya qohumları ilə birlikdə repressiyanın icra edilməsi (sürgünün, köçürtmənin, cəzanın çəkilməsi) yerlərində olan şəxslər, repressiyanın icra edilməsi yerlərində anadan olmuş uşaqlar, həmçinin siyasi repressiya kimi ölüm cəzasına məhkum edilmiş şəxslərin uşaqlarıdır. -3-cü maddəsinə əsasən Qanunun tətbiq dairəsi bu Qanunun bəraət verilməsi qaydasına aid hissəsi yaşayış yerindən asılı olmayaraq, 1920-ci il aprelin 28-dən 1991-ci il oktyabrın 18-dək olan dövrdə Azərbaycan Respublikası ərazisində siyasi repressiyaya məruz qalmış şəxslərə şamil edilir. Azərbaycan Respublikası göstərilən dövrdə SSRİ-nin tərkibinə daxil olan başqa respublikaların ərazisində repressiyaya məruz qalmış Azərbaycan Respublikası vətəndaşlarına bəraət almaqda kömək göstərir. -4-cü maddəsinə görə qanuni və əsaslı surətdə məhkum edilmiş aşağıdakı şəxslərə bəraət verilmir: - 1941-1945-ci illərin müharibəsində faşist qəsbkarları ilə əməkdaşlıq edənlərə; - ədalət mühakiməsi əleyhinə cinayət və hərbi cinayət törədənlərə; - siyasi repressiyalar törədilməsində iştirak edən və sonradan özləri repressiyalara məruz qalan şəxslərə; - qətllər, soyğunçuluq və başqa zorakı hərəkətlər törədən bandaların təşkilatçılarına, habelə bu cür bandaların tərkibində bu kimi əməllərin törədilməsində şəxsən iştirak edənlərə. -7-ci maddəyə əsasən əvvəllər bəraət verilmiş şəxslərin hüquqları siyasi repressiya ilə bağlı bəraət verilməsi haqqında səlahiyyətli orqanların qəbul etdikləri qərar bu Qanun qüvvəyə mindikdən sonra da qüvvədə qalır. Bəraət verilmiş belə şəxslər bu Qanunda nəzərdə tutulmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. -9-cu maddəsinə əsaəsn bəraət verilmiş şəxslərin siyasi repressiya ilə əlaqədar dövlət mükafatından, elmi dərəcədən, hərbi rütbədən, pensiyadan və başqa hüquqlardan məhrum edilməsi haqqında qərarlar qüvvədən düşmüş sayılır. Bu Qanunun 3-cü maddəsində göstərilən dövrdə Azərbaycan Respublikası ərazisindən sürgün edilmiş şəxslərin Azərbaycan Respublikası ərazisində yenidən məskunlaşması üçün zəruri tədbirlər dövlət tərəfindən görülür. -10-cu maddəyə əsasən bəraət verilmiş şəxslərin siyası repressiyaya məruz qaldıqları müddət ümumi fasizləsiz əmək stajına daxil edilir. Bu haldda repressiya dövrünün bir ili üç il kimi hesablanır. Əmək stajının hesablanması 16 yaşından başlanır. Əmək pensiyası hesablanarkən bəraət verilmiş şəxslərin əmək stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesablanır. (6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 10-cu maddəsinin birinci hissəsi yeni redaksiyada verilmişdir:) Göründüyü kimi Qanunda “siyasi represiya qurbanları” anlamı ilə “bəraət verilmiş şəxslər”” anlayışı fərqləndirilmişdir. “Siyasi repressiya qurbanları” siyasi mülahizələrə görə inzibati qaydada icra olunan, həyatdan və ya azadlıqdan məhrumetmə, qeyri-qanuni məcburi müalicə üçün ruhi müalicəxanaya yerləşdirmə, ölkədən çıxarma və vətəndaşlıqdan məhrumetmə, əhali qruplarını yaşayış yerindən çıxarma, sürgünetmə, köçürtmə və xüsusi məskənə göndərmə, azadlığın məhdudlaşdırılması şəraitində məcburi əməyə cəlb etmə şəklində müxtəlif məcburiyyət tədbirlərinə məruz qalmış şəxsləri- siyasi repressiya növlərinə məruz qalmış şəxsləri, eləcə də onlarıın ailə üzvlərini əhatə etdiyi halda, “Bəraət verilmiş şəxslər” anlayışı yalnız bilavasitə siyasi repressiya növlərinə məruz qalmış və bəraət almış şəxsləri əhatə edir. Başqa sözlə, bilavasitə siyasi repressiya növlərinə məruz qalmış şəxslərin ailə üzvləri “Siyasi repressiya qurbanları” kateqoriyasına aid olsalar da “bəraət verilmiş şəxslər” kateqoriyasına daxil edilmirlər. Qanunun 7, 9 və 10-cu maddələrində məhz “Bəraət verilmiş şəxslər” kateqoriyasında olan siyasi represiyaya məruz qalmış şəxslərin bu Qanunla nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmək hüququna malik olduqları vurğulanır. Bu anlamda Qanunun 10-cu maddəsində nəzərdə tutulan pensiya təyin edilərkən əmək stajının hesablanma qaydası da məhz “Bəraət verilmiş şəxslər”ə şamil olunmuşdur. Belə ki, Qanunvericilik həmin şəxslərin bilavasitə siyasi represiyanın növlərinə məruz qaldıqlarından onların siyasi represiyada qaldıqları müddətdə əmək fəaliyyəti ilə məşğul ola bilmədiklərindən, həmin illərin kompensasiyası məqsədilə represiyada qaldıqları dövrün 1 ilini 3 il olmaqla onlar üçün əmək pensiyasının təyin edilməsi və ya hesablanmasında nəzərə alınmasını nəzərdə tutmuşdur. Qeyd edilən fasiləsiz əmək stajı ilə bağlı güzəşt yalnız qeyd edildiyi kimi bilavasitə siyasi repressiya məruz qalaraq sonradan bəraət almış şəxslərə şamil edilir, onların ailə üzvlərinə, o cümlədən onlarla birlikdə siyasi represiya yerlərinə sürgün edilməmiş və ya köçürülməmiş övladlarına deyil. Bu güzəştin yalnız bəraət verilmiş siyasi represiya iştirakçısı olmuş şəxsə şamil edilməsini oxşar qanunvericilik normalarında da görmək mümkündür. “X8 Bəraət verilməsi haqqında “ Qanunun qəbul edildyi 15 mart 1996-cı il tarxidə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 21-ci maddəsində göstərilmişdir ki, yaşa görə pensiyalara, o cümlədən minimum məbləğdə pensiyalara və tam iş stajı olmadıqda təyin edilmiş pensiyalara aşağıdakı əlavələr hesablanır: q) siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə—yaşa görə minimum pensiyanın 50 faizi məbləğində. Göründüyü kimi pensiya təminatını nəzərdə xüsusi qanunvericilik də həmin dövrdə pensiya təminatı sahəsində olan güzəşt və imtiyazları məhz “”bilavasitə siyasi repressiyalara məruz qalaraq bəraət qazanmış şəxslər”ə şamil etmişdir. Hazırkı iş üzrə isə müəyyən olunur ki, iddiaçının atası X2 represiyaya məruz qalaraq 1998-ci ildə bəraət almış şəxs olmuş, iddiaçı isə X4 övladı-ailə üzvü olmaqla yalnız siyasi represiya qurbanı kateqoriyasına aid olduğundan və bəraət verilmiş şəxs olmadığından ona münasibətdə bəraət verilmiş şəxslər üçün qanunla nəzərdə tutulmuş stajın hesablanması ilə bağlı güzəşt şamil edilə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar